ŞAHİN HƏSƏNOV - 55


Bugün dəyərli ziyalımız,fəxr ediləsi həmyerlimiz,sadə və olduqca dərin hörmətə malik bir şəxsin Şahin Hümmət oğlu Həsənovun 55 yubiley yaşı qeyd edilir.Bu münasibətlə dəyərli ziyalımızı təbrik edir,uzun ömür,can sağlığı arzulayırıq. Şahin müəllim haqqqında olan təcümeyi halı qeyd edirik :


Şahin Hümmət oğlu Həsənov 30 sentyabr 1962-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Laçın kəndində anadan olmuşdur.1969-cu ildə Laçın kənd ibtidai məktəbinin birinci sinfinə qəbul edilmişdir.1979-cu ildə Zülfüqarlı kənd orta məktəbinin onuncu sinfini bitirmişdir.Həmin ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “ Avtomobil yolları üzrə mühəndis- inşaatçı” fakültəsinə qəbul olmuşdur və müvəffəqiyyətlə bitirmişdir.


1984-1985 –ci illərdə Azərbaycan Respublikası Meşə Təsərrüfatı Nazirliyi sistemində məsul vəzifədə işləmişdir. 1985-1993-cü illərdə Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyində texniki idarənin eksperti, Yol hərəkətinin təşkili və təhlükəsizlik texnikası şöbəsinin böyük mühəndisi, Nəzarət- Təftiş İdarəsində mühasib- təftişçisi, aparıcı mütəxəsis, rəis müavini, rəis vəzifələrində işləmişdir. 1993-2003-cü illərdə ” Azəravtoyol” Dövlət Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışmışdır. Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyində və “ Azəravtoyol” Dövlət Şirkətində işlədiyi illərdə Texniki Şuranın , Tender Komissiyasının, Avtomobil yollarının və körpülərin mühafizəsi və istismarı zamanı fövqəladə hallar üzrə komissiyanın sədri, uzun müddət (12 il ərzində) Kollegiya üzvü,Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvü kimi,Baş nazirin yanında yol hərəkətinin təhlükəsizliyi üzrə komissiyasının üzvü olmuşdur. 1994-1996-cı illərdə Azərbaycan İnşaat Mühəndisləri İnistitutunda Dövlət İmtahan Komissiyasının sədri olmuşdur. 1996-cı ildə “Avtomobil yollarında çatların inkisafının kostruktiv dayandırılması mexanikası məsələləri” mövzusunda namizədlik disertasiyasını müdafiə etmişdir.Rusiya,Finlandiya,Almaniya və Yaponiyada Ali inşaat tədris kursları keçirmişdir.9 səmərələşdirici təklifin,96 elmi əsərin ( bunlardan 10-u kitab olmaqla 7–si dərslik və dərs vəsaitidir) və bir neçə fənn proqramının müəllifidir.41 elmi məqaləsi bir sıra xarici ölkələrin Ali Attestasiya Komissiyalarında qeydiyyatdan keçmiş nüfuzlu jurnallarda (İnfofacts) dərc edilmişdir.

TACİS VƏ TRASECA proqramlarının Azərbaycanda ilk koordinatoru olmuşdur. 2010-cu ildə “Yol örtüyünün gərgin deformasiya vəziyyətinin və dağılmasının modernləşməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.Ali Attestasiya komissiyasının Rəyasət Heyətinin 04.02.2011-ci il tarixli qərarı ilə təsdiqi alınmışdır.Texniki elmlər doktorudur. 10 avqust 2010-cu ildə Beynəlxalq Nəqliyyat Akademiyasının həqiq üzvü seçilmişdir. 16.06.2011-ci il tarixində Azərbaycan Respublikasının Fəxri Yol İşçisi adına layiq görülmüşdür. 28 noyabr 2012-ci ildə avtomobil yollarının tikintisi və istismarı sahəsində çoxillik səmərəli fəaliyyətinə görə Müstəqil Dövlətlər Birliyinin Hökumətlərarası yol işçiləri Şurasının fəxri Şəadətnaməsi ilə təltif edilmişdir. “Xudafərin” Ali Yol Mükafatı ilə təltif olunub. Azərbaycanın Fəxri Yol inşaatçısıdır. “AzVirt” Almaniya Azərbaycan şirkətində Beynəlxalq layihələr üzrə ekspert və Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqqları İnstitunun Azərbaycan üzrə koordinatorudur. Hal-hazırda Azərbaycan Texniki Universitetində “Avtomobil daşımaları və yol hərəkətinin təhlükəsizliyi” kafedrasında professor vəzifəsində işləyir.

#Kəlbəcər #Ziyalılar #Alimlər #ƏlamətdarGünlər

112 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev