“Şuşada Azərbaycanla Türkiyə arasında böyük miqyaslı müqavilə imzalanacaq“ - Ərdoğan

“Azərbaycana getdiyimizdə öncə Füzuliyə səfər edəcəyik, oradan da İlham Əliyev qardaşımızla Şuşaya gedəcəyik”.
Kalbajar.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, İ.Əliyevlə Şuşada böyük miqyaslı müqavilə imazalanacaq: “Bu, Türkiyə ilə Azərbaycan arasında, Türkiyə ilə Azərbaycan arasında ən böyük müqavilələrdən biri olacaq”.