Şabər ŞƏMŞİROĞLU

Qurbanov Şabər Şəmşir oğlu 1935-ci ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1952-ci ildə orta məktəbi bitirib, öz kəndlərində mühasib köməkçisi, daha sonra uzun müddət məktəbdə təsərrüfat müdiri olub. 1992-ci ilin Ağdaban faciəsindən sonra Tərtər rayonunun Seydimli kəndində məskunlaşıb. Şəhid atasıdır. Dədə Şəmşir, Ağdabanlı Qurban oğacından olduğundan saza-sözə bağlıdır. Bədii yaradıcılıqla məşğul olur.