ŞƏMŞİR QURBAN OĞLU


Şəm­­şir Qur­­ban oğ­­lu Qo­­ca­­yev 1893-cü il­­də Kəl­­bə­­cər ra­­yo­­nu­­nun Də­­mir­­çi­­dam kən­­din­­də ana­­dan olub. O, sa­­vadı və ilk aşıq­­lıq dər­­sini atası Aşıq Qur­­ban­­dan alıb. Son­­ra­­lar, gənc­­lik il­­lə­­rin­­də Aşıq Şəm­­şir Aşıq Alı, Aşıq Ələs­­gər, Aşıq Qur­­ban kimi us­tad-ya­ra­dıcı aşıq­la­rın əsər­lə­ri, Göy­çə, Kəl­bə­cər aşıq mək­təbi ru­hun­da tər­biyə ala­raq ka­mil sə­nət­kar kimi ye­ti­şib. İl­lər keç­dik­cə o daha da püx­tə­lə­şə­rək, us­tad aşıq zir­və­sinə ça­tıb. Xalq şai­ri Sə­məd Vur­ğun­la 1955-ci il­də İs­ti­su­dakı məş­hur  gö­rü­şünə kimi Aşıq Şəm­şi­rin bö­yük ya­ra­dı­cı­lıq yolu keç­mə­sinə bax­may­raq, şer­lə­ri, de­mək olar ki, an­caq xalq ara­sın­da, dil­də-a­ğız­da, aşıq­la­rın ifa­sın­da ya­yı­lmışdı. Ustad aşığın ilk kitabı «Şerlər» adı ilə 1959-cu ildə «Azərnəşr» tərəfindən buraxılıb. Sonra ardıcıl olaraq «Qoşmalar», «Seçilmiş əsərləri», «Dağ havası» və s. kitabları kütləvi tirajla nəşr edilib.


Zaman keçdikcə Dədə Şəmşirin həyat və yaradıcılığına həsr edilən monoqrafiyalar da üzə çıxmağa başlamışdır. 1980-ci ildə dünyasını dəyişən Aşıq Şəmşir doğma Ağdabanın «Yeddi qardaş» adlanan dağında torpağa tapşırılmışdır. Aşıq Şəmşir saz-söz sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adı və «Şərəf nişanı» ordeni ilə təltif edilmişdir. 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü Dədə Şəmşirin 110 illik yubileyi dövlət səviyyəsində qeyd olunmuş, Xanlarda büstü qoyulmuş, adına küçə, məktəb və parklar verilmişdir.

9 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev