Şəhidlər unudulmaz-Natiq Məlikov


10:05 | 02.10.2018


"Şəhidlər vurulduğunda deyil,unudulduğunda ölür". Bir missiyamızı qarşımıza qoymuşuq ki,çalışıb hər zaman vətənuğrunda canından keçən oğullarımızı unutmayaq,onları yad edək.Bu missiyanımızı saytımızda hər zaman özümüzə məxsus qaydada ənənə halına salıb və şəhidlərimizi yad edirik. Bugün Kəlbəcərin igid oğullarından olan şəhid qardaşımız Natiq Məlikovun doğum günüdür. Məlikov Natiq Siyavuş oğlu 2 oktyabr 1962-ci ildə Kəlbəcərin Nadirxanlı kəndində anadan olmuşdu. Orta təhsilini başa vurduqdan sonra Ağdam Kənd Təsərrüfatı Texnikumunu bitirmişdi. Təbiət vurğunu Natiq Tərtər boynunca uzanan əsrarəngiz meşələrimizin qayğısını çəkirdi. Qəfil qadalar başlayanda havamızın, suyumuzun, varlığımızın düşmənlərdən qorunmasına yollandı. Çox döyüşlərdən qələbə ilə qayıtsa da, ömrünü dağlara verməkdən çəkinmədi.1993-cü ilin qışında ermənilər Kəlbəcərə genişmiqyaslı hücuma keçəndə Natiq Bağlıpəyə kəndinin müdafiəsində idi. Elə son döyüşü də mart ayının axırlarında burada oldu.Evli idi, bir qızı, bir oğul yadigarı qaldı.

Qeyd edək ki,bir neçə gün bundan əvvəl şəhidin ailəsi Kəlbəcər Veteranları tərəfindən yad edilmişdir.Natiqin döyüş yoldaşları Natiqinqəhrəmanlığından, döyüş yolundan danışmışlar.Həmçinin ailənin bugünki yükünü öz çiyinlərinə götürən şəhidin xanımına Kəlbəcər Veteranları adından diplom Milli Ordumuzun,AXC-nin 100 illiyi ilə bağlı təsis edilmiş medallarla təltif edilmişdir.

#Şəhidlər #ƏlamətdarGünlər

24 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev