Şamaxıda çağdaş aşıq sənətinə həsr edilmiş tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi”Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu”nda silsilə tədbirlər keçirir. Layihə çərçivəsində növbəti tədbir Şamaxı rayonunda baş tutub. Şamaxı Rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə Aərbaycan Pedaqoji Universitetinin Şamaxı Filialının,Rayon Mədəniyyət İdarəsinin, Mərkəzi Kitabxananın əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən rayon ziyalısı Məhəmmədəli İsayev,Azərbaycan Pedaqoji Universitetinin Şamaxı filialının müəllimi Vəsilə Razimi, musiqi məktəbinin direktoru Gülağa Cəbrayılov, Əməkdar Mədəniyyət işçisi, Ustad Aşıq Ağamurad Şirvanlı, Əməkdar Mədəniyyət işçisi, balaban ifaçısı Rasim Ələsgərov və başqaları çıxış edərək layihənin əhəmiyyətindən danışıblar, belə bir layihənin xüsusi ilə gənclərin vətənpərvərlik ruhunda böyüməsi baxımından cox əhəmiyyətli olduğunu bildiriblər. Çıxışlarda qeyd olunub ki, torpaqlarımızın 20 faizinin düşmən tapdağı altında olduğu bir zamanda, belə tədbirlərin keçirilməsi olduqca vacibdir torpaqlarımızın müqəddəsliyi uğrunda qəhrəmanlıq göstərən, şəhidlik zirvəsinə yüksələn vətən övladlarının həyatı bədii yaradıcılıqla məşğul olan aşıqlarımızın əsərlərində daim tərənnüm olunmalıdır. Belə əsərlər gənclərdə Vətən eşqini,Vətən sevgisini artırır. Ona görə də yaradıcılıqla məşğul olan aşıqlarımızın yazdıqları əsərlər ictimaiyyətdə geniş təbliğ olunmalı, mahiyyəti aşılanmalıdır. Bu, əslində ulu öndər Heydər Əliyev siyasətinin əsas tərkib hissələrindən biridir. İctimai Birliyin əməkdaşları Şamaxı rayonunda yaşayıb fəaliyyət göstərən aşıqlarla görüşərək layihənin keçirilməsinin məqsədindən danışıblar, onlardan bədii yaradıcılıqla məşğul olanların qəhrəmanlıq və vətənpərvərlik mövzusunda yazdıqları şeirlərdən nümunələri hazırlanacaq kitaba daxil edilmək üçün götürülüb. Görüş iştirakçıları bu cür layihənin reallaşmasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlıqlarını bildiriblər.

#AşıqŞəmşirMədəniyyətOcağıİB

#Aşıqlar #Regionlar #Şamaxı #Qazax

0 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev