Şuşa və Xankəndində həyəcan siqnalı verildi- ''Azərbaycan hücuma keçir!.''-FOTO


Ermənilər sığınacaqlara doluşdu, amma...

Azərbaycan və Ermənistan liderləri Vyanada Qarabağ danışıqları keçirdiyi ərəfədə işğal altındakı torpaqlarımızda növbəti mülki müdafiə təlimləri çərçivəsində həyəcan siqnalları çalınıb. 

Kalbajar.com Moderator.az-a istinadən xəbər verir ki,  separatçı nəşrlərin yaydığı məlumata görə,  bu gün- martın 29-u, saat 11:00-da qondarma rejimin fövqəladə hallara cavabdeh qanunsuz qurumları işğal altındakı Şuşa, Xankəndi və Hadrut şəhərlərində  “düşmən”in, yəni Azərbaycanın gözlənilə bilən hava hücumundan müdafiə olunmaq məqsədi ilə yerli sakinlər, məktəblilərlə təlim keçirib, həyəcan siqnalları çalınıb və ermənilər sığınacaqlara doluşub. Əlaqədar qurum rəhbərləri təlimlərin “uğurlu” keçməsi barədə rejim rəhbərliyinə məruzə ediblər.

P.S. Ermənilər təsəvvür edir ki, Azərbaycan hücuma keçir. Amma biz bunu edə bilmirik...

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev