

ERMƏNİ VANDALİZMİ:
________________________________
Əsirlikdə olan Azərbaycan abidələri


Qubadlı rayonu - Azərbaycan Respublikasında inzibati rayon. Kiçik Qafqazın cənub-qərbində yerləşir. Qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Sahəsi 800 km2, əhalisi 36 700 nəfərdir (01.01.2011). Mərkəzi Qubadlı şəhəridir. Rayon 31 avqust 1993-cü il tarixdən erməni işğalı altındadır.
Rayona Qubadlı şəhəri, Əliquluuşağı, Mahmudlu, Sarıyataq, Xanlıq, Qayalı, Ləpəheyranlı, Abdalanlı, Dondarlı, Diləli Müskənlı, Saray, Mirlər, Dəmirçilər, Poladlı, Fərcan, Göyyal, Hərtis, Zor, Aşağı Xocamusaxlı, Mehrili, Hal, Qəzyan, Məmər, Mollalı, Ballıqaya, Cərəli, Boyunəgər, Saldaş, Qaralar, Kavdadıq, Hüseynuşağı, Ulaşlı, Altınca, Əbilcə, Tatar, Qaraqoyunlu, Qiyaslı, Zilanlı, Kürd Mahrızlı, Seləli, Mahrızlı, Alaqurşaqlı, Muğanlı, Həmzəli, Çaytumas, Əfəndilər, Yusifbəyli, Xocahan, Tinli, Qilican, Yuxarı Mollu, Aşağı Mollu, Mollabürhan, Xocik, Mərdanlı, Balasoltanlı, Padar, Qaramanlı, Qaracallı, Qarağac, Qarakişilər, Basarat, Milanlı, Hat, Deşdahat, Armudlu, Çardaqlı, Tarovlu, Xələc, Əyin, Göyərcik, Bəxtiyarlı, Göyər Abbas, Cılfır, Seytas, Novlu, Gürcülü, Dovudlu, Qədirli, Məzrə, Eyvazlı, Teymur Müskənlı, Balahəsənli, Xıdırlı, Aşağı Cibikli, Үuxarı Cibikli, Xəliloba, Muradxanlı, Həkəri, İşıqlı, Xəndək, Məlikəhmədli, Qundanlı kəndləri daxildir.
İşğaldan əvvəl rayonda 62 ümumtəhsil məktəbi, kitabxana, klub, 4 xəstəxana və s. fəaliyyət göstərmiş, rayon ərazisində memarlıq abidələrindən mağara-ibadətgah (IV əsr), qalalar (V əsr), türbələr (XIV- XVII əsrlər), məscid (XIX əsr), körpü (1867-ci il) və s. qeydə alınmışdır.


Dəmirçilər kəndindəki türbələr
Ağoğlan məbədi Laçın-Minkənd şose yolunun 30-cu kilometrliyində, Həkəri çayının sağ sahilində, Kosalar kəndinin yaxınlığında 2 hektarlıq ərazidə yerləşir. Ağoğlan məbədi V-VI əsrlərə aid alban monastırıdır. Abidə müxtəlif dövrlərdə uçqun və dağıntılara məruz qaldığından IX əsrdə bu abidə yenidən inşa edilərək forma etibarı ilə kilsə üslubuna - monastıra uyğunlaşdırılıb. Bu abidə təmir edilərkən özünün ilk bünövrələri olduğu kimi saxlanmış, köhnə divarlar üzərində yeni divarlar tikilmişdir. Bərpadan sonra Ağoğlan məbədi Azərbaycan tarixinin alban dövrü memarlığının ən möhtəşəm abidələrindən birinə çevrilmişdir. Ağoğlan məbədinin uzunluğu 25, eni isə 12,5 metrdir. Kvadrat formalı səkkiz dayaq sütununun - pilonların iki sırası binanın daxili məkanını üç hissəyə bölür. Abidə 1992-ci il may ayının 18-dən etibarən Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Laçın rayonunu işğal etdikdən sonra ermənilər qeyri-qanuni olaraq Ağoğlan monastırının memarlıq quruluşunda və interyerində dəyişikliklər edib, abidənin divarları üzərində olan bir neçə daş yazıları, eləcə də alban dövrünə məxsus xeyli sayda ornament və simvolları tamamilə silib, onlardan bir çoxunun isə formalarını dəyişdirərək tanınmaz hala salıblar. 2006-cı ildə ermənilər bu abidəni ikinci dəfə təmir etdirmək bəhanəsi ilə abidənin divarlarının müxtəlif yerlərinə bu abidənin erməni Qriqorian dininə məxsusluğunu göstərən 26 yazı lövhəsi yerləşdirdilər. Kompleksin həyətinə sağ tərəfdən giriş qapısının yaxınlığına cərgə ilə 2 məzar daşı və kompleksin ümumi giriş qapısının önündə İrəvandan qırmızı bazalt daşdan yonulub gətirilmiş 2 ədəd xaç daşı basdırıblar. İşğaldan sonra ermənilər bu məbədi «Cicernavank» adlandıblar.
Hacı Bədəl körpüsü
Körpü XIX əsrdə Dəmirçilər kənd sakini fitri istedad sahibi olan Hacı Bədəl tərəfindən Ağa çayı üzərində tikdirilmişdir. Körpünün inşasında put daşdan (xüsusi bəzək vurmaqla), əhəng və yumurta sarısından istifadə olunmuşdur. Bu körpü 15 kəndin rayon mərkəzi ilə əlaqəsini təmin etmişdir.
Körpünün son dərəcə maraqlı arxitekturası vardır. Tağbənd formasında tikilmiş körpünün ortasında dayaqlar qoyulmamışdı. Belə etməkdə məqsəd kükrəyib daşan dağ çayının maneəsiz axını üçün idi.
Bu tarixi abidə Qubadlının işğalına qədər olduğu kimi qalırdı.




Qubadlı rayon Tarix-Diyarşünaslıq muzeyi
Qubadlı rayon Tarix-Diyarşünaslıq muzeyi 1980-ci il may ayının 6-da fəaliyyətə başlayıb. Muzeydə 1993-cü ilə qədər 5 mindən artıq eksponat qorunub saxlanırdı. Bunların sırasında qədim dövrlərə aid qılınc, xəncər, mis əşyalar, saxsı qablar, təbiət, fauna və floraya aid nadir nümunələr, Böyük Vətən müharibəsi iştirakçılarına aid əşyalar vardı. Muzeydə həmçinin, görkəmli yazıçılar, elm, mədəniyyət və incəsənət xadimlərinə aid guşə fəaliyyət göstərirdi. Bu guşədə həmin şəxslərə aid əsərlər, şəxsi əşyalarından nümunələr sərgilənirdi.
Muzeydə xalq qəhrəmanları Qaçaq Nəbi və Həcərə aid əşyalar, onların qəhrəmanlıqlarını əks etdirən rəsm əsərləri də qorunub saxlanırdı.
1993-cü ildə rayon erməni silahlı qüvvələri tərəfindən işğal olunanda muzeydə olan bütün maddi-mədəniyyət nümunələri işğal zonasında qalmışdır.
Laləzar körpüsü
Körpü Qubadlı rayonu Əliquluuşağı kəndində yerləşir. Maraqlı arxitekturası və qəribə taleyi olan Laləzar körpüsü 1867-ci ildə tikilmişdir. Laləzar körpüsü Bərgüşad çayının üzərində altı oval, üstü isə düz bir formada salınmışdır. Bərguşad çayı üzərində, hər iki dayağı hündür qayalara söykənən Laləzar körpüsünü bəzi tədqiqatçılar XVIII əsrə aid edirlər. Eni 2,8 pm, qabariti 5 pm olan körpü su səthindən 4,5 metr hündürlükdə yerləşir.





Məmər kəndində məscid
Məscid Qubadlı rayonunun Məmər kəndində ХVIII əsrdə inşa еdilmişdir. Sоvеt hakimiyyəti dövründə anbar binası kimi istifadə olunmuşdur. Müstəqillik əldə еdildikdən sоnra həmin məscid bərpa edilərək öz əvvəlki funksiyasını yerinə yetirirdi. Rayon erməni silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra məscid dağıdılmışdır.
Qubadlı rayonu
“Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” adlı elektron layihədə toplanılmış materiallarda dünyaya özlərini mədəni xalq kimi göstərməyə çalışan ermənilərin əsl simaları əyanı şəkildə görünür.
Mənbə : www.armenianvandalism.az