top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Şahlar Əsgərov Azərbaycan İlahiyyat İnstitutunda “Din və elm” mövzusunda məruzə ilə çıxış edib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər il 27 mart tarixinin "Elm günü" kimi təsis edilməsi haqqında Sərəncamının icrası məqsədilə Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Elm günü”nə həsr olunmuş Tədbirlər planı hazırlanaraq təsdiq edilib. Tədbirlər planına uyğun olaraq, ali təhsil müəssisəsində “Elm günü”nə həsr olunmuş “Din və elm” mövzusunda professor, ictimai-siyasi xadim Şahlar Əsgərovun seminarı təşkil edilib.

Kalbajar.com Manevr.az -a istinadən xəbər verir ki, Aİİ rektoru Ceyhun Məmmədov tədbiri giriş nitqi ilə açaraq, müasir dövrdə elm və təhsilin cəmiyyətin inkişafında oynadığı roldan bəhs edib. Azərbaycanın ali təhsil müəssisələrində güclü elmi mühitin yaradılmasına xüsusi önəm verildiyini vurğulayan, rektor dövlətimizin bu sahəyə daim diqqət və qayğı ilə yanaşdığını bildirib. C.Məmmədov, həmçinin elm və təhsilin inkişafında ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olduğunu vurğulayıb.

İnstitutda tələbələrin nitq və polemika qabiliyyətinin, özünüifadə bacarığının, tənqidi təfəkkürün formalaşmasına xüsusi önəm verildiyini qeyd edən rektor, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə, zəngin dünyagörüşünə malik mütəxəssislərin yetişdirilməsi məqsədi ilə İnstitutda ardıcıl seminarlar, görüşlər təşkil olunduğunu vurğulayıb. C.Məmmədov daha sonra bildirib ki, ali təhsil müəssisəsi elmi və mədəni inkişafı təmin etmək məqsədilə müxtəlif konfrans, “dəyirmi masa” və görüşlərin təşkilinə xüsusi önəm verir.

Professor, ictimai-siyasi xadim Şahlar Əsgərov “Din və elm” mövzusunda məruzə ilə çıxış edərək, din və elm məfhumlarının qısa tarixinə toxunub. O bildirib ki, dinlə-elmi bir həqiqətin iki fərqli üzü kimi də xarakterizə etmək mümkündür. Elmin və tərəqqinin insan həyatındakı xüsusi əhəmiyyətini vurğulayan Ş.Əsgərov bu amilin gənclərin formalaşmasındakı rolundan ətraflı bəhs edib.

Görüşdə digər elmlərin İslam dini ilə sıx və qarşılıqlı münasibətdə olduğu bildirilib. Qeyd olunub ki, din insan tərəfindən əldə edilən elmi nailiyyətləri dəstəkləyir, hətta insanları təkidlə elm öyrənməyə dəvət edir.

Daha sonra Şahlar Əsgərov tələbələrin suallarını cavablandırıb, görüş iştirakçıları ilə fikir mübadiləsi aparıb.

Manevr.az

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page