Şəhid hərbçi Ülfət Kərimov Kəlbəcər rayon Mədəniyyət sarayında anılıb



Şəhid hərbçi Ülfət Kərimovun keçdiyi döyüş yolunun və vətənə olan sevgisinin gənc nəslə örnək olması Kəlbəcər rayon Mədəniyyət sarayında tədbir keçirilib. Rayon şəhidlər kompleksini ziyarətlə başlayan tədbir Ülfət Kərimovun həyatına həsr edilən sərgiyə baxışla davam edib. “Azərbaycan bayrağı” ordenli, döyüş yoldaşları arasında tək canavar, Mixaylo kimi tanınan kəşfiyyatçı Kəlbəcərdə doğulub boya-başa çatıb. Ülfət Kərimov erməni qəsbkarlarına qarşı döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edib, əsir götürüb, eləcə də çoxlu sayda texnikasını ələ keçirib və məhv edib.

Təbdirdə vurğulanıb ki, şəhid hərbçi 1993-cü il martın 27-də Kəlbəcər rayonunun Ağdaban kəndi istiqamətində əhalinin kəndi tərk edə bilməsi üçün ermənilərlə qeyri-bərabər döyüşə girib. Əhalinin kəndi sağ-salamat tərk etməsinə nail olsa da, özü Aşıq Şəmşirin məzarı yaxınlığında düşmən tankını məhv edərkən şəhid olub. Onun həyatı və döyüş yolunun gənclər üçün əsl qəhrəmanlıq səlnaməsi olduğuna diqqət çəkilib. Sonda Azərbaycan Vətən Müharibəsi veteranları İctimai Birliyi tərəfindən Azərbaycan xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş medal şəhidin anası Fatma Kərimovaya və Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədova təqdim edilib.

Qeyd edək ki,tədbir AVMVIB Kəlbəcər rayon şöbəsinin sədri Ramiz Əliyevin təşkilatçılığı Kəlbəcər rayon Icra hakimiyyətinin dəstəyi ilə baş tutmuşdur.

Fotolar : Sənan Məmmədov-a aiddir.

#Şəhidlər #ÜlfətKərimov

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev