Ülfətlə bağlı məsələ Millət Vəkilimiz Cavid Qurbanov tərəfindən nəzarətə götürüldü.


Yüzlərlə erməni əsgər-zabit heyyətini məhv edib əsir alan "Azərbaycan Bayrağı Ordenli" şəhid Kəlbəcərli Ülfət Kərimova həsr olunan “EL qəhramanı “sənədli filmin Nizami kinoteatrında nümayişi olub.


"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə Ülfət Kərimovun qənimət olaraq ələ keçirdiyi zirehli texnikalar, silah-sürsatlar, əlbəyaxa döyüşlə təslim edib əsir aldığı erməni-rus zabitlərinin görüntüləri filmdə göstərilib.

Həmçinin tədbirdə Millət Vəkilimizin nümayəndəsi "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov bildirib ki,doğurdanda Ülfət el qəhrəmanıdır və bu məsələ də Kəlbəcər ziyalıları və ictimaiyyəti tərəfindən Millət Vəkilimizə müraciət edildi və Millət Vəkilimiz Cavid Qurbanov bu məsələni nəzarətə götürdü,inanırıq ki Ülfət o adı alacaqdır və Milli Qəhrəman statusuna layiq görüləcəkdir.

Qeyd edək ki,filmin ideya müəllifi Aqil Uluxanlı və rejisorluğu Nizami Abbasa məxsus olan "El qəhrəmanı" filmi Ülfət Kərimovun əsl Milli Qəramanlıq göstərməsinin əyani sübutudur.

#Şəhidlər

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev