Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Serbiyada tədbir -FOTOLAR



Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Serbiyada tədbir keçirilib.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar 10 may 2019-cu il tarixində Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi tərəfindən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.


Tədbirdə Serbiya ictimaiyyətinin nümayəndələri, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, Serbiya-Azərbaycan Dostluq Cəmiyyəti və Serbiya-Azərbaycan Ticarət Palatasının rəhbərliyi və üzvləri, “AzVirt” şirkətinin rəhbərliyi, Serbiyada çalışan, yaşayan və təhsil alan azərbaycanlılar iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə “Taşmaydan” parkına gələrək, ümummilli liderin burada ucaldılmış abidəsini ziyarət etmiş, xatirəsini ehtiramla yad edərək, önünə əklil qoymuş, gül dəstələri düzmüşlər. Daha sonra Belqraddakı Bayraqlı Cami məscidinin müftisi tərəfindən mərhumun ruhuna dualar oxunmuş, ulu öndərin xatirəsi sükutla yad edilmişdir.


Tədbirdə çıxış edən səfir E.Həsənov görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı, fəaliyyəti, Azərbaycanın müstəqilliyinin xilasında, möhkəmləndirilməsində, ölkəmizdə sabitliyin bərqərar olunmasında xidmətlərindən və dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatların əsasını qoymasından bəhs edərək bu siyasi kursun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. Azərbaycan xalqının görkəmli dövlət xadimi Heydər Əliyevin əziz xatirəsinə göstərdikləri dərin hörmət və ehtirama görə qonaqlara minnətdarlıq bildirilmişdir.





Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyində davam etdirilən tədbirdə iştirakçılar ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxmış və onun haqqında fotosərgi ilə tanış olmuşlar.


http://belgrade.mfa.gov.az


#Serbiya #EldarHəsənov #Səfirlik

57 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev