ƏBÜLHƏSƏNOV ƏLİ RAMİZ OĞLU


Əbdülhəsənov Əli Ramiz oğlu, 1956-cı il iyul ayının 7-də Azərbaycan SSR-in Kəlbəcər rayonunun Kəlbəcər qəsəbəsində anadan olmuşdur. Atası Əmirov Əli Kəlbəcər rayonunda adlı-sanlı nəsildəndir. Onların ata yurdu Milli kəndidir. Təqribən 200 il bundan əvvəl İrəvan xanlığının Qızılvəng kəndindən köçüb Kəlbəcərin Zəylik kəndinə gəlmişlər. Ailə Güney və Quzey Azərbaycanında məşhur olmuş Şeyx Alı və ya Aşıq Alı kimi tanınmış bir sənətkarın elliləri və qohumları olmuşdur. Sonra Milli kəndində məskunlaşmışlar. Elə bu irsiyyət səbəbindən də Millidə Molla Həbi, Çahangir Həmid oğlu kimi şairlər yetişmişdir.

Əli Əmirov ali təhsilli biloloq idi.Vətənin işğalına tab gətirə bilmədi, 1977-ci ildə Bakı şəhərində dünyasını dəyişdi. Ramiz Əli oğlu Əbülhəsənov 1963-cü ildə Kəlbəcər şəhər orta məktəbinə daxil olmuş, 1973-cü ildə həmin məktəbi əla qiymətlərlə başa vurmuşdur. O, 1973-cü ildə Bakıya gələrək N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Müalicə fakültəsinə daxil olmuşdur.


R.Ə.Əbülhəsənov 1979-cu ildə İnstitutu müvəffəqiyyətlə qurtarıb “ürək-damar cərrahı” ixtisası qazanmışdır. O, institutu qurtardıqdan sonra, göndərişlə Moskvaya ixtisası üzrə aspiranturaya getmişdir. Aspirantura müddətində o, tibb elminə çox böyük həvəs göstərmiş, elmi məqalələr yazmış, elmi konfranslarda müxtəlif mövzularda məruzələrlə çıxış etmişdir. Məruzələrin tezisləri bir çox tibb jurnallarında çap edilmişdir. Belə çalışqanlığın nəticəsi öz bəhrəsini vermiş və dissertasiya müdafiə edib tibb elimləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.


Hazırda Ramiz Əli oğlu Moskvada “Ürək-damar cərrahı” klinikasında tibbi fəaliyyətini davam etdirir. Onun şəfalı əlləri neçə-neçə həmyerlilərimizi də sağaltmışdır. Əbülhəsənov Ramiz evlidir, həyat yoldaşı həkim-ginekoloqdur. Onun bir qızı vardır.

6 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev