Şəmşir Qocayev Azərbaycanın tanınmış şəxsiyyətlərindən biridir



İnsanı Tanrısı yaradanda, ona bütün qabiliyyətləri bəxş edir. Yaradan insanın taleyini əvvəlcədən yazmış olsa da, insana taleyinin istiqamətlərini seçmək və taleyini dəyişdirmək imkanı da vermişdir. İşinə məsuliyyətlə yanaşmaq, yaradıcı fəaliyyət göstərmək hər kəsin öz əlindədir. Mən bu qanunauyğunluğun mövcud olmasını Aşıq Şəmşir irsini tədqiq edərkən bir daha dərk etmiş oldum. 

Hörmətli Prezidentimiz İlham Əliyevin Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında vermiş olduğu məlum sərəncamdan irəli gələn silsilə tədbirlərin keçirilməsi bir daha aşıq yaradıcılığına dövlət qayğısının bariz nümunəsidir. Belə silsilə tədbirlərin keçirilməsi Şəmşir irsinin Azərbaycan xalqının mədəniyyətindəki rolunun gənc nəsl tərəfindən dərk edilməsinə stimul vermiş oldu. Aşıq Şəmşir irsinin tədqiqatçısı kimi arxiv araşdırmalarında rast gəldiyim məqamlar tanıdığım, əsərlərini sevə-sevə oxuduğum və şirin avazını heyrətlə dinlədiyim Aşıq Şəmşiri yenidən, daha dərindən tanımış oldum. Arxivdə Aşıq Şəmşiri axtararkən, vaxtı ilə dövlət qulluqçusu kimi fəaliyyət göstərmiş Şəmşir Qocayevi tədqiq etmiş oldum.


Buklet Aşıqların III Qrultayında, 1961-ci ildə çap olub. 


Şəmşir Qocayev şair Qurbanın ailəsində böyüyüb və ilk həyat dərsini də atasından alıb. 13-14 yaşlarından saza-sözə vurğunluğu yurdunun təbiətini, həyatın çətinliklərini qələmə almağına səbəb olub. Gənclik illərində “Şətri” təxəllüsü ilə şeirlər yazmağa başlayıb. Aşıq Ələsgərin 1918-ci illərdə Göyçə mahalında törədilmiş soyqırımdan sonra Kəlbəcərdə məskunlaşması və şair Qurbanla dostluq etməsi gənc Şəmşirin həyatında dərin izlər qoymuş oldu, saza-sözə bağlandı.

Şəmşir Qocayevin əsasən, 1907-ci ildən sonrakı dövr yaradıcılığının çiçəklənməsi və daha da inkişaf etməsi hesab edilir. O vaxta qədər gənc şair lirik, aşiqanə qoşmalarla yanaşı, bir sıra siyasi, ictimai, satirik şeirlər yazmışdır. 1916-1919-cu illərdə qələmə aldığı “İnsanların”, “Tanımadım” rədifli divaniləri, “Var”, “Özümə”, “Zülümkar”, “Ağdaban”, “Olaydı” rədifli ustadnamələri ictimayi haqsızlığın hökm sürdüyü dövrandan şikayətləndiyini özündə əks etmişdir. Aşıq Şəmşir 1938-ci ildə Azərbaycan Aşıqlarının II Qurultayına nümayəndə seçilmişdir. Qurultay Bakıda, 26-lar adına Kültür sarayında keçirilirdi. Yazıçı M.İbrahimov məruzəsi dinlənildikdən sonra, Ü.Hacıbəyov, Bülbül, O.Sarıvəlli, M.Arif və H.Əlizadə aşıq yaradıcılığı, onun xalqın mədəniyyətinin inkişafında oynadığı rolu barədə çıxış etdilər. Azərbaycanın müxtəlif bölgələrindən 47 aşığın iştirak etdiyi Qurultayda Şəmşir Qocayev aşıq yaradıcılığının nöqsanları və aradan qaldırılması üsulları barədə nitq söyləməklə yanaşı, şirin avazı ilə dinləyiciləri heyran etmişdi. Qurultayda qəbul edilmiş qərarlardan biri də, Yazıçılar İttifaqı yanında “Aşıqlar bölməsi” yaradılmasına verilmiş tarixi qərarı idi. Şəmşir Qocayev Kəlbəcərin Ağdaban kəndində sayılıb-seçilən və savadlı, fəal bir şəxsiyyət olduğuna görə müxtəlif illərdə Frunze adına kolxozun ilk partiya təşkilat katibi, kənd sovetinin sədri, seçki komissiyasının üzvü, seçki komissiyasının katibi kimi fəaliyyət göstərmişdir. Şəmşir Qocayev Frunze kolxozunun ilk partiya təşkilat katibi işləməklə, özünü rəhbər və idarəedici bir lider kimi təsdiq edə bilmişdir. Partiya təşkilat katibi kənd əhalisinin bütün sahələrdəki fəaliyyətinin təşkilatçısı və cavabdehi, kənddə dövləti idarə edən partiyanın təmsilçisi, dövlətin qarşısında kənd əhalisinin “vəkili”, bir sözlə hökumətlə əhali arasında “körpü” rolunu oynayırdı. Kəndin abadlaşdırılması, rayon mərkəzi ilə əlaqələndirilməsini həyata keçirmək üçün maşın yolunun çəkilməsi, uşaqların təhsilə cəlb edilməsi, rabitə-poçt əlaqəsinin yaradılması, əhalinin maddi-rifah halının yaxşılaşdırılması lazım gəlirdi. 1920-ci illərdə “Savadsızlığın ləğvi” kompaniyasında fəal iştirak etməklə yanaşı, bütün kəndin əhalisinin də bu aksiyaya qoşulmasını təşkil etmək çətin olmağı ilə yanaşı, vacib məsələ sayılırdı. Kənd əhalisinin “sosializm yarışına” qoşulmasını təmin etmək əhalinin əhval-ruhiyyəsinin yüksəldilməsinə və təsərrüfatı fəaliyyətinin stimullaşmasına xidmət etməliydi. Bu qədər həlli vacib olan və həyata keçirilməsi tələb olunan işlərin təşkilini və uğurla başa çatdırılmasını təmin etmək üçün gənc Şəmşir Qocayev bütün bilik və bacarığını səfərbər etməli olmuşdu. 

Şəmşir Qocayev rəhbər və idarəedici bir lider kimi özünü təsdiq etməsi onun kənd sovetinin sədri vəzifəsinə irəli çəkilməsinə səbəb olmuşdu. 1920-1940-cı illərdə kənd sovetinin sədri yerli hökumət sayılırdı, dövlətin kənddəki nümayəndəliyi hüququna və səlahiyyətlərinə malik idi. Şəmşir Qocayevin yerli hökumət kimi fəaliyyəti olduqca ağır illərə təsadüf etmişdi. Kəlbəcərin repressiya dövründə və Sovet-Alman müharibəsi illərində kənd sovetinin sədri kimi fəaliyyət göstərmək, kişilərin müharibəyə getdiyi bir vaxtda, kənd təsərrüfatının geriləməsinin qarşısını almaq, arxa cəbhədə qadınlardan, uşaqlardan və qocalardan ibarət olan kolxozçularla işləməyi fədakarlıqla həyata keçirmək, ön cəbhəni təmin etmək aksiyasının bütün tələblərini lazımı səviyyədə yerinə yetirmək, ən əsası əhalinin aclığının qayğısına qalmaq demək olar ki, mümkünsüz sayılırdı.

Şəmşir Qocayev elə fəaliyyət göstərmişdir ki, 1948-ci ildə SSRİ Ali Soveti tərəfindən təsis edilmiş və arxa cəbhədə fədakarlıq göstərmiş şəxslərə verilməsi nəzərdə tutulan “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. Aşıq Şəmşiri, şair Şəmşiri sevərək, onun haqqında məqalələr yazanlar, nədənsə Şəmşir Qocayevin dövlət qulluqçusu kimi fəaliyyətini “görməmişdilər”. 

1939-cu ildə Şair Şəmşirin “Aşığın səsi” kitabında 8 şeiri çap olub. 1957-ci illərdən başlayaraq Aşıq Şəmşirin səsi Azərbaycan radiosundan, televiziyasından gəlməyə başlamışdı. “Güllü qafiyə”, Koroğlu dastanı, özünün bəstələdiyi “Şəmşiri” və “Şəmşir gözəlləməsi” aşıqların dilinin əzbərinə çevrildi. Aşıq Şəmşirin valları buraxılmağa başlandı və onun oxuduğu hər bir aşıq mahnısı Azərbaycan radiosu və televiziyasının Qızıl fonduna daxil edildi. 

1955-ci ilin iyul ayında Kəlbəcərə müalicə məqsədi ilə gəlmiş xalq şairi Səməd Vurğun rayonun I Katibi Səfər Verdiyevdən xahiş edir ki, yaradıcı şair-aşıq kimi Azərbaycanda tanınmış Aşıq Şəmşirlə onun görüşünü təşkil etsin. Aşıq Şəmşirin Səməd Vurğunla məşhur görüşü aşıqların dilində şirin bir xatirə kimi dastana çevrilmiş oldu. 

1958-ci ildə görkəmli bəstəkar Ü.Hacıbəyovun xahişi ilə Əminə Eldarova aşıq musiqisini tədqiq etməyə başlayır və Aşıq Şəmşirin sazının səs qatarını tərtib edir, onun ifasında bir sıra aşıq mahnılarını nota köçürür. Eyni zamanda Aşıq Şəmşirin ifasında 96 saz havasını lentə köçürür. Həmin lent yazıları Azərbaycanın Səsyazmaları Arxivində qiymətli xəzinə kimi qorunub saxlanır. 1961-ci ildə Aşıq Şəmşir Bakıda keçirilən Azərbaycan Aşıqlarının III Qurultayına dəvət alır və 1500 nüsxədən ibarət Aşıq Şəmşirin bukleti çap olunaraq Qurultay nümayəndələrinə paylanır. 1963-cü ildə Aşıq Şəmşir Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti tərəfindən “Azərbaycan SSR əməkdar incəsənət xadimi” adına layiq görülür. 1973-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən ədəbiyyat sahəsindəki xidmətlərinə görə şair Şəmşir Qocayev “Şərəf nişanı” ordeni ilə təltif olunur. 1974-cü ildə dövlət qulluqçusu kimi xidmətlərini nəzərə alaraq Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti tərəfindən “Əmək veteranı medalı” ilə təltif olunur. Göründüyü kimi Şəmşir irsinin araşdırması Azərbaycan xalqının daha bir görkəmli şəxsiyyətinin tanınmasına əlverişli şərait yaratmış oldu. Təkcə “Şəmşir və Sənubər” dastanındakı bağlamaları və onların açmasını oxumaq kifayətdir ki, Şəmşir şəxsiyyətinin hikmətini dərk edə biləsən. 

Mirvari Verdiyeva Şəmşir Qocayev irsinin tədqiqatçısı ADPU-nun fəlsəfə doktoru, dosent


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev