K Ə L B Ə C Ə R
B A T A L Y O N U

-  Ə F S A N Ə V İ  A L A Y  və  D Ö Y Ü Ş  Y O L U  -
Kəlbəcər Batalyonu və Əfsanəvi Alayı   

Qarabağ müharibəsinin iştirakçısı olmuş Akif Kamalın ikinci kitabıdır. Kitabda xalqımızın qəhrəmanlıq və döyüş ənənələri, vətənə məhəbbəti, düşmənə nifrəti, qələbəyə inamı, torpaq, yurd, bayraq sevgisi yüksək vətənpərvərlik hissləri ilə tərənnüm edilmişdir. Kitab Qarabağ müharibəsi tarixinin kiçik bir hissəsini əhatə etməklə, müasir Azərbaycan ordusunun və onun bölmələrinin yaradılmasından və keçdiyi Şərəfli döyüş yollarından bəhs edir.
 
Kitabda erməni işğalçılarına qarşı xalqımızın igid oğullarının apardığı çoxsaylı döyüşlər haqqında xatirələr, Şəkillər və sənədli hekayələr toplanmışdır.

Kəlbəcər Batalyonu və Əfsanəvi Alayı kitabı canlı döyüş salnaməsi olmaqla gənc nəslin vətənpərvərlik və qəhrəmanlıq ruhunda təlim-tərbiyəsinə mühüm töhfədir.

1/1

><
1/4

Özünümüdafiə Batalyonu yaradılır
 

22 sentyabr 1991-ci il Iki gündür ki, Kəlbəcər rayon İcraiyyə komitəsinə Özünümüdafiə Batalyonu təşkil etmək barədə məktub gəlib. Dünən rayon İcraiyyə komitəsində iclas keçirildi. Bizə-yəni, rayon İcraiyyə komitəsinin işçilərinə özünümüdafiə batalyonunun yaradılması barədə göstəriş verildi. Bu işə müavin Hilal müəllim rəhbərlik edəcək. Konkret tapşırıqlar verildi. Mən, Bayramov Ələkbər, Sadıqov Fərhad, Mehdiyev Əbülfəz, Quliyev Seyfəddin, Əhmədov Tofiq və digər yoldaşlar Özünümüdafiə Batalyonu təşkil etmək üçün işə başladıq. Əvvəlcə 3 saylı orta məktəbin bir hissəsini və idman zalını əsgər yataqxanası üçün uyğunlaşdırmalıyıq.
Buna görə biz məktəbin bir hissəsinə ara kəsdik, Qılışlı peşə məktəbindən və İstisu sanatoriyasından çarpayı, yorğan-döşək, qab-qacaq 14 və digər əşyalar gətirdik. Biz bu işləri bircə gündə yerinə yetirdik. Bütün bu əşyaların hamısını özümüz maşınlara yüklədik, boşaltdıq və idman zalına daşıdıq. Artıq məktəbin bir hissəsi və idman zalı qaydaya salınıb. Axşam İcraiyyə komitəsinin sədrinə məlumat verdik. Əsgər və zabitlərin batalyona çağırılması üçün hərbi komissarlıq qarşısında tapşırıq qoyuldu. 400 nəfər rus ordusunda xidmət etmiş, silahla davranış qaydalarını bilən, ehtiyatda olan bacarıqlı əsgər və zabitlər batalyonda xidmətə çağırılacaq. Biz öz öhdəmizə düşən işləri vicdanla və həvəslə yerinə yetirir, artıq öz ölkəmizin ordusu olacağına sevinirik.

1 oktyabr 1991-ci il Bu gün rayon hərbi komissarının çağırışı ilə qərərgaha gəlmiş 450 nəfərədək gənci 3 saylı məktəbdə-qərərgahda qeydiyyata aldıq. Bununlayanaşı, demək olar ki, Kəlbəcərin əli silah tutan gənclərinin əksəriyyəti orduya yazılmaq və döyüşlərə getmək üçün qərərgaha gəlmişdilər. Biz seçdiyimiz əsgər və zabitləri batalyonun şəxsi heyətinə daxil etdik. Ərzaq olmadığından və yataq yerləri tam hazır olmadığından biz onların oktyabrın 4-də yenidən qərərgaha gəlmələrini tapşırdıq. Mən və Fərhad bütün günü onları qeydiyyata almaqla məşğul olduq. Biz əsasən zabitlərin və bacarıqlı əsgərlərin seçilməsinə diqqət yetirirdik. Lakin komandirin təyin edilməməsi və batalyonun ştat cədvəllərinin olmaması ucbatından çətinliyimiz var. Çağırılan zabit və əsgərlərin hansı vəzifəyə təyin edilməsində çətinlik çəkirik.
Biz-İcraiyyə komitəsinin işçiləri-hamımız batalyonu yaratmağı, həmin batalyonda xidmət etməyi və beləliklə, Kəlbəcəri qorumağı qarşımıza məqsəd qoymuşuq. Hərbçi olmaq üçün, əvvəlcə, hər bir kəsdə həvəs və maraq olmalıdır.

8 oktyabr 1991-ci il Oktyabrın ayının 4-də qərərgaha gələnləri qeydiyyata almaqla məşğul olduq. Amma batalyonun komandiri və digər zabitlər təyin olunmayıb. Müvəqqəti qərərgah yaratmışıq. Artıq hərbi hissə üçün məktəbin bir hissəsi qaydaya salınıb. Bunun üçün su, işıq xətti çəkilib, əl- üz yuyulan yer, mətbəx, və əsgər yeməkxanası hazır vəziyyətdədir. Hər gün gecəyarıyadək işləyirik.

9 oktyabr 1991-ci il Oktyabrın 4-dən etibarən Kəlbəcər Özünümüdafiə Batalyonu fəaliyyət göstərir. Konkret vəzifə bölgüsü olmadığından və komandir təyin edilmədiyindən, mən, Fərhad və Ələkbər bu işi öz öhdəmizə götürməklə Batalyonu idarə edir, 150 nəfərədək könüllü döyüşçülərlə 15 Batalyonun təşkili işində gecəli-gündüzlü çalışırıq. Kəlbəcər Batalyonu ilə eyni vaxtda Bakı, Ağdam, Tərtər, Goranboy, Xanlar, Şuşa, Qazax, Tovuz, Gədəbəy, Zəngilan, Laçın, Qubadlı, Fizuli, Cəbrayıl və s. bölgələrdə də özünümüdafiə batalyonlarının yaradılmasına başlanılıb.

21 noyabr 1991-ci il 9 oktyabr 1991-ci il tarixdə Azərbaycan Müdafiə Nazirliyinin yaradılması barədə qərar verilib. Bir neçə gün əvvəl general Dadaş Rzayev Kəlbəcərə gəldi və batalyonun artıq fəaliyyət göstərdiyini gördü. Hərbi komissarın təqdimatı ilə baş leytenant Asif Yusif oğlu Süleymanovu-komandir, baş leytenant Tahir Yusif oğlu Mehdiyevi-qərərgah rəisi, leytenant Akif Haqverdi oğlu Kamalovu-(məni) təchizat üzrə komandirin müavini vəzifələrinə təyin etdi. General digər zabitlərin xidmətə çağırılması, onların vəzifələrə təyin edilməsi, əsgərlərin hazırlığı, silah və sursatın əldə olunması, Kəlbəcər ərazisinin qorunması işlərini bizə həvalə edib getdi... Bir aydan artıq dövr ərzində fəaliyyət göstərən batalyonla Kəlbəcərin müdafiəsini təşkil etməyə çalışırıq. Şəxsi heyətin sayı-zabitlər və könüllü döyüşçülərlə birlikdə-250 nəfərdir. Bunların içərisində rus ordusundan yarımçıq qayıdan əsgərlər də var. Bununla belə 300 nəfər 18 yaşlı çağırışçı əsgər qəbul etməyə hazırlaşırıq. Bunu qeyd edim ki, 1991- ci ildə Azərbaycanın heç bir bölgəsində əsgəri çağırış olmayıb.

Lakin bizkönüllü döyüşçülərlə bərabər çağırış yaşında olan əsgərləri də şəxsi heyət sıralarına qəbul edəcəyik. Komandir, qərərgah rəisi və mən birlikdə məsləhətləşərək 26 nəfər zabiti vəzifələrdə yerləşdirmişik. Mənim iş yoldaşlarımdan heç kim batalyonda xidmət etmək üçün qalmadı... Biz hər gün könüllü döyüşçülərlə təlimlər keçir, silahlardan istifadə qaydalarını öyrənir və öyrədirik. Batalyon komandiri baş leytenant Asif Süleymanov zabit və əsgərlərin siyahısını-ştat cədvəlinitəsdiq edilməsi üçün Bakıya Müdafiə Nazirliyinə aparıb, lakin əmr hələ gəlməyib. Batalyona 117 ədəd kiçik çaplı TOZ-8 tüfəngi gətirmişik, məktəblərdə olan təlim avtomatlarını toplayıb usta Dumana düzəltdiririk. Bundan başqa ruslardan 24 ədəd avtomat almışıq. Əsgər yeməkxanası qaydaya salınıb. Ərzaq və mətbəx sobalarının gətirilməsi üçün baş leytenant Üzeyir Şahbazovu Bakıya göndərmişəm. 50 nəfərin eyni vaxtda yuyunması üçün yer düzəltdirmişəm. Zabitlər üçün Gəncə şəhərindən 15 dəst hərbi paltar alıb gətirmişəm, 10 dəst paltarı isə komandir Bakıdan gətirib. Batalyona 30 ədəd güclü yük maşını 16 götürmüşük. Onların sürücülərini də şəxsi heyətin siyahısına daxil edəcəyik və onlara əmək haqqı veriləcək. Batalyonun əsas çətinliyi isə silah və sursat əldə etməkdir. Bunun üçün əhalidən xeyli pul toplanıb. Gündəlik yazmağa isə vaxt yoxdur. Əsgər və zabitlərin döyüş hazırlığı təlimlərini təşkil edir, təchizat işləri ilə məşğul oluram. Başımı qaşımağa vaxtım olmur. Gecə-gündüz işləyirəm, bəzən elə batalyonda öz otağımda yuxulayıram. Hər hansı görülən iş insana zövq verir.
 
********************************************

Kəlbəcər Batalyonunun ilk komanda heyəti
Komandir
 

-kapitan Asif Yusif oğlu Süleymanov Qərərgah rəisi
-baş leytenant Tahir Yusif oğlu Mehdiyev Komandirin təch. üzrə müavini
-leytenant Akif Haqverdi oğlu KamalovKomandirin tərb. iş.üzrə müavini
-baş leytenant Xalid Əli oğlu HümbətovQərərgah rəisinin köməkçisi
-leytenant Fehruz Bəyiş oğlu AlışovRabitə rəisi
-leytenant Seyfəli Orucov
Avtomobil xidməti rəisi
-kiçik leytenant Mehdi Əli oğlu Şahüseynov
Ərzaq xidməti rəisi
-gizir Tofiq Qasım oğlu Rzayev
Əşya xidməti rəisi
-baş leytenant Üzeyir Şahbazov 
Maliyyə rəisi
-Fəxrəddin Heydər oğlu Mikayılov
Silah və sursat rəisi
-baş leytenant Firudin Məhəmməd oğlu Mehdiyev
Istehkam tağımı komandiri
-leytenant Rəsul Sultan oğlu Əmirov 
Tibb xidməti rəisi
- baş leytenant Muradxan Fərzanov 
Tibb xidməti feldşeri
-Mələk İsmayıl qızı Əliyeva
1-ci bölük komandiri
-leytenant Ziyafət Tağıyev 
Müavin
-baş leytenant Çıraq Bayramov 
1-ci tağım komandiri
-Dadaş Cəmil oğlu Hacıyev
2-ci tağım komandiri
-Vüqar Qənbər oğlu Qurbanov
3-ci tağım komandiri
-leytenant Hicran Asif oğlu Abbasov 
2-ci bölük komandiri
-leytenant Akif Bəhmən oğlu Mirzəliyev
1-ci tağım komandiri
-baş gizir Arif Abbas oğlu Abbasov 
2-ci tağım komandiri
- baş leytenant Akif Şikar oğlu Quliyev
3-ci tağım komandiri
-Tahir Misir oğlu Həşimov
3-ci bölük komandiri
-leytenant Məzahir Əli oğlu Sadıqov 
1-ci tağım komandiri
-Habil Əli oğlu Sadıqov 
2-ci tağım komandiri
-İlqar Əsədov
3-ci tağım komandiri
-Nemət Əjdər oğlu Nadirov 
Baş çavuş
-Nəriman Hüseyn oğlu Məmmədov
4-ci bölük komandiri
-leytenant Hüseyn Məmməd oğlu Nəbiyev
1-ci tağım komandiri
- Sərdar Məhəmməd oğlu Cəfərov 
2-ci tağım komandiri
- Habil Rəşid oğlu Mürsəlov
3-ci tağım komandiri
- Nizami Məmməd oğlu Məhərrəmov Baş çavuş
-Şəmsəddin Əli oğlu Məmmədov 5-ci bölük komandiri
- baş l-nt Ələddin Ələsgər oğlu Əhmədov Müavin
- Zahid Əlif oğlu Quliyev 1-ci tağım komandiri
-leytenant Nəsib Kərimov Baş çavuş-Əjdər Nəsibov

Batalyonun keçdiyi əməliyyatlar

ÇAPAR ƏMƏLİYYATI

“Təlbəcərin Ağdaban kəndi bölgənin şimal-şərqində Dağlıq Qarabağın Ağdərə bölgəsinin ermənilər yaşayan Çapar, Kərəmli, Həsənriz kəndləri ilə sərhəddə yerləşir. ”

— Kəlbəcər Batalyonu və Əfsanəvi alay

Məlumatlar "KƏLBƏCƏR BATALYONU VƏ ƏFSANƏVİ ALAY" KİTABINDAN GÖTÜRÜLMÜŞDÜR.

KİTABIN TƏRTİB EDİB ƏRSƏYƏ GƏTİRƏNƏ MİNNƏTDARLIĞIMIZI BİLDİRİRİK.


                                                                                                                                                             Rəşad Abdullayev

Ətraflı məlumat üçün :           Akif Kamal 

Əlaqə üçün :                       +994502559197

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev