Şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub - FOTOLAR



Aprelin 29-da Göygöl rayonu Murovdağ qəsəbində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub. Pandemiya dövrünün tələblərinə uyğun olaraq keçirilən mərasimdə şəhid ailələri, Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə əlilləri, veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlk olaraq Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları önünə gül dəstələri qoyulub. Abidə kompleksində şəhid ailələrinin üzvləri ilə görüşən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücayət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün işğaldan azad olunub: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut edib ki, şəhidlərimizin qanı yerdə qalmayıb. Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, hamılıqla təqdirəlayiq hal kimi qiymətləndirilir. İcra başçısı qeyd edib ki, şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır. “Ümumiyyətlə, şəhid ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində prioritetdir. Bu, Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-mənəvi yoldur. “Şəhid ailələrinin problemləri ilə maraqlanıb onlara bundan sonra da yüksək diqqət və qayğı göstəriləcəyini vurğulayan Rayon İcra Hakimiyyəti başçısı Azər Qocayev həmçinin bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə şəhər, rayon icra hakimiyyəti başçılarının aparatlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradıldılıb. Bu şöbənin əməkdaşları mütəmadi olaraq Vətən müharibəsi iştirakçıları və şəhid ailələri tərəfindən qaldırılan məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər", -deyə icra başçısı qeyd edib.





Görüş zamanı qeyd olunub ki, abidə kompleksi Kəlbəcər Rayon İcra Hakimiyətinin daxili imkanları hesabına inşa olunub. Kompleksdə Dövlət bayrağı ucaldılıb, İkinci Qarabağ Müharibəsi dövründə Vətən uğrunda canlarını qurban verən qəhrəman şəhidlərimizin məzarüstü abidələri inşa olunub. II vətən müharibəsində canından keçmiş Kəlbəcər şəhidlərinin adları abidə kompleksində əbədləşdirilib. Bununla yanaşı səkkiz yüz metr məsafədən içməli su xətti çəkilib və abidənin daxilində ehsan bulağı inşa edilib. Kompleksdə məzarların ətrafında abadlıq işləri aparılıb, tullantı qabları qoyulub, ziyarətə gələn şəxslərin rahatçılığı üçün ən müasir oturacaqlar quraşdırılıb.


Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürlərini ifadə ediblər.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.