Qədim köklərə malik olan Azərbaycan aşıq
sənəti ənənələrinin davam etdirilməsi və
zənginləşdirilməsində Aşıq Şəmşirin
böyük əməyi vardır.

 

Heydər Əliyev

Aşıq Şəmşirin 110 və 125 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamları
Şair aşıq Dədə Şəmşirin 
müxtəlif illərdə çəkilmiş foto albomu
"Aşıq Şəmşir" mədəniyyət ocağı ictimai birliyi

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi 29 yanvar 2010-cu il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Birliyin məqsədi milli mədəniyyətimizi və mədəni incilərimizi, adət-ənənələrimizi, aşıq sənəti, folklor və digər incəsənət nümunələrini toplamaq, araşdırmaq, onları qoruyub yaşatmaq, təbliğ etmək və gələcək nəsillərə çatdırılmasına, Aşıq Şəmşir yaradıcılığının öyrənilməsinə, onun irsinin qorunmasına, istedadlı gənclərə yardım etmək və aşıq sənətinin inkişaf etdirilməsinə kömək etməkdən ibarətdir. Həmçinin müxtəlif kurslar və seminarlar, monitorniqlər, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlər keçirir.

Milli mədəniyyətimizin və mədəni incilərimizin, folklor nümünələrimizin, aşıq sənətinin YUNESKO səviyyəsində təbliğ edilməsində və milli mədəniyyətimizin dünyada tanıdılmasında görülən işlərə yardımçı olur, mədəniyyətlərarası dilaoqun inkişaf etdirilməsinə dəstək olur. "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi ölkəmizdə həyata keçirilən kütləvi-mədəni və sosialyönümlü tədbirlərdə yaxından iştirak edir, sosial qayğıya ehtiyacı olan insanlara maddi və mənəvi yardımcı olur."Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Unudulmaqda olan xalq sənəti nümunələrinin təbliği" ilə bağlı layihə həyata keçirmişdir.

Yarandığı gündən etibarən İctimai Birlik müxtəlif səpgili xeyiriyyə tədbirləri, seminarlar, debatlar, bilik olimpiadaları və konfranslar təşkil edir. Həmçinin gənc və istedadlı yazarların kitablarının nəşr edilməsinə yardımçı olur. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi xalqımızın körkəmli və istedadlı şəxsiyyətlərinin hər il qeyd edilən doğum və anım günlərində də tədbirlər təşkil etmişdir. Ulu Öndərimiz Heydər Əliyevin irsinin öyrənilməsi və gənc nəslə aşılanması ilə bağlı silsilə təbirlər keçirir. İctimai Birlik ölkəmizdə xüsusi qeyd edilən əlamətdar günlərdə də müxtəlif tədbirlər təşkil edir. Belə ki, təşkilat Müstəqillik günündə, Respublika Günündə, Bayraq günündə, Milli Qurtuluş günündə, həmçinin xalqımız tərəfindən qeyd edilən müqəddəs bayram günlərində ardıcıl tədbirlər, xeyriyyə aksiyaları, əlil və kimsəsiz uşaqlar üçün xeyriyyə tədbirləri keçirir.

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi ölkəmizdə Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və uzaqgörən siyasətə dəstək olaraq Gənclər ilində, Ekologiya ilində də gənclərin bilik və idman yarışlarını, ağacəkmə aksiyalarını təşkil etmişdir. İctimai Birliyin əsas vəzifələrindən biri olan erməni qəsbkarlarının vətənimizə, millətimizə vurduğu ziyanları, ermənilərin törətdikləri cinayətləri dünya insanına çatdırmaqdan ibarətdir. Bu sahədə də təşkilat bir sıra layihələr həyata keçirmişdir. Təşkilat tərəfindən çap edilən məlumatverici materiallar Azərbaycanda, həmçinin təşkilatın Almaniya və türkiyə nümayəndəlikləri tərəfindən də bir sıra xarici ölkələrdə paylanmışdır.İctimai Birliyin beynəlxalq fəaliyyəti də çox uğurla davam və inkişaf etdirilir. Təşkilat dəfələrlə Türkiyədə, Almaniyada, İsveçdə və Rusiyada mədəniyyətimizin təbliği ilə bağlı tədbirlər, bayram şənlikləri, elmi konfranslar təşkil etmişdir.“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi bu gün də öz nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərir və gələcəkdə fəaliyyətini daha da genişləndirmək niyyətindədir.

Mehdi Hüseyn 73, mənzil 1,
AZ1000 Bakı, Azərbaycan
Tel: (+994 12) 492-68-28
Mob: (+994 50) 628-25-75
info@dedeshemshir.com

MEHDİ HÜSEYN 73, MƏNZİL 1        |        (+994 12) 492-68-28        |        NFO@DEDESHEMSHİR.COM        |        FACEBOOK        |        YOUTUBE