Ölümün insafı yox, vaxtlı, ya vaxtsız gəlir...


Həmyerlim, həmdərdlım və məsləkdaşım t.ü.f.d., travmatoloq Sabir Mirzəyevin vaxtsız vəfatından kədərlənərək...


Ölümün insafı yox, Vaxtlı ya, vaxtsız gəlir. Seçmir quldur, ağadır, Baxtlı ya, baxtsız, gəlir. Bir üzə gülməyi yox, Özünün ölməyi yox. Kimsənin köməyi yox, Gəlir, allahsız gəlir. Hər cür ünvana varır, Fidanları qoparır. Yaxşıları aparır, Gəzir silahsız, gəlir. Baxmır hansı məqamdı, Qocadı ya, cavandı. Dosta canımız yandı, Necə insafsız gəlir. Duymadı, yaş tökmədi, Doymadı, göz çəkmədi. Bircə adam əkmədi, Bəhrəsiz, barsız gəlir. Vaxtı çatdı, nə insaf, Bəxşiş almır nainsaf. Sən də, hazır ol, Zərraf, Əzrail arsız, gəlir... Bakı. 13. 02. 2018.

Allah sənə rəhmət eləsin, əziz dostum! Məkanın cənnət olsun! Ailənə, qohumlarına, dostlarına, səni sevənlərə Allah səbr versin! Bu dunya duracaq yer deyil!... 

Zərraf Şirinov

Kəlbəcərin tanınmış ziyalısı, şair və hamının dadına çatmağa tələsən peşəkar cərrah

#Ziyalilar

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev