Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

İşğalın ağır sosial-iqtisadi nəticələr

İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRDƏ YARANMIŞ EKOLOJİ PROBLEMLƏR


İşğal olunmuş ərazilərin hazırki ekoloji durumu haqqında heç bir informasiyanın olmaması çox böyük çətinlik yaradır. Bu ərazilərə nəzarət edən Ermənistan oradakı real ekoloji vəziyyəti qəsdən gizlədir və ona görə həmin vəziyyət haqqında yalnız ümumi mülahizələr söyləmək mümkündür. Məlumdur ki, ərazinin təbii elementləri bir-biri ilə qarşılıqlı əlaqədə olurlar və onun bir elementində baş verən dəyişiklik zəncirvari şəkildə digərlərinə verilir. Artıq işğal altında olan Dağlıq Qarabağın ətrafındakı Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının əraziləri insan nəzarətindən kənardadır , əkilib-becərilmir və ona görə də böyuk ekoloji fəlakətə səbəb olur.



Ermənistan ərazisindən başlayan çayların demək olar ki, hamısı Azərbaycanın Kür-Araz çaylarına və oradan da Xəzərə tökülür. İllər boyu bu ölkənin ərazisindən axan Oxçu, Zəngi, Araz, Ağstafa, və b. çaylar öz suları ilə Azərbaycanın çaylarını çirkləndirir. Qafan mis-molibden yataqlarından Boxçuçaya axıdılan zərərli çaylar, Ermənistan AES və s. Azərbaycanın ekologiyası üçün daimi təhlükə mənbəyini yaradırlar. Ermənistan AES-də istifadə olunan sular sonralar çaylar vasitəsi ilə Azərbaycana ötürülür. Bu stansiyanın işlənmiş radioaktiv tullantılarını Azərbaycanın işğal olunmuş rayonlarının ərazilərində basdırılması haqqında məlumatlar mövcüddur.



İşğal olunmuş dağlıq ərazilərdə hərəkət edən ağır hərbi texnika, çoxlu miqdarda atılan mərmilər, bastırılmış minalar bu ərazilərin torpaq örtüyünə və bitki aləminə güclü zərər vurmuşdur. Baxımsız qalan həmin ərazilərdə təbiətin qorunması haqqında heç kim fikirləşmir: dağ meşələri ucdantutma qırılaraq qonşu ölkələrə daşınır, nadir bitki və heyvanların kökü kəsilir. İşğal olunmuş ərazidən başlayan suvarma kanallarının qarşısının kəsilməsi Azərbaycanın dağətəyi rayonlarının kənd təsərrüfatına ağır zərbə vurur. Deyilənlərdən aydın olur ki, işğaldan insanlarla yanaşı Azərbaycan təbiəti də böyük zərər çəkir.



Bu ərazilərdə müvəqqəti olduğunu başa düşən ermənilər oradakı təbii ehtiyatlardan, faydalı qazıntı yataqlarından vəhşicəsinə istifadə edir. Asan istifadə edilə bilən mineral sular, müxtəlif texniki materiallar, ehtiyatlar, daha çox mənimsənilir.



Qeyri-qanuni qurum olan Dağlıq Qarabağ işğal olunmuş ərazilərdə ekoloji şəraitin qorunması haqqında beynəlxalq təşkilatlar qarşısında heç bir məsuliyyət daşımadığına görə bu ərazilərdə ekoloji mühit getdikcə daha da ağırlaşır. Ona görə də işğaldan azad edildikdən sonra bu ərazilərin ekologiyasının yaxşılaşdırılmasına uzun illər böyük miqdarda, özü də işğalçı tərəfin hesabına vurulan ziyanın ödənilməsi tələb olunmalıdır.



Aşağıda göstərilən qoruq və yasaqlıqlar erməni işğalı altındadır və orada qoruq rejimi tamamilə dağıdılmışdır: (Ekologiya və Təbii Sərvətlər Nazirliyinin I hesabatına əsasən)





Bəşitçay Dövlət qoruqu



Bəşitçay Dövlət Qoruğu Azərbayçan hökümətinin 4 iyul 1974-çü il tarixli qərarı ilə Zəngilan rayonunda yaradılmışdır. Qoruq Azərbayçanın cənub-gərbində, Bəsitçayın dərəsində yerləşir. Qoruq ərazinin landşaft kompleksini, xüsusi ilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilmişdir.onun sahəsi hazırda 107 ha təşkil edir.qoruq ərazisinin uzunluqu 15km-ə,eni isə bəzi yerlərdə 150-200m çatır. Qoruq ermənistanın meşə fondu ərazisi ilə əhatələnir. Ərazinin 79,4% -nı meşə ilə örtülü sahə 14%-nı seyrək meşəlik təşkil edir. Meşəsiz sahələr isə 6.5%- dir. Meşə ilə örtülü sahə əsasən dağlıq olub,dəniz səviyyəsindən hündürlüyü 600-800 m.çatır.Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir.Burada günəşli saatların illik cəmi 2200-2500-ə gədərdir.havanın illik orta temperaturu 13%-dir yanvarda10 ,iyulda 250-gədərdir.

İllik yağıntının miqdarı 600mm-dir. Qar örtüyü 10-30 sm, bəzi illərdə 70-80sm - ə çatır. Havanın nisbi rütübəti 60-70%-dir.

Bəşitçayın uzunluqu 44km, hövzəsinin sahəsi 354 km2.-dir. Zəngəzur silsiləsindən (2600 m) başlayıb Araza tökülür.

Bəsitçay dövlət qoruğunun sahəsinin 100 hektarını çinar meşələri tutur. Qarışıq çinarlıqlarda vardır. Burada yünan qozu, dağ-dağan, tut, söyüd, qovaq ağacları, yemişan, itburnu, murdarca, qaratikan və s.kollar inkişaf edir. Qoruqdaki çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35m, orta diametri 1m-dir, onların yaşı 1200-1500 ilə ,hündürlüyü 50 m-ə ,diametri isə 4 m-ə çatan nümunələri də vardır. Meşənin ağac ehtiyyatı hər nektarda 190 m3 ümumi ərazi üzrə isə 16200 m3-dir.meşənin illik artımım 1 ha -da 1,22 m3-ə çatır.Burada çinar meşələrinin əmələ gəlməsi haqqında müxtəlif fikirlər vardır. Bəzi tədqiqatçılar onlara gədim mədəni meşələrin qalıqı kimi baxırlar. (A,A.Qrossheymə görə), bəziləri isə vaxtı ilə cənub-qərbi Zaqafqaziyanın çay dərələrində geniş yayılmış təbii çinarlıqların qalığı hesab edirlər.(L.Y.Prilinko,Y.S. Səfərova görə).

Bəşitçay meşəliyində çinarlar toxum və pöhrələr vasitəsi ilə artır.Buradaki çinarların 80%-ı pöhrələrlə 20%-isə toxum vasitəsi ilə əmələ gəlmişdir. Qoruqdaki ən nəhəng ağacdan birinin yaşı 1200 il hündürlüyü 53 m, diametri 4m-dtr. Onun kök gövdəsindən 185 ədəd pöhrə əmələ gəlmişdir.Bu pöhrələrdə də öz növbəsində nəhəng ağaca bənzəyirlər, böyüklərinin 100-150 il yaşı və 40m-ə gədər hündürlüyü vardır.

Xalqımız-çinar ağaclarını daim yüksək giymətləndirmiş, onu bitki aləminin fəxri "şah" ağacı hesab etmişdir.

Toz ağacı rus xalqının, ağçaqayın livanlıların bitgi aləmi üçün rəmzi məna dəşıyan ağac olduğu kimi azərbaycanlılarda tarixən çinari bitki aləmimiz üçün rəmzi məna seçmiş ona xüsusi rəğbət bəsləmişlər. Buna tam əsasımız vardır. Axı çinar xalqımızın və təbiətimizin vüqarı gədər əzəmətlidir, tarixi gədər gədimdir. Çinarlar təbiətimizin yaraşığıdır, bəzəyidir, fəxridir istəyidir.

Təəssüf ki belə bir sərvətimiz 1993-cü ildən erməni işğalçıları tərəfindən məhv edilir, o meşələrə amansız divan tutulur, kəsilib mebel istehsalında istifadə olunur.



Qaragöl dövlət qoruğu



Azərbaycan Respublikasının Nazirlər sovetinin 17 noyabr 1987 il tarixli qararı ilə Qaragöl (Sevinc) respublikalararası dövlət qoruğu yaradılmışdır. Qara-göl dövlət qoruğu Laçın rayonu ilə Gorus rayonu sərhədində dəniz səviyyəsindən 2658 metr hündürlükdə yerləşir. Qoruğun ümumi sahəsi 240 ha-dır, bura 176 ha işıqlı. Qaragölün su akvatoriyası və gölün sahil boyunca 100 metr enində 64 ha sahə aiddir.

İşıqlı Qaragölü (sevinc) dəniz səviyyəsindən 2658 m hündürlükdə Qarabağ vulkanik dağ silsiləinin cənub hissəsində, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının mənbə hissəsi rayonunda böyük işıxlı dağının (3548m) şimal ətəyində, şimal-gərbdən Dəmirdaş və kicik İşıxlı (3452) dağı ilə, şimaldan Canqutaran (2790m) dağ şərqdən isə alçaq moren tirəsi ilə əhatə olunmuşdur. Bu göl sönmuş vulkan kraterini xatırladan relikt su mənbəidir. Stratiqrafik cəhəddən Qaragöl rayonu yuxarı pliosen yaşlı suxurlar içərisindədir.

Gölün uzunluğu 1950 metr, maksimum eni 1250 m, sahil xəttinin uzunluğu 5500 m, dərinliyi maksimum 7,8 m, hövzəsinin sahəsi 13 km2-dir. Hesablamalara görə, göldə suyun həcmi 10 mln m3-dur. Gölün suyunun şəffaflıqı 4,6 metrdir. Gölün dibi sahilə yaxınlıqda müxtəlif ölçülü daşlardan ibarətdir. Mərkəzə doğru isə daşların (suxurların) ölçüsü azalır və nəhayət mərkəzi hissəsi xürda dənəli çöküntülərdən ibarətdir.

Oktyabr ayının ikinci yarısından aprelin axırlarına kimi donmuş olur. Sahildən mərkəzə doğru 20-25 metrə gədər məsafədə buzun qalınlığı 50 sm-dən çox olur. Burada qarın qalınlığı isə 40-45 sm-rə kimi olur.

Qoruqda 102 bitki növ və yarım növü vardır ki bunlar 68 növ və 27 ailədən ibarətdir.

Gölə heç bir yerdən su axımının olmamasına və suyun çox təmiz və şəfalı olmasına görə xalq bu gölə müqəddəs ibadət yeri kimi baxırdı.

1964-cü illərdə gölün ermənistan sahillərində heyvandarlıq fermalarının tikilməsi, göldə güclü nasos stansiyaları tikərək onun suyundan Goruz rayonunun əkin sahələrinin suvarılmasında istifadə edilməsi həm gölün çirklənməsinə, həmdə onun səviyyəsinin aşağa düşmüsinə səbəb olurdu. O vaxtlar laçınlıların ermənilər tərəfindən belə münasibətə narazılıqları qismən də olsa onların fəaliyyətlərini məhdudlaşdırırdı. Hazırda nəzərdən kənar qalmış gölün suyundan intensiv istifadə göl üçün qarşıalınmaz neqativ təsirlərə qətirib çıxara bilər.



Laçın dövlət yasaqlığı



Laçın dövlət yasaqlığı 1961-ci ilin noyabr ayında Laçın rayonu ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşları qoruyub saxlamaq və artırmaqdır.

Yasaqlıqda cüyür, qaya keçisi, çöl donuzu, ayı və s. quşlardan isə turac, kəklik və s. məskunlaşmışdır. Laçın dövlət yasaqlığının sahəsi 21,4 hektardır, bu da respublika ərazisinin 0,25%, respublika yasaqlıqlarının isə 8,8% təşkil edir. Həmin sahənin 7369 ha və ya 34,5%-i meşə sahəsi, 1448 ha və ya 6,8% alp çəmənliyi, 7400 ha və ya 34,8% subalp çəmənliyi, 4257 ha və ya 20% otlaqlar, 862 ha və ya 4% qayalar və üçqunlar, 34,0 ha xüsusi təyinatlı torpaqlardır.

Orta və yüksək dağlıq əraziyə xas olan relyefə malikdir.

Ən yüksək zirvə Qırxqızdır (2825 m), Şəlvə, Picənis, Qorçu və s. çayların endiyi dərin dərələr vasitəsi ilə kəskin parçalanmışdır. Yasaqlığın ərazisinə qışı quraq keçən, soyuq iqlim tipi hakimdir. Bitki örtüyünə görə yasaqlığın ərazisi iberiya palıdlarından ibarət olan orta dağ-meşə (1000-1700 m), şərq palıdından ibarət olan yuxarı dağ meşə (1700-2200 m), subalp (2200-2500 m) və alp (2500-2800) m çəmənlikləri qurşaqlıqlarına ayrılır. Meşələri əsasən vələs, çökə, ağcaqayın və s. qarışıqdan ibarət olan meşələrdir, vələsin üstünlük təşkil etdiyi meşələri xeyli azdır (8,1%), palıd, vələs, toz ağaclarının dağ-çəmən meşəliyi çox az sahəni tutur ki, buda intensiv otarılma ilə əlaqədardır. Subalp qurşağı üçün quraq yamacların bozqırlaşmış və nisbətən rütubətli yamacların mezofil çəmənləri, alp qurşağı üçün müxtəlif otlu çəmənliklərin üstünlüyü və alp xalısının zəif inkişafı ilə səciyyələnmişdir.

Yasaqlığın ərazisində ibtidai, az qalın, çimli, dağ-çəmən, tipik, karbonat-qalıqlı bozqırlaşmış qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə, tipik və bozqırlaşmış qəhvəyi dağ-meşə, torpaqları yayılmışdır.

Meşələrə nisbətən dağ-çəmən qurşağı və meşə qurşağının meşəsiz sahələri otlaq kimi insanın təsərrüfat fəaliyyətinin təsirinə çox məruz qalır.

Bununla bərabər burada bir sıra heyvan və quşların məskunlaşması üçün əlverişli şərait vardır. Onların sayı və növü kifayət qədərdir.

Burada 1989-cu ildə aparılan yoxlanmada: dağ-keçisi (bezoar keçisi) 96 baş, qaban 360 baş, cüyür 320 baş, ayı 110 baş, canavar, porzuq, dələ və s. heyvanlar, quşlardan qırqovul 200, kəklik 1500 məskunlaşmışdır.

1991-ci il mart ayında aparılan yoxlama nəticəsində ermənilər tərəfindən heyvanların və quşların sayı xeyli azalmışdır (məlum olduğu kimi qoruğun bir hissəsi Dağlıq Qarabağ sahəsinə aiddir, eləcədə ermənilər aranın qarışmasından istifadə edərək heyvanları və quşları ovlayırdılar). Beləliklə yoxlama nəticəsində heyvanların və quşların sayı aşağıdakı kimi olmuşdur.
Yasaqlığın ərazisində Hacısamlı meşəsində dünyada ən qiymətli olan qırmızı palıd (qızıl palıd) vardır. Həmin ağacdan istifadə etmək üçün hələ çar höküməti dövründə fransızlar çətin dağlar ilə (Xankəndindən Qırxqız dağını kəsməklə araba yolunu çəkmişdirlər). Ancaq sovet hakimiyyəti qurulduğu vaxda düşdüyü üçün material apara bilməmişdilər.

Həmin ağacdan hazırlanmış materialdan qiymətli mebel və xususən konyak spirti saxlamaq üçün istifadə edilir. Bu ağac Azərbaycanda ancaq həmin yasaqlığda yayılmışdır.

İndi həmin ağacları və başqa meşələri vəhşicəsinə qırırlar.



Qubadlı yasaqlığı



Qubadlı dövlət yasaqlığı Bəşitçay Dövlət qoruğuna tabe olmaqla 1969-cu ilin iyununda Qubadlı və Laçın rayonlarının ərazisində yaradılmışdır. Yasaqlıq Qubadlı rayonunun şimal və Laçın rayonunun cənub hissəsini əhatə edir, dağ-bozqır sahələrdən ibarətdir. Bu yasaqlığın yaradılmasında məqsəd həmin ərazilərin heyvanlar aləmini, xüsusilə buradakı, cüyür, çöl donuzu, qırqovul, və s. heyvan və quşları qorumaqdır. Qubadlı yasaqlığının sahəsi 20 min hektar olub respublika yasaqlığının 8,2%-ni təşkil edir. Təbii landşaft salərindən burada seyrək meşəlik, kollluqlar və meşə altından çıxıb bozqırlaşmış sahələr səciyyəlidir. Ərazi alçaq dağlıq sahələrindən yuxarı hissələri əhatə edir. Burada qışı quraq keçən mülayim iqlim tipi hakimdir. Havanın orta illik temperaturu 12-130C, yağıntının miqdarı 550-600 mm, buxarlanma isə 750-800 mm təşkil edir. Yanvar ayında orta temperatur 0,50C, iyul ayında isə 230C-dır.

Ərazi əsasən qırmızı palıddan və vələs ağaclarından ibarətdir. Eyni zamanda ardıc, yemişan, itburnu, böyürtkən bitkiləri də geniş yayılmışdır.

Ərazinin ekoloji amilləri burada heyvan və quşların normal məskunlaşmasına tam şərait yaratmışdır. Ərazi işğal olunmamışdan əvvəl apardığımız sayqı-uçot nəticəsində müəyyən olmuşdur ki, yasaqlıqda 101 baş çöl donuzu, 21 baş qonur ayı, 35 baş çüyür, 420 baş dovşan, 25 baş canavar, 310 baş çaqqal, 75 baş porsuq vardır. Quşlardan ən çox kəklik (560) yayılıb. Qırqovul, turac, bildirçin, göyərçin bu yerlərin daim sakinlərindəndirlər.

9 ildir ki, bu yasaqlıq işğal altındadır və ermənilər bu xazinədən vəhşicəsinə istifadə edirlər.



Arazboyu yasaqlığ



Bəşitçay dövlət qoruğuna tabe olmaqla Zəngilan rayonunun İranla sərhəd olan Araz çayı sahilində 1993-cu ilin iyun ayında yaradılmışdır. Uzunluğu 50 km, eni 50-100 metr bəzi yerlərdə isə 200-250 m, məsafəni əhatə edən bu yasaqlıq 5 min hektardır.

Yasaqlığın yaradılmasında əsas məqsəd burada olan fauna və floranın qorunmasıdır. Bura yayı isti, qışı mülaim olan iqlimə malikdir. Orta illik temperaturu 20-250C (yanvarda 10C), iyun-iyul aylarında 35-380C olur. Torpaqı münbit gillidir. Ərazi suya təlabatı çox olan ağaclardan ibarətdir. Torpaq və iqlim şəraiti bitgilərin böyümə və inkişafı üçün normal şərait yaradır.

İşğaldan qabaq burada mövcud olan heyvanların təxmini say uçotu aparılmışdır.

Məlum olmuşdur ki, burada 300 başa dək çöl donuzu, 7 baş qonur ayı, 350 baş tülkü, 300 çaqqal, 15 baş canavar, 70 baş porsuq, 12 baş cüyür vardır. Quşlardan: turac, qırqovul, kəklik, bildirçin, yaşılbaş ördək daim məskünlaşmışlar.



Daşaltı yasaqlığı



Daşaltı yasaqlığı. Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün 1988-ci ildə təşkil edilən yasaqlığ 450 hektar ərazini əhatə edir. 1992-ci ildən işğal altında olan yasaqlığ hazırda tamamilə məhv edilmişdir.




ERMƏNİSTANIN TƏCAVÜZÜ NƏTİCƏSİNDƏ AZƏRBAYCAN ƏHALİSİNİN SOSİAL-PSİXOLOJİ VƏ İQTİSADİ DURUMUNA DƏYƏN ZƏRƏRLƏR


Təkcə münaqişənin qızışdığı 1988-1989-cu illərdə Ermənistan Respublikasının 22 rayonundan 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişlər. Həmin köçürülmə illərində erməni cəlladlarının işgəncələrinə məruz qalmış 410 azərbaycanlı, o cümlədən, 57 qadın, 23 uşaq vəhşicəsinə qətlə yetirilmiş, müxtəlif bədən xəsarəti almış, onların yaşayış evləri və əmlakları qarət olunmuşdur. Nəticədə, Ermənistanda azərbaycanlılar yaşayan 9 min kv. km ərazi zəbt olunmuşdur. Ermənistanın işğal etdiyi rayonlardan olan əhalinin yaşayış şəraiti pisləşdiyinə görə onları arasında təbii artım kəskin surətdə aşağı düşmüş, uşaq ölümü artmışdır. Bunu sabit il hesab olunan 1989-cu illə 1998-ci ilin müqayisəsi aydın göstərir İşğal olunmuş rayonların hamısında 1989-1998-ci illər arasındakı dövrdə doğum kəskin surətdə aşağı düşmüş, ölüm qismən artmış və təbii artım hər 1000 nəfərə görə həddən çox azalmışdır. Bu azalma (hər 1000 nəfərə görə) rayonların hamısında 11, 2 - 22,6 nəfər arasında olmuşdur. Göstərilən illərdə Cəbrayıl, Qubadlı, Zəngilan və Ağdam rayonları əhalisinin məskunlaşdıqları yeni yerlərdə təbii artım daha çox aşağı düşmüşdür. (16,9 - 22,6 nəfər arasında). İşğal olunmuş rayonların hamısında demoqrafik göstəricilər orta respublika səviyyəsindən aşağı olmuşdur. İşğal olunmuş rayonlarda əhalinin təbii artımının aşağı düşməsinin başlıca səbəbləri: sosial və iqtisadi şəraitin həddən artıq ağır olması, dağ və dağətəyi zonalarının yaşayış şəraitinin, düzən yerlərdəki isti iqliminə uyğunsuzluğu,düşmələri və s. Qaçqın və köçkünlərin ən ağrılı problemlərindən biri də onların işlə təmin olunması ilə bağlı çətinliklərdir. Azərbaycan Respublikası Qaçqınlar Komitəsinin verdiyi məlumata görə 1999-cu ildə 301359 nəfər və əmək qabiliyyətli qaçqın və məcburi köçkün olmuşdur, onların 196380 nəfəri yaxud ümumi əmək ehtiyatlarının 65,2% -i işsizdir. Məcburi köçkünlərin 74 min nəfəri lazımi şəraiti olmayan çadır şəhərciklərində, 99 min nəfəri quraşdırılmış evlərdən ibarət qəsəbələrdə, 17,5 min nəfəri ictimai binalarda, məktəblərdə, uşaq bağçalarında və yataqxanalarda, 20,2 min nəfəri qohum evlərində, qalanları zəbt olunmuş mənzillərdə, yarımçıq qalmış tikililərdə, fermalarda, yük vaqonlarında və sadəcə olaraq, yol kənarlarında məskunlaşmışlar (1999) Heç bir normal istilik, elektrik enerji təchizatı, sanitar-gigiyena şəraiti olmayan belə qaçqın məskənlərində doğulan uşaqların, onların valideynlərinin sağlamlığı təhlükə altında qalır. Beləliklə, Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq nəfər qaçqın və köçkün əmələ gəldi, 20 min nəfər həlak oldu, 50 min nəfər əlil oldu, 5,1 min nəfər (1 iyun 1992-ci ilə qədər) əsir və itkin düşdü, işğal olunmuş rayonlarda əhalinin təbii artımı 22 - 26 nəfər arasında (hər 1000 nəfərə) aşağı düşdü. BDU-nun İqtisadi və sosial coğrafiya kafedrası




SƏNAYE, YAŞAYIŞ VƏ SOSİAL OBYEKTLƏRƏ DƏYƏN ZƏRƏRLƏR


Hələ Dağlıq Qarabağ münaqişəsindən əvvəl Azərbaycan dövləti dağ rayonlarının, o cümlədən, DQMV məhsuldar qüvvələrinin inkişaf etdirilməsi haqqında qərar qəbul etmişdir. Bununla bağlı olaraq, DQMV və zəbt olunmuş digər rayonların ərazisində tikinti işləri canlandırılmışdır. Burada güclü tikinti təşkilatları yaradılmış və yeni maşın mexanizmləri və nəqliyyat vasitələri gətirilmişdir. Yerlərdə güclü tikinti materialları müəssisələri, o cümlədən, DQMV-də mərmər zavodu tikilmişdir. İşğal nəticəsində yeni tikintilərə gətirilmiş bütün bu maddi-texniki baza məhv edilmiş və nəzərdə tutulan layihələr həyata keçirilməmişdir. Zəbt olunmuş ərazilərdə fəaliyyət göstərən sənaye sahələri respublika iqtisadiyyatında mühüm yer tuturdu. Burada yeyinti, yüngül, tikinti materialları sənaye sahələri üzrə müəssisələr daha çox inkişaf etmişdir. Göstərilən sahələrin bu regionda inkişafına güclü kənd təsərrüfatı xammal və yerli təbii ehtiyatlar müsbət təsir göstərirdi. Tutulmuş ərazilərin sənaye sahələrindən ən güclü inkişaf edənləri yerli əhalinin ərzaqla təmin olunmasında mühüm əhəmiyyət kəsb edən yağ-pendir, şərabçılıq və qismən də yüngül sənaye sahələri idi. Dağlıq Qarabağ MV-nin sənaye sahələri tərkibi və inkişaf səviyyəsinə görə keçmiş Azərbaycan SSR-nin iqtisadi regionları arasında dördüncü yeri tuturdu. (Abşeron, Gəncə-Qazax, Naxçıvan MR). İşğal olunmuş rayonların sənaye potensialı əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində cəmlənmişdir. Sayca ən çox sənaye və tikinti müəssisələri (137 müəssisə) bu vilayətin ərazisində yerləşdirilmişdir. İşğal altında olan rayonların bütün sənaye məhsulların 40%-ə qədəri və yaradılmış əsas fondların 18,7 %-i bu vilayətin və sənaye məhsulunun 5%, əsas fondların 41% Füzuli və Ağdam rayonlarının payına düşür. Sənaye və tikinti sahəsində ikinci pilləni Ağdam və Füzuli inzibati rayonları (sənaye məhsulunun 51, əsaslı fondların 41% -i), yerdə qalan 5 inzibati rayonlarda - Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı və Zəngilanda sənaye xeyli zəif inkişaf etmişdir. Azərbaycan SSR-nin 1988-ci ildə ümumi sənaye məhsulunun 2,7 faizi, əsas fondların 3,4 % işğal altında olan rayonların payına düşürdü. Ayrı-ayrı sənaye məhsullarına görə işğal olunmuş rayonların Azərbaycan SSR-də xüsusi çəkisi belə olmuşdur: Divar materialları - 11,0%, tikinti əhəngi 7,8%, tikinti materialları - 3,0% ayaqqabı - 11,0 %, ət - 5,0%, konservlər - 6,9 %, inək yağı - 25,2%, şərab materialları - 35%, xam ipək - 13,5%, yun -19.3, mineral su - 11,5% və i.a. Həmin rayonlarda İstisu və Turşsu mineral su qablaşdıran müəssisələri, Dağlıq Qarabağ və Ağdamdakı mərmər, mişar daşı zavodları, çoxlu keyfiyyətli və hətta keçmiş SSRİ-də məşhur olan "Ağdam" tipli şərablar və digərlərini istehsal edən şərab zavodları, yağ-pendir müəssisələri, toxuculuq və ayaqqabı fabrikləri, Qarabağ İpək Kombinatı və s. fəaliyyət göstərirdi. Bakı müəssisələrinin burada tikilmiş 50-dən çox yeni filialları işğal olunmuş ərazilərdə qalmışdır. Ümumiyyətlə, bu regionda 183-dən çox sənaye və 127 tikinti müəssisələri qalmışdır. Kommunikasiya obyektləri: Regionda güclü kommunikasiya xətləri və obyektləri yaradılmışdır. Ümumi uzunluğu 25 min km olan avtomobil və torpaq yolları, ümumi uzunluğu 3984 metr olan 160 ədəd körpü, 14,5 min km uzunluğunda elektrik xətləri, 2500 ədəd transformator, 2,3 min km su kəməri xətləri, 2,0 min km qaz kəməri, ümumi uzunluğu 240 km olan kanalizasiya xətləri, 160 ədəd su tutarları, 34 ədəddən çox qaz paylayıcı qurğuları, 35 min nömrəlik telefon stansiyaları və s. dağıdılmışdır. Eyni zamanda 4 aeroport, Bakı-Ağdam və Horadiz-Ordubad dəmiryolu xətləri, Bakı-Stepanakert-Naxçıvan qaz kəməri və s. işğal olunmuş ərazilərdə qalmışdır. Beləliklə, Ermənistanın işğal etdiyi rayonlarda 310-dan çox sənaye və tikinti obyekti qalmışdır bu obyektlər Azərbaycanda istehsal edilən divar materiallarının 11,0 % -ni, ayaqqabı istehsalının 11%-ni, inək yağının 25,2%-ni, şərab materiallarının 35%-ni, xam ipəyin 13,5%-ni, mineral suların 15%-ni və s. verirdilər. BDU-nun İqtisadi və sosial coğrafiya kafedrası




İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİN TƏBİİ EHTİYAT POTENSİALI


Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli Ağdam (rayon mərkəzi və ərazisinin böyük hissəsi), Füzuli (rayon mərkəzi və ərazisinin böyük bir hissəsi) inzibati rayonları 1989-1993-cü illərdə Ermənistan tərəfindən işğal olundu Hal-hazırda Füzuli rayonunun Horadiz qəsəbəsindən başlayaraq Zəngilan rayonunun sərhədlərinədək uzanan 198 km Azərbaycan-İran və 360 km Azərbaycan-Ermənistan - cəmi 558 km dövlət sərhədləri Ermənistan tərəfindən pozulub və indi də onun tam nəzarəti altındadır. Ermənistan tərəfindən bu sərhədlər boyu SSRİ dövründən qalmış tikililər, postlar, sərhəd qurğuları, demakrasiya xətləri dağıdılmışdır. Hazırda baxımsız qalmış Azərbaycan-İran sərhədlərinin işğal olunmuş sahələrində sərbəst şəkildə qaçaqmalçılıq və bəzi hallarda narkotik maddələr daşınması əməliyyatı həyata keçirilir. İşğal altında olan bu sərhədlərdən həm də Azərbaycanın zəbt olunmuş ərazilərində yaşayış və ictimai binaların tikinti materialları, kəsilmiş meşə ağacları qonşu İran və Ermənistana daşınır. Tarixin uzaq keçmişindən miras qalmış belə talançılıq işlərini müasir dövrdə özünün "sivilizasiyalı" dövlət kimi qələmə verən Ermənistanın həyata keçirməsi təkcə Azərbaycan üçün deyil, bütün bunlara göz yuman dünya ictimaiyyətinə meydan oxumaq deməkdir. Bundan başqa, Azərbaycanın Ermənistanla həmsərhəd olan Naxçıvan MR-nın Sədərək rayonunun Kərki, Qazax rayonunun Aşağı Əkipara, Yuxarı Əskipara, Quşçu Ayrım, Barxudarlı və digər yaşayış məntəqələri dağıdılmış və işğal olunmuşdur. Həmin kəndlərin işğal olunması buradakı Ağstafa çayı üzərində sərhəddə yaradılmış və Azərbaycanın qərb rayonları üçün təsərrüfat əhəmiyyəti daşıyan su anbarına da təhlükə yaradır. Su tutumu 120 milyon kub metr olan Ağsatafa su anbarından başlayan və uzunluğu 72,3 km olan suvarma kanalı Qazax, Ağstafa, Tovuz və Şəmkir inzibati rayonlarının dağətəyi təsərrüfatlarını və yaşayış məntəqələrini su ilə təmin edir. Dağlıq Qarabağdan fərqli olaraq keçmiş SSRİ məkanında baş verən etnik münaqişə zonalarının heç birində mövcud sərhədlərdən kənara çıxma və ətraf rayonların işğal edilməsi halları baş verməmişdir. Məsələn, Gürcüstan Respublikasındakı münaqişə zonası olan Abxaziya Muxtar Respublikası özünün köhnə sərhədlərindən kənara çıxmayıb və bir qarış da olsa ətraf ərazilərini zəbt etməyibdir. Bəhs, belə olan halda hansı beynəlxalq qaydalar və qanunlar əsasında həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini, həm də bu vilayətə heç bir aidiyyatı olmayan Azərbaycan rayonlarını: Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan Cəbrayıl, Füzuli və Ağdamı zəbt edib. İşğal olunmuş regionda müxtəlif təbiət abidələri, nadir bitki və heyvan növləri yayılmışdır. İşğal olunan Kiçik Qafqazın dağlıq zonası Azərbaycanın iri meşə rayonudur. Regionun ümumi meşə sahəsi 246, 7 min hektar idi. Təbii landşaftı, nadir bitki və heyvanlar aləmini mühafizə etmək məqsədi ilə Kiçik Qafqazın işğal altında olan ərazilərində bir sıra qoruq və yasaqlıqlar təşkil olunmuşdur. Bunlardan Bəsitçay Qoruğunu, Laçın yasaqlığını və b. göstərmək olar. Bəsitçay qoruğu Azərbaycanın cənubi-qərbində işğal olunmuş Zəngilan ərazilərində Bəsitçayın dərəsində 1974-cü ildə yaradılmışdır. Qoruğun sahəsi 107 hektardır. Burada qorunan obyekt şərq çinarıdır. Çay boyu çinar meşəliyi 12 km məsafədə uzanır. Ağacların yaşı 500 ilə çatır. Şərq çinarı "Qırmızı Kitab"a daxil edilmişdir. Laçın yasaqlığı Azərbaycanın işğal olunmuş Laçın rayonu ərazisində 1961-ci ildə təşkil edilmişdir. Sahəsi 21, 4 min hektardır. Yasaqlıqda dağ keçisi (təqribən 400 baş), cüyür (500), çöl donuzu (400), turac (800), kəklik (2500) mühafizə olunurdu. Azərbaycanda yeganə olaraq Şuşa rayonu ərazisində bitən Xarı bülbül Qarabağın rəmzi hesab olunur. İşğal altında olan ərazilər yeraltı və yerüstü təbii ehtiyatlarla zəngindir. Ən çox yayılan faydalı qazıntılar əlvan metal filizləri, qızıl, civə, xromit, perlit, əhəng, mərmər, əqiq, mineral sular və başqalarıdır. Ərazinin kurort-rekreasiya potensialı da genişdir. İşğal olunmuş ərazilər Azərbaycanın sənayesi və tikintisində və böyük əhəmiyyəti olan müxtəlif növ tikinti materialları ilə çox zəngindir. Belə materialların böyük ehtiyatları Ağdam rayonu ərazisində yerləşən Çobandağ (əhəngin ehtiyatları 140 milyon ton və gillər 20 milyon ton ), Şahbulaq (25 milyon ton gil), Boyəhmədli (45 milyon ton gil) və b. yataqlardadır. İri tikinti daş yataqları Xankəndində, mərmər isə Harovdadır. Zəbt olunmuş ərazilərdə böyük müalicə əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqları vardır. Bunların içərisində Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu, Minkənd, Şuşa rayonunda Turşçu, Sırlan və başqa mineral sular diqqəti xüsusilə cəlb edirlər. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici həm də daxili xəstəlikləri müalicə etmək mümkündür. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdir. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi. Turşsu mineral bulağı Azərbaycanın Şuşa şəhərinin 17 km-lik məsafəsində yerləşir. Turşsu vasitəsi ilə müxtəlif daxili xəstəliklər müalicə olunur, su kəməri vasitəsi ilə Şuşa şəhərinə verilir. Turşsu və İsa bulağı əsrlər boyu Qarabağın poeziya və musiqi məclislərinin qurulduğu yerlər olmuşdur. Onu qeyd etmək lazımdır ki, Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 39,6%-i işğal altında olan rayonların payına düşür. Milli ərazinin formalaşmasının vacib şərtlərindən biri də onun sıx daxili iqtisadi əlaqələrinin olmasıdır. Milli ərazilərin daxilində yaranan iqtisadi əlaqələr özünün uzun tarixliyi, sabitliyi və daimi olması ilə səciyyələnməlidir. Hal-hazırda Ermənistan əsassız olaraq iddia etdiyi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti həmişə Azərbaycanın tərkibində olmuş, onun dövlətçiliyi tərəfindən idarə edilmişdir. Vilayətin mərkəzi Xankəndi) birbaşa Azərbaycan dəmir və şosse yollarına və bütövlükdə respublikanın nəqliyyat-kommunikasiya sistemində sıx bağlanmışdır. Bu mərkəzdən dəmir yolu ilə Bakıya qədər olan məsafə 392 km-dir. Dağlıq Qarabağ ermənilərinin böyük əksəriyyətinin Bakı şəhəri ilə sıx əlaqələri mövcüd idi. Onların ailə üzvlərinin çoxu bu şəhərdə həm də yüksək sosial-iqtisadi səviyyədə yaşayır və işləyirdilər. Çox mühüm rol oynayan iqtisadi əlaqələr amilliyini nəzərdə tutan Sovet dövlətinin rəhbərliyində təmsil olunan qatı millətçi A.Mikoyan 20 may 1920-ci ildə yazmışdır: "Erməni dövlətinin agentləri olan daşnaklar Qarabağı Ermənistana birləşdirməyə can atırlar, lakin bu, Qarabağ əhalisini öz yaşayış mənbəyindən - Bakıdan məhrum etmək və heç nə ilə əlaqəsi olmayan İrəvana zorla bağlamaq deməkdir" Dağlıq Qarabağın iqtisadi cəhətdən həmişə Azərbaycanın ayrılmaz tərkib hissəsi olması haqqında erməni liderlərinin öz dili ilə yuxarıda dediyi həqiqətlər bu ərazinin coğrafi mövqeyi və təbii xüsusiyyətləri ilə bağlıdır. Belə ki, əsrlər boyu Qarabağın Dağlıq hissəsi düzən Qarabağla sıx iqtisadi əlaqə inkişaf etdirmişdir. Çay dərələri boyunca keçən yollar bu iki ərazini iqtisadi cəhətdən bir-birinə möhkəm bağlamışdır. Bütün bu tarixi-coğrafi reallıqların əksinə Yuxarı Qarabağın ermənilər tərəfindən işğal olunması və onun zorla düzən Qarabağından ayrılması regionun əhalisi və təsərrüfatı üçün çox ciddi problemlər yaratdı. Uzun illərdən bəri Dağlıq Qarabağın ərazisində yerləşən müəssisələrin böyük əksəriyyəti Azərbaycanın rayonlarından gətirilən yanacaq, xammal və materiallar əsasında işləyirdilər, bir çoxları isə Bakının iri müəssisələrinin filialları kimi fəaliyyət göstərirdi. Keçmiş Dağlıq Qarabağla Azərbaycanın aşağıdakı istiqamətlərdə hərtərəfli əlaqələri mövcud olmuşdur: 1) İstehsalın kooperasiya əlaqələri - yəni, xalis istehsal əlaqələri, o cümlədən, xammal - yanacaq mənbələrinə görə; 2) Əmtəə-mal dövriyyəsi; 3) Maddi-texniki təchizat; 4) Nəqliyyat-yük əlaqələri ; 5) Elmi-texniki əlaqələr; 6) Dövlət idarəetmə əlaqələri; 7) Mədəni-maarif əlaqələri və s. Beləliklə, göstərilən bu əlaqələrin hər birinin dərindən təhlili aparılarsa, o zaman Dağlıq Qarabağın Azərbaycanla sıx əlaqədə olduğunun real mənzərəsini görmək olar. Təkcə onu qeyd etmək kifayətdir ki, 1985-ci ildə Qarabağın Xankəndindəki iri İpək Kombinatına daxil olan barama xammalının cəmi səkkiz faizi Dağlıq Qarabağın özündə istehsal olunurdu. Yerdə qalan 92%-i isə Azərbaycanın digər rayonlarından gətirilirdi. Dağlıq Qarabağ Vilayətinin 1986-cı ildə həyata keçirdiyi xarici iqtisadi əlaqələrin həcminin cəmi 0,3 %, idxalının isə 1,4 %-i Ermənistan Respublikasının payına düşdüyü halda, Azərbaycana onun ixracatını 33,3 % düşürdü, idxalat payı isə daha yüksək idi Zəbt olunmuş rayonlarda illərdən bəri fəaliyyət göstərən vahid nəqliyyat- kommunikasiya sistemi Ermənistanın təcavüzü nəticəsində hal-hazırda dağıdılmışdır. Bu dağıntılardan həm də Qarabağ zonasından kənarda yerləşən və Ermənistan tərəfindən blokadaya alınan Naxçıvan Muxtar Respublikası daha çox əziyyət çəkir. Nəqliyyat-kommunikasiya baxımından Dağlıq Qarabağın ərazisi Ermənistanın paytaxtı Yerevandan və digər iri iqtisadi mərkəzlərdən çox uzaqda yerləşir; onları birləşdirən dağ yolları təbii fəlakətlər və iri həcmdə yük daşınmaları baxımından o qədər də əlverişli deyildilər. Beləliklə, hazırda Ermənistanın işğalı altında olan rayonların hamısı Azərbaycanla sıx bağlı olmuşdur. Nəqliyyat-kommunikasiya sistemləri, iqtisadi meyl etməsi bu bağlılığın əsasını təşkil etmişdir. Ona görə də, ermənilərin təkcə milli özünütəyinetmə prinsipindən çıxış edəcək sosial-iqtisadi baxımdan həmişə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa qarşı irəli sürdükləri iddiaların heç bir əsası yoxdur. İşğalçılar Azərbaycanın artıq özününküləşdirilmiş hesab etdikləri tarixi Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdarlar, milli arxitekturasını silib, istədikləri kimi yenidən qururlar. Azərbaycanın Laçın dəhlizində hərbi-mühəndislik baxımından başdan-başa yeni tikililər aparılır. Ermənistanın güc tətbiq etməklə Azərbaycan torpaqlarını ələ keçrməsi və istədiyi kimi orada dəyişikliklər aparması müasir beynəlxalq hüquq baxımından yolverilməz hesab olunur. Beynəlxalq hüquq baxımından bu ərazilərdə olan bütün resurslar Azərbaycanın mülküyyəti olaraq qalmaqda davam edir, həmin mülkiyyət yalnız müvəqqəti olaraq işğalç altında hesab olunur və mütləq öz qanuni sahibi olan Azərbaycana qaytarılmalıdır. Bütün bu deyilənlər bir daha təsdiq edir ki, Dağlıq Qarabağ münaqişəsinə xalis milli azlıqlarının öz müqəddəratını sərbəst təyin etməsi kimi ibarəli sözlərlə ört-basdır etməyin heç bir hüquqi, sosial-iqtisadi əsasları yoxdur. Su mənbələrinin blokadaya alınması. Azərbaycanda su probleminin həlli bu gün mühüm əhəmiyyət kəsb edir. Suvarma əkinçiliyinin inkişafı, şəhər və kəndlərin su ilə təchizatı quraq region hesab edilən Azərbaycan üçün həyati məsələdir. Respublikanın su ehtiyatlarının formalaşmasında sıx çay şəbəkəsinə malik olan və hazırda işğal altındakı Kiçik Qafqaz dağlarının da əhəmiyyəti böyükdür. Bu dağlardan öz mənbəyini götürən bütün çaylar, xüsusilə Kürün sağ qolları olan Tərtər, Həkəri, Xaçınçay, Köndələnçay və b. özləri ilə düzən ərazilərə bol su gətirirlər, onların bəzilərinin üzərində süni göllər və suvarma kanalları yaradılmışdır. Suvarmada və elektrik enerjisi alınmasında istifadə edilən belə komplekslərdən biri də Tərtər hidrokompleksidir. Bu kompleks 1976-cı ildən Azərbaycan SSR üçün ayrılmış kapital qoyuluşu hesabına yaradılmışdır. Azərbaycan üçün böyük həyati əhəmiyyəti olan bu və digər suvarma sistemləri və su mənbələrinin Ermənistan tərəfindən blokadaya alınması ölkəmiz üçün çox böyük təhlükə mənbəyinə çevrilmişdir. Göstərilən Tərtər hidrokompleksinin yaratdığı Sərsəng su anbarı və elektrik stansiyası hazırda Ermənistan hərbi qüvvələrinin nəzarəti altındadır. Sərsəng su anbarında suyun həcmi 560 min kub metrdir. Bu anbardan öz başlanğıcını götürən magistral kanallar düzən hissədə yerləşən Tərtər, Ağdam, Bərdə, Goranboy rayonları ərazilərində 80,1 min hektar torpaq sahəsini suvarırdı. Hazırda Sərsəng su anbarından kanallara verilən suyun qabağı işğalçı ermənilər tərəfindən kəsildiyinə görə Azərbaycanın göstərilən rayonlarında əkinlər məhsul vermir. BDU-nun İqtisadi və sosial coğrafiya kafedrası




REGİONUN KƏND TƏSƏRRÜFATINA DƏYƏN ZƏRƏRLƏR


İşğal altında olan Yuxarı Qarabağ zonası Azərbaycanın iri kənd təsərrüfatı regionu idi. Əlverişli dağarası və dağətəyi düzənlikləri və hamar səthi yayları olan və yaxşı rütubətlənən Kiçik Qafqazın işğal olunmuş hissəsi kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq sahələrinin inkişafına geniş imkanlar yaradır. Kənd təsərrüfatının tərkibində taxılçılıq, yem istehsalı, üzümçülük, tütünçülük, kartofçuluq, pambıqçılıq, ətlik-südlük heyvandarlıq və xüsusilə qoyunçuluq daha üstün yer tuturdu. Yuxarı Qarabağın qədimdən inkişaf etdirilən üzümçülük sahəsinə 70-ci illərdən sonra daha böyük diqqət yetirildi. Üzümçülük və şərabçılığın inkişafı ilə bağlı olaraq yeni texnikası və şərab zavodları olan ixtisaslaşdırılmış iri sovxoz-zavodlar yaradıldı. Regionda yeni əmtəəlik məhsul kimi inkişaf etdirilən sahələrdən biri də tütünçülük idi. Ermənistanın təcavüzü nəticəsində həmin ərazidə fəaliyyət göstərən bir çox kənd təsərrüfatı müəssisələri, o cümlədən, kolxozlar, sovxozlar, təsərrüfat birlikləri və aqrofirmalar öz fəaliyyətlərini dayandırdılar (cədvəl 7). Beləliklə, işğal olunmuş ərazilərdə 1988-ci ildən qalan 311 kənd təsərrüfatı müəssisəsi, 145 yeni yaradılmış, müasir texnika ilə təchiz olunmuş üzümçülük-şərabçılıq sovxozları və xüsusilə, məşhur Qarabağ cins-cıdır atları yetişdirən Ağdam atçılıq sovxozu, 135 kolxoz və 31 təsərrüfatlararası müəssisələr dağıdıldı. Kənd təsərrüfatının maddi texniki bazasını təşkil edən və fermerlərin hazırki qiymətə satın almaq imkanları olmayan 1365 avto-qoşqu nəqliyyatı və 3425 müxtəlif əkin və qoşqu troktorları, taxıl və pambıq yığan kombayınlar və s. çıxarıla bilmədiyindən işğal ərazilərində qaldı. İşğal olunmuş rayonların kənd təsərrüfatı müəssisələri və onların texnikası
(1988-ci il məlumatı)
İşğal olunmuş ərazilərdə 7296 ədəd hidroqurğular, 36 ədəd nasos stansiyaları, 26 ədəd suvarma sistemləri, 18 ədəd suvarma sisteminin baş qurğuları, 1200 km təsərrüfatlararası suvarma kanalları, 5600 km təsərrüfatdaxili sistemləri sıradan çıxarılmış, 127,7 min ha keyfiyyətli suvarınan torpaqlar qalmışdır. Aztorpaqlı Qafqaz regionunda torpaq sahələrinin sıradan çıxarılması nəticəsində milyonlarla insan əsas yaşayış mənbəyindən - torpaqdan məhrum edildi. Yuxarı Qarabağın işğal olunmuş rayonlarından çıxarılan 611,3 min nəfər köçkün artıq 10 ildən artıqdır ki, öz doğma torpaqlarında yetişdirdikləri kənd təsərrüfatı məhsullarından məhrum edilmişlər. Özü də köçkünlərin müvəqqəti məskunlaşdıqları düzən ərazilər tamam başqa torpaq-iqlim şəraitinə və ona uyğun aqroqaydalarla becərilən kənd təsərrüfatı məhsullarına malikdirlər. Yeni ərazidə belə məhsulları becərmək onlara çox böyük çətinliklər törədir. Kəlbəcərin dağlıq ərazisində heyvandarlıqla məşğul olan kəndli, hazırda məskunlaşdığı düzən Bərdə rayonunda suvarma pambıqçılıq təsərrüfatınından baş çıxarmaqda olduqca böyük çətinlik çəkir. İşğal olunmuş rayonlarda bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı aşağıdakı cədvəldə verilir. (cədvəl 9). Göründüyü kimi, Azərbaycan Respublikasında istehsal edilən taxılın 14,3%-i, üzümün 31,5, ətin 14,5, südün 17,1, yunun 19,3 və baramanın 17%-i işğal olunmuş rayonların payına düşürdü. Özü də bu rayonlarda ekoloji cəhətdən ən təmiz və keyfiyyətli kənd təsərrüufatı məhsulları yetişdirilirdi. Azərbaycanın işğal olunmuş keçmiş DQMV və ətraf rayonlarında kənd təsərrüfatı məhsulları istehsalı haqqında məlumat (1988-ci il) Ermənistan təcavüzü bu rayonların yüksək inkişaf etmiş heyvandarlıq sahələrinə daha çox ziyan vurmuşdur. Belə ki, Azərbaycan SSR dağ rayonlarının sosial-iqtisadi geriliyini aradan qaldırmaq məqsədi ilə əvvəlki illərdən həmin ərazilərə böyük həcmdə vəsait yönəldilmiş, vergilərin həcmi azaldılmış, şəxsi həyətyanı təsərrüfatlar inkişaf etdirilmişdir. Bütün bu tədbirlər işğala məruz qalmış dağ rayonlarında heyvandarlıq sahələrinin güclü inkişafına səbəb olmuşdur. Azərbaycan rayonlarının qəfildən və bir-birinin ardınca zəbt edilməsi müharibə zolaqlarından mal-qara sürülərinin qabaqcadan çıxarılmasına imkan vermədi. Bu ərazilərdən kiçik qruplarla çıxarılan heyvanlar yol boyu aclıq və susuzluqdan tələf oldular. 1988-ci ildə işğal olunmuş rayonlarda heyvanların sayı (baş) Göründüyü kimi, 1989-cu ildən başlayaraq Azərbaycan ərazilərinin işğal olunması nəticəsində 311 kənd təsərrüfatı müəssisələri, o cümlədən 145 yeni təşkil olunmuş üzümçülük-şərabçılıq, 1365 avtomobil, 3425 əkin və qoşqu troktoru, 7296 hidroqurğu, 62 su nasosu və suvarma aqreqatları, 1200 km təsərrüfatlararası suvarma kanalları, 645,5 min ha kənd təsərrüfatına yararlı torpaqlar, 185,5 min ha əkin yerləri, 40 min ha bar verən cavan üzüm plantasiyaları sıradan çıxarılmış, hər il orta hesabla 79,4 min ton taxıl, 20,5 min ton pambıq, 324, 3 min ton üzüm, 23,5 min ton kartof, və b. bitkiçilik məhsulları işğal nəticəsində toplanmamış, 313,1 min başdan çox iri buynuzlu mal-qara, o cümlədən 111, 2 min baş inək və camış, 1 milyon 98 min qoyun və keçi qarət edilmiş və həmçinin 20 min ton ət, 75,5 min ton süd, 846 ton illik heyvandarlıq məhsulları itirilmişdir. BDU-nun İqtisadi və sosial coğrafiya kafedrası




ERMƏNİSTAN-AZƏRBAYCAN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ NƏTİCƏSİNDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNƏ DƏYMİŞ MADDİ VƏ MƏNƏVİ ZİYAN HAQQINDA QISA ARAYIŞ


1990-cı illərin əvvəllərində Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları irəli sürüb, beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Birləşmiş Millətlər Təşkilatına üzv olan bütün dövlətlər tərəfindən ölkəmizin rəsmən tanınmış ərazisinin 20 faizini hərbi təcavüz yolu ilə işğal etmiş Ermənistan hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına uçurub dağıtmışlar. Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir. Şuşa tarixi memarlıq qoruğunun ərazisində işğalçı vandallar Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli, cümə məscidlərini, dahi bəstəkar Üzeyir Hacıbəyovun, professional vokal sənətinin banisi Bülbülün ev muzeylərini, Xurşud Banu Natəvanın saray kompleksini, Firudin bəy Köçərlinin, Zöhrabbəyovların malikanələrini, şair, rəssam, alim Mir Mövsüm Nəvvabın evini, ümumiyyətlə qoruq şəhərin şərq memarlığı xüsusiyyətlərini əks etdirən milli üslubda inşa edilmiş əksər yaşayış evlərini, buradakı qədim qəbiristanlığı, böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri M.P.Vaqifin türbəsini, Ağdamda Pənah xanın imarətinı, cümə məscidini, Laçın rayonunda Həmzə Sultan və Soltan Əhməd saraylarını, məscidləri, ziyarətgah və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri, kurqanları, tarixi abidə olan yaşayış binalarını dağıtmış, daşınması mümkün olan maddi mədəniyyət abidələrini Ermənistana aparmışlar. İşğal zonalarında maddi mədəniyyət yadigarlarımızın dağıdılması prosesi indi də davam edir. İşğalçılar geniş miqyaslı, qeyri peşəkar arxeoloji qazıntı işləri aparır, kurqanları dağıdır, qarət etdikləri tapıntıları Ermənistana daşıyırlar. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri qalmışdır. Bunlarla yanaşı işğal olunmuş ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı,4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103.2 min ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitofon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion işğal altında qalmışdır. Dəyərini müəyyən etmək mümkün olmayan daşınmaz tarix və mədəniyyət abidələrindən başqa respublikamıza dəymiş ümumi zərərin məbləği 23 trilyon 680 milyon manat və ya 6 milyard 71 milyon ABŞ dolları təşkil edir. (Dəymiş ziyan 1994-cü ilin qiymətləndirilmə sənədləri əsasında təxmini hesablanmışdır). Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək muzeyi şəhərin bombardmanı zamanı yerlə yeksan edilmiş, dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli və nadir əşyası Ermənistana daşınmışdır. Şuşanın zəbt edilməsi nəticəsində mənəviyyatımıza olduqca ağır zərbə endirilmişdir. Təkcə Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi dağıdılmış, viran edilmişdir. Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin, Ağdam tarix-diyarşünaslıq muzeyinin (2 mindən çox əşya), Qubadlı tarix-diyarşünaslıq muzeyinin (3 mindən çox əşya), Zəngilan tarix - diyarşünaslıq muzeyinin (6 minədək əşya) fondları qarət edilmişdir. Görkəmli Azərbaycan musiqiçisi Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri də dağıdılmışdır. Erməni təcavüzkarlarının qarət etdikləri muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli materiallar olmuşdur. Şuşa, Laçın və Qubadlı rəsm qalereyalarının Azərbaycanın görkəmli rəssam və heykəltəraşlarının əsərlərindən ibarət fondları da dağıdılmışdır. Erməni təcavüzkarları vəhşilik göstərərək Azərbaycan musiqisinin böyük xadimləri Üzeyir Hacıbəyovun və Bülbülün, habelə şairə Xurşud Banu Natəvanın heykəllərini Şuşa şəhərindən Ermənistan ərazisinə aparmışlar. Bu abidələr bütün əxlaq normalarının ziddinə olaraq vəhşicəsinə güllələnmiş və ağır texnika vasitəsilə zədələnmişdir. Həmin abidələr çox çətinliklə əldə edilərək Bakıya gətirilmiş və hazırda İncəsənət Muzeyində nümayiş etdirilir. Azərbaycan xalqının məhv edilmiş qədim, əvəzolunmaz qiymətli mədəni sərvətləri olan bu abidələrin qiymətini təyin etmək praktiki olaraq mümkün deyildir. Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan Azərbaycan Respublikasının ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir. Mədəniyyət Nazirliyi




AZƏRBAYCAN RESPUBLİKASININ ERMƏNİ HƏRBİ BİRLƏŞMƏLƏRİ TƏRƏFİNDƏN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİNDƏ TÖRƏDİLMİŞ VANDALİZM ƏMƏLLƏRİ BARƏDƏ ARAYIŞ


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında erməni əsirliyindən qayıtmvş Azərbaycan vətəndaşları ilə aparılmış söhbətlər zamanı məlum olmuşdur ki, işğal olunmuş Dağlıq Qarabağ ərazisində və digər ətraf rayonlarda ermənilər tərəfindən vandalizm əməlləri törədilmiş, - evlər talan edilərək sökülmüş, yandırılmış, taraxi abidələr, xüsusilə qəbiristanlıqlar dağıdılmışdır. İşğal olunmuş Azərbaycan rayonlarının talan və qarət edilməsində, o cümlədən evlərin, abidələrin, qəbiristanlıqlardakı qəbir daşlarının sökülməsində əsir və girovların əməyindən istifadə edimişdir. Müsəlman qəbiristanlıqlarından daşların sökülməsi ilə bağlı faktı 1974-cü il təvəllüdlü 1994-1996-cı illərdə erməni əsirliyində olmuş Məmmədov Vüqar Yavər oğlu Dövlət Komissiyasına ünvanladığı 02.09.2002-ci tarixli izahatında təsdiq edərək bildirmişdir: "Şuşada müsəlman qəbiristanlıqlarından qəbir daşlarını bizə söktürüb maşınlarla başqa yerlərə aparır, ya da satırdılar. Şuşanın bütün müsəlman qəbiristanlıqları dağılmış vəziyyətdə idi. Ermənilər Şuşanı dağıtmaq fikrində idilər". 1993-cü ilin iyul ayında Qubadlının Çaytumas kəndində girov götürülmüş Quliyev Pənah Zakir oğlu tərəfindən 19.07.2001-ci il tarixdə Dövlət Komissiyasına ünvanlanmış ərizədə göstərilir ki, əsirlikdə olarkən o, daha yeddi nəfər əsir və girovla birlikdə Ağdam şəhərindən inşaat materiallarının və qəbiristanlıqdan qara mərmər daşların sökülməsində işlədilmişdir. 1975-ci il təvəllüdlü 1995-1996-cı illərdə erməni əsirliyində olmuş Bağırov Sahib Qərib oğlu ilə 14.12.2001 tarixdə aparılmış söhbətlə əlaqədar tərtib edilmiş arayışda qeyd edilir ki, Şuşa həbsxanasına saxlandıqları zaman onları Ağdam rayonuna apararaq işğal olunmuş kəndlərdəki evlərin daşlarını sökdürmüş, Karo adlı erməni hərbçisinə ev tikmək üçün Xankəndinə daşıtdırmışlar. Sözügedən söhbət zamanı S.Bağırov bildirmişdir ki, ermənilər onlara Ağdamda və Şuşada olan qəbiristanlıqdan qara mərmər daşlarını da sökdürmüş, həmin daşları İrana göndərərək əvəzində kartof almışlar. S.Bağırov əsirlərə Şuşada Samvel Babayan üçün də ev tikdirildiyini demişdir. 1993-1995-ci illərdə Şuşa, Xankəndi və Xocavənd rayonlarında əsir saxlanılmış Rəsul Nemət oğlu Ramazanov Dövlət Komissiyasına ünvanladığı 474/DK saylı izahatında qeyd etmişdir: "Şuşa şəhərində saxlandığım dövrdə oradakı azərbaycanlıların qəbiristanlığındakı baş daşların, qədim türbələrin, qiymətli plitələrin sökülməsinin şahidi olmuşam. Bundan başqa qədim şəhər məscidinin də söküldüyünü görmüşəm. Həmin materiallar Yerevana aid nömrə maşınlarla birbaş Ermənistana daşınırdı. Göstərilənlərlə yanaşı, Ağdam rayonundakı tikililərin də sökülüb daşındığını görmüşəm". Dövlət Komissiyasına 30.06.2003-cü il tarixdə daxil olmuş 474/DK saylı izahatında 1993-1996-cü illərdə erməni əsirliyində olmuş Kazimov Kərim Əvəz oğlu göstərmişdir ki, əsir olduğu müddətdə onu digər əsirlərlə birlikdə Şuşa şəhərində olan Molla Pənah Vaqifin məqbərəsindəki qiymətli mərmər daş örtüklərinin, İbrahim Xanın qəbir daşlarının, Şuşa hamamının yanındakı məscidin döşəməsindəki mərmərlərin və Şuşa qəbiristanlığındakı baş daşların sökülməsində işlətmişlər. Bülbülün ev muzeyində ermənilərin məskunlaşdığını bildirən K.Kazımov Bülbülün büstünün yıxdırılaraq üz hissəsinin qoparıldığını, eyni zamanda Ü.Hacıbəyovun büstünün uçurulub avtomaşın parkına atılaraq təhqir edildiyini vurğulamışdır. K.Kazımov Şuşa şəhərindəki bazarın yanındakı məsciddə iranlılar tərəfindən təmir işləri aparıldığını, məscidin qarşısına fars dilində yazılar vurulduğunu bildirmişdir. 220 saylı, 09.04.2003-cü il tarixli izahatında bildirdiyinə görə, 1993-cü ildə əsir götürülmüş 1973-cü il təvəllüdlü Abdullayev Rövşən Abdülrəhman oğlu əsir olduğu müddətdə digər əsirlərlə birlikdə Şuşadakı azərbaycanlı qəbiristanlıqların sökülməsində işlədilmişdir. Qəbiristanlığın demək olar ki, tamam sökülüb dağıdıldığını bildirən R.Abdullayev mərmər daşların maşınlara yüklədilib aparıldığını qeyd etmişdir. 1993-1996-cı illərdə erməni əsirliyində olmuş Məmmədov Vəlhəd Adil oğlu özünün 30.06.2003-cü il tarixli 474/DK saylı izahatında əsirlərin azərbaycanlılara məxsus tarixi abidələrinin sökülməsində işlədildiyini təsdiq edərək Şuşa məscidinin döşəməsinin söküldüyünü, Bülbülün büstünün güllələnmiş halda muzeyin həyətinə atıldığını, M.P.Vaqifin heykəlinin ətrafındakı döşəmənin mərmər lövhələrinin qoparıldığını və müsəlman qəbiristanlıqlarının dağıdıldığını bildirmişdir. 1993-1996-cı illərdə erməni əsirliyində olmuş 1958-ci il təvəllüdü Vediyev Camal Soltan oğlu tərəfindən yazılmış 278 saylı, 01.03.2003-cü il tarixli izahatda göstərilir: "Biz Mısmına kəndində beşmərtəbəli yaşayış binası və bir ferma tikdik. Həmin tikinti materiallarını biz Ağdamda evlərini qoyub getmiş əhalinin evlərindən sökürdük. Əlavə olaraq qeyd edirəm ki, Şuşa türməsində saxlanan zaman məni, Şükürü, Ağagülü Şuşa qəbiristanlığına aparıb oradakı qəbirlərin başdaşlarını sökdürərək mərmər daşlarını aparır, qalanlarını isə atırdılar". 1993-cü ildə əsir götürülmüş Cəfərov Mübariz Qara oğlu 291 saylı, 05.05.2003-cü il tarixli izahatında qeyd edir ki, o, əsirlikdə olduğu zaman Şuşadakı qəbiristanlığın baş daşlarının, evlərin və idman mərkəzlərinin ermənilər tərəfindən dağıdıldığının şahidi olmuşdur. 1989-1995-ci illərdə erməni əsirliyində olmuş Abdullayev Yaşar Abdləli oğlu 474/DK saylı, 30.06.2003-cü il tarixli izahatında sözügedən faktları təsdiq edərək əlavə etmişdir ki, ermənilər Şuşa şəhərində yolların kənarındakı məhəccərlər dəyişdirərək onların əvəzinə xaç şəkilli dəmirlər vurmuşlar. 1994-cü ildə əsir götürülmüş Qəniyev Ariz Məhərrəm oğlu 474 saylı, 30.06.2003-cü il tarixdə Dövlət Komissiyasına daxil olmuş izahatında digər əsirlərlə birlikdə Şuşadakı qəbiristanlıqlardan qəbir daşlarının sökülməsində işlədildiyini qeyd etməklə yanaşı, bu sökülmüş qəbir daşlarından Şuşa şəhərində Andronikə heykəl qoyulduğunu bildirmişdir. 474 saylı, 30.06.2003-cü il tarixli izahatında keçmiş girov Sarıyev Əli Zöhrab oğlu qeyd etmişdir ki, digər əsir və girovlar kimi onu da Şuşa və Ağdam şəhərlərindəki qəbiristanlıqlarda işlətmişlər. Keçmiş girov Abbasov Natiq Əliş oğlu 30.06.2003 tarixli, 474 saylı izahatında ermənilər tərəfindən girov saxlandığı müddətdə ona Füzuli rayonunun mərkəzindəki qəbiristanlıqdan sökülmüş məzar daşlarını maşınlara yüklətdiklərini göstərmişdir. Keçmiş hərbi əsir Qafarov Rauf Şəmsəddin oğlu 295 saylı, 05.05.2003-cü il tarixli izahatında bildirir ki, Mısmına kəndində əsirlərə toyuq və donuz ferması, yem ambarı, bulaq və hovuz tikdirmişlər. Bu tikintidə istifadə olunan tikinti materiallarının və mərmərin Füzuli rayonundan sökülüb gətirildiyini və bu işə əsirlərin cəlb edildiyini qeyd edən R.Qafarov daha sonra yazır: "Bizi Füzuli rayonuna evləri sökməyə apararkən qəbiristanlıqda heç bir mərmər görmədik. Qəbirlərin çoxu sökülmüş vəziyyətdə idi". 1998-2000-ci illərdə erməni əsirliyində olmuş, Şuşa həbsxanasında saxlanmış Rəcəbov Nail Lamik oğlu 30.06.2003-cü il tarixli, 474/DK saylı izahatında göstərir ki, o, Şuşa şəhərində saxlandığı zaman tarixi abidələrimizin ermənilər tərəfindən dağıdılmasının və yandırılmasının şahidi olmuşdur. Vaqif sarayının, konservatoriyanın, qədim Şuşa hamamının tamimlə dağıdıldığını qeyd edən N.Rəcəbov həmin abidələrdəki qiymətli əşyaların və sənət əsərlərinin ermənilər tərəfindən maşınlara yüklədilərək Ermənistana daşınmasının şahidi olduğunu bildirmişdir. Həmçinin Şuşa qəbiristanlığının da dağıdıldığını və oradan qoparılmış baş daşlarının separatçı Qarabağ rejimi "rəhbərləri"nin oturduqları binanın qarşısına düzüldüyünü qeyd etmişdir. 1993-1996-cı illərdə erməni əsirliyində saxlanılmış İsmayılov Yunis Suca oğlunun 30.06.2003 tarixli, 474/DK saylı izahatında göstərdiyinə görə, o, əsirlikdə olarkən Şuşa şəhərindəki tarixi abidələrimizin ermənilər təəfindən dağıdıldığının şahidi olmuşdur. M.P.Vaqifin məqbərəsinin, şəhər məscidinin və digər abidələrin sökülərək içərisindəki əşyalarla birlikdə Ermənistana daşındığını bildirən Y.İsmayılov, Şuşadakı Ü.Hacıbəyovun ev muzeyindəki qiymətli əşyaların Ermənistana daşındığını və həmin binanın ermənilər tərəfindən yaşayış evi kimi istifadə edildiyini göstərmişdir. 1994-1996-cı ildə erməni əsirliyində olmuş İdris Usubəli oğlu Mirzəyev 30.06.2003-cü il tarixli, 474/DK saylı izahatında göstrəmişdir ki, əsirlikdə olduğu zaman o, Şuşa şəhərindəki 2 qülləli qədim məscidin erməni əsgərləri və saqqallıları tərəfindən dağıdıldığını görmüşdür. Daha sonra İ.Mirzəyev öz izahatında işğal olunmuş ərazilərdəki yaşayış evlərinin, ictimai binaların, məktəblərin və digər tikililərin sökülüb talan edilməsində və daşınmasında əsir və girovların əməyindən istifadə edildiyini təstiq etmiş, ermənilərin Şuşadakı evləri talan edərək ev əşyalarını maşınlara yükləyib Ermənistana daşıdıqlarını bildirmişdir. 1996-1997-ci illərdə əsirlikdə olmuş 1976-cı il təvəllüdlü Mehdiyev Nazim Hafiz oğlu Dövlət Komissiyasına ünvanladığı 299 saylı, 06.05.2003-cü il tarixli izahatında qeyd etmişdir ki, Şuşa həbsxanasında əsir saxlandığı zaman həbsxananın yaxınlığındakı olan müsəlman qəbiristanlığındakı qəbir daşları dağılıb sökülmüş vəziyyətdə imiş. 1966-cı il təvəllüdlü Məmmədov Azər Zabit oğlunun Dövlət Komissiyasına ünvanlanmış 22.11.202-ci il tarixli izahatında yazdığına görə, girovluqla olarkən ermənilər şuşadakı evləri onlara sökdürürmüşlər. 1994-1995-ci illərdə erməni əsirliyində olmuş Alışanov Elməddin Orucəli oğlu 109 saylı, 03.03.2002-cü il tarixil izahatında yazır: "Mən əsirlikdə olduğum zaman əsirləri işğal olunmuş rayonların, əsasən Ağdam və Füzuli rayonlarının sökülüb daşınmasında işlədirdilər. Bunları yüksək rütbəli ermənilər edirdilər və həmin xüsusi materialları İrandan gələnlərə satırdılar. İranlılar isə öz maşınlarına yükləyib aparırdılar. Meşələri qırıb odun kimi Ermənistana aparırdılar". Müvafiq arayışda göstərildiyinə görə, hərbi əsir 1973-cü il təvəllüdlü Məmmədov Anar Zakir oğlu da 19.07.2002-ci il tarixdə aparılmış söhbət zamanı bildirmişdir ki, onu və digər əsirləri Ağdama təzə tikilmiş evləri sökməyə və tikinti materiallarını maşına yükləməyə aparmış, həyətlərdə yığılmış mişar daşlarını maşınlara yüklətmişlər. Füzuli rayon ərazisində girov götürülmüş Bayramov Ağagül Ələhməd oğlu Xankəndində saxlandığı zaman işğal olunmuş Ağdam rayonunda kubikdən tikilmiş evlərin sökülərək Xankəndinə daşınması işində istifadə edildiyini 19.06.2001-ci il tarixli izahatında göstərmişdir. Korotkov Aleksandr Diyanoviç və Korotkov Gennadi Aleksandroviçlə aparılmış söhbətlə əlaqədar 28.02.1994-cü tarixdə Dövlət Komissiyasına daxil olmuş arayışda göstərilir ki, Ağdam işğal olunarkən şəhərdən çıxmadıqları üçün onlar ermənilərin evləri atəşə tutaraq pəncərələri qırdıqlarını öz gözləri ilə görmüşlər. Korotkovun evinə soxularaq soyuducuda olan ərzağı mənimsəmiş erməni hərbçiləri qonşu evləri qarət etməyə başlamış, həmin malları xəstə Gennadiyə maşına yüklətmişlər. Ağdam şəhər sakini 1926-cı il təvəllüdlü Şevelyov Vladimir İvanoviçlə 4.05.1994-cü il tarixdə aparılmış söhbətlə əlaqədar tərtib edilmiş arayışda göstərilir ki, 22.07.1993-cü il tarixdə Şevelyov öz evinin və qonşu mənzillərinin yandırıldığının şahidi olmuşdur. 1973-cü il təvəllüdlü hərbi əsir Məmmədov Anar Zakir oğlu 23.11.1994-cü il tarixdə əsirlərə Ağdamdan sökülmüş bir evdən mişar daşı yığdırılaraq 29-95 NKA nişanlı "Kamaz" maşınına doldurulduğunu söyləmişdir. 1997-1999-cu illərdə erməni əsirliyində olmuş 1978-ci il təvəllüdlü Mürşüdov Sədrəddin Aslan oğlu ilə aparılmış söhbətlə əlaqədar Dövlət Komissiyasına 29.12.1999-cu il tarixdə daxil olmuş arayışda göstərilir ki, Xankəndi təcridxanasında saxlanıldığı zaman onu və Səfərəliyev Əfqan Xanlar oğlunu demək olar ki, hər gün, 1974-cü il təvəllüdlü əsir Kərimov Kərim Əvəz oğlunu və əsir yoldaşlarını isə tez-tez sökülmüş evlərin tikinti materiallarını maşinlara yüklətmək üçün Xocalıya və Ağdama aparmışlar. Ağdam rayonunun dağıdılması ilə bağlı faktı 1967-ci ildə anadan olmuş, 1993-cü ildə ermənilərin Ağdama hücumu zamanı əsir götürülmüş Mahmudov Möhlət Nəriman oğlu ilə aparılmış söhbətlə əlaqədar tərtib edilmiş 28.09.1994-cü il tarixli arayışda da təstiq edilir. Xankəndi hərbi hissəsində saxlanılmış M.Mahmudovun ifadəsinə görə, əsir və girovlardan Ağdamın Qasımlı karxanasında mərmər kəsilib daşınmasında, odun, un və s. daşınmasında istifadə etmişlər. Onun müşahidəsinə əsasən, Ağdam şəhərində məsciddən başqa heç bir salamat bina qalmamışdır. Əsir və girov düşmüş vətəndaşların işğal olunmuş zonalarda evlərin sökülməsi və talan edilməsində istifadə edilməsi ilə bağlı faktı Ağdam rayon sakini, 1921-ci il təvəllüdü Rzayev Balış Nəbi oğlu (28.06.2002-ci il tarixli arayış), 1975-ci il təvəllüdlü hərbi əsir Hüseynov Cavid Ağa oğlu (14.07.1995-ci il tarixli arayış), 1958-ci il təvəllüdlü Ağdam rayon sakini Abbas Adil Əsəd oğlu (28.06.2002-ci il tarixli arayış), hərbi əsir Bayramov Şirin Ələhməd oğlu (19.06.2001-ci il tarixli izahat), 1955-ci il təvəllüdlü girov Abutalıbov Mikayıl Musa oğlu (04.01.2003-cü il tarixli arayış), 1957-ci il təvəllüdlü Kəlbəcər rayon sakini Məmmədov Cəlal Əli oğlu (06.07.2001-ci il tarixli arayış) da təsdiq etmişlər. 1993-cü ilin avqust ayında Qubadlı şəhəri işğal olunarkən öz evindən girov götürülmüş 1925-ci il təvəllüdlü Yusifov Şərif Qasım oğlunun dindirilməsi ilə əlaqədar tərtib edilmiş 11.12.1993-cüil tarixli arayışda göstərilir ki, Ş.Yusifov girov götürülüb Qubadlıdan Xocavəndə aparılarkən yol boyu köç dolu maşınların yandırılmasının şahidi olmuş, Laçın şəhərinin tamamilə dağıdılıb yandırıldığını, kəndlərin ermənilər tərəfindən tar-mar edildiyini müşahidə etmişdir. Bir neçə gündən sonra Şuşa həbsxanasına aparılan Ş.Yusifov Şuşa şəhərindəki müsəlman qəbiristanlığının daşlarının çıxarılıb aparıldığının da şahidi olmuşdur. Hərbi əsir 1976-cı il təvəllüdlü Allahverdiyev Mülkədar İsa oğlu ilə aparılmış söhbətlə əlaqədar yazılmış 28.06.2002-ci il tarixli izahatda yeddi nəfər əsirlə birlikdə onun da Kəlbəcərə aparıldığı, oradakı evlərin əşyalarını və tikinti materiallarını "Kamaz" markalı maşınlara yüklətdirərək ermənilərin məskünlaşdığı Yanşaq kəndinə daşıtdırıldığı göstərilmişdir. Zəngilan şəhərinin işğalı zamanı öz evindən girov götürülmüş və şəhərin talan edilməsini dörd gün ərzində müşahidə edən 1930-cu il təvəllüdlü Cəfərova Məryəm Zinatovna ilə aparılmış söhbətlə əlaqədar tərtib edilmiş 08.04.1994-cü il tarixli arayışda göstərilir ki, M.Cəfərova ermənilərin mənzilləri qarət edərək yandırdıqlarını, qapı-pəncərələri sındırdıqlarını öz gözləri ilə görmüş, ev əşyalarını yığaraq kənddən çıxmaq istərkən mənzilləri qarət edən 14-15 yaşlı 15-20 nəfər erməni uşağı ilə qarşılaşmış, onlar tərəfindən döyülmyş, əşyaları əlindən alınmışdır. 1977-ci il təvəllüdlü İbişov Taleh Mədət oğlu ilə aparılmış söhbətlə əlaqədar tərtib edilmiş 18.02.2002-ci il tarixli arayışda göstərilir ki, İbişov Taleh Laçın rayonu işğal olunarkən Aşağı Seyidlilər kəndində ermənilər tərəfindən evlərin qarət edərək əllərinə keçən hər şeyi maşınlara yüklənməsinin şahidi olmuşdur. Arayışda göstərilir ki, Qubadlı rayon ərazisindən keçərək Ermənistanın Sisyan rayonuna aparılarkən yolda T.İbişov evlərin yandırıldığını görmüşdür. Laçın rayonunun yandırılması faktı 1992-ci ildə əsir götürülmüş 1971-ci il Nağıyev Gəray Müzəffər oğlu ilə aparılmış söhbətlə əlaqədar tərtib edilmiş 05.06.1995-ci il tarixli arayışda da təstiq edilmişdir. Sözügedən söhbət zamanı G.Nağıyev Laçın rayonunun Göydərə kəndinin ermənilər tərəfindən yandırıldığını gördüyünü bildirmişdir. Öz evində girov götürülmüş 1961-cı il təvəllüdlü Laçın rayon Vağazin kəndində anadan olmuş İsmayılov Mikayıl Sevdimalı oğlu tərəfindən Dövlət Komisiyasına yazılmış 26.07.2001-ci il tarixli ərizədə göstərilir ki, 24.05.1994-cu il tarixdə ermənilər Vağazin kəndinə daxil olaraq evləri yandırmağa başlamışdır. M.İsmayılovu girov götürən ermənilər Laçının işğal olunmuş kəndlərini gəzmiş, bütün kəndlərdə evlərin 80-90% yandırmışlar. Qubadlı rayonu işğal olunarkən Yusifbəyli kəndində girov götürülmüş 1932-ci il təvəllüdlü Dostuyev Həsən Qənbər oğlu ilə aparılmış söhbətlə əlaqədar yazılmış 10.01.1995-ci il tarixli arayışda göstərildiyinə görə, ermənilər onu girov götürüb "KAMAZ" maşınına mindirmiş, həmin maşınla kəndi gəzib gözəgəlimli evləri yandırmışlar. Daha sonra Həmzəli kəndində gəzərək salamat binaları yandırmışlar. Laçın rayonunun Hacılar kənd sakini Rüstəmov Bahadur Fərhad oğlu 332 saylı, 16.05.2003-cü il tarixli izahatında göstərmişdir ki, o, işğal olunmuş ərazidəki evlərini görmək ümidi ilə doğma kəndinə gedərkən evləri sökülmüş, qəbiristanlıqları dağıdılmış, meşələri isə doğranmış halda görmüşdür. Xocalı sakinlərindən Quliyev Yaqub Allahverdi oğlu 25.10.2001-ci il tarixli izahatında, 1926-cı il təvəllüdlü Nağıyev Hüseyn Behbud oğlu 26.03.2001-ci tarixdə, 1963-cü il təvəllüdlü Ələkbərova Səidə Qurban qızı ilə isə aparılmış söhbət ilə əlaqədar 24.01.2003-cü il tarixdə Dövlət Komissiyasına daxil olmuş arayışlarda göstərilir ki, onlar söhbət zamanı Xocalıda evlərin yandırıldığının şahidi olduqlarını bildirmişlər. Xocalıda evlərin yandırılması ilə faktları təsdiq edən 1956-cı il təvəllüdlü Məmmədova Gülöyşə Bəxtiyar qızı əlavə olaraq qeyd etmişdir ki, ermənilər kəndə basqın edərkən həm də evləri qarət etmişlər. Ağdamdan və işğal olunmuş digər Azərbaycan rayonlarından evlərin sökülməsi və tikinti materiallarının yığılması, əsir və girovların bu işə cəlb edilməsi ilə bağlı faktlar Füzuli rayon ərazisində girov götürülmüş 1968-ci il təvəllüdlü Əliyev Fikrət Rəhman oğlu ilə aparılmış söhbətlə əlaqədar 03.05.1996-cı il tarixdə Dövlət Komissiyasına daxil olmuş arayışda, 1973-cü il təvəllüdlü hərbi əsir Allahverdiyev Arzuman Mikayıl oğlu ilə aparılmış söhbətlə əlaqədar yazılmış 10.09.1994-cü il tarixli arayışda, 1963-cü il təvəllüdlü hərbi əsir Məmmədov Qadir İsaqul oğlu tərəfindən yazılmış 27.11.2003-cü il tarixli izahatda da təsdiq edilmişdir. Qubadlı rayonunun yandırılması ilə bağlı fakt 1958-ci il təvəllüdlü Əhmədov İdris Engels oğlu ilə aparılmış söhbətlə əlaqədar yazılmış 20.04.1995-ci il tarixli arayışda da əks etdirilmişdir. Sözügedən söhbətdə İ.Əhmədov təsdiq etmişdir ki, əsir aparılarkən Laçın rayonunun Güləbird kəndi yandırılıb talan edilirmiş. 1943-cü ildə Laçında anadan olmuş Əliyev Valeh Həsən oğlu və 1981-ci il təvəllüdlü Taleh Valeh oğlu ilə aparılmış söhbətlə əlaqədar Dövlət Komissiyasına 20.04.1995-ci ildə təqdim olunmuş arayışda göstərilir ki, onlar 15.08.1993-cü il tarixdə Laçının Alçalı kəndində qonşularının evinin yandırıldığını görmüşlər. Söhbət zamanı o da məlum olmuşdur ki, Edilli kəndində hərbi hissənin komandiri əvvəllər sürücü işləmiş və həbsdə olmuş Manvel Qriqoryanın erməni əsgərləri ilə kəsdiyi şərtə görə, işğal edilmiş zonalardan qənimət götürülmüş maşın-mexanizm ona, qalan hər şey isə əsgərlərə çatmalıdır. Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyası
22 mart 2005-ci il





Qarabağ tarixi

QARABAĞ: ETİMOLOGİYASI, ƏRAZİSİ VƏ SƏRHƏDLƏRİ


Qarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki "qara" və "bağ" sözlərindən əmələ gəlmişdir. "Qara" və "bağ" söz birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malikdir. Dünyanın hər yerində bu söz birləşməsinin Azərbaycanın konkret ərazisinə aid edilməsi də danılmaz həqiqətdir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi "Qarabağ" sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl (VII əsrdən!) işlənmişdir. Qarabağ əvvəllər bir tarixi-coğrafi anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir. Yeri gəlmişkən, bu hal Azərbaycan üçün xarakterikdir: Naxçıvan şəhəri - Naxçıvan bölgəsi, Şəki şəhəri - Şəki bölgəsi, Gəncə şəhəri - Gəncə bölgəsi, Lənkəran şəhəri -Lənkəran bölgəsi və i.a. "Qarabağ"ın Azərbaycanın konkret bir vilayətinin, bir bölgəsinin adı kimi formalaşması tarixi onun etimologiyasının daha elmi şəkildə izahına imkan verir. Çünki Azərbaycan dilində (həmçinin başqa türk dillərində) "qara"nın rəngdən başqa "sıx", "qalın", "böyük", "tünd" və başqa mənaları da vardır.3 Bu baxımdan, "Qarabağ" termini "qara bağ", yəni "böyük bağ", "sıx bağ", "qalın bağ", "səfalı bağ" və s. mənası kəsb edir.4 Beləliklə, Qarabağın özü kimi "Qarabağ" sözü də Azərbaycan xalqına məxsusdur. Qarabağdan bəhs edərkən qarşıya əvvəlcədən belə bir sual çıxır: Qarabağ haradır, Azərbaycanın hansı ərazilərini əhatə edir? Bu sualın cavabı bu gün daha aktualdır və erməni separatçıları tərəfindən törədilmiş "Dağlıq Qarabağ problemi"nin dərk edilməsi üçün mühüm əhəmiyyətə malikdir. Qoyulmuş suala cavab üçün ilk mənbəyə müraciət edək. Vaxtı ilə bu ərazini əhatə edən Azərbaycan dövlətinin - Qarabağ xanlığının vəziri olmuş Mirzə Camal Cavanşir özünün "Qarabağ tarixi" (1847) əsərində bu məsələdən bəhs edərkən yazırdı: "Qədim tarix kitablarının yazdığına görə Qarabağ vilayətinin sərhədləri belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər - Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahilə Krasnı most, yəni Qızıl körpü adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi Kür çayına qədər - Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır".5 Rusiya işğalı və müstəmləkəçiliyinin ilk dövründə Qarabağın ərazisi və sərhədlərinin belə dəqiq təsvir edilməsi onunla izah olunur ki, 1) bu faktı bilavasitə Qarabağın idarəsilə məşğul olan dövlət adamı yazır, başqa sözlə, həmin fakt rəsmi sənədlərə əsaslanan rəsmi sözdür, Rusiyanın xidmətində olan dövlət adamının rəsmi sözüdür; 2) digər tərəfdən bu fakt yalnız reallığa, təcrübəyə əsaslanmaqla qalmayıb ilk mənbələrlə də sübut olunur. Mirzə Camalın mövqeyinin doğruluğunu göstərmək üçün qədim tarix kitablarına istinad etməsi təsadüfi deyil. Göründüyü kimi, siyasi-coğrafi məkan olaraq, tarixdə həmişə "Dağlıq Qarabağ" deyil, bütöv halda, yəni Qarabağın bütün ərazisini - dağlarını, düzənlərini əhatə edən ümumi bir "Qarabağ" anlayışı olmuşdur. Başqa sözlə, "Dağlıq Qarabağ" anlayışı çox sonraların "məhsuludur", separatçılıq niyyəti ilə Qarabağın bir hissəsinə verilmiş addır. Adicə məntiq də bunu sübut edir: əgər Dağlıq Qarabağ varsa, deməli düzən və ya aran Qarabağ da var! Reallıq da belədir: bu gün Azərbaycanda həm Dağlıq Qarabağ var, həm də Aran Qarabağ (yəni düzən Qarabağ)! Özü də həm düzən (aran), həm də dağlıq Qarabağ həmişə, bütün tarixi dövrlərdə bir xalqın - Azərbaycan xalqının Vətəni olmuşdur, dilində "qara" və "bağ" sözləri olan xalqın! Azərbaycan xalqının yüzlərlə ən qədim, ən nadir folklor nümunələri, musiqi inciləri məhz Qarabağda yaranmışdır, Qarabağla bağlıdır. AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu




QARABAĞ ƏN QƏDİM ZAMANLARDAN XANLIQLAR DÖVRÜNƏDƏK


Ərəb xilafətinədək Qarabağ təkcə Azərbaycanın deyil, ümumiyyətlə dünyanın da ən qədim tarixə malik olan diyarlarındandır. Bu ərazidəki Azıx mağarasında ən qədim insanların yaşayış məskəni aşkar edilmişdir. Bu yaşayış məskəni Azərbaycanın, o cümlədən Qarabağın, Aralıq dənizi hövzəsi və Şərqi Afrika ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir. Azıx mağarasının tədqiqatçısı Azərbaycan alimi M.Hüseynov yazırdı: "Azıxda öyrənilmiş çay daşı alətləri mədəniyyətləri, Şərqi Afrikanın Olduvay mədəniyyəti kompleksi ilə yaxınlıq təşkil edir. Eyni zamanda, alətlərin hazırlanmasında fərqli cəhətlər də vardır ki, bu da, Azıxın alt təbəqələrindən aşkar olunmuş əmək alətlərini Quruçay mədəniyyəti adlandırmaq imkanı vermişdir… Quruçay mədəniyyətinin yaşı isə 1 milyon 200 min ildən də qədimlərə aid edilə bilər".6 1968-ci ildə Azıx mağarasının aşöl təbəqəsindən Azıx adamı - azıxantrop adlandırılan insanın çənə sümüyü tapılmışdır. Azıx adamının 350-400 min il əvvəl yaşadığı guman olunur. Qarabağda mustye mədəniyyəti daha çox Tağlar mağarası ilə təmsil olunmuşdur.7 Qarabağın arxeoloji cəhətdən öyrənilməsinin davam etdirilməsi burada daş dövrünün mezolit və eneolit dövrlərinin də geniş inkşaf etmiş olduğunu müəyyənləşdirə bilər. Eneolit (e.ə.VI-IV minilliklər), tunc və ilk dəmir dövrlərində (e.ə. IV minilliyin sonu - I minilliyin əvvəli) Qarabağın həyatında böyük dəyişikliklər baş vermişdi.8 Son tunc və ilk dəmir dövrü (e.ə. XIII-VII əsrlər) Xocalı-Gədəbəy mədəniyyəti adı almışdır. Bu dövrə aid Xocalı qəbiristanlığı arxeoloji abidəsindən üstündə Aşşur (Assuriya) hökmdarı Adadnirariyə aid mixi yazı olan əqiq muncuq tapılmışdır. Bu və digər tapıntılar bölgənin Yaxın Şərqlə iqtisadi və mədəni əlaqələrini təsdiq edir.9 Təsərrüfat və mədəni həyatın inkişafı ilə yanaşı etno-siyasi proseslər də davam edir. Azərbaycanın cənubunda qüdrətli Manna dövləti (e.ə. IX-VI əsrlər) meydana gəlir. Manna Assuriya və Urartu ilə mübarizədə müstəqilliyini qorumağa nail olur. Şimali Azərbaycan torpaqları, o cümlədən Qarabağ ərazisi Urartunun işğallarından kənarda qalır. Bu dövrdə, ümümiyyətlə Cənubi Qafqazda (Zaqafqaziyada) erməni etnosu yox idi. Çox sanballı tədqiqatçılar, kollektiv monoqrafiyaların müəllifləri Zaqafqaziyanın siyasi tarixindən bəhs edərkən vahid fikir söyləyirlər: Urartunun əsas ərazisi SSRİ-nin sərhədlərindən kanarda yerləşirdi. Qədim dövrdə və orta əsrlərdə ermənilərin kompakt yaşadığı ərazi də indiki Ermənistan SSR-in hüdudlarından uzaqda idi.10 Urartu dövlətinin varlığına son qoyan Midiya dövləti (e.ə. 672-550) zamanı vəziyyət dəyişdi. Midiya Cənub-şərqi Zaqafqaziyanı özünə tabe etdi. Bu vəziyyət Əhəmənilər dövründə də (e.ə. 550-330) davam etmişdi. Makedoniyalı İsgəndər (e.ə.336-323) Əhəməni dövlətini dağıtdıqdan sonra Azərbaycanın şimalında siyasi proseslər yeni mərhələyə qədəm qoydu. Bunun nəticəsi idi ki, Makedoniyalı İsgəndərin qısamüddətli hakimiyyətindən sonra, onun ölümü ilə imperiyası parçalandıqda Azərbaycanın cənubunda Atropatena, şimalında isə Albaniya dövlətləri yarandı. (Son dövrlərdə Azərbaycan tarixçiləri Atropatenaşünaslıq və Albanşünaslığı yeni elmi əsərlərlə zənginləşdirmiş, uzun zaman erməni müəllifləri tərəfindən qəsdən saxtalaşdırılmış olan bu dövrün elmi əsaslarla araşdırılmasına böyük töhvələr vermişlər. Onları burada xüsusi olaraq sadalamağa ehtiyac görmədik). E.ə. IV əsrdə və sonralar Atropatena Azərbaycanın şimalında da ərazilərə malik idi və bu zaman Qarabağ ərazisinə daxil olan torpaqların bir hissəsi həmin Azərbaycan dövlətinə tabe idi. Atropatena ilə eyni zamanda yaranmış Albaniya dövləti təxminən e.ə. IV- e. VIII əsrlərində mövcud olaraq, 1200 ilə yaxın dövr ərzində Azərbaycan tarixində böyuk rol oynadı. Bütün Qarabağ ərazisi Albaniya dövlətinin tərkibinə daxil idi və bu dövlət Qarabağı öz tərkibində qoruyub saxlamaq üçün misilsiz mübarizə apardı və bəzi istisnalarla buna nail ola bildi. F.Məmmədovanın Albaniya dövlətinin, o cümlədən onun tərkib hissəsi olan əyalətlərin (Sakasena, Otena - Uti, Orxistena - Arsax, Araksena və s.) ərazisi və sərhədlərini tarixi dinamikada əks etdirdiyi 6 xəritəsi də bu fikri təkzibolunmaz surətdə təsdiq edir. Qarabağ Azərbaycan Albaniya dövlətinə məxsus olduğu kimi, burada yaşayan etnoslar - uti, sovdey, qarqar və başqaları da alban tayfaları idilər. Ermənilərin ilk dəfə Cənubi Qafqazda (Zaqafqaziyada) peyda olmaları təxminən e.ə. II əsrdən sonralara təsadüf edir. Onların regiona daxil olması ilə yerli dövlətlərə və xalqlara qarşı təcavüzkar fəaliyyətləri də başlanır. Bu dövrdə ermənilər Kiçik Asiyanın şərqindəki erməni çarlığını qondarma "Böyük Ermənistan" adlandırır və köçüb məskən saldıqları bütün əraziləri erməni torpaqları elan etməyə cəhd edirlər. Roma imperiyasının e.ə. 66-cı ildə II Tiqranı darmadağın etməsi ilə uydurma "Böyük Ermənistan" əfsanəsi puça çıxır, onlar Romanın vassalına çevrilir. Bu vəziyyət IV əsrədək davam edir. Belə olduğu halda ermənilərin Albaniyanın tarixi torpaqlarını Ermənistanın tərkib hissəsi kimi qələmə verməsi heç bir elmi-tarixi əsasa malik deyil. Halbuki ermənilərdən fərqli olaraq Azərbaycan-Albaniya dövləti müstəqil siyasət yeritməkdə davam edirdi və Qarabağın tarixi vilayətləri onun tərkibinə daxil idi. Tədqiqatçının yazdığına görə "mənbələrin tədqiqi və I-IV əsrlərdəki gerçəkliklərin öyrənilməsi bizi əmin edir ki, Albaniyanın cənub sərhədi Araz çayı boyunca keçmişdir".11 Qarabağın Azərbaycana məxsus olduğunu və burada ən qədim zamanlardan başlayaraq müxtəlif türk etnoslarının yaşadığını Azərbaycan və ümumtürk şifahi xalq ədəbiyyatının möhtəşəm abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanları da sübut edir. Dədə Qorqud dastanları VI-VII əsrlərdə Qarabağ da daxil olmaqla bütün Azərbaycan torpaqlarında, o cümlədən Göyçə gölü hövzəsində yayılmışdır. Bu qiymətli xalq-qəhrəmanlıq eposunun təsdiq etdiyi kimi, bəzi oğuz qəhrəmanları hətta Məhəmməd peyğəmbərin (s.) hüzuruna gedərək onun özü ilə də görüşmüşdülər. Ağqoyunlu hökmdarı Uzun Həsənin (1453-1478) göstərişi ilə yazılmış məşhur Oğuznamədə (Əbu Bəkr Tehraninin 1470-ci ildə yazdığı "Kitabi-Diyarbəkriyyə"sində) Göyçə dənizi yaylaqlarının və Qarabağın qədim oğuz türklərinə məxsus olduğu, oğuz türklərinin soykökündə duran Oğuz Xaqanın Göyçə dənizi ətrafında dəfn olunduğu, Bayandur Xaqanın isə Qarabağda, Göyçə dənizi yaylaqlarında yaşadığı və orada da dəfn olunduğu göstərilir.12 Qarabağ Ərəb xilafəti dövründə. Arsaxda qriqorianlaşdırma
və erməniləşdirməyə dair
Qarabağın tarixində əsas dəyişikliklər Ərəb xilafətinin işğalları və bunun nəticəsində Albaniya dövlətinin aradan qaldırılması ilə baş verir. Ərəb işğallarınadək Qarabağın tarixi əhalisi etnik baxımdan eyni kökdən, yəni Azərbaycan-Albaniya kökündən olduğu halda, bu dövrdə Ərəb xilafətinin Azərbaycanla bağlı yeritdiyi faciəli siyasət nəticəsində vilayətin dağlıq hissəsində ermənilərin dini üstünlüyünün təmin edilməsi, zaman keçdikcə etnik sahədə də özünü göstərdi: Albaniyanın tarixi Arsax bölgəsi əhalisinin əvvəlcə qriqorianlaşdırılmasına, bunun ardınca da erməniləşdirilməsinə başlandı. Azərbaycanın bu bölgəsində qriqoiyanlaşdırma və erməniləşdirmə proseslərinin səbəbləri, gedişi və erməni-xilafət əməkdaşlığının mahiyyəti və b. problemlər, onun tarixi ədəbiyyatda necə əks olunması məsələləri akad. Z.Bünyadov tərəfindən xüsusi olaraq tədqiq edilmişdir.13 Təbiidir ki, qriqorianlaşdırmaya nisbətən erməniləşdirmə uzun proses olmalı idi və həqiqətən də bu belə oldu. Ona görə də Z.Bünyadov akad. S.T.Yeremyanın "VII əsrdən (qəti olaraq VIII əsrin əvvəllərindən) Alban kilsəsinə erməni kilsəsinin bir hissəsi kimi baxılırdı" və bu zaman Arran vilayətindən Sünik, Arsax, Uti və başqalarının erməniləşdirilməsini iddia edən fikrinə etiraz edərək yazır: "İki müxtəlif anlayış olan erməniləşdirmə və qriqorianlaşdırma anlayışlarının qarışdırılması diqqəti cəlb edir. Bu yerdə erməni kilsəsinin köməyi ilə Arran əhalisinin yalnız qriqorianlaşdırılmasından danışıla bilər. S.T.Yeremyanın bu barədəki nöqteyi-nəzəri o qədər də doğru deyildir, çünki Arran vilayətində Sünik vilayəti və Arsaxın xeyli hissəsi XII əsrin əvvəllərinə yaxın erməniləşdirilmişdir".14 Bu fikir (həm də akad. S.T.Yeremyanın gəldiyi nəticə!) bir daha təsdiq edir ki, Qarabağın bu hissəsində yaşayan əhali əvvəldən erməni olmamış, əksinə yerli Azərbaycan-alban tayfaları olmuşlar və sonradan erməniləşdirilmişlər, daha doğrusu əvvəlcə qriqorianlaşdırılmış, sonra isə erməniləşdirilmişlər. Populyasiyanın etnogenezi və onun qarşılıqlı əlaqəsi haqqında informasiya verən və müasir elmi nailiyyətlərə əsaslanan odontoloji tədqiqatlar da bunu sübut edir.15 Heç də təsadüfi deyil ki, Ərəb xilafəti parçalandıqdan sonra Albaniyanın həmin ərazisində Sünik və Arsax-Xaçın knyazlıqları yarandı. "XII əsrin sonlarına yaxın Sünik padşahlığı dağıldı, buradakı hakim sülalə 1166-cı ildən knyaz Qriqorun və Smbatın ölümü ilə kəsilmiş oldu. XII əsrin sonu-XIII əsrin əvvəllərində Arsax ərazisində təşəkkül tapan Xaçın knyazlığı İ.A.Orbelinin sözləri ilə desək "qədim Albaniyanın bir hissəsi" idi".16 Beləliklə, tamamilə təbiidir ki, Ərəb xilafəti dağılarkən onun ərazisində dirçələn yerli dövlətlər içərisində heç bir erməni dövləti olmamışdır. Bu da, Azərbaycandan və Gürcüstandan fərqli olaraq, Cənubi Qafqazda ermənilərin ümumiyyətlə dövlətçilik tarixinə malik olmadıqlarını sübut edir. Bu proseslərin baş verdiyi IX-XIII əsrin əvvəlləri, xüsusilə Sacilər-Atabəylər-Şirvanşahlar dövrü bütün Cənubi Qafqazda Azərbaycanın qüdrətinin daha da artdığı bir dövr idi. Sacilər və Atabəylər faktik olaraq Azərbaycanın tarixi torpaqlarını siyasi cəhətdən birləşdirmişdilər.17 Keçmiş Albaniya ərazisində yaranmış Xaçın knyazlığı Mehranilər nəslinə mənsub olan Həsən Cəlalın dövründə (1215-1261) yüksək inkişaf mərhələsinə çatmışdı. Təsadüfi deyil ki, dövrün narrativ və epiqrafik abidələrində o, "Xaçın ölkələri knyazı", "Xaçın və Arsax ölkələrinin əzəmətli knyazı" titulları ilə yanaşı, "Albaniya hökmdarı" titulu ilə də anılır. Başqa sözlə, Həsən Cəlalın bütün titulları Azərbaycan - Albaniya tarixinə məxsusdur. Onun zamanında Alban memarlığının ən mühüm incilərindən biri olan Qanzasar monastırı tikildi.18 Qarabağ Azərbaycan siyasi həyatının mərkəzlərindən biri kimi
(XIII-XVIII əsrin 40-cı illəri)
Monqolların birinci yürüşü zamanı (1220-1222) zəifləmiş Atabəylər dövlətinə son qoyan Xarəzmşah Cəlaləddinin Azərbaycanda hökmranlığı zamanı (1225-1231) Qarabağ da onun hakimiyyəti altında idi. Monqolların ikinci yürüşü və Azərbaycanın işğalının başa çatması ilə (1231-1239) Qarabağ digər Azərbaycan torpaqları kimi Ali monqol xaqanlığının (1239-1256), sonra isə Hülakülər (Elxanilər) dövlətinin (1256-1357) tərkibində idi. Qarabağın bu dövr tarixi haqqında məlumat nisbətən daha əhatəlidir və daha yaxşı öyrənilmişdir.19 Həmin dövrdə "Qara" və "bağ" söz birləşməsi - "Qarabağ", artıq, konkret coğrafi əraziyə şamil edilir. V.Piriyev yazır: "Arran Qarabağı" adı ilk dəfə Rəşid əd-Dinin "Came ət-təvarix" əsərində 1284-cü il hadisələrinin şərhi ilə əlaqədar xatırlanır". Bu dövrdə Qarabağ Arranın daxilində dağlıq və dağətəyi torpaqları birləşdirən vahid ərazidən ibarət idi.20 XIII-XIV əsrlərdə Qarabağ Hülakular dövlətinin siyasi tarixində mühüm rol oynayır. V.Piriyev qeyd edir ki, "Monqol hökmdarlarının daima Qarabağda qışlamaları bir sıra dövlət səviyyəli hadisələrin burada baş verməsinə səbəb olmuşdur. Təkcə onu göstərmək kifayətdir ki, monqol hökmdarlarından ikisi (Qazan xan və Arpa xan) səltənət taxtına Qarabağda çıxmış, ikisi isə (Arqun xan və Əbu Səid) Qarabağda vəfat etmişdir".21XIII-XIV əsrlərdə də Qarabağ Azərbaycan torpağı idi və onun əhalisi də, əsasən, Azərbaycan türklərindən ibarət idi. XV əsrdə Qarabağ Azərbaycan Qaraqoyunlu (1410-1467) və Ağqoyunlu (1468-1501) dövlətlərinin tərkibində idi. Lakin Qaraqoyunlular dövründə Qarabağın sonrakı tarixində özünü göstərəcək bir hadisə baş verdi. XV əsrdə keçmiş alban hakimi Həsən Cəlalın nəsli (Cəlalilər) Qaraqoyunlu Cahan şahdan "məlik" titulu aldı. Sonralar Cəlalilər nəslinin mülkü beş alban feodal knyazlıqları - məliklliklərinə (Gülüstan, Cəraberd, Xaçın, Vərəndə, Dizaq) parçalandı…22 Azərbaycan Səfəvi dövlətinin yaranması ilə (1501) bütün Azərbaycan torpaqlarının mərkəzləşdirilməsinə başlandı. XVI əsrin ortalarında Azərbaycan torpaqlarının vahid dövlət halında mərkəzləşdirilməsi başa çatdı. Bununla Azərbaycan Səfəvi dövləti regionun Osmanlı imperiyasından sonra ikinci ən qüdrətli dövlətinə çevrildi. Belə olduğu halda o dövrdə ermənilərin hər hansı etnik-siyasi üstünlüyü mümkün olan məsələ deyildi. Əksinə, həmin dövrdə Azərbaycanın etnik və siyasi sərhədləri daha aydın şəkil alır. Səfəvilər Azərbaycanda 4 bəylərbəylik yaradır ki, onlardan biri də Qarabağ və ya Gəncə bəylərbəyliyi idi. Osmanlıların bu torpaqlarda tərtib etdikləri icmal və müfəssəl dəftərlər həmin bəylərbəyliyin inzibati-ərazi bölgüsü haqqında aydın təsəvvür yaradır. 1593-cü il məlumatına görə Gəncə-Qarabağ əyaləti 7 sancaq, 36 nahiyəyə bölünürdü.23 Burada qeydə alınan 1,3 mindən çox toponimik vahidlərin hamısı, demək olar ki, azərbaycanlılara məxsus idi.24 Bunlardan heç biri ermənilərə məxsus olmamışdır. Səfəvi dövlətinin zəifləməsindən sonra Azərbaycan torpaqları İran, Rusiya və Osmanlı dövlətləri arasında müharibələr meydanına çevrildi. Bu dövrdə Gəncə-Qarabağ torpaqları əvvəlcə Osmanlı imperiyası tərkibində olmuşdur. Həmin dövrdə tərtib olunan Osmanlı dəftərləri də azərbaycanlıların bölgənin əsas əhalisi olduğunu sübut edir. Hesablamalara görə 1727-ci ildə Gəncə-Qarabağ əyalətinin əhalisi 122 min nəfər idi. Onun 80,3 min nəfərini (66%) azərbaycanlılar, 37,8 min nəfərini (31%) ermənilər (daha doğrusu qriqorianlaşmış və erməniləşmiş albanlar), 3,7 min nəfərini (3,1%) kürdlər təşkil etmişdir.25 Bəhs olunan dövrdə Rusiyanın fəal köməklik göstərdiyi qriqorianlaşmış albanlar siyasi cəhətdən fəallaşır.26 Digər tərəfdən, sonuncu Səfəvi hökmdarı III Abbası yıxaraq hakimiyyətə gələn Nadir şah Əfşar (1736-1747) onu qanuni hökmdar kimi tanımaqdan imtina edən Gəncə-Qarabağ bəylərbəyliyinin türk-müsəlman əhalisinə qarşı ağır cəza tədbirləri həyata keçirdi ki, bu amil də Qarabağın alban məliklərinin mövqeyini gücləndirdi və onların separatizminə təkan verdi. Nadirin ölümü ilə onun dövləti parçalandı, Azərbaycanda yerli dövlətlər - xanlıqlar yarandı. Başqa sözlə Azərbaycan, xanlıqların timsalında özünün dövlət müstəqilliyini növbəti dəfə bərpa etdi. Keçmiş Gəncə-Qarabağ əyalətinin ərazisində iki Azərbaycan xanlığı - Gəncə və Qarabağ xanlıqları yarandı. Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları başlıca olaraq Qarabağ xanlığı ilə bağlı olduğundan onun üzərində ayrıca dayanaq. AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu




QARABAĞ XANLIĞI


Qarabağda Azərbaycan dövlətçilik ənənəsinin bərpası
Nadir şah Əfşar imperiyasının süqutundan sonra müstəqillik qazanmış Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığının banisi Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan Pənahəli bəy Cavanşir idi. O, Qarabağın Sarıcalı kəndində anadan olmuşdur. Qarabağ xanlığının vəziri olmuş tarixçi Mirzə Camal yazır: "Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və Şirvan vilayətlərini aldıqdan sonra, ellər və kəndlər arasında görüb tanıdığı hər bir şücaətli və işgüzar adamı yanına çağırıb, öz yaxın qulluqçuları sırasına alar və onu məvacib, ehtiram və mənsəb sahibi edərdi. O cümlədən ellər arasında Pənahəli bəy Sarıcalı Cavanşir adı ilə şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, müharibə və davada tay-tuşuna üstün gələn və xüsusilə mərhum Nadir Rum əhli qoşunları ilə etdiyi müharibələrdə (XVIII yüzilin 30-cu illərində Osmanlı imperiyasına qarşı müharibələr nəzərdə tutulur) şücaət göstərmiş Pənah xanı da öz yanına apardı". Lakin Muğan qurultayından sonra Nadir onun hakimiyyətini qəbul etmək istəməyən qarabağlılara divan tutmağa, bu diyarın türk-müsəlman əhalisini Əfqanıstan və Xorasana sürgün etməyə başlamışdı. Bu tədbirə etiraz etdiyinə görə Pənahəli bəyin qardaşı Fəzləli xan edam olunmuşdu. Bunu görən Pənahəli bəy şah Xorasanda olduğu zaman, fürsət tapıb bir neçə qohumu və yaxın adamı ilə 1737-1738-ci illərdə Qarabağ vilayətinə qaçdı. Şah onun qaçmasından xəbər tutan kimi onu yolda ələ keçirmək üçün ardınca çaparlar göndərdi. Lakin onu tutmaq mümkün olmadı. Nadir Azərbaycan sərdarına, Gəncə, Tiflis və Şirvan hakimlərinə qəti fərmanlar göndərdi ki, Pənah xanı harda tapsalar, tutub şahın hüzuruna göndərsinlər. Şahın əmri ilə Pənah xanın ailəsini və qohum-qardaşını çox incidib cərimə etdilərsə də fayda vermədi.28
Beləliklə, hələ Nadirin sağlığında Pənahəli bəy ona tabe olmaqdan boyun qaçırıb Vətəni olan Qarabağı müstəqil surətdə idarə etməyə cəhd göstərmişdi. Nəticədə Nadir şahın ölümündən sonra Qarabağ torpaqlarında müstəqil Azərbaycan dövləti - Qarabağ xanlığı yarandı.
Qarabağ xanlığı müstəqil dövlət elan edildikdən sonra başlıca vəzifə onun möhkəmlənməsinə nail olmaq idi. Pənah xanın bu sahədə ilk tədbirlərindən biri Qarabağın Nadir şah tərəfindən sürgün olunmuş türk-müsəlman əhalisini geri - doğma torpağa qaytarmaq oldu. Köçkünlərin geri qaytarılması və dədə-baba torpaqlarında yerləşdirilməsi Qarabağ xanlığını gücləndirdi. Sürgündən ilk qayıdanlar içərisində Qarabağın gələcək xanı, 15 yaşlı İbrahimxəlil də var idi.
Qarabağ xanlığı yarandığı zaman burada Təbriz, Ərdəbil, Gəncə, Şamaxı, Bakı, Naxçıvan, Şəki, Dərbənd kimi şəhərlər yox idi. Halbuki belə siyasi-iqtisadi mərkəzlərin olması xanlıqların gələcək inkişafı üçün çox mühüm idi. Yeni müdafiə qurğuları və şəhərlərin salınması Pənah xanın hərbi-siyasi işlərlə yanaşı dəyərli quruculuq uğuru sayılmalıdır.
Bu sahədə ilk addımlardan biri 1748-ci ildə qədim Azərbaycan - türk tayfası olan bayatların adı ilə bağlı Bayat qalasının tikilməsi oldu. "Xan bütün ailəsini, qohumlarının və el böyüklərinin əhli-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, onun rəftar və məhəbbətini eşidən Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları belə öz ailələrilə birlikdə gəlib Bayat qalasında yerləşdilər".29
Pənah xanın müstəqil dövlət quruculuğu sahəsindəki fəaliyyəti onun rəsmən tanınması ilə nəticələndi. Mirzə Camal yazır: "Müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə (1748-ci il olmalıdır) Adil şahın Pənah xana "xan" adı verilməsi və Qarabağ hakimi vəzifəsinə təyin edilməsi haqqında fərmanı, qiymətli xələt, qızıl yəhərli at və daş-qaşla bəzənmiş qılıncla birlikdə Sərdar Əmir Aslanın yaxın adamı vasitəsilə o zaman yaşadıqları Bayat qalasına gəlib çatdı".30
Adil şahın fərmanı, əslində gecikmiş bir sənəd idi. Həqiqi "hakimlik" şah fərmanından əvvəl, ondan asılı olmadan qazanılmışdı.31
Pənah xanın "Qarabağ hakimi" kimi tanınmasında Şəki xanlığının Qarabağ üzərinə uğursuz yürüşü mühüm rol oynadı. Şəki xanı Hacı Çələbi özünün 1748-ci ildəki uğursuz Bayat yürüşündən sonra bildirmişdi: "Pənah xan bu vaxtacan sikkəsiz gümüş idi. Biz gəldik ona sikkə vurduq və qayıtdıq" (və ya "Pənahəli özünü xan elan etmişdi, mən isə öz məğlubiyyətimlə onun xanlığını təsdiq etdim"). Hacı Çələbi xanın xalq içərisində zərb-məsələ çevrilmiş bu sözləri, əslində, Adil şahın fərmanından daha artıq gücə malik idi. Əhməd bəy Cavanşir yazır: "…Bu qalibiyyətdən (Bayat döyüşündən) sonra Pənah xanın igidliyi haqqında dillərə düşən dastan o zaman Qarabağda yaşayan bütün müsəlman tayfalarını müharibəsiz olaraq onun təbəəliyinə tabe etdirdi".32
Bayat döyüşü eyni zamanda bu qalanın gələcək tarixi sınaqlara dözə bilməyəcəyini də üzə çıxardı. Ona görə də yeni qala salınması tələb olunurdu. Mirzə Adıgözəl bəy yazırdı: "Pənah xan Şahbulağı adı ilə məşhur olan Tərnəkütdə bir qala bina etdi. Daş və əhəngdən məscidlər, evlər, çarsu (meydan, bazar meydanı) və hamamlar tikdirdi. Bu işləri 1165-ci ildə (1751-ci il) bitirərək oranı özünə məskən etdi". Kürəkçay müqaviləsi
Pənah xan gücləndikcə pərakəndəlik tərəfdarı olan feodalların - məliklərin pozuculuq fəaliyyətləri də artırdı. Bunun qarşısının alınması hərbi-siyasi baxımdan zəruri idi. Belə olmasa, xanlığın ərazi-inzibati bütövlüyü itirilə bilərdi. Bu tarixi həqiqəti ilk mənbələr də təsdiq edir.
Mir Mehdi Xəzani çox haqlı olaraq yazırdı: "Bu Qarabağda ki, beş mahal bundan əqdəm Xəmsə mahalı işlaq olurmuş və şimdi hər birisi bir qeyri-ism ilə adlanırlar…".34 Mirzə Adıgözəl bəy Qarabağdakı feodal mülkləri - məlikliklər haqqında yazırdı: "Bu mahallardan biri Dizaqdır. Məlikləri Məlik Yeqan adlanır. O Loridən qaçıb gəlmiş, Nadir şahın səltənəti dövründə və onun əmrilə məliklik taxtında oturub hörmət qazanmışdır.
İkincisi - Vərəndədir. Məlikləri Məlik Şahnəzərlilər olmuşdur. Onlar daha qədim bir nəslə mənsub və daha çox etibar sahibidirlər. Əsilləri də Göyçə əsilzadələrindəndir. Sonra oradan qaçaraq gəlib Qarabağda Vərəndə mahalının məliklik camından sərxoş olmuşlar.
Üçüncü - Xaçındır. Məlikləri Həsən Cəlalyan övladıdır. (Onlar) riyasət gəlininə gözəllik verib, (hökmran olmuşlar). Bu ailə məliklik mənsəbindən məhrum olduqdan sonra, bu mahalın müstəqil bir məliki olmamışdır. Axırda, mərhum Pənah xan Cavanşirin dövlət günəşi və şövkət bayrağı riyasət üfüqündən baş vurub Qarabağ vilayətinin bütün sahəsini cəlal və dəbdəbə ilə işıqlandırdı. Bu zaman xınzırıstanlı (indiki adı - Xındırıstan) Məlik Mirzə xan… bu əbədi dövlət məmurlarının əmrilə məliklik sikkəsini… adına kəsdirdi. Ondan sonra da oğlu Allahverdi və nəvəvsi Məlik Qəhrəman… məliklik bayrağını göylərə qaldırdılar.
Dördüncü - Çiləbörd mahalıdır. Məlikləri Məlik Allahquludur. Əsilləri Mağavizdən gəlmədir. Bunlar gəlib Çiləbörddə məlik omuş, Tərtər çayının ortasında vaqe ən möhkəm bir məmləkətdə yerləşmişlər. Çox çətin bir yolu olan Çermux qalasını (Çiləbördün müxtəsər adıdır) özlərinə məskən, sığnaq və mənzil etmişlər. Çiləbördə müstəqil olaraq yiyələnmiş və böyük bir şöhrət qazanmışlar… Nadir şah… ona sultanlıq rütbəsi və xələti verdi…
Beşinci - Talış mahalıdır. Məlikləri Məlik Usubdur. Əsilləri Şirvandan gəlmədir. Bir müddət Talış kəndində sakin olmuşlar. Onlardan bir çoxu dəfələrlə məliklik etmişdi. Sonralar məlik Usub Gülüstan qalasını zəbt edib orada sakin olmuşdur". Beləliklə, Xaçın istisna olmaqla, Qarabağdakı digər məliklər və onların mənsub olduqları nəsillər əslən Qarabağdan deyildilər və bu diyara başqa yerlərdən gəlmə idilər. Özü də erməni deyil, keçmiş alban nəsillərinin nümayəndələri idilər. Buna görə də erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarına "haqq" qazandırmaq üçün həmin məliklərə "erməni dövlətçiliyinin" davamı kimi baxmaları kökündən yanlışdır, daha doğrusu, elmi saxtakarlıqdır. Digər tərəfdən, gəlmə məliklər Qarabağda mahal başçılığını ələ keçirdikdən sonra kiçicik də olsa, heç bir dövlət birləşməsi yarada bilməmişdilər. Onlar bir-birindən təcrid olunmuş, çox zaman isə bir-birilə çəkişən mahal başçıları səviyyəsindən yuxarı qalxa bilməmişdilər. Bundan başqa, yuxarıdakı cədvəldən göründüyü kimi Xaçın istisna edilməklə XVII yüzildən əvvəlki dövrdə onların Qarabağda kökü yoxdur. "Məliklər Qarabağda feodal dağınıqlığının güclənməsini istəyən qüvvələri təmsil edirdilər".36 Məliklərin separatçı-mərkəzdənqaçma fəaliyyəti xanlıqda və bütün ölkədə gedən mərkəzləşdirmə işinə mane olurdu. Onların yadelli qüvvələrin Qarabağa hücumunun həyata keçirilməsində iştirak etmələri Qarabağ xanlığının müstəqilliyinə ağır zərbə vururdu. Buna görə də məlikliklərin separatçılıq meyillərini aradan qaldırmaq üçün görülən tədbirlər etnik konflikt olmayıb, Qarabağ xanlığının müstəqilliyinə yönəlmiş qəsdlərə qarşı mübarizə idi.
Xəmsə məliklərindən Pənah xanın hakimiyyətini birinci olaraq tanıyan Məlik Şahnəzər oldu. Bu, İbrahimxəlil ağanın Məlik Şahnəzərin qızı Hürzatla evlənməsi ilə nizama salındı.
Xaçın məliyi Ulubab Ballıqayada məğlub edildikdən sonra Pənah xanın hakimiyyətini tanıdı. Dizaq, Çiləbörd, Talış məliklərinin düşmənçilik siyasəti isə bir neçə il sürdü. Əhməd bəy Cavanşir yazır: "Qonşu vilayətlərdən toplanmış xəzinə pullarını saxlayan Tuğ və ya Dizaq məliyi Yegan öz oğulları və qohumları ilə birlikdə kəskin müqavimət göstərdikdən sonra onların bir hissəsi qırılmış, bir hissəsi isə islam dinini qəbul etmişdi… Çiləbörd məliyi Allahqulu Sultan əvvəlcə onun təbəəliyini qəbul etmiş, lakin sonralar xəyanətdə ittiham edilərək Pənah xanın əmri ilə öldürülmüşdü. Onun qardaşı Məlik Hətəm Talışın beşinci məliyi Məlik Usubla ittifaq bağlayıb uzun müddət öz obalarını Pənah xan dəstələrinin hücumlarından müdafiə etmiş, lakin Mardakerd kəndində məğlub olduqdan sonra Tərtər çayının yuxarılarında yerləşən alınmaz Cermux qalasına çəkilmişdi. Bir ilə qədər qalada qaldıqdan sonra nəhayət, öz ailəsi ilə birlikdə qürbət ellərdə nicat axtarmalı olmuşdu. Lakin bununla öz siyasi fəaliyyətlərini bitirmədi. Belə ki, sonralar onun həm özü və həm də övladları (birincinin oğlu Məlik Məcnun) daim Qarabağa hücumlar edirdilər…".37 Pənah xanın məlikləri tabe etmək yolunda qazandığı uğurları onun oğlu İbrahim xan davam etdirdi.
Qarabağ məliklərindən dizaqlı Yesay, çiləbördlü Məcnun və gülüstanlı Bəyləryan İbrahim xana tabe olmaqdan imtina etdilər. Vərəndəli Məlik Şahnəzər və xaçınlı Mirzə xan isə İbrahim xanın hakimiyyətini qəbul edərək onun yaratdığı vətənsevər qüvvələr birliyinə qoşuldular.
Müttəfiqlər 1781-ci ildə Tuğ qalasını mühasirəyə aldılar. Məlik Yesay təslim oldu, burada hakimiyyət Məlik Bahtama keçdi. Lakin tezliklə o da dönük çıxdı.
İbrahim xanla separatçı məliklər arasındakı mübarizəyə 1783-cü ildən Rusiya dövləti də qarışmağa başladı. Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya burada - Azərbaycan ərazisində həmin məliklərin köməyi ilə "xristian dövləti", daha doğrusu, özünə dayaq yaratmağa çalışırdı. Bu zaman İbrahim xan özünün yüksək diplomatik bacarığı sayəsində düşmənçilik edən məlikləri Şuşaya toplaya bildi. Sənədlər əsasında onların Qarabağ xanlığına xəyanət etdiyini sübuta yetirərək onları həbsə aldırdı.
Məlik Məcnun və Abov Şuşa həbsxanasına salındı, Məlik Bahtam isə günahlarına görə Ərdəbil xanına verildi. Məliklərin müttəfiqi Gəncəsər monastırının katolikosu İohannes qardaşı ilə birlikdə tutulub cəzalandırıldı.
Lakin Şuşa həbsxanasındakı məliklər qaça bildilər. Onlar Tiflisə gələrək burada Qarabağ xanlığına qarşı hazırlanmış qəsdi gürcü çarı II İrakli (1744-1798) və rus polkovniki Burnaşovun köməyilə yerinə yetirməyə girişdilər. Qarabağ xanlığına qarşı "xaç yürüşü"nə başlayan düşmənlər Gəncəyə yaxınlaşdılar. Lakin 1787-1791-ci illər Rusiya-Türkiyə müharibəsinin başlanması nəticəsində bu "xaç yürüşü" baş tutmadı. İbrahim xan müstəqil Qarabağ xanlığının bütövlüyünü qoruyub saxlaya bildi.
1795-ci ilin yayında İranda hakimiyyəti ələ alan Ağa Məhəmməd Qacar (1742-1797) Qarabağ xanlığına hücum etdi. Şuşanın 33 günlük mühasirəsi uğursuz oldu. Şuşadan sonra o, Tiflis üzərinə yeridi. V.Zubovun komandanlıq etdiyi rus qoşunlarının hücumu ilə38 Ağa Məhəmməd Qacar geri çəkildi. Rus çariçası II Yekaterinanın (1764-1796) ölümü ilə V. Zubov da Azərbaycandan geri çağırıldı. 1797-ci ildə Ağa Məhəmməd Qacar yenidən Qarabağa hücum etdi, Şuşanı tutdu, lakin burada öldürüldü.
XVIII yüzilin sonları - XIX yüzilin başlanğıcında Rusiyanın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda işğalçılıq fəaliyyəti gücləndi, 1801-ci ildə Gürcüstan imperiyaya birləşdirildi, Azərbaycanın Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) işğal olundu.
İbrahim xan belə bir vəziyyətdə Rusiya qoşunlarının komandanı P.D.Sisianovla (1802-1806) Kürəkçayda müqavilə bağladı.39 Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı məhz müsəlman - Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu. Tarixi reallığı əks etdirən Kürəkçay müqaviləsi, eyni zamanda, Qarabağın, o cümlədən bu diyarın dağlıq hissəsinin Azərbaycan xalqına məxsus olduğunu sübut edən ən mötəbər sənəddir. AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu




QARABAĞ RUSİYA İMPERİYASI TƏRKİBİNDƏ


Çarizmin Qarabağda üsul-idarəsi. Ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi 1805-ci il Kürəkçay müqaviləsi ilə Qarabağ xanlığı faktik olaraq Rusiyaya ilhaq edildi. Xan hakimiyyətinin hələ 17 il də saxlanması müəyyən strateji məqsəd daşıyırdı. 1806-cı ildə İbrahim xanın qətli Rusiyanın heç bir hüquqa məhəl qoymadığını nümayiş etdirirdi.40 Belə bir şəraitdə İbrahim xanın xanlığa keçən oğlu Mehdiqulu xanın hakimiyyəti (1806-1822) möhkəm deyildi. Çar hökuməti işğal rejimini gücləndirir, xanlığın ərazisində möhkəmlənmək məqsədi ilə yerli müsəlman hakim təbəqənin iqtisadi mövqelərini zəiflətməyə, əksinə özünə arxa sandığı qriqorianlaşmış və erməniləşmiş albanları - üstün mövqeyə çıxarmağa çalışırdı. Xanlıq ləğv edildikdən sonra Şimali Azərbaycanın digər yerlərində olduğu kimi, burada da komendant idarə üsulu yaradılmış, o, Hərbi-müsəlman dairəsinin (mərkəz Şuşa) tərkibinə daxil edilmişdi. Bu dövrdə Rusiya qoşunlarının işğalçılıq əməliyyatlarında iştirak edən və əslən erməni olan general-leytenant V.Q.Mədətov (1782-1829) Qarabağda sözün əsl mənasında erməni-Rusiya müstəmləkə rejimi yaratmışdı. Çar hökuməti 1830-cu il üsyanlarının təsiri nəticəsində Cənubi Qafqazda 1840-cı il 10 aprel inzibati-hərbi islahatı keçirdi. Bu islahata görə Qarabağ əyaləti Şuşa qəzasına çevrilmiş və Kaspi vilayətinə (mərkəz Şamaxı) tabe edilmişdi. Bununla da Qarabağ anlayışı siyasi mənasını itirmiş oldu və yalnız coğrafi anlayış kimi qaldı. 1846-cı il inzibati ərazi bölgüsü zamanı Şuşa qəzası yeni yaradılmış Şamaxı quberniyasına (1859-u ildən Bakı) tabe edildi. 1867-ci ildə Yelizavetpol quberniyası yaradıldıqda Şuşa qəzası onun tərkibinə verilir və ərazisi bölünərək burada daha üç qəza - Zəngəzur, Cavanşir və Cəbrayıl qəzaları da təşkil olunur. Bununla Şuşa qəzası da vahid inzibati-siyasi idarəsini itirir. Belə bir inzibati ərazi bölgüsü xüsusi məqsədlə həyata keçirilmişdi. Bu islahatlar ermənilərin idarə sistemində daha geniş təmsil edilməsinə hərtərəfli imkanlar açdı. Çarizm Şimali Azərbaycan torpaqlarını işğal etdikə, bu torpaqlarda möhkəmlənmək üçün həm də əhalinin erməniləşdirilməsi siyasətini də həyata keçirirdi. 1828-ci il Türkmənçay müqaviləsindən (Sənəd 3) sonra bu hal daha müntəzəm və məqsədyönlü xarakter alır. Ermənilərin İrandan Şimali Azərbaycana köçürülməsi həmin müqavilənin XV maddəsilə təsdiq olunurdu. Həmin maddəyə görə şah öhdəsinə götürürdü ki, ölkədə yaşayan məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına, əşyalarına hər hansı gömrük və vergi qoyulmadan daşınan əmlakını aparmaq və satmaq üçün bir il vaxt verilir. Daşınmaz əmlaka gəldikdə isə, onun satılması və ya onun haqqında öz xoşuna sərəncam üçün beş illik müddət müəyyən edilir. Lakin bu bağışlanma qeyd olunan bir illik müddət başa çatanadək məhkəmə cəzası düşən günah və ya cinayət işləmiş adamlara şamil edilmir.42 Yuxarıda göstərildiyi kimi, bu maddə İrandan ermənilərin kütləvi surətdə Şimali Azərbaycana, o cümlədən Qarabağa göçürülməsini təmin etmək üçün müqaviləyə daxil edilmişdi. 1829-cu il Ədirnə müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Şimali Azərbayan ərazilərinə köçürülməsi həyata keçirilməyə başlayır.43 Ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri Qarabağ torpaqları idi. Qarabağ xanlığının ləğv edilməsi zamanı onun əhalisinin etnik tərkibi Qafqazdakı rus qoşunlarının baş komandanı A.P.Yermolovun (1816-1827) göstərişi ilə tərtib olunan "Təsvir"də əksini tapmışdır. Hələ bu sənədin tərtibinə qədər (1805-1822) Qarabağda aparılmış erməniləşdirmə siyasətinə baxmayaraq, statistikanı (1593-cü ildən başlayaraq) müqayisə etsək, burada əhalinin əksəriyyətini yenə də azərbayanlılar təşkil edirdi. "Təsvir"ə görə Qarabağ əyalətində olan 20.095 ailədən 15.729-u azərbayanlı (1.111-i şəhərdə, 14.618-i kənddə), 4366-sı erməni, o cümlədən alban idi (421-i şəhərdə, 3.945-i kənddə).45 Yeri gəlmişkən, bu ermənilərin böyük əksəriyyəti qriqorianlaşdırılmış və erməniləşdirilmiş keçmiş albanlar idilər. Ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi nəticəsində burada yeni erməni kəndləri (Marağalı, Canyataq və s.) meydana gəlməyə başlamışdı.46 (Ermənilər sonralar köçürülmə "şərəfinə" Qarabağda abidələr ucaltmış, lakin XX yüzilliyin 80-ci illərində Azərbaycana qarşı ərazi iddiaları qaldırdıqları zaman onları dağıtmışdılar). Rəsmi məlumatlara əsasən, 1828-1830-cu illər arasında, cəmi 2 il ərzində, Şimali Azərbaycana, o cümlədən Qarabağa İrandan 40 min, Osmanlı imperiyasından 90 min erməni köçürüldü.47 Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların sayı 200 mini ötmüşdü. Köçürülmədən sonra Qarabağın etnik tərkibində ermənilərin sayı artmağa başladı. Dağlıq Qarabağın Azərbaycan-alban əhalisinin qriqorianlaşması və erməniləşməsinin başa çatması Dağlıq Qarabağın alban əhalisinin qriqorianlaşması və erməniləşməsi yuxarıda qeyd olunduğu kimi, uzun sürən bir tarixi proses olmuşdur: 1. Qarabağın aborigen (yerli) əhalisi digər Şimali Azərbaycan torpaqlarının (Albaniyanın) əhalisi kimi alban tayfaları olmuşdur; 2. IV əsrin əvvəllərində Albaniyanın bəzi yerlərində, o cümlədən burada da xristianlıq dini yayılmışdı; 3. Ərəb xilafətinin Şimali Azərbaycanın işğalı və hökmranlığı dövründə VII-IX əsrlərdə ölkədə İslam dini yayılmış, lakin Qarabağın dağlıq hissəsində yaşayan albanlar xristianlıqda qalmışlar; 4. Cənubi Qafqaza miqrasiya edən erməni-qriqorian missionerləri Ərəb xilafətinin işğalları nəticəsində əlverişli şəraitdən istifadə edərək Qarabağın dağlıq hissəsinin xristian-alban əhalisini qriqorianlaşdırması, bunun ardınca da erməniləşdirməsı uzun proses oldu. 5. Qarabağın dağlıq hissəsinin xristian əhalisi rus çarı I Pyotra məktubunda özlərini alban adlandırmışdılar. Bu sübut edir ki, onlar hələ XVIII əsrin əvvəllərində özlərini erməni hesab etmirdilər; 6. Rusiyanın regiona müdaxiləsi ermənilərin digər ölkələrdən Cənubi Qafqaza, o cümlədən Azərbaycana köçürülüb gətirilməsi burada erməni amilinin gücləndirilməsinə kömək etdi. Bu siyasət Qarabağın dağlıq hissəsini qriqorianlaşdırılmış albanlarının tarixi taleyində dönüş yaratdı. Onların erməniləşdirilməsi son mərhələyə qədəm qoydu; 7. Rus-İran müharibələri dövründə (1804-1813, 1826-1828), xüsusilə 1828-ci il Türkmənçay və Rus-Türk müharibələri (1806-1812, 1828-1829) zamanı, xüsusilə 1829-cu il Ədirnə müqaviləsindən sonra İran və Osmanlı dövlətlərindən Şimali Azərbaycanın digər bölgələri ilə birgə Qarabağa ermənilərin kütləvi köçürülməsi qriqorianlaşmış alban əhalisinin erməniləşməsini başa çatdırmışdı. 1836-cı ildə Alban katalikosluğu ləğv edilmişdir. Məhz bundan sonra onları sözün əsl mənasında erməni adlandırmaq olar; 8. Bütün bunlara baxmayaraq, Dağlıq Qarabağ erməniləri tarix boyu ümumi erməni əhalisi içərisində alban kökündən əmələ gələn spesifikasını saxlamışdır. Ermənilərin Azərbaycanda, o cümlədən Qarabağda soyqırım fəaliyyətinin genişlənməsi XIX yüzilin 30-cu illərindən sonra da ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa köçürülməsi davam etdirilirdi. N.Şavrov məhz buna görə yazırdı (1911) ki, Zaqafqaziyadakı 1,3 mln. erməninin 1 mln.-dan çoxu gəlmə idi.48 Bütün bunlara baxmayaraq, 1916-cı ildən Qarabağda (xanlıq sərhədləri daxilində) əhalinin yenə də təxminən 51 %-i azərbaycanlı, 46%-i isə erməni (yerli alban mənşəli ermənilərlə birlikdə) idi.49 Köçürülüb gətirilən ermənilərin Qarabağın dağlıq hissəsində məskunlaşdırılması daha geniş hal almışdı. Bu, gəlmə ermənilərin kompakt surətdə bir yerdə yaşamasını təmin etmək məqsədilə edilirdi və strateji niyyət güdürdü. Ermənilərin inzibati-idarə sistemində möhkəmləndirilməsi, köçürülmə yolu ilə saylarının mexaniki surətdə artırılması və onların iqtisadi potensialının möhkəmləndirilməsi paralel surətdə həyata keçirilirdi.50 Beləliklə, Ermənilər çarizmin hərtərəfli dəstəyi və yaratdığı əlverişli şərait nəticəsində Qarabağın iqtisadi həyatında da möhkəmlənə bildilər. Rusiya imperiyasının ayrı-seçkilik siyasəti, çarizmin dəstəyi və məqsədyönlü siyasəti nəticəsində ermənilərin Şimali Azərbaycanda nail olduqları iqtisadi potensial 1872-ci ildə Bakıda neftli torpaqlar üzərində iltizam sisteminin ləğvi zamanı daha aydın nəzərə çarpmağa başladı; nəticədə neftli torpaq sahələrinin hərracı prosesində azərbaycanlılar cəmi 5%, ermənilər isə 50% -dən çox torpaq sahəsi almışdılar. Bakıda fəaliyyət göstərən 167 neft şirkətindən 55 iri və orta şirkət ermənilərə məxsus idi və s. Ermənilərin mədəni-təhsil səviyyəsinin yüksəldilməsi üçün də hərtərəfli şərait yaradılmışdı.51 Bütün bunlara baxmayaraq Qarabağ, onun mərkəzi olan Şuşa şəhəri Azərbaycan xalqının ictimai-siyasi və mədəni mərkəzlərindən biri olaraq qalırdı. Çar hökumətinin və onun əlaltıları olan ermənilərin bütün maneə və müqavimətinə baxmayaraq Qarabağ Azərbaycan - müsəlman diyarı kimi inkişaf edirdi. Beləliklə, Çar Rusiyası ermənilərin Şimali Azərbaycana, o cümlədən Qarabağa kütləvi surətdə köçüb gəlməsinə və burada onların inzibati-siyasi, sosial-iqtisadi və mədəni inkişaf üçün geniş imkanlar yaratdı. Çox keçmədən ermənilər Azərbaycan torpaqlarında "Böyük Ermənistan" ideyasının reallaşdırılması uğrunda açıq mübarizəyə başladılar. Həmin ideyanın əsas tərkib hissələrindən biri də Qarabağ, İrəvan, Naxçıvan və digər Azərbayan torpaqlarının yerli - azərbayanlı əhalisini məhv etmək və onların yaşadıqları torpaqları ələ keçirməkdən ibarət idi. Ermənilərin 1890-cı illərdən başlayaraq Osmanlı dövlətinə qarşı qaldırdıqları xəyanətkar qiyamlar uğursuzluğa düçar olduqdan sonra bu mübarizənin mərkəzi Şimali Azərbayana keçdi. Ermənilər 1905-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı kütləvi soyqırımları törətdilər. Ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti Qarabağda daha faciəli şəkil aldı. Lakin 1905-1906-cı illərdə törətdikləri qırğınlar da erməniləri sakitləşdirmədi. Onlar Birinci Dünya müharibəsinin doğurduğu tarixi şəraitdən istifadə edərək yenidən mifik "Böyük Ermənistan" dövləti yaratmağa cəhd göstərdilər. 1915-ci ildə Osmanlı dövlətinə qarşı qaldırdıqları yeni qiyamlarda uğursuzluğa düçar olan ermənilər, əsas qüvvələrini Cənubi Qafqazda cəmləşdirərək və çarizmin himayəsinə sığınaraq azərbaycanlılara qarşı soyqırımlarını davam etdirməyə başladılar. Əvvəlcə çar hökumətinin devrilməsi (1917, fevral), sonra isə Rusiyada bolşeviklərin hakimiyyəti ələ alması ilə (1917, oktyabr) Zaqafqaziyada yaranan anarxiya şəraitində - uzun tarixi dövr ərzində Rusiya ordusunda xidmət edən erməni silahlı dəstələri daşnak-bolşevik güruhu ilə birləşərək azərbaycanlılara qarşı soyqırımın yeni, daha dəhşətli dövrünü başladılar. 1918-ci ilin martında Bakıda başlanan və bütün Azərbayanı əhatə edən yeni kütləvi soyqırımlar Azərbayan xalqına çox ağır zərbə vurdu.54 Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Azərbaycan tarixində yeni dövr başlandı. Azərbaycan Xalq Cümhuriyyəti Şimali Azərbaycanda silahlı erməni quldur dəstələrinin və daşnak-bolşevik rejiminin Azərbaycan xalqını tamamilə məhv etmək planlarının qarşısını almaq üçün tədbirlər gördü. AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu




QARABAĞ AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ (1918-1920-ci illər)


1918-ci il mayın 28-də təxminən 120 ilədək davam edən Rusiya əsarətindən sonra Azərbaycan xalqı Şimali Azərbaycanda yeni müstəqil dövlətini yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti İstiqlaliyyət bəyannaməsində vaxtı ilə Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Rusiya tərəfindən işğal olunmuş Şimali Azərbaycan torpaqlarının qanuni varisi olduğunu bəyan etdi. İstiqlal bəyannaməsinin birinci maddəsində deyilirdi: "Bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqlara malikdirlər, Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan tam hüquqlu müstəqil dövlətdir". Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisinin hüquqi-siyasi cəhətdən əsaslandırılmış xəritəsini nəşr etdirmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın bütün tarixi ərazisində öz siyasi hakimiyyətinin bərqərar edilməsinə çalışırdı. Bu zaman yenicə elan olunmuş Ermənistan (Ararat) Respublikası da Qarabağa heç bir əsası olmayan iddia irəli sürdü. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu iddianı rədd etdi. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Ə.M.Topçubaşov (1862-1934) Osmanlı dövlətinin xarici işlər naziri ilə 1918-ci il noyabrın 18-də İstanbulda apardığı danışıqlar zamanı bildirmişdi: "Ermənilərin ortaya atdıqları Qarabağ məsələsi 5 ya 10 kənd məsələsi deyil, mübahisə bütöv 4 sancaq - Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur üstündədir. Bu elə bir xanlığın ərazisidir, burada erməni və müsəlmanların sayı bərabər olmasa da, hər halda ermənilərin mütləq çoxluğu barədə danışmağa əsas yoxdur, özü də onlar buranın yerli əhalisi deyildirlər. Rusiya ilə müharibədən sonra Türkiyədən buraya köçənlərdir… Nəhayət, Qarabağın özündə ermənilər yığcam halda yaşamırlar, müsəlmanlarla qarışıq məskundurlar. Bununla belə, biz məsələnin sülh yolu ilə həlli tərəfdarıyıq".56 Ermənilər Qarabağı ələ keçirmək üçün əvvəllər başladıqları soyqırımlarını Azərbaycan Xalq Cümhuriyyəti dövründə də davam etdirdilər. Azərbaycan hökuməti yaranmış vəziyyəti nəzərə alaraq 1919-cu ilin yanvarında Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən Qarabağ general-qubernatorluğu yaratdı. X.Sultanov Qarabağ general-qubernatoru təyin edildi. Ermənistan (Ararat) Respublikasının Xarici işlər naziri S.Tiqranyan Qarabağ general-qubernatorluğu yaradılmasına etirazını bildirmiş, lakin Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin cavabında bu etiraz əsassız hesab olunmuş və həmin ərazilərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması göstərilmişdi.57 Qarabağ general-qubernatoru ermənilərin ərazi iddiaları ilə yanaşı, əvvəlcə ingilislər, sonra isə amerikanlarla gərgin münasibətlər şəraitində fəaliyyət göstərməli oldu. Lakin ermənilər Qarabağ general-qubernatorluğu ərazisində sülh yaranmasına imkan vermədilər. 1919-cu ilin sonları-1920-ci ilin yazında Zəngəzurda erməni-daşnak silahlı quldur dəstələri dinc azərbaycanlı əhaliyə qarşı basqınlar və kütləvi qırğınlar törətdilər.58 Ermənilər Cavanşir qəzasında da sakitləşmirdilər. Onların qəzanın dağətəyi kəndlərinə hücumları adi hal almışdı. Erməni quldur dəstələri 1918-ci ilin yaz-yay aylarında qəzanın düzənlik hissəsinin müsəlman əhalisinə qarşı da çoxsaylı zorakılıq aktları etdilər. "Ermənilər Tərtər çayının qabağını kəsərək başqa istiqamətə yönəldir və qəzanın aran kəndlərinin əkinlərini susuz qoyaraq, onlara böyük zərər vururlar. Hətta iş o yerə çatmışdı ki, aran kəndlərində içməli su belə çatışmırdı".59 Qarabağın digər qəzası - Cəbrayılda da erməni silahlıları dinc əhaliyə hücum edirdilər. 1918-ci ilin dekabrında Cəbrayıl qəzasının azərbaycanlı kəndlərinə ermənilərin hücumları genişlənmiş, 1919-cu ilin əvvəllərində daha dağıdıcı xarakter almışdı. Şuşa qəzası və Qarabağın siyasi mərkəzi olan Şuşa şəhərində ermənilərin vəhşilikləri daha amansız şəkil almışdı. Vaxtı ilə Zaqafqaziya Ölkə Komitəsinin Dağlıq Qarabağda məsul nümayəndəsi olmuş S.Şaduns 20 dekabr 1922-ci ildə yazırdı: "... Еще до создания в Карабахе Мусаватской власти (т.е. Азербайджанской Демократической Республики - Я.М., К.Ш.) туда был назначен со стороны турецких властей (т.е. Азербайджанской Демократической Республикой - Я.М., К.Ш.) генерал-губернатор Карабаха, и вот в это время появляется новый термин - Нагорный Карабах, созданный дашнаками. Не довольствуясь безграничными бойнями, вызванными в Турецкой Армении, партия "Дашнакцутюн", после сдачи гор. Шуши туркам, подымается на горы, населенные исключительно армянами, и постановляет сражаться "до последней капли крови", но не сдаваться туркам. Вот здесь в это время впервые вместе с социал-демократами, именующими себя интернационалистами, организуется правительство Нагорного Карабаха. Если партии "Дашнакцутюн" удалось избежать войны с турками, то вскоре, по настоянию крестьян этого же самого Нагорного Карабаха, пришлось соединить эту часть с низменной частью и весь Карабах подчинить власти мусаватского правительства ..."60 Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada ermənilərin ən xəyanətkar silahlı qiyamlarından biri 1920-ci il martın 22-də Azərbaycan xalqının Novruz bayramı günü baş verdi. Bu separatçı qiyam Azərbaycanı işğal etməyə hazırlaşan bolşeviklərin sifarişi ilə qaldırılmışdı. Bu zaman erməni-separatçı qiyamlarının əksər yerlərdə dəf edilməsinə baxmayaraq, onlar Əsgəran qalasını ələ keçirə bildilər. Görülən hərbi-siyasi tədbirlər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda suveren hüquqlarını bərpa etdi. Lakin ərazisində yaşadıqları dövlətə xəyanət edən ermənilərin Qarabağda separatçı qiyamları və törətdikləri soyqırımları 1920-ci ilin aprel işğalı ərəfəsində ölkənin şimal sərhədlərinin müdafiəsi işinə ağır zərbə vurdu və müstəqil Azərbaycan dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu sürətləndirdi. AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu




QARABAĞ 1920-1980-Cİ İLLƏRDƏ


Sovet hökumətinin Qarabağın ərazisini bölüşdürməsi Rusiyada Sovet hakimiyyəti möhkəmləndikcə çar Rusiyası sərhədlərinin bərpa edilməsinə başlandı. Azərbaycan Xalq Cümhuriyyətinin şimal sərhədlərində möhkəmlənən XI Qırmızı Ordu hissələrinə respublikanın işğalı planını reallaşdırmaq üçün müvafiq əmr və sərəncamlar verildi. Azərbaycan Parlamenti daxilində sovet dövlətini müdafiə edən qüvvələr və Qarabağda erməni-daşnak separatçılarının qaldırdıqları mart qiyamı Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu sürətləndirdi. 23 ay yaşamış olan Azərbaycan Xalq Cümhuriyyəti XI Qırmızı Ordunun süngüləri ilə devrildi, Şimali Azərbaycanda sovet hakimiyyəti quruldu. Bununla Qarabağ ətrafındakı hadisələrin yeni mərhələsi başlandı. Dağlıq Qarabağa muxtariyyət verilməsi: 1920-1923-cü illər Dağlıq Qarabağ: coğrafiyası və "Dağlıq Qarabağ" anlayışı. Bu problemin şərhi üçün əvvəlcə Dağlıq Qarabağın coğrafiyası və "Dağlıq Qarabağ" anlayışı üzərində dayanaq. Relyefinə görə Qarabağ aran (düzən) və dağlıq hissələrə bölünür. Bu reallıq elmdə də öz təsdiqini tapmışdır. Məsələn, tanınmış qafqazşünas M.A.Skibitskinin oğlu A.M.Skibitski "Qafqaz böhranı" adlı məqaləsində yazır: "Qarabağ xanlığının dağlıq hissəsi o vaxt Dağlıq Qarabağ adlanırdı. Şərqdə Qarabağ dağ silsiləsi, Qərbdə isə Zəngəzur dağları arasındakı torpaqlar, habelə Yuxarı Qarabağla, aran yeri olan Aşağı Qarabağı bir-birindən ayıran Qarabağ yaylası həmin yerə aid idi".61 Aydın olduğu kimi çar Rusiyası tərkibində olduğu zaman Qarabağın ərazisi, daha doğrusu keçmiş Qarabağ xanlığının torpaqları müxtəlif inzibati bölgülərə məruz qaldığından, "Qarabağ" anlayışı əvvəlki inzibati-siyasi mənasını itirmişdi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) "Qarabağ" anlayışı öz əvvəlki mənasını yenidən özünə qaytardı. S.Şadunsun yuxarıda göstərilən fikrindən aydın olduğu kimi, elə Dağlıq Qarabağ termini də bu zaman daşnaklar tərəfindən meydana gətirildi.62 Bu zamandan "Dağlıq Qarabağ" anlayışı yalnız coğrafi deyil, siyasi maraq da kəsb etməyə başladı. Bolşeviklər Şimali Azərbaycanda hakimiyyəti ələ keçirdikdən sonra bu anlayış inzibati-siyasi məna kəsb etməyə başlayır, Azərbaycan-Ermənistan münasibətlərində və ona müdaxilə edən Rusiyanın siyasi leksikonunda əsas anlayışlardan birinə çevrilir. Elə bu zaman Dağlıq Qarabağın coğrafi baxımdan əhatə dairəsində də dəyişiklik baş verir. Yenə A.M.Skibitskinin yazdığı kimi "... Qarabağ yaylası 1923-cü ildə muxtariyyət almış və Muxtar Dağlıq Qarabağ Vilayəti və ya Azərbaycanın yeni sərhədləri daxilində qısaca olaraq Dağlıq Qarabağ adlanmışdır". Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV): yaradılması tarixi, əsas hadisələrinin sinxronlaşdırılması və buradan irəli gələn nəticələr. Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının prinsipial məsələlərini müəyyən etmək, daha doğrusu bu prosesi tam aydınlığı ilə təsəvvür etmək üçün əsas hadisələrə mənsubiyyəti üzrə sinxron şəkildə diqqət yetirək. "RK (b) P MK Qafqaz Bürosu plenumunun iclas protokolundan 5 iyul 1921-ci il Qaynaq: Sov. İKP MK yanında MLİ PAAF. (indi ARDSRİHA), f. 64, siyahı 2, iş 1, v. 118; 122-122ob; К истории образования Нагорно-Карабахский автономной области Азербайджанской ССР, с. 90-91; 92 Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Xalq Komissarlar Soveti yaradıldıqda yerlərə fövqəladə komissarlar da təyin olundu. Bu əsasla A.N.Karakozov (1890-1938) Dağlıq Qarabağ üzrə fövqəladə komissar təyin olundu.64 Azərbaycan Sovet hökuməti 1920-ci il 30 apreldə Ermənistan Respublikasına nota verdi və tələb etdi ki, Zəngəzurdan və Qarabağdan öz qoşunlarını çıxarsın.65 May ayında Qarabağda Sovet hakimiyyətinın qurulması elan olundu. Bu dövrdə Sovet Rusiyası Qafqazın sovetləşdirilməsi planını həyata keçirməkdə davam edir, yeni sovet dövlətlərinin sərhədlərinin müəyyənləşdirilməsi prinsiplərini irəli sürməklə mövcud və gələcək dövlətlərin fəaliyyətini nəzarət altına almağa cəhd göstərirdi. Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosu Qafqaz Cəbhəsi Hərbi-inqilabi şurasına 7 iyul tarixli təlimatında bu məsələyə toxunmuşdu.66 Ermənistanda Sovet hakimiyyətinin qurulması ilə (1920, 29 noyabr) xarici sərhədlərlə yanaşı, sərhədlər daxilində də bölgülərin aparılması kəskinləşdi. Azərbaycan İnqilab Komitəsinin Ermənistan Sovet Respublikasına 30 noyabr teleqramı və 1 dekabr Bəyannaməsində də Qarabağ və onun dağlıq hissəsindən bəhs olunurdu. Bu sənədlərin erməni tarixşünaslığında təhrif edilməsi əsas şəkildə sübut edilmişdir.67 Bəyannamədə Dağlıq Qarabağın əməkçi kəndlilərinə tam öz müqəddəratını təyinetmə hüququ verildiyi elan edilirdi. Ermənistan İnqilab Komitəsi isə 28 dekabr Bəyannaməsində Naxçıvana iddiadan əl çəkdiyini bildirirdi. Lakin Ermənistan Qarabağı "əldən vermək" istəmirdi.68 Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi məsələsində Dağlıq Qarabağ yenidən gündəmə gəldi. Qafqaz Bürosu 3 iyun 1921-ci ildə Dağlıq Qarabağın Ermənistana məxsus olmasının Ermənistan hökumət Bəyannaməsində göstərilməsi barədə qərar qəbul etdi. Ermənistan Xalq Komissarları Soveti isə 12 iyunda bunu dekretləşdirdi.69 İşlərin belə gedişi Azərbaycanı təmin edə bilməzdi. Tiflisdə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Təşkilat Bürosunun, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibi Q.Kaminskinin (1895-1938) sədrliyilə keçirilən 27 iyun iclasında komissiyanın işi ilə əlaqədar Azərbaycanın Ermənistanla sərhədi haqqında məsələ müzakirə edildi. Bu iclasda 5 maddədən ibarət qərar qəbul olundu. İlk dəfə burada Dağlıq Qarabağa bəyan edilən öz müqəddəratını təyin etməyə Azərbaycanın baxışı ifadə olundu: " 3. Məsələnin (Dağlıq Qarabağ haqqında) yeganə həlli erməni və müsəlman kütləsinin Sovet quruculuğu işinə geniş cəlb edilməsi (yol. Nərimanovun Bəyannaməsindən aydın olduğu kimi) ola bilər". Problemin həlli haqqında Siyasi Büro və Təşkilat Bürosunun fikrinin Tiflisə çatdırılması Nərimanova həvalə edildi. Nərimanovun Tiflisdə olan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri M.H.Hacıyev və xarici işlər naziri M.D.Hüseynovla elə həmin gün birbaşa xətlə danışığı oldu. Nərimanov: "Deyin ki, bu Siyasi və Təşkilat Bürosunun fikridir. Əgər onlar mənim bəyannaməmə istinad edirlərsə, bəyannamədə hərfən belə deyilmişdir: Dağlıq Qarabağa tam azad öz müqəddəratını təyin etmə hüququ verilir". Hüseynov: "Yaxşı. Hər şeyi çatdıraram. Hər halda deyim ki, bizim qərarımız, şübhəsiz, çox soyuq qarşılanacaqdır". Yenə həmin gün Hüseynov bu barədə Qafqaz Bürosuna məlumat verdi. Bu məsələ üzrə Qafqaz Bürosunun fövqəladə plenumunu çağırmaq, Nərimanov və Myasnikyanı Tiflisə dəvət etmək qərara alındı. Azərbaycanın ayrılmaz hissəsinə necə "muxtariyyət" verildi: Qafqaz Bürosu plenumunun 1921-ci il 4 və 5 iyul tarixli qərarları. Belə bir zəmində Tiflisdə Qafqaz Bürosu plenumunun iclası keçirildi. Xüsusi əhəmiyyətini nəzərə alaraq Qafqaz Bürosunun 4 iyul axşam və 5 iyul iclas protokolundan çıxarışları olduğu kimi veririk: Ermənilər Qafqaz Bürosunun 5 iyul tarixli qərarının qəbul edilməsində Stalinin əsas rol oynadığını sübut etməyə çalışır. Əslində, Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun 4 və 5 iyul iclaslarında Stalinin təzyiqinin nədən ibarət olması faktlarla təsdiq olunmur. Bir sözlə, SSRİ-nin yaradılması (1922, 30 dekabr) ərəfəsindəki mübarizədə özünün "muxtariyyətləşdirmə" planı ilə çıxış edən Stalinin guya sosialist dövlətinin federativ quruluşunun Lenin ideyasını həyata keçirməsi ağlabatan görünmür. Ona görə də məsələ daha dərin və ətraflı şəkildə nəzərdən keçirilməlidir: 1) Mərkəz Qafqaz Bürosunun timsalında hələ SSRİ-nin yaradılmasından, Azərbaycan və Ermənistan SSR-nin ittifaq dövlətində birləşdirilməsindən əvvəl praktik olaraq sərhəd məsələsinə müdaxilə etməklə səlahiyyətli tərəf kimi çıxış etdi. Dağlıq Qarabağ məsələsi üçtərəfli müzakirə məsələsinə çevrildi; 2) Qafqaz Bürosu bu "hüququndan" istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ barəsində elan etdiyi öz müqəddəratını təyinetmə müddəasının təbii-tarixi şəkildə yerinə yetirilməsinə imkan vermədi, onu "geniş vilayət muxtariyyəti" kimi ifadə etdi; 3) Qafqaz Bürosu 4 iyul qərarı ilə Azərbaycana (yəni, Dağlıq Qarabağ Ermənistana verilə bilər!), səhəri gün isə bu məsələyə qayıtmaqla Ermənistana təsir göstərmək (yəni, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması təsdiq edilə bilər!) və Mərkəz üçün əlverişli mövqeni təmin etmək istəyirdi, buna da (yəni Dağlıq Qarabağa muxtariyyət verilməsinə) nail oldu. Beləliklə, Qafqaz Bürosu plenumunun 5 iyul qərarından sonra Dağlıq Qarabağ ətrafında hadisələr yeni istiqamət aldı: Qafqaz Bürosu Mərkəz üçün əlverişli qərarı təmin edib, onun reallaşdırılması uğrunda təzyiqlərə başladı. Bununla Azərbaycan SSR özünün ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa məcburi şəkildə muxtariyyət verilməsi nəticəsində yeni şəraitlə qarşılaşdı. Ermənistan isə Dağlıq Qarabağ məsələsi ilə bağlı olaraq Qafqaz Bürosu ilə Azərbaycan arasında münasibətləri kəskinləşdirməyə, Dağlıq Qarabağa muxtariyyət verilməsilə onun işlərinə qarışmaq imkanlarından istifadə edərək, Dağlıq Qarabağa olan iddialarını həyata keçirməyə çalışdı. Bu məsələlər kompleks şəkildə nəzərdən keçirilməlidir. S.M. Kirovun mövqeyində dəyişiklik. 5 iyul qərarı qəbul edildikdən sonra Azərbaycan rəhbərliyi tərəfindən onun həyata keçirilməsinə başlanmalı idi. Bununla əlaqədar olaraq Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin həmin ilin 19 iyul tarixli iclasında Nərimanovun Tiflis səfərinin yekunları bəyənilmiş, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Təşkilat Bürosunun 20 iyul tarixli iclasında isə muxtar vilayətin konstitusiyasının hazırlanması üçün komissiya yaradılmışdı.72 Burada bir məsələnin aydınlaşdırılmasına ehtiyac yaranır. Artıq məlum olduğu kimi, 5 iyul qərarı ilə Dağlıq Qarabağa muxtariyyət verilməsində Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə həlledici rol ayrılmışdı. Görünür, 1921-ci ilin iyulunda Kirovun Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi rəhbərliyinə gətirilməsində elə bu amil də mühüm rol oynamışdı. Məhz Kirov faktiki olaraq Azərbaycanda rəhbərliyə keçdikdən sonra Dağlıq Qarabağın muxtariyyət verilməsinə rəsmi münasibət dəyişdi və bu proses iki ilədək ləngidi. Ona görə də bu məsələ ətrafında Kirovun mövqeyi və ona təsir edən amillər xüsusi olaraq araşdırılmalıdır. Əgər 4 iyul iclasının protokolundan çıxarışa nəzər salsaq görərik ki, o zaman Kirov Qarabağın dağlıq hissəsinin Azərbaycanın hüdudlarında saxlanmasının əleyhinə çıxmış (5,a), onun Ermənistanın tərkibinə daxil edilməsinin isə lehinə (5,b) səs vermişdi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 19 iyul, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Təşkilat Bürosunun 20 iyul iclaslarında və qeyd olunan qərarların qəbulunda Kirov da iştirak etmişdi. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Təşkilat Bürosunun 26 sentyabrda bilavasitə Kirovun sədrliyilə keçirilən iclasında onun mövqeyinin əksinə dəyişdiyini görürük. İclasda iştirak edən 9 nəfərdən (Kirov, Nərimanov, Axundov, Qarayev, Əfəndiyev, Stukalov, Mirzoyan, Bünyadzadə, Hüseynov) 7-si Qafqaz Bürosundan Dağlıq Qarabağın ayrılması haqqında qərarın yenidən nəzərdən keçirilməsini xahiş etməyi qərara alır, yalnız 2 nəfər - Nərimanov və Bünyadzadə Qafqaz Bürosunun qərarının qısa müddətdə yerinə yetirilməsinə tərəfdar çıxır. Bu məsələ üzrə materiallar toplamaq üçün komissiya yaradılır.73 Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Təşkilat Bürosu üzvlərinin iştirakı ilə Qarabağın məsul işçilərinin 21 oktyabr konfransına rəhbərlik edən Bünyadzadə də Kirovun mövqeyinə keçir. Belə ki, həmin iclasda Dağlıq Qarabağın muxtar vilayət kimi ayrılması xüsusi qeyddə məqsədəuyğun hesab olunmurdu.74 Beləliklə, məhz Kirovun rəhbərliyilə Dağlıq Qarabağın muxtariyyəti məsələsinə yeni münasibətin yarandığı ortaya çıxır. Bu təsadüfi deyildi. Kirov nəinki öz şəxsi mövqeyinin, hətta Qafqaz Bürosunun Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasını təsdiq etmək əvəzinə ona məcburi muxtariyyət verilməsi haqqındakı qərarının və onun qısa müddətdə həyata keçirilməsi zərurətinin yanlış olduğunu yəqin etmişdi. Dağlıq Qarabağa muxtariyyət verilməsi dekretləşdiriləndən 4 ay keçdikdən sonra belə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 8 oktyabr 1923-cü ildə Kirovun sədrliyilə keçirilən iclasında Dağlıq Qarabağa muxtariyyət verilməsi haqqında qərarın əhali, xüsusilə türklər (azərbaycanlılar) arasında təbliğ olunmasının başa çatdırılmadığı etiraf olunurdu. Dağlıq Qarabağa muxtariyyət verilməsi Azərbaycana necə qəbul etdirildi? Hadisələrin belə gedişi Qafqaz Bürosunun narahatlığına səbəb oldu və 5 iyul qərarının Azərbaycana qəbul etdirilməsi üçün təzyiqlərə başlandı. Bu iki yolla həyata keçirilirdi. Bir tərəfdən Azərbaycan rəhbərliyi qarşısında tələb qoyulur, digər tərəfdən Dağılq Qarabağın idarəçiliyi bura xüsusi olaraq göndərilən erməni kadrları ilə möhkəmləndirilərək həmin bölgədə Azərbaycanın təsirinin zəiflədilməsinə cəhd edilirdi. Dağılq Qarabağın muxtariyyətləşdirilməsi Zaqafqaziya federasiyası və SSRİ-nin yaradılması prosesləri ilə paralel gedirdi. Buna baxmayaraq, onun həyata keçirilməsindəki problemlərə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının irəli sürdüyü şəkildə yenidən baxılmadı. Əksinə, 1922-ci ilin fevralında Zaqafqaziya kommunist təşkilatlarının I qurultayında Orconikidzenin sədr seçildiyi Rusiya Kommunist (bolşeviklər) Partiyası Zaqafqaziya Ölkə Komitəsi, 5 iyul qərarının qəbul edilməsində olduğu kimi, onun reallaşdrılmasında da inzibati-amirlik üsullarına əl atdı. Zaqafqaziya Ölkə Komitəsinin 27 oktyabr 1922-ci il tarixli iclasında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə 5 iyul qərarının həyata keçirilməsi təklif edildi, Karakazovun İcraiyyə Komitəsinin sədri təyin edilməsi, Şadunsun məsul işə göndərilməsi üçün Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə ezam edilməsi qərara alındı.76 Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin 15 dekabr iclası Zaqafqaziya Ölkə Komitəsinin qərarını icra üçün qəbul etdi, Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Dağlıq Qarabağ işləri üzrə Mərkəzi Komissiya (Kirov, Mirzəbekyan, Karakozov) və 7 nəfərdən ibarət Komitə (1922, 15 dekabr-1923, 24 iyul) təşkil edildi. Bütün bunlara baxmayaraq Azərbaycana təzyiq yenə davam etdirildi.77 Dekabrın 22-də Zaqfederasiyanın İttifaq Soveti Dağlıq Qarabağa muxtariyyət verilməsinin sürətləndirilməsi haqqında xüsusi qərar qəbul etdi. SSRİ-nin yaradılmasından sonra Zaqafqaziya Ölkə Komitəsinin tələbləri daha sərt şəkil aldı. 1923-cü ilin mayında Qarabağ Komitəsinin məruzəsi Zaqafqaziya Ölkə Komitəsi plenumunun gündəliyinə daxil edildi.79 İyunun 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti muxtariyyətin dekretləşdirilməsi və onun layihəsinin üç gün ərzində Mərkəzi Komitəyə təqdim olunması barədə qərar qəbul etdi.80 Bu qərar Zaqafqaziya Ölkə Komitəsini təmin etdi. Zaqafqaziya Ölkə Komitəsinin plenumu iyunun 27-də Şaduns və Karakozovun məruzəsi əsasında Dağlıq Qarabağa bir ay müddətində muxtar vilayət statusu verilməsinin təmin olunmasını Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə həvalə etdi.81 İyulun 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin iclası Kirovun sədrliyilə Qarabağ haqqında məsələni dinləyərək 6 bənddən (a-e) ibarət qərar qəbul etdi. (Rəyasət Heyətinin adından) Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə Dağlıq Qarabağa muxtariyyət vermək, mərkəz Xankəndi olmaqla "Muxtar Qarabağ vilayəti" yaratmaq təklif olundu. Sərhədlərlə bağlı məsələləri müəyyən etmək üçün komissiya (Qarayev - sədr, üzvlər: Karakozov, Sviridov, İldırım və Bünyadzadə) yaradıldı və s.82 1923-cü il iyulun 4-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsi də eyni məzmunlu qərar qəbul etdi. Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsi iyulun 7-də M.B.Qasımov (1879-1949) və Ə. M.Xanbudaqovun (1893-1937) imzası ilə "Dağılq Qarabağ muxtar vilayəti yaradılması haqqında" dekret verildi.83 Dekret preambula, dörd bənd və müştərək komissiya yaradılması haqqında yekundan ibarətdir. Göründüyü kimi, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin qərarı ilə dekretin adı arasında fərq vardır, çünki Qarabağın aran və dağlıq hissəsini muxtar vilayət kimi bir yerdə ayırmaq əvəzinə, yalnız Dağlıq Qarabağı ayırmaq qərara alınmışdı. Dekretin "Muxtar Qarabağ" vilayəti deyil Muxtar Dağlıq Qarabağ Vilayəti adlandırılması diqqəti cəlb edir. Lakin sonralar o, Dağlıq Qarabağ Muxtar Vilayəti adlandırılır (işdə dolaşıqlıq yaratmamaq üçün biz də bu ənənəni davam etdirmək məcburiyyətindəyik, amma onu ilk rəsmi sənədlərdə qeydə alınmış mənada qəbul edirik). Dekret ciddi hüquqi sənəddən daha çox, primitiv məzmunu ilə fərqlənir. Preambulada tarixi xronologiya pozulur, faktlar təhrif olunur, Dağlıq Qarabağa muxtariyyət verilməsi zərurəti kifayət qədər əsaslandırılmır. Dekretin birinci bəndində ("1) Образовать из армянской части (?) Нагорного Карабаха автономную область, как составную часть (?) АССР, с центром в местечке Ханкенды") hüquqi-siyasi təhrifə yol verilir. Azərbaycan torpaqlarından Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılması və onun Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasının təsdiqi əvəzinə, müxtəlif cür təfsir olunan ifadələr işlədilirdi. Üçüncü bənddə isə Sovetlər qurultayı çağırılanadək Müvəqqəti İnqilab Komitəsi yaradılır. Bu da, heç şübhəsiz, vilayətin erməni rəhbərliyinə daha geniş hüquqlar verirdi və s. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 16 iyul (dekretdən 10 gün sonra!) tarixli iclasının qərarı ilə Şuşa şəhəri Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil edildi.84 Dağlıq Qarabağ Muxtar Vilayəti üçün quberniya icraiyyə komitələri haqqında 1923-cü il Əsasnaməsi qəbul və tətbiq edildi. Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Əsasnamə isə 26 noyabr 1924-cü ildə çap olundu. Beləliklə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ süni şəkildə aran və dağlıq hissələrinə parçalanmış və Azərbaycan rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məcbur edilmişdi. Özü də bu addım həmin hissədə - Dağlıq Qarabağda yaşayan azərbaycanlıların rəyi nəzərə alınmadan, onların hüquqları kobudcasına tapdalanaraq və müvafiq rəy sorğusu keçirilmədən atılmışdı.

  • Ermənistanın Dağlıq Qarabağ "formulası"
Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması və ona muxtariyyət verilməsi məsələsində Ermənistanın mövqeyi də maraq doğurur. Ermənistan ilk dövrdə məsələnin bu şəkildə həlli ilə razılaşmaq istəməmiş, 1921-ci il iyulun 16-da Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun 5 iyul tarixli qərarının onu təmin etmədiyini bildirmiş 87 və Dağlıq Qarabağa iddiasını davam etdirməyə başlamışdı. Lakin sonra Qafqaz Bürosunun ona hədiyyə etdiyi Dağlıq Qarabağa muxtariyyət verilməsini məqsədinə uyğunlaşdırmağa başlamış, Dağlıq Qarabağ uğrunda mübarizə belə bir formula almışdı: Dağlıq Qarabağa muxtariyyət verilməsindən onun Azərbaycanın idarəsi altından çıxarılmasına - Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə doğru! Bu formulanın əsasınında Dağlıq Qarabağda və onun ətrafında erməni şovinizminin gücləndirilməsi dururdu. İş o yerə çatmışdı ki, Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi XII qurultayında (1923, 17-25 aprel) K.Radek Azərbaycanda erməni şovinizmindən (aprelin 23-də) bəhs etmişdi. İ.Stalin isə ona qarşı çıxmışdı.88 Adətən Qafqaz Bürosunun 5 iyul qərarından bəhs etdikdə Stalinlə barışa bilməyən erməni müəllifi burada onun sözlərindən gen-bol iqtibas gətirir. Bu həmin partiya qurultayıdır ki, orada Leninin "Qurultaya məktub"u oxunmuş və orada Stalinin obyektiv xarakteristikası verilmişdi.89 XII qurultayda seçilmiş Mərkəzi Komitə üzvlərinin repressiyası da məlum faktdır. Ona görə də K.Radekin çıxışı ilə əlaqədar məsələlər də yenidən tədqiq olunmalıdır. Stalinin timsalında güclü müdafiəyə malik olan ermənilər çox çəkmədən əsl niyyətlərini açıqladılar. Şaduns 13 iyunda Zaqafqaziya Ölkə Komitəsinə yazdı ki, bu muxtar vilayət (Dağlıq Qarabağ) bilavasitə Zaqafqaziya Ölkə Komitəsilə bağlı olmalıdır;90 "Zaqfederasiyanın rəhbərləri problemin belə alternativ, daha ağıllı həllinə getmədilər"91. Bununla o, Ermənistanın Dağlıq Qarabağla bağlı sonrakı fəaliyyətinin əsas formulası haqqında yuxarıda söylənənləri çox aydın təsdiq edir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın dağlıq hissəsinə muxtariyyət verilməsi və onun ətrafında yaranan məsələlərə münasibət Kirovun AK(b) P-nın VI qurultayında (1924, 5 may) yekunlaşdırılır. Onun Dağlıq Qarabağa muxtariyyət verilməsinə olan şübhə və inamsızlığı, hər cümlədə hiss olunur. O, həmin qurultayda demişdir: bu məsələni biz, nəhayət (!) həll etdik və şübhəsiz (!) tamamilə düzgün iş gördük. Bu məsələni, əsasən, yenidən həll etməyə qayıtmayacağımıza heç bir şübhə (?!) yoxdur.92 Əslində isə, yuxarıda göstərildiyi kimi, Kirovun bu məsələnin düzgün həll olunduğuna şübhəsi vardı və bu tamamilə əsaslı şübhə idi
  • Azərbaycanın Zəngəzur bölgəsinin Ermənistan tərəfindən ələ keçirilməsi, Naxçıvanın digər Azərbaycan torpaqlarından ayrı salınması
Yuxarıda göstərilənlərdən aydın olduğu kimi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Azərbaycanın tarixi-coğrafi ərazi bölgüsü ənənələrinə sadiq qalaraq Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını Qarabağ general-qubernatorluğunda birləşdirmişdi və bu regiona vahid inzibati ərazi kimi baxırdı. Azərbaycan SSR hökuməti də, artıq yuxarıda qeyd edildiyi kimi, 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb etmişdi. Lakin sonralar, sovet dövründə, müəyyən məqsədlər əsas götürülərək Zəngəzurun Qarabağdan ayrı olması təsəvvürünün yaradılmasına başlandı. Bu həmin torpaqların taleyinin həllində Azərbaycana təzyiqi gücləndirmək məqsədi güdürdü. Hadisələrin sonrakı gedişi göstərdi ki, Sovet Rusiyasının təzyiqi nəticəsində 1920-ci ilin aprelindən noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulmasınadək olan dövrdə Zəngəzura münasibətdə mövqe dəyişdi. Azərbaycan İnqilab Komitəsinin Ermənistan Sovet Respublikasına 30 noyabr tarixli teleqramı və 1 dekabr bəyannaməsində ("Nərimanov Bəyannaməsi"), artıq, Zəngəzurun Ermənistana verilməsindən bəhs olunur. Lakin həqiqətdə Zəngəzur qəzasının 6.742 kvadrat verstlik ərazisindən93 3.105 kv.versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv.verstlik hissəsi isə Ermənistana verilmişdi. Azərbaycanın tarix ədəbiyyatında bu problem kifayət qədər həllini tapmamışdır.94 Bu məsələ hələlik A.M.Skubitskinin yuxarıda adı çəkilən məqaləsində müəyyən dərəcədə əks olunmuşdur. O yazırdı: "N.Nərimanovun Zəngəzur qəzasını "Sovet Ermənistanının ayrılmaz hissəsi elan edən Bəyannaməsi" ilə bağlı əsaslı bir düzəliş də bu gün diqqətimizdən yayınır. Bu "Dağlıq Qarabağın əməkçi kəndlilərinə öz müqəddaratlarını təyin etmək üçün tam hüquq verilməsi" haqqında Azərbaycan hökumətinin Bəyanatıdır. Bu gün həmin Bəyanat ancaq Muxtar Dağlıq Qarabağ Vilayətinə aid edilir. O vaxtlar isə bütövlükdə Dağlıq Qarabağa və özü də təkcə Azərbaycan sərhədləri daxilində yaşayan ermənilərə yox, həmçinin Ermənistana təklif edilən Zəngəzur qəzasının daxilində kürdlərə muxtariyyət verilməsini nəzərdə tuturdu… Ermənistan İnqilab Komitəsinin sədri Ş.İ.Kasyan… qəzanın kürdlər yaşayan şərq hissəsinin Azərbaycanda qalmasını daha ağıllı və məqsədəuyğun hərəkət saymışdır".95 Bu baxış Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosu tərəfindən qəbul edilmişdi. Ermənistana verilmiş hissə Zəngəzur adını saxlamış, Azərbaycan SSR inzibati bölgüsündə isə dəyişiklik baş vermişdi. Azərbaycana vurulan ən ağır zərbə, həyata keçirilən ən böyük düşmənçilik aktı isə bu idi ki, Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvanla Azərbaycanın digər torpaqları arasında əlaqələr kəsildi, Naxçıvan Azərbaycandan ayrı salındı. Digər tərəfdən, bu ermənilərin Naxçıvanla bağlı gələcək məkirli niyyətlərinin həyata keçirilməsi üçün bir hazırlıq xarakteri daşıyırdı. Qarabağın digər torpaqlarının inzibati bölgüsində dəyişikliklər 1920-1923-ci illərdə məqsədyönlü surətdə həyata keçirilən proseslər nəticəsində keçmiş Qarabağ xanlığının tərkibinə daxil olan Azərbaycan torpaqları ənənəvi tarixi-coğrafi vahidliyini və ya bütövlüyünü itirdi. Azərbaycanın 1917 və 1921-ci il kənd təsərrüfat siyahıya almalarının materialları əsasında nəşr edilmiş yaşayış məskənləri siyahısında ölkə ərazisi 15 qəzaya ayrılır. Qarabağ ərazisində Cəbrayıl (Karyagin), Cavanşir, Qubadlı (keçmiş Zəngəzur qəzasının bir hissəsi), Şuşa qəzalarının olduğu göstərilir.96 Göründüyü kimi, bu mərhələdə artıq Zəngəzur qəzasının bölünməsi öz əksini tapır, digər qəzaların əraziləri isə hələlik əvvəlki sərhədləri daxilində qalır. Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili nəticəsində Cavanşir, Şuşa və Qubadlı qəzalarının bəzi yaşayış məskənləri ənənəvi inzibati bölgüsündən qoparılaraq onun tərkibinə verildi. Nəticədə yeni inzibati bölgü aparmaq tələbi meydana gəldi. Bu məsələ Dağlıq Qarabağ Muxtar Vilayəti Əsasnaməsini hazırlayan komissiyanın iclasında müzakirə edildi. Aran (düzən) Qarabağın idarə forması və inzibati bölgüsünə dair 3-cü məsələ üzrə belə bir qərar çıxarıldı: Tərkibinə Cavanşir qəzasının aran hissəsi, Şuşa, Qubadlı və Karyagin (Cəbrayıl) qəzalarının daxil olduğu Aşağı Qarabağ Vilayət İcraiyyə Komitəsi yaratmaq, ona RSFSR-in quberniya icrakomları haqqında 1923-ci il əsasnaməsini tətbiq etmək, Aran Qarabağ vilayətinin rayonlaşdırılmasını Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Xüsusi komissiyaya həvalə etmək. Bu iclasda Kürdüstanın idarə forması və inzibati bölgüsi haqqında 4-cü məsələ də müzakirə olundu.97 Buradan aydın olduğu kimi, Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldığı dövrdə Aran Qarabağın da xüsusi bir inzibati-ərazi vahidində birləşdirilməsi fikri olmuşdu. Lakin az bir vaxt keçdikdən sonra bu fikir dəyişmişdi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi sədri Qasımov, Xalq Komissarları Soveti sədrinin müavini M.Quliyev və Daxili işlər naziri İ.Sviridovun imzaladığı Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 6 avqust tarixli əmrinə əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra Qarabağın qalan hissəsindən Ağdam, Cəbrayıl və Kürdüstan qəzaları yaradılmışdı. Həmin sənədə görə Ağdam, Cəbrayıl və Kürdüstan qəzalarının ərazilərinin tərkibi, mərkəzləri, qəza icrakom sədrləri və b. məsələlər müəyyənləşdirilmişdi, Qubadlı qəzası isə ləğv edilmişdi. Azərbaycan Mərkəzi Statistika idarəsi Azərbaycan SSR-də həyata keçirilən bu və digər inzibati-ərazi bölgülərini nəzərə alaraq 1921-ci il kənd təsərrüfatı siyahıya almasının materialları əsasında onların ərazisinin sahəsi, əhalisinin milli tərkibi və b. məsələlər üzrə hesablamalar aparmışdı. Həmin hesablamalara görə Qarabağın tarixi ərazisindən (xanlığın sərhədləri üzrə) Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti - 4.160,5 kv.km., Cəbrayıl qəzası - 4.268,5 kv.km., Ağdam qəzası - 4.135,4 kv.km., Kürdüstan qəzası - 3.432,4 kv.km. (cəmi 15.996,9 kv.km.) qalmışdı99 Qarabağın tarixi ərazilərindən bir hissə isə Azərbaycandan qoparılaraq Ermənistana verilmişdir. Sonrakı inzibati-ərazi bölgüləri prosesində Zəngəzur qəzasının Azərbaycan SSR tərkibində qalan hissəsində Zəngilan (0,7 min kv.km.), Qubadlı (0,8 min kv.km.), Laçın (1,8 min. kv.km.) rayonları yaradıldı. Ağdam və Cəbrayıl qəzalarının ərazisində isə Ağdam (1, 1 min. kv.km.), Bərdə (1,0 min.kv.km.), Ağcabədi (1,8 min. kv.km.), Tərtər (0, 4 min.kv.km.), Cəbrayıl (1,0 min.kv.km.) rayonları yaradıldı.100 Beləliklə, Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan Qarabağ xanlığının ərazisi parçalanaraq bir hissəsi Ermənistana verildi, Azərbaycanda qalan hissəsində isə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Dağlıq Qarabağ 1923-1980-cı illərdə İndiyədək Dağlıq Qarabağa muxtariyyət verilməsi məsələsindən bəhs edilərkən demək olar ki, onun ərazisinin inzibati bölgüsü tarixinin ən mühüm hadisələrinə lazımi diqqət yetirilməmişdir. Təhlil göstərir ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi real tarixi əks etdirən elmi-coğrafi prinsiplər əsasında deyil, xüsusi məqsəd güdən volyuntarist yanaşma əsasında formalaşdırılıb, yəni o, erməni yaşayış məskənlərinin üstün olduğu lokal əraziləri muxtar qurum adı altında birləşdirilmək yolu ilə təşkil olunub. (Yeri gəlmişkən qeyd edək ki, bu "prinsip" əsasında ermənilər kompakt yaşadıqları başqa ölkələrin ərazisində də özlərinə "muxtariyyət" tələb edə bilərlər!). İş o yerə çatmışdı ki, Kəlbəcərə məxsus Ağdaban, Füzuliyə məxsus Yuxarı Veysəlli kəndləri Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri daxilində qalmış, inzibati tabeçilik dəyişdirilmişdi. Dağlıq Qarabağ muxtariyyətinin Əsasnaməsini hazırlayan komissiyanın qərarına əsasən onun tərkibinə 170-dən çox yaşayış məskəni verilmişdi.101Azərbaycan Mərkəzi Statistika İdarəsinin 1924-cü ilə aid məlumatında isə artıq həmin məskənlərin sayının 200-dən çox olduğu göstərilir.102 Q.Koçaryan familiyalı erməni isə 1925-ci ildə nəşr edilmiş kitabçada bu məskənlərin sayının 215 olduğunu bildirir.103 Bu faktlar Dağlıq Qarabağ muxtar vilayətinin ərazisinin rəsmi sənədlərin əksinə olaraq genişləndirildiyini və yeni yaşayış məskənləri hesabına əhalisinin sayı və etnik tərkibinin ermənilərin xeyrinə dəyişdirildiyini sübut edir. Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra onun tərkibinə verilmiş yaşayış məskənləri rayon-volost-kənd pillələri əsasında inzibati baxımdan aşağıdaki kimi bölünmüşdü: 1. Dizaq rayonu. Bu rayonun tərkibində 5 volost (Hadrut, Tuğ, Xozabyurd, Arakül, Edilli) və 48 kənd var idi; 2. Vərəndə rayonu. Bu rayonun tərkibində 5 volost (Tağavert, Sus, Çartaz, Noraşen) və 46 kənd var idi. 3. Şuşa rayonu. Şuşa şəhəri və Malıbəyli volostundan (12 kənd) ibarət idi; 4. Xaçın rayonu. Bu rayonun tərkibində 4 volost (Daşbulaq, Əsgəran, Krasnoselsk, Qala dərəsi) və 53 kənd var idi. 5. Ceraberd rayonu. Bu rayonun tərkibində 4 volost (Marquşevan, Orataq, Dovşanlı, Aterk) və 53 kənd var idi.104Yeni inzibati-ərazi bölgüsi həyata keçirilərkən DQMV-də dəyişiklik baş verir. 1930-cu ilin avqustunda DQMV ərazisi yenə də 5 rayona bölünür: 1. Ceraberd, 2. Martuni, 3. Stepanakert, 4. Dizaq, 5. Şuşa. Göründüyü kimi Vərəndə Martuni adlandırılır, Xaçının ərazisi isə Stepanakertə aid edilir. 1939-cu il avqustun 17-də Ceraberd Mardakert, Dizaq isə Hadrut adlandırılır. Başqa sözlə, Azərbaycan dövləti olan Qafqaz Albaniyası dövrünə aid olan Dizaq, Vərəndə, Xaçın, Ceraberd kimi tarixi-coğrafi adlar unutdurulur və xüsusi məqsədlə Rusiya işğalları dövründə bura köçürülüb gətirilmiş ermənilərə məxsus adlarla əvəz olunur. 1960-cı illərin əvvəllərində rayonların iriləşdirilməsi siyasəti həyata keçirilərkən əsas zərbə Şuşaya vurulur. 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilir, onun ərazisi Stepanakert rayonuna verilir. Lakin N.S.Xruşşovun105 hakimiyyətdən uzaqlaşdırılmasından sonra inzibati ərazi bölgüsündə yeni dəyişiklik baş verir. 1965-ci il yanvarın 6-da Şuşa rayonu yenidən təşkil olunur.1061978-ci ildə Heydər Əliyevin qətiyyəti sayəsində Stepanakert rayonu əsasında Əsgəran rayonu təşkil edilir. SSRİ-nin dağılmasınadək Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazi bölgüsü belə idi. Beləliklə, yuxarıdakı faktlardan Azərbaycanın Qarabağ torpağına köçürülüb gətirilmiş ermənilərin özgə torpaqlarında özlərinə dövlət yaratmaq hiyləsinin anatomiyası çox aydın görünür. Ermənilər vaxtı ilə Qərbi Azərbaycanda - köç saldıqları İrəvan xanlığının ərazisində də belə etmişdilər, indi Qarabağda da bu hiyləni işlətmək niyyətindədirlər. Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixində ermənilər tərəfindən ən çox saxtalaşdırılan məsələlərdən biri onun əhalisinin say dinamikası və etnik tərkibi ilə bağlı olan məsələdir. Bu barədə erməni müəlliflərinin mövqeyini əyani göstərmək üçün prof.Y.Barseqovun təqdim etdiyi bir cədvələ nəzər yetirək. Dağılq Qarabağ Muxtar Vilayəti əhalisinin faktik (əhali siyahıya almalar üzrə) sayı və prof. Y.Barsaqovun guya əhalinin təbii hərəkəti əsasında müəyyən edilmiş "hesablama" sayının müqayisəsi (əvvəlki dövrə nisbətən artıma dair hesablama bizimdir) Qaynaq: Барсегов Ю.Г. Право на самоопределение-основа демократического решения межнациональных проблем. К проблеме Нагорного Карабаха. Ереван,1989,с.101
Əvvəlki dövrə nisbətən artım. Y.Barseqov oxucunu çaşdırmaq üçün yalnız mütləq rəqəmləri verir, şərhin daha aydın olması üçün isə nisbi rəqəmlərə ehtiyac vardır. Cədvələ belə hesablamaları əlavə etdikdə onun nə dərəcədə absurd olduğu aşkara çıxır. Bu hansı məntiqə uyğundur ki, 1921-1939-cu illər arasında ermənilərin faktik artımı 3,6% olduğu halda, hesablamalarla 38,5%-ə qaldırılsın, azərbaycanlılarda isə faktik artım 46,1% olduğu halda, hesablamalarla 23,1%-ə endirilsin. Belə yanaşma həqiqətin qəsdən təhrifinə yönəlib və elə kobud şəkildə həyata keçirilib ki, bu oxucunu ələ salmaqdan başqa bir şey deyildir! Biz isə problemi elmi məcraya yönəltmək üçün belə bir hesablamaya müraciət edək. Ermənilərin Ermənistanda və Y.Barseqovun Dağlıq Qarabağ Muxtar Vilayətində əhalinin "hesablama" yolu ilə müəyyən edilmiş sayı üzrə DQMV-də orta sıxlığı və onların müqayisəsi (hər kv.km.-ə) Qaynaq: Всесоюзная перепись населения 1926 г. Закавказская СФСР.т.ХЫВ. М., 1929, с.11-13; Вестник статистики, 1990, 7, с.77; "Правда" от 2 июня 1939 г; Итоги Всесоюзной переписи населения 1959 г. Армянская ССР. М., 1963, с.11, 102-103; Численность и состав населения СССР. По данным Всесоюзной переписи населения 1979 г. М., 1984; Ходжабекян В.Е. Армянская Советская Социалистическая республика. Население союзных республик. М., 1977, с.278 Y.Barseqovun hesablamalarının qeyri-elmiliyi elə bir dərəcəyə çatır ki, adından da məlum olduğu kimi 4,4 min kv. km-lik dağlıq ərazidə, yəni Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində ermənilərin orta sıxlığı üçün astronomik rəqəmlər irəli sürür! Beləliklə, erməni müəllifləri (daha doğrusu millətçiləri!) tarixi o dərəcədə təhrif edirlər ki, həqiqəti aşkar etmək müşkül bir işə çevrilir. Həqiqətdə isə Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin say dinamikasının real vəziyyəti aşağıdaki kimi olmuşdur. 1926-1988-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin say dinamikası Qaynaq: Самедзаде З. Нагорный Карабах: неизвестная правда (О некоторых аспектах социально-экономического и демографического развития региона). Баку, 1995, с. 31 Rəsmi sovet əhali siyahıya almalarının (1989-cu il istisna olmaqla) nəticələrinə əsaslanan yuxarıdakı cədvəl real vəziyyəti daha doğru əks etdirir və erməni müəlliflərinin xüsusi məqsədlə uydurduqları (daha doğrusu şişirtdikləri!) qondarma rəqəmlər onları təkzib edə bilməz. İndi də Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin etnik tərkibinə keçək. Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin etnik tərkibi (əhali siyahıyaalmaları üzrə; min nəfərlə) Qaynaq: Достижения Нагорного Карабаха в девятой пятилетке. Стат. сб. Степанакерт, 1976, с.8, Самед-заде З. Указ.соч., с.31 SSRİ-nin dağılması ərəfəsində keçirilən 1989-cu il əhali siyahıyaalması dövrün təsirinə məruz qalsa107da, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi həmin siyahıyaalmanın materialları əsasında Dağlıq Qarabağ Muxtar Vilayətinin etnik xəritəsini çap etdirmişdir. Həmin xəritədən aydın olduğu kimi 1989-cu il sovet əhali siyahıyaalmasının yekunlarına görə Dağlıq Qarabağ Muxtar Vilayətinin 187,8 min nəfərlik əhalisinin 145,4 mini (77%) erməni, 40,3 mini (21,5%) azərbaycanlı olmuşdur. Göründüyü kimi, 1939-1979-cu il əhali siyahıya almalarına görə Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisi içərisində azərbaycanlıların sayı müəyyən dərəcədə artmışdır. Bu erməni separatçılarının təqiblərinə baxmayaraq, azərbaycanlıların öz doğma torpaqlarına bağlılığı və onların içərisində təbii artımın üstün olması ilə əlaqədar olmuşdur.108 Ermənilərin isə, əksinə, miqrasiyaya meylli olmaqları ilə bərabər, təbii artımları da aşağı olmuşdur. 1989-cu il əhali siyahıyaalması ərəfəsində Mərkəzdən bütün vasitələrlə himayə olunan erməni separatçılarının vilayətin etnik tərkibində azərbaycanlıların sayını süni şəkildə azaltmaq cəhdləri isə azərbaycanlıların nisbi sayının 23%-dən 21,5%-ə endirilməsinə səbəb olmuşdur. Dağlıq Qarabağın bir tərəfdən Azərbaycanın, tarixi torpaqları kimi onun tərkibində saxlanması və bununla da digər Azərbayan torpaqları ilə tarixi bağlılıq ənənələrini davam etdirməsi, digər tərəfdən Dağlıq Qarabağ Muxtar Vilayətinə Azərbaycanın göstərdiyi xüsusi qayğı bu diyarın sovet hakimiyyəti illərində sosial-siyasi və iqtisadi inkişafı üçün müstəsna şərait yaratdı. Lakin 1980-ci illərin sonlarında Dağlıq Qarabağı Azərbaycandan ayırmağı qarşılarına məqsəd qoymuş erməni "ideoloqları" və onların himayəçiləri bunu açıq-aşkar inkar etməyə başladılar. Lakin faktlar faktlığında qalır. Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibində nə qədər yüksək inkişafa nail olması Vilayət Statistika idarəsinin Stepanakertdə nəşr etdirdiyi statistik məcmuələrdə əksini tapmışdır.109 Sonralar məhz həmin Stepanakert bu nəşrlərə göz yummağa çalışmışdır. Halbuki onlara göz yummaq deyil, daha diqqətlə yanaşmağa böyük ehtiyac vardır. Statistik məcmuələrdən biri muxtar vilayətin yaranmasından keçən 40 il ərzində (1923-1963) mədəniyyət, iqtisadiyyat, səhiyyə və s. sahələrdəki vəziyyət barədə yazmışdır: İnqilaba qədər (yəni 1917-i il Oktyabr çevrilişinədək) Dağlıq Qarabağda orta ixtisas təhsilli müəssisələr, kütləvi kitabxanalar, teatrlar yox idi. Şuşa şəhərində yalnız üç xüsusi mədəni-maarif müəssisəsi və bir xüsusi kinoteatr var idi. Hazırda Dağlıq Qarabağ Muxtar Vilayətində min nəfər şagirdin təhsil aldığı beş xüsusi orta təhsil müəssisəsi vardır. 930 min nüsxədən çox kitab fondu olan 164 kitabxana fəaliyyət göstərir. Kütləvi kitabxanalardan 150-si kənd yerlərindədir, onların kitab fondu 630 min nüsxəyə çatır. Stepanakert şəhərində M.Qorki adına Erməni Dövlət dram teatrı, Dövlət mahnı və rəqs ansamblı vardır. Vilayətdə 176 klub müəssisəsi vardır… Dağlıq Qarabağ elmi müəssisələrə də malikdir… Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranmasının ilk günündən ana dilində (erməni dilində) "Sovetakan Karabax" qəzeti çap olunur.110 Kənd təsərrüfatından bəhs olunarkən Dağlıq Qarabağın xış diyarından traktor və kombayn diyarına çevrildiyi təsdiq olunur. 1963-cü ilin əvvəllərində Dağlıq Qarabağın kənd təsərrüfatında 1,4 min ədəd traktor, 224 kombayn, 670 yük avtomobili və minlərlə digər müasir kənd təsərrüfat maşını olduğu göstərilir.111 40 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətinin sənaye potensialının reallaşdırılmasında da xeyli iş görülmüşdü. 1940-cı ilə nisbətən 1962-ci ildə bütün sənayenin ümumi məhsulu 341%, elektrik enerjisi 945 % və sairə artmışdı.112 1960-cı illərin ortalarından sonra da vilayətin sosial-iqtisadi həyatı dinamik inkişaf etmişdi. 1965-1987-ci illərdə bütövlükdə Azərbaycan SSR, o cümlədən onun Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə iqtisadi və sosial inkişafa dair göstəricilərin müqayisəsi həmin dövrdə muxtar vilayətin nə qədər yüksək templə tərəqqi etdiyini çox aydın göstərir.113 Buradan aydın olur ki, 1987-ci ildə hər 10 min nəfərdən sənayedə çalışanların sayı respublika üzrə 686, Naxçıvan MSSR üzrə 387 olduğu halda, Dağlıq Qarabağ Muxtar Vilayətində 657 olmuşdu. Adambaşına düşən ümumi kənd təsərrüfatı məhsulları müvafiq olaraq 588, 501 və 692 (!) idi və i.a. Sosial inkişafa dair göstəricilərə gəldikdə isə bu rəqəmlər nəinki Azərbaycan SSR, hətta Ermənistan SSR və bütövlükdə SSRİ üzrə rəqəmlərdən də xeyli yüksək idi. Hər 10 min nəfərə xəstəxana çarpayısı ilə təminat Ermənistan SSR-də 86,2, Azərbaycan SSR-də 97,7 olduğu halda Dağlıq Qarabağ Muxtar Vilayətində 101,7 idi və s.114Hətta, erməni separatçılarının Mərkəzdəki himayəçilərinin xüsusi cidd-cəhdləri nəticəsində Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafına dair qəbul etdiyi 1988-ci il 24 mart tarixli qərarının preambulasında da vilayətdə sosial və iqtisadi inkişaf sahəsində əldə edilmiş nailiyyətlər xüsusi qeyd edilirdi.115 Separatçıların uydurduqları saxta məlumatların baş alıb getdiyi dövrdə də Azərbaycan onun tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi vəziyyətinə dair faktları olduğu kimi geniş ictimaiyyətin müzakirəsinə çıxarmaqdan çəkinməmiş, əksinə mövcud vəziyyətin daha da aydınlaşdırılmasında maraqlı olmuşdu. Buna görə də 1988-ci ilin gərgin mart günlərində Azərbaycan SSR Nazirlər Soveti yanında Xalq Təsərrüfatını İdarəetmə institutunda Dağlıq Qarabağ Muxtar Vilayətinin iqtisadiyyatı: problemlər və perspektivlər mövzusunda "dəyirmi stol" təşkil edilmiş, onun materialları çap olunub geniş ictimaiyyətə çatdırılmışdı.116 Buna görə də həmin faktları burada sadalamağa ehtiyac görmürük. Yalnız həmin "dəyirmi stol"da SSRİ Elmlər Akademiyasının akademiki, "Əsas fondlar, kapital qoyuluşu və yeni texnikanın iqtisadi səmərəliliyi" problemi üzrə elmi şuranın milliyyətcə erməni olan sədri T.S.Xaçaturovun müzakirələrin sonundakı çıxışına diqqəti yönəltmək istəyirik. O, real vəziyyəti təsdiq edərək demişdir: Dağlıq Qarabağın məhsuldar qüvvələrinin daha da inkişafına dair məsələlər üzrə həmkarlarımla fikir mübadiləsi etmək mənim üçün çox xoş oldu. Etiraf edim ki, mən bu məsələ üzrə kifayət qədər tam informasiyaya malik deyildim və bizim söhbətimiz bu boşluğu müəyyən qədər doldurmağa imkan verdi.117 Göründüyü kimi, iqtisadçı(!) akademik T.S.Xaçaturov belə mühüm məsələdə kifayət qədər informasiyası "olmadığını" etiraf edir. Belə olduğu halda, digərlərindən bəhs etməyə dəyərmi?! Əslində isə Dağlıq Qarabağın Azərbaycandan qoparılması uğrunda mübarizədə erməni separatçılarına real vəziyyəti əks etdirən informasiya deyil, əksinə informasiyasızlıq lazım idi. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa muxtariyyət verildikdən sonra da istər Dağlıq Qarabağ, istər Ermənistan, istərsə də bu hüdudlardan kənardakı ermənilər separatçılıq fəaliyyətini dayandırmadılar. Erməni "siyasətçilərinin" susduqları dövrdə yazıçılar, şairlər və başqa zümrədən olanlar strateji məqsədin-separatçılığın daşıyıcılarına çevrildilər, daha doğrusu "siyasətçilər" onları qabağa verdilər (bu erməni separatçılığının "tarixi" ənənəsidir!). Tanınmış erməni yazıçısı M.Şaginyan (1888-1982) Dağlıq Qarabağa muxtariyyət verilməsindən az sonra "Dağlıq Qarabağ" adlı kitabça (1927) çap etdirdi.118 Bu "kitabçada" tarixi həqiqəti açıq-aşkar təhrif etdi; Ümumittifaq oxucusuna saxta və tendensiyalı məlumat verdi: "Нагорный Карабах страна армянская..." (с.3); "Нагорный Карабах - феодальная область, дворянский кусочек(?) Армении" (с.5) və i.a. 1920-30-cu illərdə istədiklərinə nail ola bilməyən ermənilər 1941-1945-ci illər müharibəsindən sonra yenidən fəallaşdılar. 1945-ci ilin noyabrında Ermənistan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi katibi Qr.Arutinov İ.Stalinə müraciət edərək Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin Qarabağ vilayəti adı altında Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında məsələ qaldırdı.119 Həmin müraciətin mətnini Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi katibi G.M.Malenkov 1945-i il 28 noyabrda Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinın birinci katibi M..Bağırova göndərdi. Malenkov Ermənistan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin qaldırdığı məsələyə öz rəyini bildirməsini ona təklif etdi.120 Bağırov bununla əlaqədar 1945-i il dekabrın 10-da cavabını Moskvaya bildirdi. Bağırov cavabında yazırdı: "Tam məxvidir. Malenkov yoldaşa. Ermənistan Kommunist (bolşeviklər) Partiyası MK-nın katibi Arutinov yoldaşın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsi haqqında təklifi ilə əlaqədar Sizin teleqramınıza cavab olaraq məlumat verirəm: Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi qədim zamanlardan, mərkəzi 1747-ci ildə Qarabağlı Pənah xan tərəfindən qala kimi tikdirilmiş Pənahabad şəhəri olan Qarabağ xanlığının tərkibində olmuşdur. 1826-cı ildə Qarabağ çar Rusiyasına birləşdirilmişdir. Sonralar indiki Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi Yelizavetpol quberniyasının Şuşa, Cavanşir, Qaryagin və Qubadlı qəzalarının tərkibində olmuşdur. 1918-1920-ci illərdə müsavatçıların Azərbaycanda və daşnakların Ermənistanda ağalığı dövründə musavat hökuməti tərəfindən mərkəzi Şuşa (keçmiş Pənahabad) şəhəri olan general-qubernatorluq təşkil edilmişdir. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ilk dövrlərdə bütün Qarabağın təsərrüfat-siyasi həyatına rəhbərlik vahid Vilayət İnqilab Komitəsi tərəfindən həyata keçirilirdi. 1923-cü ildə Qarabağın əsasən ermənilərin məskunlaşdığı dağlıq hissəsinin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi qaldırıldı. Lakin bu ərazinin Ermənistan SSR ilə ümumi sərhədlərinin olmaması və Ermənistandan yalnız azərbaycanlıların yaşadığı Qubadlı, Laçın, Kəlbəcər və Dəstəfur rayonları ilə ayrılması səbəbindən, partiya orqanlarının göstərişi əsasında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il tarixli dekreti ilə mərkəzi Xankəndi, indi Stepanakert adlanan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ərazi cəhətdən heç vaxt Ermənistan SSR-ə bitişik olmamışdır və hazırda da bitişik deyildir. Azərbaycanda Sovet hakimiyyəti illərində Dağlıq Qarabağda vilayətin təsərrüfat-siyasi və mədəni inkişafı sahəsində böyük işlər görülmüşdür. Bu inkişafın ən parlaq nümunələrindən biri - DQMV-ın hazırki mərkəzi Stepanakert şəhərinin başlı-başına buraxılmış və dağıdılmış bir kənddən Azərbaycanın ən gözəl, abad və mədəni şəhərlərindən birinə çevrilməsidir. Azərbayan SSR-nin bütün ali təhsil məktəbləri və texnikumları tələbələrinin 20,5%-ni, əksəriyyəti Dağlıq Qarabağ Muxtar Vilayətindən olan ermənilər təşkil edir. Respublikanın partiya, sovet, təsərrüfat rəhbərləri - Azərbaycan K(b)P MK-nın katibləri, müavinləri, xalq komissarları, xalq komissarları müavinləri və s. arasında Dağlıq Qarabağdan olan yoldaşlar da az deyildir. Bununla belə biz Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə qatılmasına etiraz etmirik, lakin Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olmasına baxmayaraq, hazırda da əsasən azərbaycanlıların yaşadığı Şuşa rayonunun Ermənistan SSR-ə verilməsinə razı deyilik. Şuşa şəhəri bina edildiyi gündən Qarabağın inzibati-siyasi və mədəni mərkəzi olmaqla yanaşı, həm də Azərbaycan xalqının öz müstəqilliyi uğrunda İran işğalçıları ilə apardığı mübarizədə müstəsna rol oynamışdır. Ən qaniçən fatehlərdən biri, Zaqafqaziya xalqlarının cəlladı Ağa Məhəmməd şah Qacar məhz Şuşada öldürülmüşdür. Azərbaycan xalqının zəngin musiqi mədəniyyəti bu şəhərdə formalaşmışdır. İbrahim xan, Vaqif, Natəvan və digər bu kimi görkəmli siyasət və mədəniyyət xadimlərinin adları onunla bağlıdır. Eyni zamanda, ÜİK(b)P MK-nın nəzərinə çatdırmağı zəruri hesab edirik ki, DQMV-ın Ermənistan SSR-in tərkibinə daxil edilməsi məsələsinə baxılarkən, Ermənistan SSR-in Azərbayan Respublikasına bitişik olan və əsasən azərbaycanlıların yaşadığı Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır. Bu rayonların mədəni və iqtisadi cəhətdən son dərəcədə geridə qalmasını nəzərə almaqla, bunların Azərbaycana verilməsi əhalinin maddi-məişət şəraitini və ona mədəni-siyasi xidmət işini yaxşılaşdırmağa imkan yaradardı. ÜİK(b)P MK-dan yuxarıda göstərilənlərdən əlavə aşağıdakı məsələlərə baxılmasını xahiş edirik: Gürcüstanlı yoldaşlar Azərbaycan SSR-in Balakən, Zaqatala və Qax rayonlarının Gürcüstan SSR-in tərkibinə daxil edilməsi məsələsini qoyurlar. Göstərilən rayonlarda əhalinin ümumi sayı 79.000 nəfər olduğu halda cəmi 9.000 gürcü-inqiloyun yaşamasına baxmayaraq biz bu məsələyə baxılmasına etiraz etmirik, lakin bu məsələ ilə bir zamanda, Gürcüstan SSR-in demək olar yalnız azərbayanlıların yaşadığı və bilavasitə Azərbaycan SSR-ə bitişik olan Borçalı rayonunun Azərbaycan SSR-nin tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır. Və nəhayət biz, Dağıstan SSR-in keçmişdə Azərbaycanın bir hissəsi kimi Bakı quberniyası tərkibinə daxil olan və hazırda Azərbaycan SSR-ə bitişik olan Dərbənd və Qasımkənd rayonları ərazilərinin Azərbaycan SSR tərkibinə qatılması məsələsini nəzərdən keçirmənizi xahiş edirik. Bu rayonların əhalisi əsasən azərbayanlılardan ibarətdir, özü də maldarlıqla məşğul olan bu əhalinin yarıdan çoxu ilin 9 ayını Azərbaycan ərazisində keçirir. Qaldırılmış bütün məsələlər üzrə təkliflərin hazırlanması üçün tərkibinə marağı olan hər bir respublikadan nümayəndələr daxil edilməklə ÜİK(b)P MK komissiyasının yaradılmasını məqsədəuyğun hesab edirik. Azərbaycan K(b)P MK katibi M.C.Bağırov
10 dekabr 1945-ci il
№ 330, Bakı şəhəri ".121
Bu cavab bir sıra tədqiqatçıların diqqətini cəlb etmiş və onun barəsində müəyyən mülahizələr söylənmişdir.122 Lakin buna yenidən qayıtmağa ehtiyac vardır. Bu sənəddə diqqəti çəkən məsələlər hansılardır?! Hər şeydən əvvəl: 1) O zamankı partiya bürokratiyası şəraitində Malenkovun təklifi kimi mürəkkəb məsələyə qısa müddətə cavab verilməsi diqqəti cəlb edir. Bu göstərir ki, belə bir təklif Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi üçün gözlənilməz olmamışdır. 2) Mətnin siyasi, elmi-tarixi və tekstoloji təhlili də zəruridir. Bunların üzərində ləngimədən bir vacib məqama diqqət yetirək. Buradan aydın olur ki, bəzən iddia olunduğunun əksinə olaraq, Azərbaycan rəhbərliyi belə bir problemdən heç zaman qaçmamış, əksinə ən yüksək səviyyədə onun müzakirəsinə və konkret təkliflərlə çıxış etməyə hazır olmuşdur və s. Məhz belə bir əsaslandırılmış mövqe o zaman Moskvanı Azərbaycana təzyiqdən çəkindirmişdi. Bununla belə, Ermənistan rəhbərliyi məqsədindən əl çəkməmiş, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-dən - oz ata-baba torpaqlarından kütləvi surətdə deportasiyasına nail ola bilmişdi.123 Lakin ermənilər bununla da Dağlıq Qarabağ ilə bağlı separatçılıq fəaliyyətindən əl çəkmədilər. 1960-cı illərdə SSRİ-də antitürkiyə kampaniyasının gücləndiyi şəraitdə yenidən bu problemi ortaya atdılar. 1965-ci ildə Dağlıq Qarabağın Ermənistana ilhaq edilməsi barədə 45 min nəfərin "imzaladığı" petisiya Moskvaya təqdim edilmiş, bunun əsasında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi katibliyi Ermənistan və Azərbaycana bu barədə məsələ hazırlamağı tapşırmışdı. Erməni separatçıları belə hesab edirlər ki, buna Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi katibi M.Suslov mane olmuşdur.1241969-cu ildə Heydər Əliyevin Azərbayan rəhbərliyinə gəlməsi ilə onun cəsarətli və qətiyyətli mövqeyi sayəsində ermənilərin separatçılıq təşəbbüsləri və bu niyyətlə Mərkəzdə göstərdikləri "fəaliyyət" uzun müddət heç bir nəticə vermədi. SSRİ-nin 1977-ci il Konstitusiyasının qəbulu zamanı da ermənilər eyni inadla bu problemi ortaya atmağa çalışdılar.125 Lakin bu dəfə də heç nəyə nail ola bilmədilər. H.Əliyevin qətiyyəti sayəsində onun Azərbaycana rəhbərliyi (1969-1982) və SSRİ rəhbərlərindən biri olduğu dövrdə (1982-1987) erməni separatçılarının niyyətlərinin canlanmasına yol verilmədi. 1984-cü ildə İrəvanda Z.Balayanın "Oçaq" kitabının çap edilməsi, onun Qarabağın tarixinə və müasir dövrünə dair məqsədyönlü təhrifləri, millətçi-separatçı çağırışları ehtirasları yenidən qızışdırdı.126 Bu əhval-ruhiyyə erməni millətçiləri tərəfindən əhatə olunmuş M.S.Qorbaçovun elan etdiyi "aşkarlıq və yenidənqurma" şəraitində sovet rəhbərliyində (M.S.Qorbaçovun timsalında!) böyük dəstək qazandı və yeni mərhələyə qədəm qoydu. Moskvadan hərtərəfli dəstək alan erməni separatçıları və terrorçuları tərəfindən idarə olunan Dağlıq Qarabağ 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi, yenə də Azərbaycan xalqına qarşı xəyanət yolunu tutdu. Dağlıq Qarabağ Muxtar Vilayəti və Qarabağın aran (düzən) hissəsinin inkişafına ümumi bir baxış Özünün bütün əvvəlki tarixi dövrlərində Qarabağ Azərbaycanın vahid təbii - coğrafi regionu kimi iqtisadi və siyasi inkişafına, oxşar adət-ənənələrinə, həyat tərzinə və məişətinə görə bir-birini tamamlayan tarixi vilayət olmuşdur. Lakin Qarabağın Dağlıq hissəsinə - Dağlıq Qarabağa muxtariyyət verilməsi ilə vəziyyətdə köklü dəyişiklik əmələ gəldi. Dağlıq Qarabağ Muxtar Vilayəti onun üçün yaradılmış müstəsna şərait nəticəsində inkişaf etmiş aqrar-sənaye bölgəsinə, Qarabağın azərbaycanlılar yaşayan aran rayonları və digər rayonlar isə onun xammal bazasına çevrilməyə başladı. Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı azərbaycanlılar yaşayan rayonlar, əsasən, pambıq istehsalı ilə məşğul olmağa istiqamətləndirildi, emaledici sənaye sahələrinin inkişafı geri qalmağa başladı. Bütün bunlar Dağlıq Qarabağ Muxtar Vilayətində həyat səviyyəsinin Qarabağın digər rayonlarına nisbətən sürətlə yüksəlməsinə səbəb oldu. Kurort-istirahət mərkəzlərinin Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşməsi də aran rayonların əhalisinin yay dövründə buraya yönəlməsinə səbəb oldu və Dağlıq Qarabağın iqtisadiyyatını daha da inkişaf etdirdi. Bu da külli miqdarda vəsaitin Dağlıq Qarabağ Muxtar Vilayəti büdcəsinə daxil olmasına gətirib çıxarırdı. Bütün regionda yeganə ali məktəb - Pedaqoji İnstitut da Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Stepanakertdə idi. Tarixi Qarabağın başqa rayonlarından fərqli olaraq, Dağlıq Qarabağ Muxtar Vilayətinin əldə etdiyi iqtisadi üstünlük muxtar vilayət statusunun siyasi üstünlüyünün artması ilə də müşayiət olunurdu. Azərbaycanlı - müsəlman əhalinin yaşadığı aran rayonları əsasən xristian-ermənilərin yaşadığı Dağlıq Qarabağ Muxtar Vilayətinə nisbətən sovet rejiminin təzyiqlərinə, ayrı-seçkiliyə daha çox məruz qalırdı. Bütün bunlar Moskvadan və Ermənistan SSR-dən kömək alan Dağlıq Qarabağ ermənilərinin etnik eqoizmini artırır, azərbaycanlılara qarşı açıq həqarət mühiti yaradırdı. Beləliklə, 1905-1906 və 1918-1920-ci illərdə olduğu kimi, xüsusi mərkəzlərdən idarə edilən ermənilər daha yaxşı təşkil olunurdu. Əlaltdan ermənilərin sürətlə silahlandırılması da həyata keçirilirdi. Bu amillər başqa şərtlərlə birlikdə, sonralar Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı digər rayonların Ermənistanın hərbi qüvvələri və Dağlıq Qarabağın erməni separatçı-terrorçuları tərəfindən işğalında həlledici faktorlardan oldu. AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu





Qarabağ problemi və erməni məsələsi

"ERMƏNİ MƏSƏLƏSİ"


Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri erməni tarixinin bəzi məsələlərini nəzərə almağı zəruri edir. Bu təcavüzkarlıq siyasəti erməni tarixinin mahiyyətindədir. Məhz buna görə də beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi şərait yaranan kimi ermənilər xəyanətkar niyyətlərini reallaşdırmaq üçün bütün vasitələrdən istifadə etmişlər. "Erməni məsələsi" adlandırılan məsələnin meydana gəlməsini də təsadüfi hesab etmək olmaz. Bu məsələni Ermənistan-Azərbaycan münaqişəsi baxımından yenidən nəzərdən keçirilməsinə ehtiyac vardır. Çünki "Qarabağ məsəsinə" erməni məsələsinin bir hissəsi kimi baxılmalıdır. "Erməni məsələsi" isə Şərq məsələsinin bir hissəsidir. XIX əsrin axırları - XX əsrin əvvəllərində bu məsələyə bir çox əsərlər həsr olunub. Tarixçi V. Qurko-Kryajinin 1926-cı ildə nəşr edilmiş Böyük Sovet Ensiklopediyasında dərc olunan məqaləsi də bu əsərlər sırasına aiddir. O, məqalənin sonunda ümidvar olduğunu bildirərək yazırdı: "…erməni mühacirləri arasında ən vicdanlıları özlərinin əvvəlki istiqamətlərini dəyişir və keçmişdən əl çəkərək, təqsirlərini boyunlarına alıb Vətənə qayıdırlar. Sovet çevrilişindən sonra Daşnaksutyun tam ölümə məhkumdur". Lakin tarixçi aldanmışdı… Buna görə də əvvəlcə həmin məqaləni təqdim edirik. Sonrakı mərhələlərdə" erməni məsələsinə" aid materialların ümumiləşdirilməsi, yeni fakt və tarixi sənədlər əsasında təhlili nəzərdə tutulur. Erməni məsələsi - Şərq məsələsi adlandırılan məsələnin bir hissəsidir və ona iki nöqteyi-nəzərdən baxılmalıdır. Zahiri mahiyyət: böyük dövlətlər Türkiyəni daha asanlıqla istismar etməkdən ötrü onun mərkəzdənqaçma qüvvələrini gücləndirməyə, beləliklə, ölkəni zəiflətməyə çalışırdılar. Daxili mahiyyət: öz burjuaziyasının rəhbərliyi altında ermənilər milli müqəddəratın müstəqil təyin edilməsi uğrunda, elə siyasi-iqtisadi amillər əldə olunması uğrunda mübarizə aparırdılar ki, bu amillərin təsiri altında burjuaziya sərbəst inkişaf edə bilsin. Erməni məsələsinin zəmini hələ XVIII əsrdə, Konstantinopolun maliyyə aristokratiyası erməni millətinə rəhbərlik etməyə başlayanda yaranmışdı. Kiçik Asiya Türkiyəsinin hər yerinə səpələnmiş erməni xalqı öz arasından çox erkən ticarət burjuaziyası yetişdirmişdi. Həmin burjuaziya Türkiyənin iqtisadi həyatında böyük rol oynayırdı - hökumətə, əyalət valilərinə borc pul verərək mülkiyyət sahibi olurdu və s. Eyni zamanda o, ruhanilər vasitəsilə erməni xalqının bütün həyatına rəhbərlik edirdi. Ruhanilər isə çox böyük təsir gücünə malik idilər. Konstantinopolu fəth edəndən (1453) sonra türklərin göstərişi ilə yaradılmış teokraktik erməni icmasının başında duran Konstantinopol patriarxı dövründə Notabllar şurası (maliyyə aristokratiyasının nümayəndələrindən ibarət) vardı, erməni xalqının "rəhbəri" əslində bu şura idi. Türkiyədə erməni burjuaziyasının inkişafında onun əsasən Suriyada və Livanda, eləcə də Amerikada yaşayan erməni tacirləri ilə əlaqəsi və xarici kapitalın axını da məlum rol oynamışdı. Qeyd edilməlidir ki, erməni sənətkarlarının (əsnafların) bir sıra silklərə bölünən hədsiz dərəcədə çoxsaylı sinfi də Türkiyənin kustar sənayesində yunanlarla birlikdə üstün rol oynayırdı. Buna görə də tamamilə aydındır ki, Qərb kapitalizmi Yaxın Şərqə hücuma keçdikcə Qərb dövlətləri məhz erməni burjuaziyasında özlərinə dayaq nöqtələri axtarmağa can atırdılar. Axı, həmin burjuaziyanın əsarət altında, siyasi cəhətdən tabelik vəziyyətində olması onun iqtisadi fəaliyyətinin inkişafını hədsiz dərəcədə məhdudlaşdırırdı - bu səbəbdən də o, Türkiyənin natural təsərrüfatının və daxili qapalılığının dağıdılmasına yönəldilən hər cür təşəbbüsləri müdafiə edirdi. Qərb kapitalı Türkiyənin hakim sinfi ilə çox sıx bağlı olan iri erməni maliyyə burjuaziyasından yan keçərək öz məqsədləri üçün əvvəlcə ruhanilərdən (erməni-katolik və erməni-protestant qurumdan) istifadə etməyə cəhd göstərirdi; bu cəhdlər gözlənilən nəticəni verməyəndə Qərbin ticarət kapitalı orta ticarət burjuaziyasından özünün iqtisadi vasitəçisi kimi istifadə etmək qərarına gəldi: onun köməyi bu burjuaziyanın güclənməsinə səbəb oldu və milli hərəkatın inkişafına təkan verdi. Ziyalılar, xüsusilə Moskvadakı və Tiflisdəki ziyalılar hərəkata tərəfdar çıxdılar. 70-ci illərdə "erməni liberalizmi"nin mərkəzlərinə çevrilmiş (Rusiya liberal hərəkatının bilavasitə təsiri altında) bu şəhərlərdə nəinki ruslar, eləcə də Türkiyə erməniləri arasında mətbuat vasitəsilə və şifahi yolla "milli özünüdərkin oyanması" və hətta döyüşkən millətçilik təbliğatı aparılırdı. Orta erməni burjuyaziyasının özünütəsdiqə doğru ilk addımları, təbiidir ki, ruhanilərin hökmranlığının məhdudlaşdırılmasına doğru yönəldildi: o, şəhər sənətkarlarına arxalanaraq kilsəni, əsas etibarilə Konstantinopol patriarxatını dünyəviləşdirmək uğrunda mübarizəyə başladı. Bu mübarizə müvəfəqqiyyətlə nəticələndi: patriarxatlıqda və kilsə mərkəzlərində yaradılmış "erməni nümayəndəliyi" adlı təşkilatda ruhanilər və maliyyə burjuaziyası ilə yanaşı, orta burjuaziya da yer aldı. Maliyyə, ədliyyə və maarif işlərinə həmin nümayəndəlik baxırdı. Əvvəllər kəndli kütlələri bu milli hərəkatdan kənarda qalırdı… Genişlənən antoqonizmin ikinci səbəbi ondan ibarət idi ki, ermənilərin şəhər burjuaziyası müsəlman əhalinin geridə qalan kütlələrinə münasibətdə Türkiyə şəraitində yırtıcı, əsas etibarilə sələmçi xarakter daşıyan kapitalın nümayəndəsi kimi çıxış edirdi. Beləliklə, sırf iqtisadi zəmində kəskinləşən Erməni məsələsi "böyük dövlətlərin" - Rusiyanın və İngiltərənin faciəli müdaxiləsi nəticəsində daha da mürəkkəbləşdi. Rusiya ticarət-sənaye kapitalının Qara dənizi, Bosforu və Dardaneli zəbt etmək səyi "xristianları müsəlman Türkiyəsinin zülmündən xilas etmək uğrunda mübarizə" şüraları ilə pərdələnirdi; milli-siyasi müqəddəratı müstəqil təyin etmək məqsədi ilə bu şüarlardan istifadə edəcəyinə ümid bəsləyən erməni burjuaziyasının əksəriyyəti nəinki özü Rusiya istiqamətini götürdü, üstəlik, Türkiyə Ermənistanı erməniləri arasında həmin istiqamətdə təşviqat aparmağa başladı. Bu mövqe Türkiyə hökumətinin erməni burjuaziyasına münasibətini kəskin şəkildə dəyişdi, halbuki 1877-ci il müharibəsinədək hökumət erməni burjuaziyasını nəinki təqib eləmirdi, əksinə, hətta adlı-sanlı ermənilərin böyük dövlət vəzifələri tutmalarına şərait yaradırdı. Türkiyə ilə sülh şərtlərinin müzakirəsi zamanı Rusiya ermənilərinin Qafqaz canişini böyük knyaz Mixail Nikolayeviçə məktub göndərməsi və patriarx Nerses başda olmaqla Türkiyə ermənilərinin rəsmi müraciət etməsi - onların Rusiyadan kömək istəməsi bu münasibətləri daha da kəskinləşdirdi. Rusiya həmin müraciətdən istifadə edərək San-Stefaniya ilkin sülh müqaviləsinə 16-cı paraqraf saldı. Bu paraqrafa görə Türkiyə erməni vilayətlərində dərhal lazımi islahatlar keçirməli idi, həmin iş görülənədək rus qoşunları Asiya Türkiyəsində işğal etdikləri torpaqları öz əllərində saxlamaqda davam edirdilər. Çar Rusiyasının "özlərini onun himayədarlığına vermiş ermənilərin yaşadığı dağlıq ərazilərə möhkəm qədəm basmaq" cəhdi Yaxın Şərqdəki əsas rəqibi - İngiltərə tərəfindən qətiyyətlə dəf edildi. Berlin Konqresində İngiltərə göstərilən 16-cı paraqrafın yeni maddə (Berlin Traktatının 61-ci maddəsi) ilə əvəz edilməsinə nail oldu. Bu maddə Türkiyə hökumətinin erməni əyalətlərində lazımi islahatlar keçirməyə borclu olduğunu təsdiq edirdi, lakin həmin islahatların keçirilməsi üzərində nəzarəti təklikdə Rusiyaya yox, Berlin Konqresinin iştirakçısı olan altı böyük dövlətdən ibarət "birliyə" verirdi. Berlin Konqresinin qərarları erməni burjuaziyasının rəhbər dairələrində milli erməni dövlətinin yaradılması uğrunda mübarizədə kömək göstəriləcəyinə ümid doğurdu - həm də təkcə Rusiya tərəfindən deyil, bütün böyük dövlətlər tərəfindən. Bu xam xəyal ermənilərə "dənizdən dənizədək" (Qara dənizdən Aralıq dənizinədək) "Böyük Ermənistan" boyun olmuş İngiltərə diplomatiyası tərəfindən möhkəm qızışdırılırdı. Lakin istiqamətin dəyişməsi ermənilərin ancaq tam təcrid edilməsi ilə nəticələndi - onların beynəlxalq vəziyyəti mənasında. Onlar Rusiyadan özləri imtina etmişdilər. İngiltərəyə həmin mərhələdə yalnız o lazım idi ki, Rusiyaya özünün Yaxın Şərq siyasətində ermənilərdən istifadə etməyə imkan verməsin. İngiltərənin Türkiyədəki öz siyasətində isə bu zaman ermənilər lazım deyildi: həmin siyasətin növbəti vəzifələrini Türkiyə ilə gizli müqavilə həll etmişdi. Müqaviləyə əsasən İngiltərə Türkiyəni Rusiyadan qorumaq öhdəliyi müqabilində Kipr adasını aldı… Böyük dövlətlərdən kömək almaq üçün ümidini itirən… erməni burjuaziyası… silahlı mübarizəyə keçdi. Rusiya Zaqafqaziyasında məskən salan millətçi Qnçak və Daşnaksütyun partiyaları yaradıldı və onlar Türkiyəyə təbliğatçılar və təşviqatçılar göndərdilər, üsyançı dəstələri təşkil etdilər. Bu dəstələrin çıxışlarından məqsəd real döyüş qələbələri deyildi (Türkiyə hökuməti ilə mübarizədə qalib gəlmək üçün ermənilərin qüvvəsi açıq-aydın çatışmırdı), daha çox böyük dövlətlərin diqqətini Ermənistan hadisələrinə cəlb etməyə çalışırdılar ki, onlar müdaxiləyə və Berlin traktatının 61-ci maddəsində göstərilən öhdəlikləri yerinə yetirməyə cəlb olunsunlar - Türkiyə də, Qərbi Avropa dövlətləri də həmin maddəni eyni dərəcədə unutmuşdular. Göstərilən partiyaların xaricdəki komitələri Qərbi Avropada bu istiqamətdə güclü iş aparırdılar. 1890-cı illərin axırlarına yaxın Qnçaq meydandan çıxdı və ermənilərin yeganə rəhbər siyasi təşkilatı Daşnaksutyun oldu. Təbiidir ki, üsyan mübarizəsi yerlərdə vəziyyəti daha da kəskinləşdirdi... Misiri işğal edəndən sonra ingilislərin Nil vadisinin işğalını leqallaşdırmaq haqqında Sultan Əbdülhəmidlə müqavilə bağlamaq niyyəti boşa çıxan İngiltərə erməniləri "yadına saldı" və onlardan Sultanı hədələmək üçün istifadə etməyə cəhd göstərdi…. İngiltərənin ermənilərə "ani" marağı sönüb getmişdi; üstəlik o, rus hökumətinin "hər hansı bir dövlət tərəfindən müstəqil çıxışa yol verməyəcəyini" bildirən Rusiya ilə bağlı idi. Rusiyaya gəlincə isə o, həmin dövrdə Zaqafqaziyada ruslaşdırma siyasəti yeridirdi və "Asiyada ermənilərin müstəsna üstünlüklərə malik olacağı ərazi yaradılması" ideyasının əleyhinə çıxış edirdi. Bundan başqa Bolqarıstan barəsində niyyəti baş tutmamışdı - Bolqarıstan çar Rusiyasının köməyi sayəsində azad edilsə də onun vassalı olmaq istəmirdi. Bunu görən çar diplomatiyası knyaz Lobanov-Rostovskinin dili ilə bildirdi ki, o "digər Bolqarıstan" yaradılmasına yol verməyəcək. Bağdad yoluna konsessiya almaqla məşğul olan Almaniya isə... Əbdülhəmidin "cinayətkar rəiyyət" barəsində yeritdiyi siyasəti bəyəndiyini imperator II Vilhelmin dili ilə açıq bildirirdi. 1890-cı illərdə erməni millətçi burjuaziyasının təbəqələşməsi rəhbər Daşnaksütyun partiyasını siyasəti dəyişdirməyə məcbur etdi - partiya Ümumtürkiyə inqilabi hərəkatında dayaq axtarmağa başladı: gənc türklərlə saziş bağladı; 1907-ci ildə daşnakların təşəbbüsü ilə Osmanlı imperiyasının bütün müxalifətçi partiyalarının Parisdə qurultayı keçirildi. Qurultayda dövlət çevrilişi planı işlənib hazırlandı. Çevriliş 1908-ci ildə həyata keçirildi, lakin daşnakların gözlədikləri nəticəni vermədi: yeni rejimdə ermənilərin vəziyyəti qətiyyən yaxşılaşmadı. Həm də gənc türklər hökuməti təqsirkarları yüngülcə cəzalandırmaqla kifayətləndi. Bununla əlaqədar olaraq erməni siyasi dairələri yenə də istiqaməti dəyişdilər və özlərini ilkin dayaq bazasına - Rusiyaya üz tutdular. Bu dəfə çar hökuməti məmnuniyyətlə onlara meyl göstərdi. Dünya müharibəsi yaxınlaşırdı; Milyukovun ifadəsincə, "Rusiya ilə Türkiyə arasındakı yol ayrıcında məskən salmış" ermənilər böyük siyasi əhəmiyyət kəsb etdilər. 1913-cü ildə rus diplomatları mütəşəkkil erməni burjuaziyası ilə saziş bağladılar və "məzlum ermənilərin müdafiəsi" uğrunda açıq çıxış edərək şərq vilayətlərində islahatlar keçirilməsi tələbini irəli sürdülər. Almaniyanın müdafiə etdiyi Türkiyə hökuməti inadlı müqavimətdən sonra 1914-cü ildə (26/1) islahatlar haqqında saziş imzalamağa məcbur oldu. Həmin sazişə görə ermənilər dövlətlərin, birinci növbədə Rusiyanın nəzarəti altında idarəetmə, dil, hərbi mükəlləfiyyət və i. a. sahələrdə çox geniş muxtariyyət almalı idilər. Rusiyanın bu müdaxiləsi saziş imzalanandan azacıq sonra başlanmış dünya müharibəsi zamanı ermənilərin vəziyyətini xeyli ağırlaşdırdı, həm də müharibə başlanan kimi daşnaksutyunlar "Böyük Ermənistan" şüarını yenidən ortaya atdılar, üstəlik əsas etibarilə Türkiyənin fərari ermənilərindən ibarət könüllü dəstələr yaratmağa başladılar… 1917-ci il fevral inqilabı erməni məsələsinin tarixində yeni dövr açdı. Bir il ərzində Zaqafqaziya Rusiya ilə əlaqə saxlamaqda davam edirdi və Petroqraddan direktiv almış Xüsusi Zaqafqaziya Komitəsi tərəfindən idarə olunurdu… 1917-ci ilin oktyabrında daşnaqların rəhbərliyi altında erməni milli konqresi toplaşdı. Konqres Ermənistanla Rusiyanın digər hissəsinin əlaqəsini təsdiq etdi və Türkiyə Ermənistanının dünya müharibəsi zamanı rus qoşunları tərəfindən işğal olunmuş ərazilərinin Rusiyada saxlanılması tələbini irəli sürdü. Konqresdə Tiflisdə yerləşən erməni "milli mərkəzi" və 15 üzvdən ibarət Milli şura seçildi… Mərkəzi dövlətlərin darmadağın edilməsi erməni burjuaziyası qarşısında yeni və geniş imkanlar açdı: müharibədən sonra yaranmış şəraitdə ermənilər qaliblərə təkcə Türkiyə əleyhinə (Kilikiyada) deyil, həm də Sovet Rusiyası əleyhinə (Zaqafqaziyada) dayaq kimi çox "lazım idilər". Erməni məsələsi yeni, əvvəlkindən daha böyük əhəmiyyət kəsb edirdi. Bununla əlaqədar olaraq "qalib dövlətlər" hər şeydən əvvəl ən təhlükəli saydıqları "Sovet" istiqamətində özlərinin müvafiq "erməni bazası"nı yaratmaqdan ötrü tədbirlər gördülər. Daşnakların Ermənistan respublikası müttəfiqlərdən Kars vilayətini, İrəvan quberniyasını geri aldı ki, bu da Ermənistanın ərazisinin 17.500 ingilis kvadratmilinə, əhalisinin 1.510.000 nəfərə (795.000 nəfər erməni, 575.000 nəfər müsəlman, 140.000 nəfər digər millət) çatmasına imkan verdi. Daşnaklar bununla kifayətlənməyərək, Gürcüstanın tərkibindəki Axalkalaki və Borçalı ərazilərinə və Azərbaycanın tərkibindəki Qarabağa, Naxçıvan diyarına, böyük Yelizavetpol quberniyasının cənub hissəsinə yiyələnmək iddiasında olduqlarını bildirdilər. Həmin əraziləri zorla ilhaq etmək cəhdləri (ingilislərin Zaqafqaziyanın işğal etdikləri dövrdə) Gürcüstanla müharibəyə (dekabr 1918) və Azərbaycanla uzun, qanlı mübarizəyə səbəb oldu. Nəticədə mübahisəli rayonların əhalisi 10-30 % azaldı və bir sıra yaşayış məntəqələri sözün əsl mənasında ermənilər tərəfindən yerlə-yeksan edildi… İngiltərənin Yaxın Şərqdəki vəziyyətini möhkəmləndirən tədbirlər - 1919-cu ildə İranla müqavilə bağlaması və Konstantinopolu işğal etməsi (16/ III-1920) onun Erməni məsələsinə marağını tam-kamal soyutdu: 1919-cu ilin axırlarında İngilislər Zaqafqaziyanı tərk etdilər və San-Remodakı konfransda (aprel-may-1920) Ermənistanın taleyi məsələsi… lazım olmadığı üçün Qərbi Avropa imperialistlərinə - Şimali Amerika imperialistlərinə verildi… Beləliklə iki "erməni bazası"ndan biri ləğv edildi. Erməni məsələsi Zaqafqaziyada cəmləşdi. "Böyük Ermənistan"la bağlı bütün ümidlərinin açıq aydın puça çıxmasına baxmayaraq, daşnaklar burada davakar millətçilik siyasəti yeritməkdə davam edirdilər. Sovet sərhədi Ermənistanın şimalı boyu müəyyən ediləndən sonra onların vəziyyəti xeyli ağırlaşdı: daşnakların terrorçu rejimindən, saysız-hesabsız talan və müharibələrdən təngə gələn, daim aclıq və dilənçilik şəraitində yaşayan Ermənistanın xalq kütlələri kor-təbi surətdə Sovet hakimiyyətinə can atırdılar. Bakıda Sovet hakimiyyəti qurulandan cəmi üç gün sonra Ermənistanın bir sıra məntəqələrində üsyanlar qalxdı (Aleksandropolda hətta bir neçə saatlığa Sovet hakimiyyəti elan edildi). Üsyanlar daşnaklar tərəfindən vəhşicəsinə yatırıldı. Digər tərəfdən, Sovet Rusiyası ilə Ankara arasında 1920-ci ildə başlanmış dostluq münasibətləri daşnak Ermənistanı ilə toqquşdurdu, çünki daşnak Ermənistanı adları çəkilən dövlətlərin birləşdikləri yolda düşmən qüvvə kimi dururdu. Buna görə də daşnaklar Ankara hökumətinin başının Qərbdəki yunan-ingilis cəbhəsində mübarizəyə qarışmasından istifadə edib Türkiyə tərəfdən özlərinin təhlükəsizliyini təmin etməyi qərara aldılar, çünki Sovet Rusiyası təcavüzkar əməliyyatlara qətiyyən cəhd göstərmirdi. İrəvan hökuməti Qarabağın, Naxçıvanın və Sovet Federasiyasına açıq-aydın meyl edən ərazilərin ona verilməsi təklifi ilə razılaşdı (1920-ci ilin iyununda), eyni zamanda daşnak qoşunlarının başçılarına məxfi əmr verdi ki, adları çəkilən ərazilərdə partizan əməliyyatlarına başlasınlar. Bu əməliyyatlar 1920-ci ilin sentyabrında başlandı. Eyni zamanda ingilislərdən silah almış daşnaklar Kars vilayətini və İrəvan quberniyasının hər yerində müsəlman əhalinin kütləvi qırğınını törətdilər. Şuragöl, Şərur-Dərələyəz, Kaqızman, Sürməli, Karakurt, Sarıqamış rayonlarını yandırıb külə döndərdilər: "beləliklə özlərinin arxa cəbhəsini təmin edərək" Maku sərdarının köməyinə arxayın olub Oltuya və Kaqızmana hücuma keçdilər… 1920-ci ilin dekabrında (Ermənistanda) Sovet hakimiyyəti quruldu. 1921-ci il Rusiya-Türkiyə müqaviləsi Aleksendropol müqaviləsini ləğv etdi, Ermənistanla Türkiyə arasındakı sərhədi indiki xətlər şəklində müəyyənləşdirdi. Həmin andan - erməni xalqının yeni dövlət quruluşu yaranmasından bəri erməni məsələsinin aradan qalxdığını hesab etmək olar. Düzdür, Ermənistanın sovetləşməsindən sonra Qərbi Avropa imperialistləri Lozanna konfransında erməni məsələsi ilə möhtəkirlik etməyə daha bir cəhd göstərdilər - "Erməni ocağı" yaratmaq, "milli azlıqlar"ın müdafiəsi üçün Millətlər Birliyinin nəzarəti altında Konstantinopolda xüsusi orqan təsis etmək layihəsi irəli sürüldü; lakin bu, yalnız və yalnız Türkiyə nümayəndə heyətinin Mosul məsələsində güzəştə getməyə məcbur etmək məqsədi güddüyü üçün lazımi güzəştlər edilən kimi, layihə aradan götürüldü… Ermənilərə yeganə real köməyi Sovet Rusiyası göstərdi. 1923-cü ilin yanvarın 27-də Çiçerin yoldaş Lozanna konfransına bildirdi ki, Rusiya və Ukrayna hökumətləri xaricdəki erməni qaçqınların böyük bir hissəsini öz ərazilərində yerləşdirmək niyyətindədir. Bu zaman Çiçerin yoldaş tamamilə haqlı olaraq göstərdi ki, Sovet nümayəndə heyəti Erməni məsələsinin müzakirəsində iştirak etməkdən uzaqlaşdırıldığına görə həmin məsələ lazımi şəkildə həll oluna bilməzdi. Çiçerin yoldaşın məktubu xaricdəki erməni dairələlərində hədsiz dərəcədə güclü əks-səda doğurdu: bir sıra xeyriyyə cəmiyyətləri, partiyalar sovet hökumətinə minnətdarlıqlarını bildirdilər, həmçinin Rusiyanın təklifinin həyata keçirilməsinə dair planları haqqında məlumat verdilər. "Böyük Ermənistan" proqramının tamamilə, həmişəlik süquta uğraması, indi Sovet Ermənistanında aparılan çox böyük təsərrüfat və mədəniyyət işləri "diaspor"dakı erməni siyasi partiyaları arasında qəti dönüş yaratdı. Erməni burjuaziyası və ziyalıları partiyası - liberal demokratlar (ramkavarlar) indi Sovet Ermənistanına mehriban münasibət bəsləyirlər. Onların Ermənistana göndərdikləri "kəşfiyyatçılar" Sovet hakimiyyətinin dinc quruculuq işləri ilə tanış olmuş, nəticədə ramkavarların mətbuatında Sovet ölkəsinə böyük rəğbətlə yazılan materiallar verilmişdir. Hətta millətçi Qnçaq partiyası da bu cür mövqe tutmuşdur. Əvvəlki kimi Sovet Ermənistanına hədsiz nifrət bəsləyən yeganə partiya Daşnaksutyundur. O, yenə də silahlı müdaxiləni, ölkənin daxilində partizan müharibəsi aparmağı və üsyan qaldırmağı təbliğ edir, halbuki bu istiqamətdə göstərilən son cəhd yəni 1921-ci ilin fevralında Vratsyanın əksinqilabi çevrilişi tam uğursuzluqla nəticələnmiş, ölkədə qısa, lakin qanlı vətəndaş müharibəsi doğurmuşdu. İndi Daşnaksutyün partiyası mənəvi cəhətdən çürüməkdədir, hətta mühacir kütlələr arasında nüfuzunu itirir - hazırda qaçqınların Sovet Ermənistanına köçürülməsi üçün Avropada və Amerikada yığılan (əsas etibarilə daşnaksakanların Qırmızı Xaç Cəmiyyəti tərəfindən) vəsaiti mənimsəmək hesabına dolanır. Yeri gəlmişkən erməni mühacirləri arasında ən vicdanlıları özlərinin əvvəlki istiqamətini dəyişir və keçmişdən əl çəkərək, təqsirlərini boyunlarına alıb Vətənə qayıdırlar. Sovet çevrilişindən sonra Daşnaksutyün şübhəsiz tam ölümə məhkumdur və bu ölümlə Erməni məsələsinin tarixində yeni səhifə açılır. V.QURKO - KRYAJİN

1926-cı ildə Moskvada "Böyük Sovet Ensiklopediyası"
səhmdarlar cəmiyyətinin buraxdığı Böyük Sovet
Ensiklopediyasından tərcümə edilmişdir.




ERMƏNİLƏRİN QARABAĞA KÖÇÜRÜLMƏSİ


Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi. XV əsrin sonuna aid "Mən Çariçanı gördüm" adlı, müəllifi bəlli olmayan erməni poemasına diqqət edək. Poemada Rusiya çarı III İvanla (1462-1505) Bizans şahzadə xanımı Sofiya Poleoloğun toyu təsvir olunur. O, III İvanın təklif etdiyi hədiyyələrdən imtina edərək İstanbulun tutulmasını tələb edir, III İvan isə Qüdsü azad edəcəyini və Eçmiədzinədək gedəcəyini bildilir. Poemanın ideyasının "Moskva - üçüncü Roma" nəzəriyyəsinə uyğun olduğunu aydın görürük. (Moskvanın üçüncü Roma olması haqqında baxış 1453-cü ildə İstanbulun süqutundan sonra yaranmağa başlamış, XVI yüzilliyin əvvəllərində Yelizar monastrının abidi Filofey tərəfindən bitkin nəzəriyyəyə çevrilmişdir. Xristian dövlətlərinin Türkiyəyə qarşı ittifaqı xüsusilə, "ikinci Roma imperiyası" adlandılıran Bizansın mülkiyyət və hüquqlarının varisinin Rusiya olması və başqa məsələlər bu nəzəriyyənin əsasını təşkil edir). Bu poemanın ideyası yalnız poetik istək olmaqla qalmamışdı. Onun həyata keçirilməsi üçün erməni-rus hərbi siyasi ittifaqının əsaslandırılması və yaradılması sahəsində də addımlar atıldı. Erməni-rus münasibətləri Rusiyanın Kazan (1552) və Həştərxanın (1556) işğalı, Türkiyə müharibələri ilə (1635-1639,1711,1768-1774, 1787-1791 və başqaları) genişlənir, onun Xəzər sahili torpaqları istila etmək cəhətləri ilə daha da möhkəmlənir. Bu hadisələrin gedişi zamanı ermənilərin Rusiyaya köçürülməsi və burada erməni koloniyaları yaradılması başlanır. Bu işdə I Pyotrun erməni xalqına dövlət fərmanı (1724-cü il 10 oktyabr) böyük rol oynadı. Həmin fərmana görə Rusiyanın işğal etdiyi torpaqlara ermənilərin köçürülməsi və məskən salmaları üçün yerlər ayrılmasına razılıq verilirdi. I Pyotrun bu siyasi xətti onun varisləri tərəfindən sonrakı bir əsr ərzində davam etdirildi. 1804-1813-cü illər Rus-İran müharibəsində Rusiyanın qələbəsi və Azərbaycanı parçalayan "Gülüstan müqaviləsi" ermənilərin köçürülməsi və birləşdirilməsini bir daha qəti şəkildə irəli sürdü. 1826-1828-ci illər Rus-İran müharibəsinin gedişində İrəvan tutulduqdan sonra bu plan həyata keçirilməyə başladı. Erməni katalikosu Nerses Aştaraketsi köçürmə haqqında layihə hazırladı. A.S.Qriboyedov da bu planın hazırlanması və həyata keçirilməsində böyük rol oynadı. Nerses 1827-ci ilin noyabrında ermənilərin köçürülməsinə rəhbərlik etmək üçün Peterburqdan dəvət edilmiş və bu zaman Təbrizdə olan Yegiazar Lazaryana yazırdı: "İndi mən bizim erməni millətinin sədaqətli müdafiəçisi cənab A.S.Qriboyedovdan əsir xristianlar haqqında mənim xahişimi unutmamasını və onları olduğu hər yerdə rus ağalığının qüdrətli bayrağı altına qəbul edilməsini rica etdim… Mən həmçinin İranda olan bütün ermənilər haqqında zat-alidən (Paskeviçdən - K.Ş.) xahiş etdim və indi mən cənaba (Qriboyedova - K.Ş.) yazıram, cənabınızdan da rica edirəm: İvan Fyodoroviç Paskoviçi lütfən sövq edəsiniz ki, barışıq zamanı İranın hakimiyyəti altında olan şəhər və kəndlərdə yaşayan ermənilərin Böyük Rusiya imperiyası himayəsi altında azad surətdə öz vətəni Ermənistana qayıtmaq haqqında maddəni müqaviləyə daxil etməyi unutmasın". 1828-ci il fevralın 10-da imzalanmış "Türkmənçay müqaviləsi"nin XV maddəsi ermənilərin köçürülməsini nəzərdə tuturdu. XV maddədən: "Şah həzrətləri… Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büs-bütün və tam bağışlanma əta edir… Bundan başqa o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməyən mülkə gəldikdə isə onun satılması və ya onun haqqında könüllü sərəncam üçün beş illik müddət müəyyən edilir". Ermənilərin köçürülməsini təşkil etmək üçün İrəvan və Naxçıvanda köçürmə komitələri yaradıldı. Köçkünlərə mühüm imtiyazlar verildi: onlar 6 il müddətində vergi və mükəlləfiyyətlərdən azad edildi, onlara İrandan alınan təzminat hesabına vəsait verildi və i. a. Müəyyən hazırlıq tədbirləri həyata keçirildikdən sonra köçürmə başladı. İrandan köçürülən ermənilərin sayı 40-50 min nəfər təşkil edirdi. 1828-1829-cu il Rus-Türk müharibəsinin gedişində və müharibədən sonra Türkiyədən də 90 min erməni köçürüldü. İran, Türkiyə və digər Şərq ölkələrində ermənilərin Rusiyaya köçürülməsi bütün sonrakı dövr ərzində davam etdirildi. Köçürmənin əsas istiqaməti Zaqafqaziya idi. N.İ.Şavrov 1911-ci ildə yazırdı: "Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu diyarın yerli əhalisinə məxsus deyil və bizim tərəfimizdən köçürülmüşdür". Ermənilər Zaqafqaziyaya köçürülərkən onların harada yerləşdirilməsinə xüsüsi diqqət verilirdi. A.S.Qriboyedov yazırdı: rus ordusunun tutduğu rayonlardan - Təbriz, Xoy, Salmas, Marağadan bütün erməniləri Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə köçürmək lazımdır. Qriboyedovun bu tövsiyəsi layiqincə yerinə yetirildi. Şavrov yazırdı: "Ermənilər erməni əhalisinin cüzi miqdarda olduğu Yelizavetpol (Gəncə - K.Ş.) və İrəvan quberniyalarının ən yaxşı xəzinə torpaqlarında yerləşdirildi… Yelizavetpol quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ-K.Ş.) və Göyçə gölünün sahilləri bu ermənilərlə məskunlaşmışdır". Beləliklə, ermənilərin köçürülməsi ilə adları çəkilən ərazilərin etnik tərkibi dəyişdirilməyə başladı. 1823-cü il məlumatına görə Qarabağ vilayətinin (keçmiş Qarabağ xanlığının ərazisi -K.Ş.) 20 minə yaxın ailəsindən cəmi 1, 5 minini erməni ailəsi təşkil edirdi. Köçürmədən sonra əhalinin etnik tərkibi kəskin şəkildə dəyişir. 1832-ci ildə azərbaycanlılar Qarabağ əhalisinin 64,8 %, ermənilər isə 34,8% təşkil etdi. Bu siyasət məqsədyönlü şəkildə davam etdirilməyə başladı. XIX əsrin 80-ci illərində Şuşa qəzasında əhalinin milli tərkibində azərbaycanlılar 41,5% ermənilər isə 58,2% oldu. Rusiyada əhalinin 1897-ci il siyahıya alınmasına görə bu rəqəmlər 45 və 53%, 1917-ci ildə isə 40,2 və 52,3% olmuşdu. 1918-1920-ci illərdə Ermənistan Respublikasının törətdikləri azərbaycanlı qırğınları Qarabağı da əhatə etmişdi. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Respublikasını təşkil edərkən tarixi ədalətsizliyə yol verildi, Qarabağın dağlıq və aran hissəsi süni şəkildə bir-birindən ayrıldı, erməni əhalisinin konsolidasiyası üçün əlverişli şərait yaradıldı, azərbaycanlıların demoqrafik mövgeyinə ciddi zərbə vuruldu. 1926, 1959, 1970, 1979-cu illərdə keçirilmiş siyahıya almalara görə DQMV-nin azərbaycanlı və erməni əhalisi müvafiq olaraq 10,1 və 89,1%; 13,8 və 84,4%; 18,1 və 80,5%; 23,0 və 75,9% olmuşdur. Dağlıq Qarabağ erməniləri 1978-ci ildə köçürülmələrinin 150 illiyini qeyd etmiş, bu münasibətlə Mardakert - Ağdarə rayonunun Marağaşen - Leninavan kəndində xüsusi abidə qoymuşdular. Ermənilərin köçürüldüyü qeyd edildiyi kimi həm Rusiyanın, həm də Ermənistanın siyasi mənafeləri ilə bağlı olmuşdur. Minlərlə erməni hər iki dövlətin bu fitnəkar siyasətinin düşünülmüş qurbanı olmuşdur. İqtisadi mənafe ilə bağlı olan məsələlərdə çox pərgar olan ermənilər bu siyasi oyunların acınacaqlı nəticələrindən dərs ala bilməmiş, Rusiya və Ermənistan liderlərinin onlar üçün müəyyən etdiyi fitnə və xəyanət rolunu həmişə canla-başla və amansızlıqla yerinə yetirmiş, hər dəfə də bu əməllərin qanunauyğun nəticəsi kimi milli məğlubiyyət və faciəyə düçar olmuşlar. Bu fitnəkarlığın başlıca obyekti olan Türkiyə və Azərbaycan müəyyən çətinliklərə baxmayaraq həmişə bu imtahandan uğurla çıxmışdır. AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu




DÜNYA İCTİMAİYYƏTİ ERMƏNİLƏR HAQQINDA


Ermənilər haqqında çox-çox qədimlərdən pis fikir yaranıb və heç şübhəsiz ki, bu əsassız deyildir, əsası olmasaydı bütün bir xalq haqqında, həm də müxtəlif dövrlərdə belə bir fikir yarana bilməzdi… …məhz ermənilər hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər. Onları özgə evinə buraxmadıqda, yaxud hər hansı bir hiylələrinin üstünü açdıqda, ya da oğrularını məhkəməyə verdikdə təkcə özləri hay-küy qoparmırlar, həm də özgə xalqdan olan, səfeh, yaxud satqın admları da hay-küy qoparmağa məcbur edirlər. Rus tədqiqatçısı V. L. Veliçko. "Qafqaz" əsərindən. "Ermənilər silməyə və gürcülərə məxsus olan xram və monastrlarda gürcülərin izini məhv edir, daş üzərində gürcü yazılarını qaşıyır, yaxud silir, daşın özünü tikintidən çıxarır və onların əvəzinə erməni yazıları ilə əvəz edirlər". Gürcü yazıçı və mütəfəkkiri İ.Çavçavadze Əlahəzrət mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpağımızdır deyəcəklər. A.S. Qriboyedov Rus imperatoruna məktubundan. Ermənistan bir dövlət kimi bəşəriyyət tarixində heç bir mühüm rol oynamamış, onun adı ermənilərin səpələndiyi coğrafi termin olub güclü dövlətlərin-assuriyalıların, midiyalıların, iranlıların, yunanların, monqalların, rusların…. Öz mübahisələrini həll etdikləri yer olmuşdur. P.Kerop Patkanov. Van yazıları və onların Ön Asiyanın tarixi üçün əhəmiyyəti. SPB. 1981, səh. 36-37, Maqdı Neymanın "Ermənistan" kitabından götürülümüşdür. SPB, 1899 Mən onlarla (ermənilərlə) heç zaman dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca iyrənc, alçaqlığı olduqca dözülməz, əclaflığı olduqca təəssüfləndiricidir. Fransız səyyahı qraf De-Şolye. Ermənilər yerli əhalinin şirəsini sormağa başladılar. Bununla kifayətlənməyərək gəlmə ermənilər yerli müsəlman əhalisinin şan-şöhrətini korlamaq siyasəti yeridirdilər ki, gələcəkdə onları qovub torpaqlarına sahib ola bilsinlər. Rus tədqiqatçısı V. L. Veliçko Rus işi və tayfalararası məsələlər. Publisistik əsərlərin tam külliyatı. 1-ci cild. SPB., 1904. Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfər erməninin 1 milyonu yerli deyildir. Və onlar vilayətə bizim tərəfimizdən köçürülüb. N.İ.Şavrov. "Zaqafqaziyada rus işinə yeni təhlükə: Muğanın yaddellilərə satışının gözlənilməsi". SPB. 1911, səh. 59-61. Bu kilsə bir müddət saxta pul düzəldənlərin yuvası olmuşdur. Bu monastr məndə dini mərkəzdən çox siyasi mərkəz təəssüratı yaratdı. Fransız alimi de-Ban. Eçmiədzin kilsəsinə səfəri haqqında Ermənlərin xalq qəhrəmanlığı barəsində bir şey eşidən olubmu? Onların azadlıq uğrundakı mübarizələrinin adları harada həkk edilib? Heç yerdə! Çünki ermənilərin "qəhrəmanları" həmişə öz xalqlarının xilaskarlarından daha çox cəlladı olublar. Rus diplomatı general Mayevskinin xatirələri. "Ermənilərin törətdiyi kütləvi qırğınlar" kitabından. Kəndlərə aparılan yollara müsəlman kəndlilərinin süngüyə keçirilmiş meyitləri, kəsilmiş bədən hissələri və dağılıb tökülmüş daxili orqanları səpələnmişdi… Əsasən qadınlar və uşaqlar! Hakimlər və sahibkarlar qətlləri təşkil etmiş, erməni ordusu onu yerinə yetirmişdir. Dərin quyular qazılmış və köməksiz insanlar heyvan kimi kəsilərək bir-birinin ardınca quyulara atılmışdır. Qətllər üçün məsuliyyət daşıyan ermənilər bir evə səksən nəfər müsəlman doldurur, sonra isə onların başlarını kəsirdi. Polkovnik-leytenant Qryaznovun 1915-ci ildə Ərzincandakı qırğınlar haqqında raportundan. 11-12-mart gecələrində erməni cəlladları Ərzincan ətrafındakı ərazilərdə müsəlmanları süngülər və baltalarla qətlə yetirdilər. Bu vəhşilər öz qurbanlarını əksərən öz məşum planları məqsədi ilə qazılmış xəndəklərə atırdılar. Mənim yavərim iki yüz (200) belə xəndək saymış və cinayətlərin üstünü açmışdı. Rus ordusunun generalı L.Odişelidzenin 1915-ci il tarixli məlumatından. "Ali məktəbdən tutmuş lap adicə ibtidai məktəblərə qədər bütün erməni məktəbləri Avropa paytaxtlarında ifrat dərəcəyə çatdırılmış erməni təbliğatçılarının qızğın fəaliyyət meydanına çevrilmişdi. Vətənpərvərlik mədhiyyə və mahnıları, kəskin satira və təmsillər müəllimlər mühitindən yeniyetmələrin odlu qəlbinə düşürdü, onlarda müsəlmanların mənfur hakimiyyətinə qarşı qəzəb, kin-kudrət hissini heç kimə məlum olmayan gələcəyin fantastik illüziyalarının bütöv bir silsiləsini alovlandırırdı. Beləliklə, ən qısa bir vaxt (3-4 il) ərzində onların yaratdığı illüziyanın müdafiəsi üçün qanlı fədakarlığa hazır olan qudurğan, inadkar gənclər yarandı…" Rus diplomatı general Mayevskinin xatirələri. "Ermənilərin törətdiyi kütləvi qırğınlar" kitabından. Qarabağın tarixi kökləri antik dövrə gedib çıxır. Bu, Azərbaycanın tarixi əyalətlərindən biridir. Bu region Azərbaycanın vacib siyasi, mədəni və mənəvi mərkəzidir… Bədnam Qarabağ problemi ermənilər tərəfindən saxta ideyalar əsasında yaradılmışdır. Samuel A. Uims. "Ermənistan terrorçu "xristian" ölkənin gizlinləri", Ermənlərin böyük fırıldaq seriyaları, I -cild. "Biz Xocalı faciəsinin şahidiyik. Biz Xocalı müdafiəçilərinin, yüzlərlə dinc sakinlərinin-qadınların, uşaqların, qocaların eybəcər hala salınmış cəsədlərini gözlərimizlə gördük… Ermənilər bizim vertolyotu da atəşə tutduqlarına görə çəkilişi başa çatdıra bilmədik. Amma elə yüksəklikdən gördüklərimiz də törədilən vəhşilikləri təsəvvürə gətirmək üçün kifayət edirdi. Bu, tükürpədici mənzərə idi. 5-6-yaşlı uşaqları, qundaqdakı körpələri, hamilə qadınları vəhşiliklə öldürən ermənilər cəlladlıqda heç kəslə müqayisəyə gəlməzlər". Xocalı qırğınının şahidi fransız jurnalisti Jan İv Yunet. … Əsirlər var. Lakin artıq yaşamağa yararlı deyillər. Qışda onları səhərlər ayaqyalın qarın-buzun üzərinə çıxarırlar. Təpələrindən soyuq su tökür, başlarında şüşə sındırır, sonra təzədən kameraya salırlar. Əsl işgəncələr isə bundan sonra başlanır. Barmaqlarını qapının arasına qoyub qırır, cığırdıqca rezin dəyənəklə döyürlər. Çoxu əzablara tab gətirməyərək dəli olub ölür. Biz növbəti kəndi zəbt edəndə bir erməninin diri uşağı götürüb iki böldüyünü görmüşəm. Sonra bədənin bir hissəsi ilə anasının sifətinə, başına o qədər döydü ki, övladının al qanına bulaşmış qadın dəli olub gülməyə başladı. "Moskovskiy komsomolets" qəzeti. 29.01.1994. "Neft sindromu" məqaləsindən. Dağlıq Qarabağdakı konflikt yaxşı planlaşdırılmış, əvvəlcədən hazırlanmış həyata keçirilməsi Ermənistanın kommunist rəhbərlərinin üzərlərinə düşən aksiyadır… "Qarabağ hərəkatı"nın liderləri millətin öz müqəddəratını təyin etməsi prinsipini hipertrofiyaya uğradaraq elə bir həddə çatdırmışdır ki, ondan sonra separatizm başlayır. Fyodr Şellov-Koverdyayev - Rusiya XİN-nin keçmiş I müavini, vəkil.




ERMƏNİLƏR ÖZLƏRİ HAQQINDA


1883-cü ildə İrəvan şəhərinin 18.766 nəfər əhalisinin 15.992 nəfəri, 1866-cı ildə isə 27.246 nəfərindən 23.626 nəfəri, yəni 85,2 % azərbaycanlı olmuşdur. Erməni alimi Zaven Korkodyan. "Sovet Ermənistanının əhalisi 1831-1931" adlı kitabından. 1932. Tarixi qədimlik təsəvvürünə görə, ermənilərin Böyük Ermənistan hesab edilən həqiqi vətəni Rusiya hüdudlarından kənarda, daha doğrusu Kiçik Asiyada yerləşir. Dağlıq Qarabağda yaşayan ermənilərə gəlincə, onların bir hissəsi aborigen olub, xristian dinini qoruyub saxlayan qədim albanların nəslindəndir. Bir hissəsi təqib və hücumlardan qurtarmaq üçün Azərbaycan torpaqlarında sığınacaq tapan İran və Türkiyə qaçqınlarıdır. B.İşxanyan. "Qafqaz xalqları" Petroqrad. 1916-cı il, səh.18 1828-ci ildə məşhur "Türkmənçay" müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsgərləri olmasaydı, bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları olmayacaqdı… Təkcə son onillikdə (60-70-ci illərdə) Vətənə iki yüz mindən çox erməni köçmüşdür. Zori Balayan. "Ocaq", səh. 120, 192, 273. Daşnak nümayəndələri ətraflarına çoxlu könüllü silahlı dəstələr yığaraq müharibə gedən türk ərazilərində qadın, uşaq, qoca və əlilləri amansızcasına doğrayıb tökürdülər. A. Lalayan. 1918-20-ci illərdəki qırğınlar haqqında. "İnqlabi Şərq" jurnalı, № 2-3, 1936. Moskva Ara bir az sakitləşən kimi Şuşanı yenə gördüm. Şəhərin türk məhəlləsində daş-kəsək yığınlarından başqa bir şey qalmamışdı. Bütün evlər yandırılmış, onların sahibləri isə öldürülmüşdü. Eyni hal Xankəndindəki türk məhəlləsinin də başına gətirilmişdi… Bakıda ermənilər ingilislərin yardımı ilə bu böyük neft şəhərini ələ keçirdilər və şəhərin türk əhalisindən 25.000 nəfərini qırdılar" Ohanes Apresyanın xatirələrindən. Leonard Ramsden Hartvill. "İnsanlar belədir. 1918-1922-ci illər Azərbaycan hadisələri bir erməninin xatirələrində". ABŞ, İndianapolis, "Bobbs Meril kompani" nəşriyyatı, 1928. "Erməni hökumətinin daşnak agentləri Qarabağı Ermənistana birləşdirməyə çalışırlar. Bu, Qarabağ əhalisinin Bakıdakı həyat mənbəyindən məhrum olmaq, heç zaman heç nə ilə əlaqəsi olmayan Erivanla bağlanmaq deməkdir. Erməni kəndliləri beşinci qurultayda Azərbaycanı tanımağı və ona birləşməyi qərara aldılar". Anastas Mikoyan. 22.05.1919-Leninə yazdığı məktubdan. Türklərlə ermənilər arasındakı ziddiyətlərin yaranmasının əsas səbəblərindən biri də türk və Azərbaycan xalqlarının humanizminə, qayğıkeşliyinə, vətənpərvərliyinə qarşı erməni millətçilərinin aramsız qəddarlığıdır. Amerikalı erməni yazıçısı L.Z. Sürməliyan. "Xanımlar və cənablar, müraciətim sizədir" kitabından.





Erməni təcavüzü

MÜNAQİŞƏNİN BAŞLANMASI


Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların "Böyük Ermənistan" yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsdir. Ona görə də ermənilər, "ənənələrinə" sadiq qalaraq, həmişə əlverişli şərait yaranan kimi bu planın reallaşdırılması uğrunda mübarizəyə başlamışlar. SSRİ-də 1985-ci ildə ermənipərəst M.S.Qorbaçovun hakimiyyətə gəlməsilə erməni separatçıları növbəti dəfə yenidən fəallaşdılar. Bu dəfə sovet rəhbərliyinin silahlı erməni separatçılarını-terrorçularını himayə və müdafiə etdikləri daha tez aşkara çıxdı. Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bağlı məxfi planı həyata keçirmək üçün M.S.Qorbaçov, ilk addım olaraq, onun qarşısında ən qüdrətli maneə olan Heydər Əliyevi Siyasi Bürodan uzaqlaşdırdı. Bundan az sonra, 1987-ci ilin noyabrında Qorbaçovun komandasına daxil olan erməni akademik A.Aqanbekyan Parisdə Dağlıq Qarabağ barədə sovet rəhbərliyinə təklif verdiyini, yenidənqurma və demokratiya şəraitində bu problemin həllini tapacağına ümüd etdiyini bildirdi. Əvvəllər gizli fəaliyyət göstərən erməni "Qarabağ Komitəsi", onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı "Krunk" (Durna) açıq işə keçdi, "Miatsum" (Birləşmə) hərəkatı formalaşdırıldı. Bu hərəkat Ermənistan, Dağlıq Qarabağ Muxtar Vilayəti, Moskva rəhbərliyi, SSRİ və dünya ermənilərinin potensialına arxalanırdı. Hadisələr 1988-ci ilin fevralından daha aqressiv məcraya yönəldi. Fevral günlərində İrəvanda və Stepanakertdə separatçılar və erməni millətçilərinin mitinqlər dalğası başladı. Fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin sessiyası vilayətin statusuna baxılması haqqında Azərbaycan SSR Ali Sovetinə müraciət etdi. Bu fakt ermənilərin 1945-ci ilin noyabrı ilə müqayisədə taktikanı dəyişdirdiklərini göstərirdi. Onlar II Dünya müharibəsindən ötən dövr ərzində apardıqları intensiv təbliğat sayəsində və xarici ölkələrdəki güclü erməni diasporunun köməyi ilə dünya ictimaiyyətində Dağlıq Qarabağ barədə yanlış rəy yarada bilmişdilər. Ona görə bu dəfə iddialarını bağlı qapılar arxasından meydanlara çıxarmaq yolunu tutdular. Azərbaycanın o zamankı rəhbərliyi və geniş ictimaiyyəti isə erməni separatçılarının və onların müdafiəçilərinin yeni taktikası qarşısında hazırlıqsız idi. Fevralın 24-də Əsgəran rayonunda erməni separatçıları-terrorçuları tərəfindən iki azərbaycanlı gəncin qətlə yetirilməsi, 19 nəfərin yaralanması da ermənilərin planlarına qarşı düşünülmüş siyasi xətt hazırlanması ilə nəticələnmədi. Fevralın sonlarında artıq Azərbaycanın böyük sənaye şəhəri olan Sumqayıtda ermənil xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik orqanlarının iştirakı ilə əvvəlcədən hazırlanmış qəsdlər törədildi. Çox keçmədən Sumqayıt hadisələrinin nə üçün törədildiyi aydın oldu. Əvvəlcədən planlaşdırıldığı kimi, bu hadisədən dərhal Ermənistanda yaşayan azərbaycanlılara qarşı və Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən qoparılıb çıxarılması üçün istifadə edildi. "Martın 10-da İrəvandan cənubda azərbaycanlılara məxsus Mehmandar kəndinin 4 sakini qətlə yetirildi. Martın 25-də Ararat rayonunun azərbaycanlı kəndlərində 100-dən çox ev talan edilib yandırıldı, əhalisi qovuldu. Mayın ortalarında İrəvan yaxınlığındakı Azərbaycan kəndlərinə yenidən basqın edildi…." Tarixdə azərbaycanlılara qarşı dəfələrlə təkrar olunmuş erməni vəhşilikləri və soyqırımları yenidən tüğyan etməyə başladı. Separatçı-terrorçu erməni vəhşiliklərinin baş alıb getdiyi bu dövrdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və Sovet hökumətinin vəziyyətin real qiymətləndirilməsində maraqlı olmaması da aydın şəkildə üzə çıxdı. "1988-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında" 1988-ci il 24 mart tarixli qərar bilərəkdən məsələnin separatçılıq aktı olmasını ört-basdır etməyə yönəlmişdi. Belə bir dəstək erməni separatçılarını daha da ruhlandırdı və onların təcavüzkarlığını daha da artırdı. Moskva qarşısında mütilik nümayiş etdirən Ə.Vəzirov başda olmaqla Azərbaycan rəhbərliyi öz xalqına xəyanət, təcavüzkara isə güzəşt mövqeyi tuturdu. Nəhayət, Moskva Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan SSR-in tərkibindən çıxartmaq istiqamətində daha bir addım atdı: SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də "Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında" qərar qəbul etdi. Məqsəd aydın idi: Dağlıq Qarabağ Muxtar Vilayətində yaradılmış Xüsusi İdarə Komitəsi Muxtar Vilayətin Azərbaycandan alınıb Ermənistana verilməsini təmin etməli idi. Lakin bunu başa düşən Azərbaycan xalqının demokratik mübarizəsi nəticəsində noyabrın 28-də Xüsusi İdarə Komitəsi ləğv edildi. Ancaq bunun əvəzində yeni bir qurum - Təşkilat Komitəsi yaradıldı. Ermənistan SSR bu vəziyyətdən istifadə edərək dekabrın 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında antikonstitusion qərar qəbul etdi. Bu Ermənistan tərəfindən Azərbaycan SSR-in ərazi bütövlüyünə qarşı açıq hüquqi müdaxilə aktı idi. Moskva, gözlənildiyi kimi, bu kobud müdaxilə faktına da göz yumdu. Bununla vəziyyət daha da kəskinləşdi. Bu dəfə Qorbaçov başda olmaqla SSRİ rəhbərliyi Azərbaycana qarşı daha dəhşətli bir cinayətə əl atdı. Əsas hədəf kimi Bakı seçildi. Sovet dövləti öz vətəndaşları qarşısındakı konstitusiya öhdəliyini pozaraq ən müasir texnika və silahlarla silahlanmış iri qoşun kontingenti yeritməklə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda qanlı qırğın törətdi. Bakı qırğınında canlı qüvvə kimi erməni əsgər və zabitlərindən də geniş istifadə olundu. Lakin 20 Yanvar qırğını Azərbaycan xalqının iradəsini qıra bilmədi, əksinə respublikanın istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizəni daha da gücləndirdi. 20 Yanvar qırğınının səhəri günü Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlib sovet rəhbərliyinin cinayət əməllərini qətiyyətlə ifşa edən Heydər Əliyev Azərbaycan xalqının bu ədalətli mübarizəsinin - Qurtuluş savaşının önünə keçdi. 1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Soveti dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyanat qəbul etdi, oktyabrın 18-də isə dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Dağlıq Qarabağın erməni separatçıları da yaranmış vəziyyətdən istifadə edərək siyasi təşkilatlanmanı davam etdirirdilər. Onlar 1991-ci ilin sentyabrında "Dağlıq Qarabağ Respublikası" adlanan oyuncaq qurumun yaradıldığını elan etmişdilər. Azərbaycan Respublikası həmin qurumu tanımaqdan imtina etmiş, noyabr ayının 26-da isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu ləğv olunmuşdu. 1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə keçmiş sovet məkanında yeni geosiyasi şərait yarandı. Ermənistan, faktiki olaraq, Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistanın hərbi birləşmələri Azərbaycanın sərhədlərini pozub Qarabağa daxil oldular və Dağlıq Qarabağın erməni separatçıları-terrorçuları ilə birləşərək Azərbaycan torpaqlarının işğalına başladılar. AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu




AZƏRBAYCANA QARŞI ELAN OLUNMAMIŞ MÜHARİBƏ


1988-ci il fevral hadisələrindən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı-terrorçu qruplaşmaları və Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın ələ keçirilməsi uğrunda hərbi əməliyyatlara başladılar. SSRİ Silahlı Qüvvələrinin Ermənistan və Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən hissələri də onlara qoşuldular. Bununla, 1917-ci ilin fevralında çar hökumətinin yıxılması nəticəsində meydana gələn tarixi şəraitə bənzər vəziyyət SSRİ-nin dağılmasından sonra, yenidən təkrar olundu. Sovet ordusu sıralarında qulluq edən erməni zabitləri və keçmiş sovet hərbi hissələri azərbaycanlılara qarşı birləşdilər və vahid cəbhədə hərbi əməliyyata başladılar. (Azərbaycan xalqına qarşı 1918-ci ilin Mart soyqırımında olduğu kimi!). Əvvəlcə Dağlıq Qarabağın azərbaycanlı yaşayış məskənlərinin işğalına başlandı. 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndləri işğal olundu, dinc və silahsız əhaliyə divan tutuldu, Xocalı və Şuşanın mühasirə məngənəsi daraldı. Tələm-tələsik formalaşdırılmış Azərbaycan könüllülərinin Daşaltı əməliyyatı uğursuz oldu. Erməni və sovet hərbi birləşmələri fevralın ortalarında Qaradağlı kəndini ələ keçirdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə müasir tarixin ən faciəli hadisəsi baş verdi. Erməni hərbi birləşmələri Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdi. Bu İkinci Dünya müharibəsində faşizmin törətdiyi dəhşətli qırğınlardan sonra müasir dövrdə erməni separatçıları-terrorçuları ilə birlikdə Ermənistan hərbi qüvvələrinin insanlığa qarşı törətdiyi ən kütləvi və ən dəhşətli soyqırımıdır. Azərbaycanın ərazi bütövlüyünə və onun xalqına qarşı çevrilmiş bu müharibədə Azərbaycan rəhbərliyinin öz xalqının deyil, Moskvanın mövqeyini müdafiə etməsi onu nüfuzdan saldı. Xalq hərəkatının daha da gücləndiyi şəraitdə 1992-ci ilin martında respublikaya rəhbərlik edən A.Mütəllibov istefa verdi. Yaranmış hakimiyyət boşluğu Azərbaycan Respublikasının müdafiə qabiliyyətini daha da zəiflətdi. 1992-ci ilin mayında erməni hərbi birləşmələri Şuşanı da ələ keçirdilər. Bununla da faktiki olaraq ermənilər bütün Dağlıq Qarabağın ərazisini işğal etdilər. Növbəti addım Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın rayonunun işğalı oldu. Bakıda hakimiyyət uğrunda çəkişmələrin kəskinləşməsindən istifadə edən ermənilər Laçını da tutdular. Azərbaycan Xalq cəbhəsinin hakimiyyəti (1992 may-1993 iyun) dövründə davam edən yeni hakimiyyət çəkişmələri respublikanın müdafiəsinə ağır zərbə vurdu. 1993-cü ilin aprelində Kəlbəcər işğal olundu. İyun ayında Azərbaycanda dərin siyasi böhran baş verdi. Xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi. Ermənistan Azərbaycana qarşı müharibəni davam etdirərək 1993-cü ilin iyul-oktyabr ayları arasında Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdi. Ermənilər işğal etdikləri torpaqları "viran qoymaq" taktikasına əl atmışdılar. Müharibədə 20 min azərbaycanlı şəhid olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər əlil olmuşdu. Qaçqın və köçkünlərin sayı milyonu keçmişdi. Rəsmi məlumata görə, erməni işğalçıları tərəfindən 4.852 nəfər azərbaycanlı, o cümlədən 323 qadın, 54 uşaq və 410 qoca əsir və girov götürülmüşdü. Erməni faşistləri əsir və girovların həqiqi sayını beynəlxalq humanitar təşkilatlardan gizlədir, onlarla qeyri-insani, amansız rəftar edir, qul kimi işlədir, təhqir edir, alçaldırdılar. Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu Birləşmiş Millətlər təşkilatı (BMT) təsdiq etdi. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini tərk etməsi haqqında 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul etdi. Lakin erməni işğalçıları bu qətnamələri yerinə yetirmədilər. Ermənistan işğalçılarına qarşı mübarizədə Azərbaycanın hərbi-iqtisadi və insan qüvvələrinin səfərbər edilməsinə böyük ehtiyac var idi. Bu məqsədlə Heydər Əliyev noyabrın 2-də televiziya və radio ilə xalqa müraciət etdi, ciddi hərbi-təşkilati tədbirlər həyata keçirildi. Bunun nəticəsində Azərbaycan xalqının işğalçılara qarşı ədalətli mübarizəsində dönüş yaratmaq mümkün oldu. Noyabrın ortalarında Ermənistan silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırıldı. Azərbaycan ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi. Bunun ardınca Cəbrayıl rayonu ərazisinin bir hissəsi, Kəlbəcər rayonunda Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, Çəpli, Susuzluq, Qasımbinəsi, Yanşaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış məntəqələri də düşməndən azad edildi. Çiçəkli dağı və b. strateji yüksəkliklər ələ keçirildi, Kəlbəcər-Laçın yolunun tunelə qədərki hissəsi nəzarət altına alındı. Döyüşlərdə düşmən 4 min əsgər və zabit, 50 zirehli texnika, 15 artilleriya qurğusu və s. itirdi. Azərbaycanın müharibədə dönüş yaratmaq, işğal olunmuş Vətən torpaqlarını azad etmək sahəsində əldə etdiyi uğurlar, nəinki Ermənistanı, həmçinin onu müdafiə edən qüvvələri də ciddi təşvişə saldı. Ermənistanın himayəçilərinin onu hərbi cəhətdən daha da möhkəmləndirilməsi, müasir silahlarla təmin olunması, bölgədə irticaçı qüvvəyə çevrilməsi xətti daha da gücləndirildi. Azərbaycan Respublikası belə bir şəraitdə 1994-cü il mayın 8-də Bişkek protokolunu imzaladı. Azərbaycanın düşmən üzərində hərbi uğurları sayəsində mayın 12-də cəbhədə atəşkəsə nail olundu. Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsi dövründə Ermənistan Azərbaycan sərhədlərinin 360 km-lik sahəsində irəli soxularaq 20%-dək Azərbaycan torpaqlarını işğal etmiş, Füzuli rayonundakı Horadiz qəsəbəsindən Zəngilanadək 198 km-lik Azərbaycan-İran sərhədlərini nəzarət altına almışdı. Erməni işğalları nəticəsində Dağlıq Qarabağ ərazisində 50 minədək azərbaycanlının yaşadığı 2 şəhər, 1 qəsəbə, 53 kənd tutuldu. Dağlıq Qarabağdan kənarda aparılan işğallarla birlikdə 890 şəhər, kənd və qəsəbə ermənilərin əlinə keçdi. Dağıdılmış obyektlər, zəbt olunmuş əkin və meşə sahələri aşağıdakı kimi olmuşdu: yaşayış evləri-150000, ictimai binalar-7000; ümumtəhsil məktəbləri-693; səhiyyə obyektləri-695; avtomobil yolları-800 km, körpülər-160; su kəməri- 2300 km, elektrik xətti-15000 km, meşə sahəsi - 280000 ha, əkin sahəsi-200000 ha, tarixi abidə və muzeylər- 464. İlkin hesablamalara görə Azərbaycan Respublikasına 60 mlrd. ABŞ dolları həcmində zərər dəymişdir. Bundan başqa Azərbaycanın civə, obsidian və perlit ehtiyatlarının hamısı, tikinti və üzlük materiallarının 35-60 %-i, meşə fondunun 23,8 %-i, su ehtiyatlarının 7,8 %-i və s. işğal olunmuş torpaqların payına düşür. Burada 2 qoruq və 3 yasaqlıq, 3 iri su anbarı da yerləşir. AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu




ERMƏNİSTANIN TƏCAVÜZÜNÜN NƏTİCƏLƏRİ


Azərbaycanda qaçqınlar və məcburi köçkünlər
Ermənistandan qaçqınlar - 250.000
Azərbaycanın işğal olunmuş ərazilərindən məcburi köçkünlər - 760.000
Cəmi - 1010.000 Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilmiş Ermənistan silahlı qüvvələri
Tanklar - 316
PDM - 324
Artilleriya - 322
Şəxsi heyyət - 50.000 Azərbaycanın işğal olunmuş əraziləri Dağlıq Qarabağ zonası Ərazi - 4388 kv. km.
Əhali (1989) - 189.085
Ermənilər - 145.450 (76,9%)
Azərbaycanlılar - 40.688 (21,5%)
və başqaları - 2.947(1,6%) Şuşa rayonu
Ərazi - 381 kv.km
Əhali - 20.579
Azərbaycanlılar - 19.036 (92,5%)
Ermənilər - 1.377 (6,7%)
İşğal olunmuşdur - 1992-ci il 8 may Dağlıq Qarabağ zonasının kənarındakı rayonlar işğal olunmuşdur.
Laçın rayonu - 1992-ci il 18 may
Kəlbəcər rayonu - 1993-cü il 2 aprel
Ağdam rayonu - 1993-cü il 23 iyul
Füzuli rayonu - 1993-cü il 23 avqust
Cəbrayıl rayonu 1993-cü il 26 avqust
Qubadlı rayonu 1993-cü il 31 avqust
Zəngilan rayonu - 1993-cü il 28 oktyabr Təcavüzün qurbanları
Həlak olmuşdur - 20.000
Əlil olmuşdur - 50.000 Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində dağıntılar
Yaşayış məntəqələri - 890
Evlər - 150.000
İctimai binalar - 7.000
Məktəblər - 693
Uşaq bağçaları - 855
Tibb müəssisələri - 695
Kitabxanalar - 927
Kilsələr - 44
Məscidlər - 9
Tarixi saraylar - 9
Tarixi abidələr və muzeylər - 464
Muzey eksponatları 40.000
Sənaye və kənd təsərrüfatı müəssisələri - 6.000
Avtomobil yolları - 800
Körpülər - 160
Su kommunikasiyaları - 2.300 km
Qaz kommunikasiyaları - 2.000 km
Elektrik xətləri - 15.000 km
Meşələr - 280.000 ha
Kənd təsərrüfatları üçün yararlı torpaqlar - 1.000.000 ha
İrriqasiya sistemləri - 1.200 km Bütün dağıntılar 60 milyarddan çox ABŞ dolları həcmində qiymətləndirilir.




AZƏRBAYCANIN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİNDƏ ERMƏNİSTANIN QANUNSUZ FƏALİYYƏTİ


Ermənistan Respublikası və separatçıların işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyəti əsasən aşağıdakı istiqamətlərdə təzahür etmişdir: I.Separatçı-terrorçu qurumun müstəqil dövlət kimi tanıdılması cəhdləri Dağlıq Qarabağdakı separatçı-terrorçu qurum atəşkəs rejimindən istifadə edərək beynəlxalq aləmdə müstəqil dövlət kimi tanınmaq məqsədi ilə son illər ərzində zəruri "dövlət institutları" ("parlament", "nazirliklər", "ordu", "komitə" və "idarələr") təsis etmiş, bir neçə ölkədə öz "nümayəndəlik"lərini açmışdır. 2001-ci ilin mart ayından bu ərazilərdə yaşayan vətəndaşlara onların qondarma qurumun və Ermənistan Respublikasının vətəndaşı olduqlarını təsdiq edən yeni "pasportlar"ın verilməsinə başlanmışdır. II. Dövlət terrorizmi və təcavüzkar separatizm 1989-1994-cü illərdə erməni separatçıları və terrorçuları tərəfindən Azərbaycan ərazisində 373 terror aktı törədilmiş, nəticədə 1568 nəfər ölmüş, 1808 nəfər yaralanmışdır. Azərbaycan Respublikası, eləcə də xarici ölkələrin məhkəmələri tərəfindən prosessual qaydada sübuta yetirilmişdir ki, həmin terror aktlarının 32-si Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının bilavasitə iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərindən istifadə edilməklə, cəbhə xəttindən yüz kilometrlərlə aralıda yerləşən yaşayış məntəqələrində həyata keçirilmişdir. Azərbaycanda mülki əhaliyə qarşı terrorçu fəaliyyətin bilavasitə Ermənistan Respublikasının dövlət orqanları və separatçı qurum tərəfindən üçüncü ölkə vətəndaşları, Azərbaycan Respublikasının azsaylı xalqlarının nümayəndələri, hərbi əsir və girovlardan istifadə ilə təşkili, maliyyələşdirilməsi və reallaşdırılmasına cəhdlər göstərilmişdir. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi ilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlığı nəticəsində Ermənistan Respublikası Milli Təhlükəsizlik Baş İdarəsinin şöbə rəisi polkovnik Can Ohanesyanın, onun müavini mayor Aşot Qaloyanın, Rusiya Federal əks-kəşfiyyat xidmətinin terrorizmlə mübarizə İdarəsinin baş əməliyyat müvəkkili mayor Boris Simonyanın başçılığı ilə Rusiya ərazisində fəaliyyət göstərən erməni separatçılarından ibarət terrorçu qrup məsuliyyətə cəlb olunmuşdur. Moskvada yerləşən və Valeri Petrosyanın rəhbərlik etdiyi "TİRR" Assosiasiyası tərəfindən maliyyələşdirilən həmin qrup Rusiya və Azərbaycan ərazisində dəmiryolu qatarlarında bir neçə partlayış törətmişdir. Bütün bu şəxslər Rusiya Federasiyası və Azərbaycan Respublikası məhkəmələri tərəfindən müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşlar. Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisində fəaliyyət göstərən terrorçu-separatçı "Sadval" təşkilatı üzvlərinin 1994-cü ilin martın 19-da Bakı metropoliteni stansiyalarından birində törətdikləri və 14 nəfər dinc sakinin ölümü, 42 nəfərin yaralanması ilə nəticələnən partlayışın Ermənistan Respublikası xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsi faktı da prosessual qaydada tam sübuta yetirilmişdir. Çoxsaylı şahid ifadələri və maddi sübutlar bu təşkilatın yaraqlılarının Ermənistan Respublikasının Nairi və Arzni rayonlarında yerləşən, xüsusi xidmət orqanlarına məxsus hərbi-təxribat hazırlığı bazalarında, habelə Dağıstan Respublikasının Məhərrəmkənd rayonu ərazisində təşkil edilmiş xüsusi düşərgələrdə təlim keçdiklərini birmənalı şəkildə təsdiqləmişdir. Məhz Ermənistanın xüsusi xidmət orqanları terror aktlarının icrası üçün cinayətkarları zəruri partlayıcı materiallar və texniki vasitələrlə təchiz etmiş və maliyyələşdirmişlər. Azərbaycanın milli təhlükəsizlik orqanları həmin cinayətin 43 təşkilatçısını və icraçısını aşkarlamış, onlardan 30 nəfəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum olunmuşdur, ölkənin hüdudlarından kənarda gizlənənlər barədə isə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu dəhşətli terror aktının qeyri-adiliyi ondadır ki, Azərbaycan torpaqlarını işğal edən və Dağlıq Qarabağın separatçı rejiminə himayədarlıq edən qonşu Ermənistanın xüsusi xidmət orqanları həmin cinayəti həyata keçirmək üçün terrorçuları digər həmsərhəd ölkədə - Rusiya Federasiyasında, ölkəmizin bir sıra şimal rayonları barəsində ərazi iddiaları irəli sürən separatçılar sırasından hazırlamışlar. Bu isə müxtəlif etnik yönümlü separatçılar arasında qarşılıqlı əlaqələrin beynəlxalq terrorizmin əsas tərkib hissələrindən biri olduğuna daha bir sübutdur. Təəssüf ki, bu yeganə fakt deyil. Belə ki, 2000-ci ilin əvvəlindən etibarən Azərbaycanın şimal rayonlarında yaşayan avar xalqının adından separatçılıq hərəkatını başlamaq məqsədini güdən bir qrup fəallaşmışdı. 2001-ci ilin iyun ayından Dövlət Yol Polisinin postlarına, rayon polis şöbəsinə və hərbi hissəyə bir neçə basqınlar, Şeyx Şamilin abidəsinin partladılması kimi cinayətlərin törədilməsi Zaqatala və Balakən rayonlarında vəziyyəti kəskinləşdirmişdi. Həmin cinayətlərin istintaqı zamanı göstərilən qrupun rəhbəri Hacı Maqomedovun və sonradan onun həbs edilmiş silahdaşı Şaban Buşdiyevin erməni xüsusi xidmətlərinin nümayəndələri ilə əlaqələri olması faktı aşkarlanmışdır. 1997-ci ildə onların hər ikisi Azərbaycan ərazisində "Avar dövləti"nin yaradılması üçün 1 milyon ABŞ dolları və 1000 ədəd avtomat silahın alınması məsələsinin müzakirəsi məqsədi ilə Yerevan və Xankəndiyə səfər etmişlər. Sonradan onlar bu danışıqları Mahaçqalada davam etdirmiş və nəticədə 1000 ədəd avtomat silahın və 300 min ABŞ dollarının verilməsi barədə razılığa gəlmişlər. Bundan sonra avar separatçılarının "Car-Balakən dövləti"nin yaradılması ideyası və bu istiqamətdə fəaliyyətlərinə dəstək almaq üçün H.Maqomedov 2001-ci ilin dekabrında yenidən Yerevana getmişdir. Bu səfərin əsas məqsədi yaz-yay mövsümündə yerli icra hakimiyyətinin binasının zəbt edilməsi, həbs olunmuş silahdaşlarının azadlığa buraxılması şərti ilə vəzifəli şəxslərin girov götürülməsi və dövlətə qarşı digər cinayət əməlləri üçün müxtəlif növ silah, o cümlədən istilik raketlərinin alınması idi. 2001-ci ilin sentyabrında Zaqatala rayonu ərazisində müxtəlif cinayət əməlləri törətməklə əhalini təsir altında saxlamağa, ərazini nəzarətsiz zonaya çevirməyə cəhd göstərən şəxslərin dindirilməsi zamanı məlum olmuşdur ki, onların silah və maddi cəhətdən təchiz edilməsində separatçı-terrorçu qurumun "müdafiə naziri" və digər "rəhbər işçiləri" birbaşa iştirak etməklə, həmin şəxsləri separatçı hərəkətlərə təhrik etmişlər. 1994-cü il iyulun 3-də Bakı metrosunun "28 may" və "Gənclik" stansiyaları arasında 13 nəfərin ölümü, 42 nəfərin yaralanması ilə nəticələnən terror aktı Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil edilmişdir. Bu məqsədlə Qarabağ uğrunda gedən döyüşlər zamanı əsir düşmüş Azər Aslanovun anasını aldadıb Yerevana çağırmış, oradan Azərbaycanın işğal olunmuş ərazilərinə apararaq girov saxlayıb və A.Aslanovu həmin cinayəti törətməyə sövq etmişlər (bu fakt erməni millətçi-separatçı ekstremizminin əsas ideoloqlarından biri, hazırda İnterpol xətti ilə axtarışda olan Zori Balayanın "Cəhənnəm və cənnət arasında" kitabında öz əksini tapmışdır). İstintaq və məhkəmə prosesində sübuta yetirilmişdir ki, A.Aslanovun terrorçu kimi hazırlanmasının "ideoloji təminatında" Zori Balayanın və Dağlıq Qarabağ erməni separatçılarının lideri olmuş, hazırda Ermənistan Respublikasının prezidenti Robert Koçaryanın iştirakı olmuşdur. 90-cı illərin əvvəllərindən etibarən beynəlxalq terrorçu qrupların liderlərinin reabilitasiyasına çalışan Ermənistan rəhbərliyi xarici diasporanın radikal təşkilatlarının, xüsusilə "Daşnaksutyun", ASALA, MAQ, "Erməni birliyi", "Erməni Azadlıq cəbhəsi" və digər terror təşkilatları fəallarının Ermənistan ərazisində toplanması məqsədi ilə genişmiqyaslı kampaniyaya başlamış, onların fəaliyyətlərinə siyasi-hüquqi şərait yaradaraq sığınacaq vermiş, pul, silah, saxta sənəd və nəqliyyatla təchiz etmişdir. Həmçinin Azərbaycanda ermənilərin sıx yaşadıqları əraziyə yardım adı altında bir sıra xarici dövlətlərdən terrorçular, silah və maliyyə vəsaitləri göndərilir, Türkiyə nümayəndəliklərinə qarşı terror aktları törətmiş ermənilərin azad olunması və dəstəklənməsi Ermənistanda dövlət səviyyəsində təşkil olunurdu. Belə ki, Suriyada doğulmuş, ASALA üzvü, 1983-cü ilin iyun ayında Fransanın Orli aeroportunda partalyış törətdiyinə görə həbs edilmiş Varujan Karapetyanın Ermənistan xüsusi xidmət orqanları tərəfindən Eçmiədzin kilsəsinin imkanları vasitəsi ilə azad olunması üçün imza toplama kompaniyası keçirilmişdir. Fransada terror aktları törətdiyinə görə həbs edilmiş ABŞ vətəndaşı, tanınmış beynəlxalq terrorçu Monte Melkonyan azad olduqdan sonra 1990-cı ildə Ermənistandan Dağlıq Qarabağa göndərilərək azərbaycanlıları öz torpaqlarından məcburi köçkün vəziyyətinə salmış terrorçu qruplara rəhbərlik etmişdir. 1993-cü ilin yayında Azərbaycan qoşun hissələri tərəfindən məhv edilmiş M.Melkonyanın Yerevanda dəfn mərasimində prezident daxil olmaqla Ermənistanın dövlət rəsmiləri iştirak etmiş, sonra bu beynəlxalq terrorçu Ermənistanın milli qəhrəmanı elan olunmuş, onun adı ER Müdafiə nazirliyinin diversiya mərkəzlərindən birinə verilmişdir. 1992-ci ildə Xankəndinə göndərilmiş Vazgen Sislyan, yaxın şərq terrorçuları Abu Əli, Qilbert Minasanyan və digər terrorçularla birlikdə zorakılıq siyasətini dünya ictimaiyyətinin diqqətini erməni məsələsinə yönəltmək üçün vasitə kimi istifadə edirdilər. R.Koçaryan hakimiyyətə gəldikdən sonra Ermənistanda terrorçu qrupların rəhbərlərinin reabilitasiyası halları daha da artmışdır. Tanınmış terrorçu, İran vətəndaşı və "Daşnaksutyun" partiyasının üzvü Qrant Markaryan həbsdən azad edilərək, Azərbaycana qarşı terror aktlarının keçirilməsində fəal iştirakına görə 1981-ci ildə Parisdə türk səfirliyinin zəbtinin təşkilatçılarından biri Vazgen Sislyanla birgə R.Koçaryan tərəfindən Qarabağ müharibəsinin qəhrəmanı adına layiq görülmüşlər. Bütün bunlar Ermənistan rəhbərliyinin Azərbaycana qarşı terror aktlarının təşkilində bilavasitə iştirakını bir daha təsdiq edir. Əslində Ermənistanın hazırkı rəhbərləri: Prezident R.Koçaryan, müdafiə naziri S.Sarkisyan və Dağlıq Qarabağdakı işğalçı-separatçı rejimin rəhbəri A.Qukasyan terrorçularla sıx əlaqədə olduqlarını gizlətmirlər. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin "sərhəd"i hazırda Ermənistanın silahlı qüvvələri tərəfindən qorunur, bu ölkədən olan çağırışçılar hərbi xidmət keçmək üçün həmin ərazilərdəki hərbi hissələrə göndərilir. Həmçinin hazırda işğal olunmuş ərazilərdə Ermənistanın silahlı qüvvələri və terrorçu qruplarla yanaşı, qeyri-qanuni silahlı birləşmələr də fəaliyyət göstərir və bütün bunlar terrorizmə qarşı mübarizə üzrə beynəlxalq konvensiyaların nəzarətindən kənardadır. III. Narkotik maddələrin qanunsuz becərilməsi və dövriyyəsi İşğal olunmuş ərazilər heç bir dövlətin, beynəlxalq təşkilatın nəzarətində olmayan özünəməxsus kriminal mənbəyinə çevrilmişdir. Belə ki, separatçı-terrorçu rejim işğal altında olan ərazilərdə narkotik maddələrin qanunsuz becərilməsi, istehsalı və satışının inkişaf etməsi üçün bütün zəruri şərait yaratmışdır. Bu faktlar ABŞ Dövlət Departamentinin narkotik maddələr üzərində beynəlxalq nəzarət strategiyasına dair 2000-ci il mart tarixli hesabatında öz əksini tapmışdır. Narkotik işbazları qondarma qurumun bədnam rəhbərləri müdafiə edir, narkotiklərin satışından əldə olunan pulları işğal olunmuş ərazilərin nəzarətdə saxlanılması və muzdlulara haqq ödənilməsi üçün istifadə edirlər. ABŞ Dövlət Departamentinin 2001-ci ilin martında açıqlanmış hesabatında işğal edilmiş Azərbaycan ərazilərindən narkotik vasitələrin kütləvi şəkildə daşınması üçün istifadə olunduğu bildirilir və Ermənistana coğrafi yerinə görə narkotik vasitələrin beynəlxalq dövriyyəsində potensial subyekt kimi baxılır. Azərbaycanın işğal olunmuş sərhədyanı ərazilərində çətənə kollarının yetişdirilməsi faktı AŞ PA-nın Dağlıq Qarabağ üzrə məruzəsində də öz əksini tapmışdır. Narkotiklərin satışından əldə olunan pulun böyük hissəsi separatçılar tərəfindən qanunsuz silahlı birləşmələr, terror qrupları üçün silahların alınmasına və təlimlərin keçirilməsinə xərclənir. Dağlıq Qarabağda mövcud olan qanunsuz iqtisadi fəaliyyət separatçıları "çirkli pulların" yuyulması əməliyyatları sahəsində məşhurlaşdırmaqla onları transmilli cinayətkar infrastrukturların maraq dairəsinə daxil etmişdir. Azərbaycanın işğal olunmuş ərazilərindən nüvə və radioaktiv tullantıların basdırılması məqsədilə də istifadəsi güman olunur. Belə ki, gündəlik təqribən 9 milyon KVT/saat enerji hasil edən Metsamor Atom Elektrik Stansiyasının müvafiq istehsalının müqabilində Ermənistanda hazırki dövrədək nüvə tullantılarının saxlanılması üçün anbarın olmaması Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin qeyd olunan tullantıların basdırılması məqsədilə istifadəsi ehtimalını artırır. IV. İnsan ticarəti Ermənistanın Azərbaycan Respublikasına təcavüzü nəticəsində əsir düşmüş və girov götürülmüş Azərbaycan vətəndaşlarının beynəlxalq humanitar təşkilatlardan gizlədilərək işğal olunmuş ərazilərdə saxlanılması və onlara qarşı amansız cəza metodlarının tətbiq edilməsi, bu şəxslərin qeyri-bəşəri məqsədlər üçün istifadə edilmələri barədə mütəmadi məlumatlar daxil olmaqdadır. Azərbaycana qarşı təcavüzün nəticələrindən və mövcud status-kvodan yararlanmağa çalışan Ermənistanın rəsmi orqanlarının əsir və girov götürülmüş, itkin düşmüş azərbaycanlıları gəlir məqsədi ilə alver predmetinə çevirərək müxtəlif cinayətkar qruplaşmalarla işbirliyi qurduqları barədə təkzibedilməz faktlar mövcuddur. Müharibə və atəşkəs dövründə erməni ordusu tərəfindən əsir və girov götürülmüş azərbaycanlılardan 30 nəfərə yaxını qohumları tərəfindən külli miqdarda pul, qızıl və qiymətli əşya verilməklə azad edilmişlər. Erməni əsirliyində olan bir çox Azərbaycan vətəndaşlarının bədən üzvləri çıxarılaraq satılmışdır. Əsir düşmüş və girov götürülmüş Azərbaycan vətəndaşlarının Beynəlxalq Humanitar təşkilatlardan gizlədilərək işğal olunmuş ərazilərdə saxlanılması və onlara qarşı amansız cəza metodlarının tətbiqi barədə mütəmadi məlumatlar daxil olmaqdadır. V. İşğal altındakı ərazilərdə ermənilərin qanunsuz məskunlaşdırılması Erməni tərəfinin rəsmi məlumatlarına və qondarma "DQ" hökumətinin hesabatına görə, 2001-ci ildə Dağlıq Qarabağın əhalisi 143 min nəfər təşkil edib. Halbuki, 1989-cu ilin siyahıya alınmasına görə, həmin ərazidə 90 min nəfərdən bir qədər çox erməni yaşamışdır. ABŞ-ın qaçqınlar üzrə Komitəsinin qaçqınların vəziyyəti ilə əlaqədar 2002-ci ilə dair ümumdünya icmalında Ermənistan üzrə məruzədə 1000-ə yaxın ailənin Ermənistandan Dağlıq Qarabağ və Laçın dəhlizinə köçürüldüyü bildirilib. 2003-cü ilin yanvar ayından Dağlıq Qarabağ ərazisini tərk edənlərin qarşısının alınması məqsədilə müəyyən olunmuş qaydalara görə, daimi yaşamaq üçün gedən ailələr təxminən 15, hərbi çağırışçılar 10 min ABŞ dolları məbləğində rüsum ödəməlidirlər. Ermənistanın bütün şəhər və rayonlarında 2002-ci ildən rəsmən fəaliyyət göstərən miqrasiya xidmətləri ölkə əhalisinin işğal olunmuş ərazilərə köçürülməsi istiqamətində iş aparır. 1994-cü ildən etibarən dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin qeyri-qanuni olaraq Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərinə köçürülməsi halları mövcuddur. Qondarma qurumun "parlamenti"nin "DQR"-ə köçürülən rus ailələrinin övladlarının 2005-ci ildən Qarabağ məktəblərində erməni və rus dillərində təhsil almasını nəzərdə tutan qərarı da mövcuddur. Beynəlxalq "Qırmızı Xaç Komitəsi"nin Cənubi Qafqaz üzrə Miqrasiya Nümayəndəliyin 2004-cü il oktyabr ayının 25-də keçirdiyi hesablamalarına görə, hər ay orta hesabla Dağlıq Qarabağ ərazisinə 15-ə yaxın ailə köçürülür və 2004-cü ildə belə ailələrin sayı 200-ə çatmışdır. Rəsmi Yerevan köçürülmə layihələrində özünün birbaşa iştirakını gizlətməyə çalışsa da, 2000-ci ildən etibarən "Artsaxa qayıdış" adlı irimiqyaslı proqramın həyata keçirilməsi ilə Ermənistan Respublikası hökuməti yanında (Andranik Marqaryanın rəhbərliyi altında) müşavir Benik Baxşiyan, "DQR"-in "Statistika İdarəsinin rəhbəri" - Serj Amirxanyan, "Kənd Təsərrüfatı naziri" - Vaqram Baqdasaryan, "Milli Yığıncağın Maliyyə, Büdcə Məsələləri üzrə Komissiyasının sədri" - Mayor Danelyan, Ermənistanın Miqrasiya və qaçqınlar idarəsinin müdiri - Qaqik Eqanyan və digər vəzifəli şəxslər, həmçinin "Yerkir" ictimai təşkilatı aktiv şəkildə məşğuldurlar. Həmin vaxtdan etibarən qaçqınlar və emiqrasiya idarəsi yuxarıda adı çəkilən proqramın realizə olunmasına bilavasitə qoşulmuşdur. 2003-cü ilin dekabrında Ermənistanın baş naziri A.Marqaryan erməni əhalisinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə köçürülməsi məsələsinin Ermənistan hökuməti üçün prioritet təşkil etdiyini rəsmən bildirmişdir. İşğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma faktları müxtəlif KİV-də də geniş işıqlandırılmışdır. Açıq qaynaqlara istinadən, 2004-cü ilin ilk altı ayı ərzində işğal olunmuş ərazilərə 120 erməni ailəsi köçürülmüşdür. Bu ərazilərdə qeyri-qanuni "köçürülmə əməliyyatı" və tikinti işlərinin əsas sponsorları "Qərbi Amerikanın Erməni Təhsil Fondu", "Hayastan Fondu" təşkilatları və Tehranın Erməni Yeparxiya Şurasıdır. 2004-cü ildə xarici fondlar tərəfindən "Artsaxa qayıdış" proqramının realizəsi üçün 400 min ABŞ dollarının ayrıldığı və Azərbaycanın işğal olunmuş sərhədyanı ərazilərində 90-a yaxın evin tikintisinin başa çatdırılması məlumdur. Köçürülməyə ayrılmış pulların səlahiyyətli şəxslər tərəfindən mənimsənilməsi və köçürülən şəxslərin 30%-nin bədbin yaşayışdan Yerevana və digər MDB ölkələrinə qayıtmaları barədə 1999-cu ildə erməni KİV-də məlumatlar yayılmışdır. Belə məqamlardan biri, erməni diasporası tərəfindən Dağlıq Qarabağda yaşayan və köçürülən ailələrə pulların çatdırılmaması barədə "10-cu naxanq" qəzetinin müxbiri Vaqram Oqacanyan 1999-cu ildə "Dağlıq Qarabağa köçürülən şəxslər üçün büdcədə pul yoxdur" adlı məqaləsinin nəşri olmuşdur. Bu məqalə V.Oqacanyanın 2000-ci ildə bir il müddətinə azadlıqdan məhrum edilməsinə və "DQR" "prokurorluğu" tərəfindən barəsində cinayət işinin qaldırılmasına zəmin yaratmışdır. VI. Təbii, maddi və mənəvi sərvətlərin talan edilməsi və qanunsuz istismarı Azərbaycanın işğal olunmuş ərazilərində evlərin, qəbirlərin, mədəniyyət abidələrinin dağıdılması, avadanlığın, inşaat materiallarının, xüsusilə dəmir məmulatların və sair yüklərin digər ölkələrə daşınması barədə mütəmadi məlumatlar daxil olmaqdadır. Müvafiq məlumatlar, tərkibində müxtəlif qiymətli metallar, o cümlədən qızıl olan torpağın, zavod və fabriklərdə istismar olunmuş dəzgahların, elektrik qatarları, vaqonlar və relslərin kəsilərək digər ölkələrə daşınması faktlarını ehtiva edir. İşğal altında olan ərazilərdən qarət edilmiş milli sərvətlərimizin - qədim tarixi əsərlərin, xalçaların, mineralların Avropa ölkələrində erməni milli sərvəti adı altında nümayiş etdirilməsi barədə məlumatlar mövcuddur. Ermənilər Kəlbəcərdə yerləşən mineral yataqların və 3600-ə qədər qaya təsvirinin fotoşəkillərini 2000-ci ildə Finlandiyada öz əraziləri kimi nümayiş etdirmişlər. Son zamanlar ermənilərin qədim Azərbaycan musiqi alətlərini öz adlarına çıxaraq Avropa, MDB və Şimali Amerika ölkələrində satması halları çoxalmış, Qarabağ xalçalarının erməni və ya fars xalçaları adı altında müxtəlif sərgilərə və hərraca çıxarılması faktları qeydə alınmışdır. Son illər ərzində Azərbaycanın işğal edilmiş ərazilərində külli miqdarda çıxarılmış tarixi, mədəni və dini abidələr xarici ölkələrə satılmışdır. İşğal olunmuş ərazilərdəki muzeylərdə mövcud olan unikal eksponatlar ya məhv edilmiş, yaxud həmin eksponatların əsasında onların guya ermənilərə məxsusluğunu göstərən yeni muzeylər yaradılmışdır. Bu mənada, ermənilərin qədim Qafqaz Albaniyası abidələrini özününküləşdirilməsi məsələsinə xüsusi önəm verdiyi bildirilməlidir. Onların üzərində mövcud olan qədim alban yazıları, divar naxışları və xaçlar məhv edilib erməni atributikası ilə əvəzlənir. Bir sıra məscidlər isə anbarlar kimi istifadə olunur. Bu kampaniya məqsədyönlü xarakter daşımaqla işğal edilmiş rayonların tarixi-mədəni nöqteyi-nəzərindən Azərbaycana aid olmaması və bununla ermənilərin həmin ərazilərdə məskunlaşmasına bəraət qazandırılmasına yönəldilmişdir. Bu müstəvidə, Azərbaycana məxsus yer adlarının dəyişdirilərək erməni adları ilə əvəz olunması xüsusilə kütləvi hal aldığı bildirilməlidir. Bütün bunlarda başlıca məqsəd gələcəkdə həmin ərazilərin ilhaqının həyata keçirilməsinə "əsas yaratmaq"dır. Xalqımıza məxsus maddi sərvətlərin daha geniş miqyaslarda talan edilməsi məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətə xarici ölkələrin bir sıra firma və şirkətləri də cəlb edilmişdir. Erməni tərəfinin təşkilatçılığı ilə 2004-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının razılığı olmadan ölkəmizin Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərinə 1610 nəfər əcnəbi vətəndaş səfər etmişdir. BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası hal-hazırda işğalçılıq siyasətini davam etdirməkdədir. Azərbaycan Respublikasının Ermənistan və separatçı-terrorçu rejim tərəfindən işğal altında saxlanılan, beynəlxalq nəzarətdən kənar ərazilərində qanunsuz fəaliyyətlərə dair MTN-in əldə etdiyi məlumatlar təsdiqini tapmaqdadır. Milli Təhlükəsizlik Nazirliyi




MÜNAQİŞƏNİN HƏLLİ PROSESİ


1992 28 fevral - Praqada ATƏT-in Ali Ranqlı Rəsmi Şəxslər Komitəsinin 7-ci görüşü. Bu görüşdə tərəflər Azərbaycanın Dağlıq Qarabağ regionunda dərhal atəşkəs rejimi tətbiq etmək, daxili və xarici sərhədlərin toxunulmamazlığına hörmət etmək, onları yalnız dinc yolla və ümumi razılıqla dəyişdirmək və düşmən təbliğatının bütün növlərindən tam imtina edilməsi də daxil olmaqla hər cür ərazi iddialarından imtina etmək əzmində olduqlarını bildirdilər. 24 mart - Helsinkidə ATƏT-in birinci əlavə görüşü. ATƏT-in himayəsi altında Dağlıq Qarabağ münaqişəsi üzrə konfrans çağrılması qərara alınmışdır. 1993-cü il 6 aprel - BMT-nin Təhlükəsizlik Şurasının sədri Kəlbəcərin işğal edilməsini pisləyən bəyanat vermişdir. 25-29 aprel - İslam Konfrası təşkilatı Ermənistanın Azərbaycana qarşı son hücum əməliyyatlırı və Azərbaycan ərazilərinin işğal edilməsini qətiyyətlə pisləyən qətnamə qəbul etmişdir. 30 aprel - BMT Təhlükəsizlik Şurası işğalçı qüvvələrin Kərbəcərdə və Azərbaycanın son vaxtlarda işğal edilmiş digər ərazilərindən dərhal çıxarılmasını tələb edən 822 №-li qətnamə qəbul etmişdir. 11 iyun - Şimali Atlntika Əməkdaşlıq Şurası (ŞAƏŞ) aşağıdakı məzmunda bəyanat vermişdir: "Biz BMT-nin Təhlükəsizlik Şurasının 822 №-li qətnaməsini ürəkdən bəyənirik. Bu qətnamə münaqişədə iştirak edən bütün tərəflər və ölkələr tərəfindən tamamilə və dərhal yerinə yetirilməlidir. Biz hərbi əməliyyatların dərhal dayandırılmasına, bütün işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın son vaxtlarda işğal edilmin digər rayonlarından çıxarılmasına çağırırıq". 29 iyul - BMT Təhlükəsizlik Şurası "İşğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycan Respublikasının son vaxtlarda işğal edilmiş digər rayonlarından dərhal, tamamilə və danışıqsız çıxarılmasını" tələb edən 853 №-li qətnamə qəbul etmişdir. 18 avqust - BMT Təhlükəsizlik Şurası sədri bəyanatla çıxış etmişdir. 14 oktyabr - BMT Təhlükəsizlik Şurası "ATƏT-in Minsk Qrupunun Razılaşdırılmış Qrafikində nəzərdə tutulmuş qarşılıqlı və təcili tədbirlərin dərhal yerinə yetirilməsinə, o cümlədən yaxın vaxtlarda işğal edilmiş ərazilərdəki işğalçı qüvvələrin oradan çıxarılmasına" çağıran 874 №-li qətnamə qəbul etmişdir. 11 noyabr - BMT Təhlükəsizlik Şurası 884 №-li qətnamə qəbul etmişdir. Qətnamədə Zəngilan rayonunun və Horadiz şəhərinin işğal edilməsi, mülki əhaliyə hücumlar edilməsi, Azərbaycan Respublikasının ərazilərinin bombardman edilməsi pislənilmiş, işğalçı qüvvələrin zəngilan rayonu ərazisindən və Horadizdən çıxarılması, Azərbaycan Respublikasının-in son vaxtlar işğal edilmiş digər regionlarından işğalçı qüvvələrin çıxarılması tələb edir. 1994-cü il 10-11 yanvar - ŞAƏŞ üzvü olan ölkələrin dövlət və hökumət başçıları bəyanat qəbul edərək "Ərazi əldə etmək üçün qüvvədən istifadə edilməsini pisləmiş, Ermənistanın, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə hörmət edilməsi regionda sülhün, sabitliyin və əməkdaşlığın bərqərar edilməsi üçün zəruri olması " bildirilmişdir. 15 aprel - MDB iştirakçısı olan ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmamazlığına hörmət edilməsi barədə MDB-nin Deklarasiyası qəbul edilmişdir. Ermənistan MDB-nin iştirakçısı olduğu halda bu deklarasiyaya qoşulmayan yegan ölkə olmuşdur. 12 may - Atəşkəs haqqında Saziş qüvvəyə minmişdir. 9-10 iyun - Şimali Atlantika Şurasının nazirlər səviyyəsində müşavirəsi Deklarasiya qəbul etmişdir. Nazirlər "Razılaşmışlar ki, münahişənin tədricən həll edilməsinə doğru aparan addım-addım sülh prosesi, o cümlədən münaqişənin yayılmaması və qoşunların işğal edilmiş ərazilərdən çıxarılması və köçkünlərin BMT Təhlükəsizlik Şurası qətnamələrinə müvafiq olaraq öz yerələrinə qaytarılmasından ötrü zəruri şərait yaradılması üçün səmərəli atəşkəs və komprmis ruhunda kostruktiv danışıqlar aparılması vacibdir" 5-6 dekabr - ATƏT-in Budapeşt Sammini. "Dağlıq Qarabağ münaqişəsi barədə ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi haqqında " qərar qəbul edilmişdir. Bu sənədə müvafiq olaraq "Silahlı münaqişənin dayandırılması baradə siyası saziş bağlaılması üçün çevik danışıklar aparılmasına dair Minsk Konfransının həmsədrlər təssisatı yaradılmışdır. Bu danışıklar münaqişənin bütün tərəflər üçün doğulduğu əsas nəticələri azaldar və Minsk Konfransını çağırmağa imkan verər. Beləliklə Budapeşt Sammiti tənzimləmə prosesi üçün iki mərhələli hüquqi hədlər müəyyən etmişdir: 1) birinci mərhələ- sazişin yerinə yetirilməsi yolu ilə silahlı münaqişənin nəticələrinin azaldılması, yəni işğal olunmuş ərazilərin tam azad edilməsi və zorla köçürülmüş şəxslərin öz yerlərinə qaytarılması; 2) İkinci mərhələ- münaqişənin tam və hərtərəfli tənzimlənməsi üçün Minsk Konfransının çağırılması ". Budapeşt Sammiti həm də siyasi saziş bağlanandan sonra ATƏT-in sülhyaratma işinin təsis olunması haqqında qərar qəbul etmişdir. 1995-ci il Münaqişəyə son qoyulmasına dair sazişin hazırlanması ilə bağlı danışıqlar aparılmışdır. 1996-cı il 2-3 dekabr - ATƏT-in Lissabon Sammiti. ATƏT-in sədri tərəfindən verilmiş bəyanat Ermənistan müstəsna olmaqla ATƏT-in üzvü olan bütün 53 dövlət tərəfindən dəstəklənmişdir. Bəyanat Ermənistan və Azərbaycan arasında münaqişənin tənzimlənməsinin 3 prinsipinə aiddir: 1) Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü; 2) Dağlıq Qarabağın hüquqi statusu Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək dərəcədə muxtariyyət verən öz müqəddəratını təyin etmək əsasında sazişlə müəyyən edilir; 3) Dağlıq Qarabağın və onun bütün əhalisinin təhlükəsizliyinə təminat verilir, o cümlədən tənzimləmənin şərtələrinə bütün tərəflərin riayət etməsinin təmin olunması barədə qarşılıqlı öhdəliklər götürülür. 1997-ci il 22 aprel - Avropa Şurasının Parlament Assambleyası Zaqafqaziyada münaqişələrə dair 1119 №-li qətnamə qəbul etmişdir. Qətnamədə göstərilir ki, regiondakı münaqişələrin tənzimlənməsi 1975-ci il Helsinki yekun aktında və 1990-cı il Paris xartiyasında müəyyən edilmiş prinsiplər əsasında həyata keçirilməlidir: Sərhədlərin toxunulmamazlığı; münaqişənin əhatə etdiyi ərazilərdəki bütün insanlar üçün təhlükəsizliyə təminat, o cümlədən beynəlxalq sülhyaratma qüvvələrindən istifadə edilmiklə təminat verilməsi; Abxaziya və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu münaqişələrə cəlb edilmiş bütün tərəflər arasında danışıqlar yolu ilə müəyyən edilməlidir; Qaçqınların və məcburi köçkünlərin öz yerlərinə qayıtmaq hüququ və onların insan hüquqları baxımından reinteqrasiyası. 1 iyun - Həmsədr münaqişənin tənzimlənməsi üçün "Kompleks plan" təqdim etmişdir. Bu təklifin əsas ideyası qarşıdurmanın iki əsas məsələsi barədə paralel danışıqlar aparılmasından ibarətdir: Silahlı qüvvələrin işğal edilmiş regionlardan çıxarılması və Dağlıq Qarabağın sratusunun müəyyən edilməsi. Bu plandan imtina edən Ermənistandan fərqli olaraq Azərbaycan həmin planı bəzi qeyd-şərtlərlə qəbul etmişdir. 19 sentyabr - Həmsədr münaqişənin "addım-addın tənzimlənməsi" planını təqdim etmişdir. Bu plana əsasən münaqişənin aşağıdakı sxem üzrə iki mərhələdə tənzimlənməsi nəzərdə tutulurdu. Birinci mərhələdə işğalçı silahlı qüvvələr keçmiş DQMV ərazisində yerləşən altı rayondan (Laçın rayonu müstəsna olmaqla) çıxarılmalı, mülki əhali öz yerlərinə qaytarılmalı və komminikasıiya əlaqaləri bərpa edilməli; İkinci mərhələdə Dağlıq Qarabağın statusu, eləcə də Laçının və Şuşanın statusu müəyyən edilməlidir. 1998-ci il 9 noyabr - ATƏN-ni həmsədri münaqişənin tənzimlənməsi üçün "ümumi dövlət" adlanan yeni plan təklif etimşdir. Azərbaycan tərəfi bu planın danışıqlar üçün əsas kimi qəbul edilməsindən imtina etmişdir, çünki həmi plan beynəlxalq hüqüqün norma və prinsiplərinə, eləcə də milli qanunvericiliyə müvafiq deyildir. Azərbaycan münaqişənin addım-addım tənzimlənməsi planı barədə həmsədrin əvvəlki təklifi əsasında ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları bərpa etməyə hazır olduğunu təsdiq etmişdir. 1999-2002-ci illər Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa danışıqlar. Prezidentlər 20 dəfədən çox görüşmüşlər, hələlik heç bir nəticə əldə edilməmişdir. 2002-ci il 12 iyul - Avropa İttifaqının və Azərbaycanın qarşılıqlı əlaqələr komitəsinin yekun sənədində Avropa İttifaqının münaqişənin dinc yolla tənzimlənməsinin əsası kimi Azərbacynın ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiq etmişdir. 2 avqust - Avropa İttifaqı Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunuda qaondarma "Prezident seçkiləri" keçirilməsini pisləmişdir. 2003-cü il 11 dekabr - Genevrədə Azərbaycan Prezidenti cənab İ.Əliyev Ermənistan prezidenti ilə ilk dəfə görüşmüşdür. 2004-cü il 29 oktyabr - BMT Baş Assambleyası özünün Baş Kommitəsinin tövsiyyəsinə müvafiq hərəkət edərək cari gündəliyə "Azərbaycanın işğıl edilmiş ərazilərində vəziyyət adlı əlavə bənd daxil edilməsi haqqında qərar qəbul etmişdir. Bu qərarın lehinə 43 səs, əleyhinə bir səs (Ermənistan) verilmiş, 99 dövlət bitərəf qalmışdır". 2005-ci il 25 yanvar - Avropa Şurasının Parlament Assambleyası cənab D.Atkinsonun hesabatına müvıfiq olaraq ATƏT-in Minsk konfransının məşğul olduğu Dağlıq Qarabağ regionunda münaqişə barədə 1416 №li qətnamə qəbul etmişdir. 25 fevral - ATƏT-in Minsk Qrupu tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində təhqiqat barədə missiyanın hesabatı missiyanın rəhbəri xanım Emili Xaber tərəfindən imzalanmışdır. Xarici İşlər Nazirliyi





Humanitar fəlakət

SOYQIRIM


XIX əsrin əvvəllərində çar Rusiyası (İran və Rusiya arasında Azərbaycan ərazilərinin bölüşdürülməsinə dair 1813-cü il Gülüstan və 1828-cü il Türkmənçay müqaviləsi imzalandıqdan sonra) qədim Azərbaycan torpaqlarında bufer zona yaratmaq məqsədi ilə "erməni dövləti" qurmaq planını həyata keçirməyə başlamışdır. Hələ 300 il əvvəl gələcək imperiyanın konturları barədə düşünən rus imperatoru I Pyotr cənuba göndərdiyi qasidlərə tapşırmışdı: "Onları (erməniləri) tovlayıb bizim torpaqlara gətirməyə çalışmaq lazımdır ki, Rusiyanın istinadgahı olsun". Bu məqsədlə İran və Türkiyə ərazisində yaşayan 300 minə qədər erməni XIX əsrin birinci yarısında Azərbaycana köçürülmüş və İrəvan (indiki Yerevan), Dağlıq Qarabağ, Naxçıvan, Zəngəzur, Dərələyəz, Ordubad, Vedibasar və digər ərazilərdə yerləşdirilmişdir. Lakin ermənilərin Azərbaycan ərazilərinə köçürülmələrinə baxmayaraq, azərbaycanlılar bu ərazilərdə sayca ermənilərdən üstünlük təşkil edirdi. Məsələn, 1886-cı ildə Gəncə quberniyasının Zəngəzur qəzasındakı 326 kənddən yalnız 81-i erməni kəndi olmuşdur. İrəvan qəzasında əhalinin 66 faizi azərbaycanlı, 34 faizi isə ermənilərdən ibarət idi. Bu ərazilərdə ermənilərin çoxluq təşkil etməsi məqsədilə azərbaycanlılara qarşı soyqırım siyasətinə əl atılmış, ermənilər çar Rusiyası tərəfindən gizli silahlandırılaraq, hərbi dəstələr yaradılmışdır. İndiki Ermənistan və Dağlıq Qarabağ ərazisindən azərbaycanlıların kütləvi çıxarılması, dinc əhaliyə qarşı zorakılıq, vəhşiliklər Rusiya hökumətinin himayəsi və köməyi ilə XX əsrin əvvəllərində, xüsusilə 1905-1907-ci illərdə xüsusi vüsət almışdır. Azərbaycanın Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Qazax, Qarabağ əyalətlərində yüzlərlə kənd yandırılmış, əhali uşaqdan böyüyə qədər amansızcasına qətlə yetirilmişdir. 1918-1920-ci il hadisələri, mart soyqırımı 1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin bolşevik Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək Bakıya göndərmişdir. Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək adı ilə erməni daşnaklarının silahlı qüvvələrinin gizli niyyətləri üçün şərait yaratmışlar. Martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını başlamışdır. Stepan Şaumyanın etirafına görə, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin altı min silahlı əsgəri, eyni zamanda "Daşnaksutyun" partiyasının 3-4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişdir. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: "Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər". Ümumiyyətlə, XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş iki qırğın zamanı (1905-1907-ci illər, 1918-1920-ci illər) 2 milyona yaxın azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmiş, öz ev-eşiyindən zorla qovulmuşdur. Mart qırğını zamanı Bakı şəhərinin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadınının meyiti tapılmışdır. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün isə ermənilər şəhərin müvafiq yerlərində əvvəlcədən pulemyotlar yerləşdirmişdilər. İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill "İnsanlar belə imişlər" adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin ingilislərin və Rusiyanın yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək təkcə Bakıda mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir. Daşnakların azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmamışdır. Qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qarsda da azərbaycanlıların qırğını törədilmişdir. 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir. 1918-ci iln aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir. (ADR hökuməti, Fövqəladə İstintaq Komissiyasının materiallarından) 1920-ci ilin mayında ermənilərin və XI Qızıl Ordunun iştirakı ilə Gəncədə 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdir. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyası 1943-cü il Tehran konfransı zamanı Sovet-İran münasibətləri müzakirə edilərkən, erməni diasporu SSRİ Xarici İşlər naziri V.Molotovdan İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş etmişdir. Molotov Tehranda məsələni SSRİ KP MK-nın sədri İ.Stalinə çatdırır və ermənilərin köçürülməsinə razılıq verilir. Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Q. Arutyunov bundan istifadə edərək xaricdəki ermənilərin Ermənistana köçü bəhanəsi ilə azərbaycanlıların Ermənistandan zorla çıxarılması barədə qərar verilməsinə nail olur. 1947-ci il dekabr ayının 23-də SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar çıxarır. Stalin tərəfindən 1948-1953-cü illərdə həyata keçirilən azərbaycanlıların növbəti deportasiyası zamanı ermənilərin xüsusilə diqqət mərkəzində saxladıqları məsələ iqtisadi, sosial və mənəvi cəhətdən güclü, strateji əhəmiyyətli azərbaycanlı yaşayış məntəqələrinin boşaldılması idi. Bu səbəbdən ilk mərhələdə İrəvan şəhəri (indiki Yerevan şəhəri) yaxınlığınldakı yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, sonra isə rayon mərkəzləri, ətraf kənd və qəsəbələrin əhalisi köçürülmüşdür. Deportasiyaya məruz qalan əhalinin bir hissəsi Ermənistanın dağ rayonlarında yaşadığı üçün Kür-Araz ovalığındakı iqlim şəraitinə çətin alışmışdır. Bu səbəbdən də Kür-Araz ovalığına köçürülmüş on minlərlə azərbaycanlı arasında kütləvi ölüm halları qeydə alınmışdır. Digər tərəfdən, Ermənistandan köçürülən bir nəfər də azərbaycanlı Dağlıq Qarabağ ərazisinə buraxılmamışdır. Əksinə "Böyük Ermənistan" ideyasının həyata keçirilməsi istiqamətində bu ərazinin azərbaycanlılardan boşaldılması işi planlı surətdə davam etdirilmiş və daxili köçürmə adı ilə 1949-cu ildə Dağlıq Qarabağdan 132 ailə (549 nəfər) Azərbaycanın Xanlar rayonuna köçürülmüşdür. Eyni zamanda Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi əməliyyatı həyata keçirilmişdir. 1947-1953-cü illərdə azərbaycanlılar yaşayan 60 məntəqənin adı dəyişdirmişdir. Ümumiyyətlə isə, 1921-1988-ci illərdə Ermənistanda yüzlərlə türk mənşəli yaşayış məskəninin adı dəyişdirilmişdir. Deportasiya zamanı ermənilərin həyata keçirdikləri hiyləgərlik isə ondan ibarət idi ki, rayon və şəhərlərin əhalisi az sayda azərbaycanlı qalmaq şərti ilə köçürülmüşdür. Azlıqda qalan əhali isə növbəti mərhələdə - Ermənistan ərazisinin tamamilə azərbaycanlılardan "təmizlənməsi" əməliyyatı zamanı ölkədən çıxarılmışdır. Azərbaycanlıların 1988-1989-cu illərdə Ermənistandan deportasiyası 1988-ci ilin yanvarından etibarən "türksüz Ermənistan" siyasəti planlı şəkildə həyata keçirilməyə başlanmışdır. Ermənistan hökuməti, "Qarabağ" və "Krunk" komitələri, Eçmiədzin kilsəsinin nümayəndələri SSRİ rəhbərliyinin himayəsi ilə azərbaycanlıların qovulması prosesində minlərlə qanlı aksiyalar törətmişlər. Etnik təmizləmə nəticəsində Ermənistanın 185 yaşayış məntəqəsi boşaldılmış, 250 mindən artıq azərbaycanlı və 18 min kürd öz ev-eşiyindən zorla qovulmuş, 217 azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmişdir. Bunlardan 49 nəfəri ermənilərin əlindən qaçarkən dağlarda donmuş, 41 nəfər qəddarlıqla döyülərək qətlə yetirilmiş, 35 nəfər işgəncələrlə qətlə yetirilmiş, 115 nəfər yandırılmış, 16-sı güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyərək infarktdan ölmüş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərayanına verilərək, başları kəsilərək qətlə yetirilmişdir. Xocalı soyqırımı