Şəhidlər ölməz, Vətən bölünməz!



Kəlbəcərin “Qələm sahiblərinin” ənənələrinə sadiq qalaraq tarixdə yaşamağa layiq maraqlı hadisələrdən, faktlardan, adət-ənənələrdən, uşaqlıq, gənclik çağlarımızda dədə-babalarımızın şövq ilə bizlərə söylədikləri “Kürdoğlu Məhəmməd,” Sultanbəy, “Qaçaq” Əmiraslan, “Qaçaq” Əli kimi el qəhrəmanlarının göstərdikləri igidliklərdən, Məşədi Cəmil, Məşədi Saleh, Məşədi Alış, Kəlbalayı Ağaxan, Arıq Alı kimi tədbirli ağsaqqalların tarixləşmiş söhbətlərindən ilham alaraq bu günün gənclərində maraq, inam doğuracaq faktlardan biri kimi Kəlbəcər şəhərində anadan olmuş, təhsil, təlim-tərbiyə almış, Kəlbəcərin Milli kəndindən olan odlu silahları istədiyi təyinat üzrə dəyişdirməyə qabil əvəzsiz hərtərəfli kamil sənətkar,xarrat, nəqqaş, zəmanəsinin dini təhsillisi,”Dilsuz və Xəzəngül” dastanının müəllifi, şair Molla Nəbi Molla Kərim oğlunun nəvəsi, Qarabağ müharibəsinin el tərəfindən qəbul edilmiş “Azərbaycan Bayrağı Orden”li qəhrəmanı, yazarlar, şairlər, aşıqlar tərəfindən dastanlaşmağa, nəzmə çəkilməyə layiq olsa da unudulan, Kəlbəcər kəşviyatçılarının ölçü meyarı şəhid Ülfət Ələkbər oğlu Kərimovun keçdiyi hərb yolu haqqında “Qartallı Dağlar” adlı sənədli, ədəbi-bədii roman yazaraq Kəlbəcərin keçmiş komsomolçu-gənclərinin Katibi kimi məsuliyyətimi dərk edə-edə ruhən sakitləşə bildim.

Ülfətin və onun silahdaşlarının hərb yolu elə bir zamana təsadüf etdi ki, həmin zamanda SSRİ kimi dünyanın super gücə malik bir dövləti milliyətçə erməni olan Şahnazaryanların, Silvaların, Raisaların məkirli siyasət və xahişlərini həyata keçirən Mixail Qarbaçov kimi vətənə, xalqa xəyanət etmiş dövlət başçısı yolunu azdığından Sovetlər dövləti dağıldı, SSRİ-nin tərkibində mövcud olan on beş respublika sərbəst dövlətlər oldu, hətta Respublikaların tərkibindəki Muxtar Respublikalar, Vilayətlər də sərbəst dövlət halında yaşamaq istəyində oldular.

Tarixdən məlumdur ki, XVIII əsrin birinci yarısında I Pyoturun siyasətinə uyğun şəkildə xarici ölkələrdə yaşayan ermənilər dindaşları, xaç qardaşları Sisiyanovların, Lazerevlərin, Qribayedovların və neçə-neçə yanların himayəsi altında qədim Azərbaycanın İrəvan, Qarabağ xanlıqlarının ərazilərinə köçürülərək məskunlaşdırıldılar.

1923-cü ildə isə Azərbaycan xalqının qatı düşmənləri, bolşeviklərin sırasında özlərinə yüksək yerlər tutmuş Şaamuyanların, Mikoyanların, Mirzoyanların açıq və gizli təpgisini qəbul edən bolşevik rusiyasının başçısı Leninin razılığı ilə Azərbaycanın tarixi torpağı olan İrəvan xanlığı ərazilərində ermənistan kimi qeyri-qanuni respublika yaradıldı. Ermənilər bununla da kifayətlənməyərək əhalisinin əksəri azərbaycanlılar olan Qarabağda şişirdilmiş rəqəmlərlə öz saylarını göstərərək Muxtar Vilayət də yaratdılar. Bütün bunlar az imiş kimi 1988- 1990-cı illərdəki mövcud siyasi vəziyyətdən və SSRİ dövlətinin dağılmasından istifadə edərək Qarabağımızda,- İbrahim Xanın torpaqlarında “Artsağ”adlı ikinci erməni dövləti yaratmaq üçün rusların hərbi gücündən-arsenalından istifadə edərək terroru, müharibə yolunu seçdilər.

Belə bir zamanda Azərbaycanın vətənsevər, elsevər, torpaqsevər oğulları milliyyətindən, etnik qurupundan, hansı regionda anadan olmasından asılı olmayaraq bir cəbhədə birləşib “Özünümüdafiə” dəstələri yaratdılar.

Cəbhə xətlərində olan rayonlardan biri kimi Kəlbəcərli gənclər də öz iradələrinin hökmü, vətən, torpaq sevgisi ilə qıssa bir müddətdə evlərindəki ov tüfənglərini götürərək sərhədlərdə təşkil etdikləri məntəqələrdə keşikdə dayandılar. Məktəblərdəki atəş açmağa qadir olmayan silahlar da yığaraq Kəlbəcərli sənətgarların gücü ilə yararlı hala salındılar. Sonralar bu yaradıcı dəstəyə müəllimlər, mühəndislər də qoşuldular. Primitiv olsa da, əkin traktorlarının arxa hissəsində, xüsusi dayaqlar üzərində quraşdırılmış toplar da, “qradlar”da “istehsal” olundu...

Yaradılmış “Özünümüdafiə” dəstəsinin ilkin əsgərlərindən biri də Azərbaycan Neft-Kimya İnstitunun tələbəsi Ülfət Ələkbər oğlu Kərimov oldu.

Dəstə qıssa bir müddətdə böyüdü. Az bir zamanda Balay,Feyruz,Asif, Mahir, Tahir,Eldar, Rəhman, Şahin, Xalid, Fürudin, Zahid, Akif, Tofik və onlara tay yüzlərlə bacarıqlı zabitlər, komandirlər, peşəkar hərbiçilər dəstəsi yarandı.

Mən bu kitabda onların rəhbərliyindən və ən əsas da o zamanlar polkovnik, sonra da General-mayor olan Zaur Rzayev Alay komandiri təyin edildikdən sonrakı vaxtlarda batalyonun açıq döyüşlərdəki fəaliyyətindən, əsasən də Ülfətin və onun kəşviyatçı yoldaşları “Spartak Kamilin,” “Gözəgörünməz” Elxanın. “Yapon” Adilin, “Koliya” Kamilin, Şahinin, Fazilin, “Seyidin,”Rafikin ermənilərin yaşadıqları “Körpü,””Drınbon, “Canyataq. Gülyataq, Həsənirz, Vəng və başqa kəndlərindəki hərbi obyektlərdə törətdikləri partlayışlardan, əsirləri azad etmələrindən, erməniləri əsir götürmələrindən, Ağdaban, Həsənirz, Körpü, Çapar, Umudlu kəndləri, Ağdərə, Basarkeçər rayonu istiqamətlərindəki, Laçın şəhəri və onun ətrafdakı döyüşlərdən, bu döyüşlərdə azərbaycan əsgərlərinin qorxmazlığından, igidliyindən, ictimai-siyasi hadisələrin gedişatından istifadə edilərək ordumuzun qələbə əzminin rəhbər vəzifələrdə işləyən xainlər tərəfindən edilən basqılardan, xalqımızın çətin anlardakı dözümündən, orduya köməyindən, ən nəhayət məğlubiyyətimizin əsas səbəblərindən, dövlətlə xalq arasındakı inamsızlıqdan, ”kürsü” davasından, ordumuzun torpaqları müdafiə edə bilmədiyindən mövqeylərdən geri çəkilməsinin səbəblərindən, igid əsgərlərimizin şəhidliklərindən, Ülfətin və onun kəşfiyatçı yoldaşlarının Ağdaban kəndində göstərdiyi igidliklərdən, Bərdə-İstisu yolundakı təxribatlardan, Ülfətin sevgi tarixçəsindən və xüsusən də Kəlbəcərli həkim qızın etibarından, ən nəhayətdə Ülfətin anım mərasimində General Zaur Rzayev kimi komandirlərin və onun kəşviyatçı silahdaşlarının, dostlarının, Kəlbəcər və qonşu rayonların rəhbərlərinin zamanın “Mixaylosu” adlandırılan Ülfətə verdikləri qiymətdən, sevgidən, ayrı-ayrı vaxtlarda Alay komandirlərinin hələ onun sağlığındakən “Azərbaycanın Milli Qəhramanı” adına layiq görülməsi üçün Respublika Müdafiə Nazirliyi qarşısında vəsadət qaldırmalarından bədii boyalarla ətraflı yazmışam.

Əminəm ki, Kəlbəcərin iş adamlarından, imkanlılarından kim isə xeyirxahlıq edərək Kəlbəcərin hərb tarixini, onun torpaq, vətən uğurunda şəhid olan övladlarının qəhramanlıqlarını bu romana istinad edərək ekranlaşdırılması üçün son varından belə keçsə də təssüflənməyəcək, o, tarixin bir anını yaşatdığı kimi, tarix də onu əbədi olaraq yaşadacaqdır.

Bu roman faktlara istinad edilərək yazıldığından həm Kəlbəcərin, həm də Azərbaycanın hərb tarixinin bir parçasıdı desək daha doğru olardı.

Azərbaycanın ziyalılarından biri kimi inanıram ki, çox yaxın zamanlarda Azərbaycan Təhsil Nazirliyi və onun Problemlər İnstitu hərbi mövzularda yazılmış digər müəlliflərin də kitablarını təhlil edərək orta məktəblərdə ya dərsdənkənar oxu şəkilində, ya da Hərbi Hazırlıq və ya Tarix dərslərində xüsusi ədəbiyyat, vəsait kimi istifadə edilməsinə göstəriş verməklə gənclərin vətənpərvər yetişməsində çox böyük işlərə rəvac vermiş olduqlarından məmun qalacaqlar.

Şəhidlər ölməz, Vətən bölünməz!

“Qartallı Dağlar” kitabının müəllifi, Abdullayev Əli Kamran oğlu-Əli Uluxanlı.


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev