Şahlar Əsgərovdan təklif:"Orta məktəblərə alimlərin adını vermək lazımdır"


“Elmdə qazanılan hörməti zamanla yeyirsən, başqa yerdə qazanılan hörməti isə zaman yeyir". Kalbajar.com xəbər verir ki, bunu Moderator.az-a  açıqlamasında professor  Şahlar Əsgərov  “orta məktəblərimizdə şagirdlərdə elmə maraq yaratmaq üçün nə etməliyik?” sualını cavablayan Şahlar Əsgərov bildirib:

"Bu, çox aktual və vacib sualdır. Bəlkə də bir qədər gecikmişik. Kaş bu sualın həllinə 20 il bundan əvvəl başlayaydıq və çözələyə-çözələyə gələrdik. Çünki elm mənəviyyatın bir hissəsidir. Elm 4 yerə bölünür, dəqiq, texniki, təbiət  və humanitar...

Dəqiq elmlər elmi möcüzələr, cihazlar, maşınlar yaratmalıdır. Bunlar maddi dəyər sayılır. Texniki elmlər maddi dəyərlər,  humanitar elmlər isə mənəvi dəyərlər yaratmaqla məşğuldur. Yəni yazıçılarımız, şairlərimiz,  rəssamlarımız öz əsərləri ilə mənəvi dəyər yaratmalıdır.

Biz elmə marağı məktəbdən başlamalıyıq. Gənc özü şüurlu  insandır, özü də dünyanı, kainatı, şəhəri başa düşməyə çalışır.  Biz cəmiyyətimizi, şəhərimizi elə nizamda saxlamalıyıq ki,  seçimi gənc özü etməlidir. Demokratiya, liberal dəyərlərin ən vacib şərti budur ki, seçimi gənc özü etsin.


Orta məktəblərə alimlərin adını vermək lazımdır. Hansı alim hansı məktəbi bitiribsə,  onun adını  ora  verməliyik.  Belə olduqda,  şagirdlər onunla maraqlanır,  adını, fəaliyyətini mənimsədikdə ən azından həmin alimə bənzəmək istəsin. Eyni zamanda məktəbliyə də,  gəncə də başa salmaq lazımdır ki, elm  asan deyil, bu yolda  getmək cəngavərlikdir. Yəni şagirdin, gəncin özü  elmlə bağlı qərara gəlməlidir. 

Bir çox ölkələrdə texniki muzeylər var. Bunu dəfələrlə təklif etmişəm. Texniki muzeyə daxil olan zaman orada texniki təmayülün əyani şahidi oluruq. Bununla da orada gəzən gənclər, məktəblilər inkişaf prosesini öz gözləri ilə görüb, elmə daha da həvəslənəcəklər. Alimliyin yaradıcı sənət olduğunun şahidi olacaq. İstehsalçı olmaq lazımdır, istehlakçı yox.


Alim olmayana alim diplomunu verməyək. 10 şagirddən, tələbədən biri  elmi seçərsə də bu yaxşı göstəricidir. Yalançı alimləri elmə buraxmaq lazım deyil. Bu təmiz suya çirkab atmış kimidir.  Sanki təmiz suyu çirkləndirirsən. İndi alimlər çox artıb. Elmi ad layiq olan insana verilsə, problemimiz olmaz. Bu istiqamətdə islahatlara ehtiyac var”.


Moderator.az

39 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev