top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Ölkədə aparılan islahatların vacib elementinə çevirilən ''Azərbaycan Dəmir Yolları''

Sonuncu Davos İqtisadi Forumunda Ukraynanın Baş naziri Aleksey Qonçaruk maraqlı və diqqətçəkən bir bəyanatla çıxış etdi. Baş nazir bəyan etdi ki, Ukrayna özünün dövlət dəmir yolu konserni olan «Ukrzaliznıtsıya» SC-ni 10 il müddətinə Almaniya milli dəmir yolları operatoruna (Deutsche Bahn AG) idarəetməyə vermək niyyətindədir. Ukraynada ciddi rezonans doğuran bu sövdələşmə hazırda ictimai-siyasi dairələrdə qızğın müzakirələrə səbəb olub. Qeyd edək ki, «Ukrzaliznıtsıya» SC dövlət şirkətidir və Ukraynada ən nəhəng işçi sayına malikdir. Milli dəmiryolu sistemində 260 min adam çalışır. Dövlət konserni 20 min kilometr uzunluğunda olan dəmir yolunu idarə edir. Bütün inkişaf etmiş ölkələrdə dəmir yolları strateji infrastruktur sayılır və bununla dövlət məşğul olur. Ukraynanın strateji dövlət sahəsini xarici dövlətə vermək niyyəti bir sıra məqamları təhlil etməyi zəruri edir. Məlumdur ki, Almaniyanın “Deutsche Bahn” şirkəti dəmir yolunun idarəçiliyini üzərinə götürməsi və ya xidmət göstərməsi Kiyevə havayı başa gəlməyəcək. Bu, ilk növbədə bu milyonlarla avro xərc deməkdir. Bundan başqa bu məsələ bir çox parametlərinə görə, dövlət marağının hansı şərtlərlə qorunub saxlanmasının aydın izahını tələb edir. Qərarın riski həmdə ondan ibarətdir ki, dövlət şirkəti icarədarlar və daşınma qurumları qarşısında böyük miqdarda borca düşə bilər. Bu zaman şirkətin öz borclarını aksiyalarla dəyişmək cəhdi mümkündür, bu isə borca görə dövlət şirkətinin satılması demək olacaq. Burada ən böyük risk isə yükdaşıma istiqamətində dövlətin yönətimini itirməkdir. Xarici idarəetmə istər-istəməz kənar maraqları nəzərə almağı vacib edir və dövlətin strateji baxışında korrektləri tələb edir. Məsələn, almanlar üçün Ukrayna ərazilərində yük daşımalarına nəzarəti ələ almaq maraqlı ola bilər. Odur ki, xarici şirkətin belə cəhdləri istisna olunmur. Digər tərəfdən xarici şirkətin yük daşımalarını özəlləşdirməsi ciddi qiymət artımına səbəb ola bilər. Yük daşımaları ilə bağlı belə qəliz vəziyyət həmçinin əsl maraq müharibəsinə səbəb ola bilər. Bu seqmentə nəzarət üstündə təkcə xarici investorlar yox, yerli oliqarxlar da mübarizə aparacaq. Bu zaman dövlət maraqlarına necə əməl olunacağına təminat yoxdur. Ayrı-ayrı maraq qruplarının lobbiçiliyi isə strateji sahənin idarəçiliyində şübhəli sövdələşmələrə yol açacağı istisna olunmur. Müşahidəçilərin fikrincə, Ukrayna ilk olaraq dəmiryolundakı çətinliklərini, tarifləri, maliyyənin düzgün idarə olunmasını, müştərilərin maraqları kimi problemləri həll etməli idi.

MDB-də uğurlu təcrübə MDB-də artıq belə uğurlu təcrübə var. Azərbaycan bu baxımdan dəmiryolu ilə bağlı bir sıra vacib məsələləri həll edib hazırda fəal şəkildə tranzit koridor sistemini genişləndirməklə məşğuldur. Ölkənin dəmir yolu şəbəkəsinin yenidən qurulmasını əsas prioritet kimi bəyan edən Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC-nın üzərinə böyük tələbələr qoyub. Azərbaycan bir neçə ildir regional siyasətə birbaşa təsir gücünə malik belə nəqliyyat qovşaqlarında söz sahibinə çevrilib. Beynəlxalq göstəricilərdə ifadə olunan bu mövqe gündən-günə böyüməkdədir. Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında Azərbyacan dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə dünyada 34-cü yerdə qərarlaşıb. Nəqliyyat infrastrukturunun səviyyəsinə görə isə Azərbaycan dünyada 31-ci yerdədir. “Qlobal Rəqabətlilik Hesabatı”nın ötənilki hesabtına görə isə Azərbaycanın dəmir yolu nəqliyyatının səmərəlilik indeksi üzrə MDB ölkələri arasında 1-ci olub. Azərbaycan 70,8 bal toplayaraq MDB-də lider, indeksin əhatə etdiyi 141 ölkə arasında isə 11-ci olub. MDB ölkələri arasında dəmiryol əlaqələri son illərdə xeyli irəliləyiş əldə edilib. Son illərə qədər Azərbaycan dəmir yolu təsərrüfatı öz inkişafına görə MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasında sonuncu yerdə idi. Ötən il artıq 1-ci yerə qalxmışıq. Dövlətimizin yerləşdiyi coğrafi məkan bizi sərfəli nəqliyyat dəhlizlərinin iştirakçısı etməklə ölkəmizi mühüm tranzit qovşağına çevirir. 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qarsdəmir yolu Azərbaycanın qoşulduğu və vacib tərəfdaşa çevrildiyi beynəlxalq tranzit yolların qurulması vacib həlqə təşkil edir. Bu yolla dənizə çıxışı olmayan Azərbaycan beynəlxalq nəqliyyat mərkəzinə çevirilməsi şansı yaranıb. Ötən il bu yolla 300 min tona yaxın, 2020-ci il yanvar ayında 12 min ton yük daşınıb. “Azərbaycan Dəmir Yolları” 2019-cu ilin dekabr ayından Rusiyanın daha bir nəhəngi sayılan “Evraz” şirkətinin Türkiyə bazarına çıxartdığı məhsulunu BTQ ilə daşımağa başlayıb. BTQ-yə maraq artmaq üzrədir. 2019-cu ilin noyabr ayında “Azərbaycan Dəmir Yolları”nın rəhbərliyinin Yaponiyanın paytaxtı Tokioda 10-dan artıq iri yük sahibləri və logistik şirkətlərinin rəhbər heyəti ilə apardığı danışıqlarda Azərbaycan dəmiryolçularının təklif etdiyi marşrut, Yaponiya-Rusiya-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa marşrutu, Trassibir magistralının BTQ ilə yaranan sinerji hesabına yaradılan marşrutu Yaponiyanın biznes dairələri maraqla qarşılayıb. BTQ vasitəsi ilə yüklərin daşınmasına Rusiyanın daha bir sıra iri şirkətləri maraq göstərib. Hazırda yeni layihələrin reallaşması istiqamətində işlər aparılır. BTQ vasitəsi ilə yüklərin nəqlində Çin, Yaponiya, Mərkəzi Asiya ölkələri, Türkiyə və bir sıra Avropa ölkələri (Avstriya, Bolqarıstan, Rumıniya, Çexiya və s.) maraq göstərirlər. Qeyd olunan ölkələrə məxsus yüklərin bir qismi artıq BTQ vasitəsi ilə daşınır. 2018-ci ildə “Şimal-Cənub” dəhlizi ilə daşınan yüklərin həcmi 8 dəfə, 2019-cu ildə daha 70 faiz artıb. Rusiyadan, İrandan gələn yüklər Azərbaycandan keçməklə “Şimal-Qərb” dəhlizi ilə Qərb istiqamətinə daşınır. Ərazimizdən həmçinin Çin-Qazaxıstan-Azərbaycan-Avropa dəhlizi, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa istiqamətinə yüklər gedir. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi də regionun iri dövlətlərinin maraq dairəsindədir. Rusiya Dövlət Dumasının sədri V.Volodinin İrana səfəri zamanı bu layihəni müzakirə etməsi, Azərbaycanın önəm verdiyi Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin əhəmiyyətini bir daha subut edir. Hindistan və Çinin artan ixracı Avropa ilə yeni nəqliyyat marşrutunu zəruri edir. Bu ölkələr də Avropa və Rusiya ilə daha qısa və ucuz başa gələn yükdaşıma dəhlizinin yaranmasında maraqlıdır. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi bu tələbatı ödəmək imkanına malikdir. Açıqlanan rəsmi məlumatlara görə, bu gün təkcə Çin ilə Avropa arasındakı ticarət dövriyyəsinin həcmi 450 milyard dollardan çoxdur. Lakin bu yüklərin Avropaya göndərilməsi və əks istiqamətdə daşınması çox vaxt aparır, və baha başa gəlir. Mumbaydən çıxan gəmilər Süveyş kanalı və Cəbəllütariq Boğazından istifadə edərək 60 günə Avropaya çatırlar. Bu isə milyonlarla dollar rüsum və tranzit haqqı deməkdir. Bu nəhəng məbləğdə Bakının payı əhəmiyyətli dərəcədə arta bilər. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi bu müddəti xeyli qısaldır. Hindistan və Çindən gəmi ilə gələn yüklər İranın Sakit Okean sahilindəki Çabahar və Körfəz sahilindəki Bəndər Abbas limanlarına daxil olur. Buradan isə qatarlara yüklənərək Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Rusiya və Finlandiyaya çatdırılır. Bu marşrut məsafəni 60 gündən 15 günə, nəqliyyat xərclərini isə 2 dəfə azaldır. Odur ki, Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti Azərbaycanı tranzit qovşağına çevrməklə yanaşı, həm də siyasi zəmanət qazandırır.

Ölkədə aparılan islahatların vacib elementinə çevirilən “Azərbaycan Dəmir Yolları” Prezident İlham Əliyev “Azərbaycan Dəmir yolları” QSC-nin yeni rəhbərliyinin qarşısında qoyduğu digər mühüm tapşırıq daxili yolların dünya standartlarına çatdırılması idi. Son 4 ildə Cavid Qurbanovun idarəçilikdə apardığı köklü dəyişikliklər “ADY” QSC-ni ölkədə aparılan islahatların vacib elementinə çevirə bilib. Prezident İlham Əliyev bu istiqamətdə C.Qurbanovun fəaliyyətini təqdir edib və dəmir yolu xidmətlərinin təkmilləşdirilməsi istiqamətində böyük irəliləyişlər olduğunu bəyan edib. Bu baxımdan ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində böyük addımlar atılır. Son illərdə 900 km yol dəyişdirilib, yeni elektrik qatarları alınıb. Elektrik qatarlarının sayı 9-a çatıb. 2017-ci ildə Bakı Dəmir Yolu Vağzalı əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Bilet satışı kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəzlənib. Əsaslı təmir və yenidənqurma işləri çərçivəsində dördü vağzala, dördü isə şəhərə çıxış üçün müasir səviyyədə 8 tunel də yaradılıb. Bu sırada açılışı gözlənilən Bakı dairəvi dəmir yolunun tikilməsi ADY-nin ciddi addımlarındandır. Bu yol Bakı qəsəbələrini şəhərin mərkəzi ilə bağlayacaq. Uzunluğu 200 kilometr olan bu dəmir yolu Xırdalan şəhəri də daxil olmaqla, bütün Abşeronu birləşdirir. Bakı dairəvi dəmir yolu açılandan sonra gündə təqribən 25-30 min sərnişin daşınacaq. Sərnişinləri daşıyan müasir “Stadler” vaqonları həm ekoloji cəhətdən təmiz, həm çox yüksək səviyyəli və sürətli qatarlardır. Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı Prezident İlham Əliyev dəmiryolu sahəsində görülən işlərə toxunub. Dövlət başçısı bildirib ki, qarşıda duran məqsədlərdən biri də Bakı-Gəncə dəmir yolunu Gəncədən Gürcüstan sərhədinə qədər uzatmaqdır. Sərhəd rayonlarında yaşayan vətəndaşlar bu yoldan faydalanacaqlar. Bu sırada Gəncə-Gürcüstan sərhədi dəmir yolununsürətinin artırılması nəzərdə tutulur. Bakı-Gəncə dəmir yolunun çəkilişi tamamilə başa çatıb. Xudatdan Şahdağa dəmir yolunun çəkilişi nəzərdə tutulur. Artıq müvafiq Sərəncam da verilib və vəsait də ayrılıb. İ.Əliyev Ələt-Astara dəmir yolunun yenidən qurulması və yolun marşrutunun dəyişdirilməsi, sahildən kənarlaşdırılması üzərində də iş aparıldığını vurğulayıb. Bu il şəhərlərarası dəmir yolları arasında Ləki-Qəbələ dəmir yolunun fəaliyyətə başlaması nəzərdə tutulur. Bakıətrafı, Bakı qəsəbələrinə gedən dəmir yolunun davam etdiriləcək. Mühüm layihələrədən sayılan Ələt-Astara yolu ilə bağlı bütün layihələndirmə işləri görülüb. Astara-Astara yolunun 17 kilometrlik hissəsi artıq tikilib. Bakıdan Lənkərana gedəcək dəmir yolunun salınması üçün də torpaq alınması prosesləri başa çatdırılıb. Lənkəranda dəmir yolu dəniz kənarından çıxarılaraq yeni sahədən gedəcək. Lənkərana olan yolun iki xəttə keçirilməsi üçün layihələndirmə işləri aparılıb. Uzunluğu 348 kilometr olan Biləcəri-Yalama istiqamətində yolun büdcəsi də müəyyənləşib. Bütün bunlar dəmiryol idarəçiliyinin müsbət nümunəsini ortaya qoyur. Ukrayna kimi böyük resurları olan ölkənin öz milli dəmir yolunun xarici idarəçiliyə verməsi fonunda Bakının öz resursları hesabına uğurlu təcrübəsi diqqətçəkən amil saymaq olar.

Dövlətin nufuzu və təsir indikatoru Xarici qurumların ölkənin milli strateji qurumları üzərində idarəçiliyi bir sıra mənfi sosial aspektləri də özündə daşıyır. Bu, xarici şirkətlərin yerli işçilərə ikili münasibətindən tutmuş təzyiq faktoruna kimi amilləri ehtiva edir. Azərbaycan öz gücü ilə idarəçiliyi ona həm siyasi dvidentlər qazandırıb, həm də böyük meqalayihələri öz vəsaitləri ilə icra etməklə nufuzlu və ciddi tərəfdaşa çevrilib. Azərbyacan 2025-ci ilə qədər logistika sahəsində regionda ən cəlbedici bölgəyə çevrilməsini əsas məqsəd kimi qarşıya qoyub. Bu perspektivin tərkib hissəsi olan dəmir yolları ölkənin beynəlxalq bazarlara çıxmasında önəmli rol oynayır. Bu gün beynəlxalq ticarətdə prioritetə çevrilən dəmir yolu daşımaları eyni zamanda dövlətin nufuzunun və təsir imkanlarının indikatoru sayılır. Azərbaycan da bu prosesdə öz sözünü deyə biləcək “açar ölkə”rolunu əlinə alır. Bu isə təkcə vaqonların darıxdırıcı təkər səsləri altında yük daşımaları demək deyil. Nqəliyyat dəhlizləri həm də siyasi maraqları və burada öz milli maraqlarını ifadə edən böyük platformadır. ADY-nin rəhbərlik etdiyi böyük miqyaslı nəqliyyat layihələri ölkənin milli maraqlarını ifadə edərək xarici siyasətinin mühüm vektoru kimi çıxış edir. Dəmir yolu nəqliyyatı sahəsindəki əməkdaşlıq eyni zamanda bölgədə təhlükəsizliyi möhkəmləndirir. Azərbaycan böyük dövlətlərin tranzit dəhlizlərində əsas qovşağa çevrilməsi ona regionda özünün siyasi maraqlarının ardıcıl müdafiə etmək imkanı verir. Odur ki, “tranzit siyasəti” dövlətimizin xarici siyasətinin mühüm komponenti kimi çıxış edir. Bu baxımdan “Azərbaycan Dəmir Yolları” QSC-nin Ukraynadan fərqli olaraq strateji sahə olaraq dövlətin əlində qalması çox mühüm nəticələri ortaya qoya bilib. Azərbaycan xarici qüvvələrin iqtisadi maraqlarının təsiri altında qalmaqdan azad olub, dəmir yolunun idarəçiliyində fərdi marağı olan biznes qüvvələrini neytrallaşdırıb, xarici tərəfdaşlar üçün etibarlı və stabil quruma çevirə bilib. Bu isə öz növbəsində ölkəmizi beynəlxalq nəqliyyat münasibətlərində öz sözünü deyə biləcək nufuzlu dövlət sırasında yer almasına imkan verir. “Analitik” Təhlil Mərkəzi

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page