ƏBDÜLRƏHMANOV BALACA İLYAS OĞLU


Əbdülrəhmanov Balaca İlyas oğlu, 1922-ci ildə Kəlbəcər rayonunun İstibulaq kəndində kəndli ailəsində anadan olmuşdur. Məlum olduğu kimi Sovet hakimiyyətinin ilk illərində respublikanın dağ kəndlərində ciddi çətinliklər var idi. Məhz buna görədə Əbdülrəhmanov Balacanın ailəsidə ehtiyac içində yaşamışdır. Belə vəziyyətə və rayonun mərkəzdən, dəmir yolundan uzaq olduğuna görə ali məktəblərə gedib oxuyan yox idi.

B.İ.Əbdülrəhmanov 1929-cu ildə öz kəndlərindən xeyli uzaq olan Çaykən 7 illik məktəbinə daxil olmuşdur, sonra təhsilini Kəlbəcər kənd orta məktəbində tamamlamışdır. Amma ali məktəbə gedə bilməmiş, əvvəl Kəlbəcər rayon mədəni-maarif şöbəsində inspektor, sonralar mühasib işləyib, az-çoz ailə qayğılarına kömək etmişdir. Lakin, oxumzq həvəsi onu rahat buraxmırdı.1946-cı ildə Bakıya gələrək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Geofizika fakültəsinə qəbul olmuşdur. Əbdülrəhmanov, 1951-ci ildə Universiteti fərqlənmə diplomu ilə qurtarmışdır.1954-cü ildə Moskva Dövlət Universitetində aspiranturaya qəbul edilmişdir. 1957-ci ildə aspiranturanı müvəffəqiyyətlə başa vurmuş və Azərbaycana qayıtmışdır. O, elə həmin il Azərbaycan Dövlət Universitetində “Azərbaycan SSR Daşkəsən dağ-mədən rayonunun iqtisadi coğrafi səciyyəsi” mövzusunda dissertasiya müdafiə etib, “coğrafiya elmləri namizədi” alimlik dərəcəsi almışdır. Bundan sonra o, Azərbaycan SSR EA İqtisadiyyat İnstitunda elmi fəaliyyətə başlamışdır. Əbdülrəhmanov burada çox ciddi elmi fəaliyyət göstərərək, 1969-cu ilə qədər ümumittifaqın bir çox konfranslarında məruzələr ilə çıxış etmişdir. Onun etdiyi 20-yə qədər elmi məruzələri SSRİ və Azərbaycan Elmlər Akademiyasının seriya jurnallarında çap edilmişdir. Sonra iki kitabı, 2 broşurası çap edilmişdir. Bunlarla yanaşı, o, doktorluq dissertasiyası mövzusu üzərində işləmiş, nəhayət, 1969-cu ildə B.İ.Əbdülrəhmanov Azərbaycan SSR EA-nın İqtisadiyyat İnstitunun Elmi Şurasında “Azərbaycan SSR-də nəqliyyat-iqtisadi əlaqələrinin səmərələşdirilməsi problemi və onun ictimai faydalılığının yüksəldilməsinə təsiri” mövzusunda dissertasiya müdafiə edib, “iqtisadi elmləri doktoru” alimlik dərəcəsinə laiq görülmüşdür.


B.İ.Əbdülrəhmanovun doktorluq dissertasiyasına verilən bir çox müsbət rəylər içərisində, iqtisad elmləri doktoru Nəbi Nəbiyevin, respublikanın o vaxtkı Plan Komitəsinin sədri M.İ.Abdullayevin və iqtisad elmləri doktoru N.Əhmədovun verdikləri yüksək qiyməti xüsusi qeyd etmək yerinə düşər.


Az sonra, Azərbaycan SSR EA İqtisadiyyat İnstitunda professor təyin edilmişdir. Professor Əbdülrəhmanov Balaca tez-tez rayolara gedər, ictimayət qarşısında maraqlı mövzularda mühairələr oxuyardı. Balaca müəllimin çox şirin ləhçəsi və duzlu danışmağı vardı. O, həm də şair idi. Çox əfsuslar olsun ki, o dünyasını dəyişən vaxt xeyli şeir yazılmış əlyazmaları itmişdir. Onun yalnız 1974-cü ildə Bakıda çap olunmuş “Sazımın tellərində pıçıldaşan nəğmələr” kitabı qalmışdır. Kitaba professor M.M.Allahverdiyev ön söz yazmışdır.

31 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev