Görkəmli şəxslər haqqında məlumat
 

Kəlbəcər rayonu üzrə 73 nəfər elmlər doktoru və professor vardır. Onlardan:

Həsənov Eldar Hümmət oğlu - hüquq elmləri doktoru, general-leytenant,  iqamətgahı Belqrad şəhərində olmaqla Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri.

Əmiraslanov Yusif Əbülfət oğlu - Moskva A.V.Vişnevski adına Cərrahiyyə İnstitutunun professoru, tibb elmlər doktoru.

Əsgərov Şahlar Qaçay oğlu - BDU-nin professoru, fizika-riyaziyyat elmləri doktoru.

Həsənov Şahin Hümmət oğlu -  Azərbaycan Texniki Universitetin “Avtomobil daşımaları və yol hərəkətinin təhlükəsizliyi” kafedrasının professoru,Texniki elmlər doktoru,"Müdafiə şurası"nın üzvü,"Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvü"

Quliyev Sabir Əli oğlu - texnika elmləri doktoru.

Əbülhəsənov Ramiz Əli oğlu - Moskva Ürək-damar Cərrahiyyə Klinikasının cərrahı, tibb elmləri doktoru.

Həbibov Sabir Qaçay oğlu - Moskva 79-cu Klinik Xəstəxanada Ensiklopedik cərrahiyyə şöbəsinin müdiri, tibb elmləri doktoru.

Nəsib Nəbioğlu - Rusiya Federasiyası Yazıçılar Birliyinin üzvü, Rusiya Turizm Şurasının məsul katibi.

Qasımov Cəlal Cəlil oğlu - Slovakiya Respublikası Bratislava Texniki Universitetinin professoru, texnika elmləri doktoru.

Mirzəyev Əli Sarı oğlu - filologiya elmləri doktoru.

Əhmədov Yusif Kərəm oğlu - professor .


 

Bunlardan başqa onlarla elmlər namizədi respublikanın müxtəlif tədris müəssisələrində fəaliyyət göstərir.

QƏNBƏR ŞƏMŞİROĞLU
Qənbər Şəmşiroğlu 16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1950-ci ildə Yanşaq kənd orta məktəbində təhsilini bitirdikdən sonra bir il kəndli-gənclər kursunda işləyib. 1951-ci ildə Ağdam İkillik Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib.
 
1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər rayon Partiya komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1958-ci ildə Bakı Ali Partiya məktəbinə göndərilib. 1961-ci ildə qiyabi yolla N.Tusi adına institutu, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyası yanında Ali Partiya məktəbini bitirib.
 
1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbidə direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbidə direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından Azərittifaqda baş müşavir, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı işləyib.
 
16 noyabr 2008-ci ildə 75 illik yubileyi qeyd olunmuşdur.
Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, Aşıq Şəmşir Mədəniyyət ocağı İctimai Birliyinin sədri və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Ziyalılarımız və onların elmi və iş həyatları . 

Məlumatlarda köməyə görə
ADPU-nun dosenti, fəlsəfə doktoru Mirvari Verdiyeva-ya minnətdarıq.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev