''Əgər torpaqların azad olunmasıyla bağlı müraciət edirsənsə, buna mənəvi haqqın olmalıdır''



Bütün dərdlərin möcüzəsi--KƏLBƏCƏRİN işğalıdır…

İllərin üstünə il gələndə, insan əslində sevinməlidir: bir il də yaşadıq. Amma düz 27 ildir ki, bu sevincimiz ərşə çəkilib. Kəlbəcər adlı bir alınmaz qalanın, dünyanın ən füsunkar təbiətinə malik bu bölgə, bu mahal mənfur düşmən caynağında, murdar erməni çəkmələri altında inildədikcə, bizlərə yaşamaq və həyatdan zövq almaq haramdır! Çünki analarımız saçlarından, məğrur kişilərimiz qeyrətindən dara çəkildiyi bir məmləkətdə ömür sürmək yadellilərin qarşısında sürünməkdən başqa bir şey deyildir. Belə yaşamağı kimsəyə rəva bilməzdim. Çünki özüm bu sarsıntılar və təbəddülatlar girdabında əzab çəkənlərdənəm. Bu yaxınlarda bir kiçik status yazmışdım. Məzmunu beləydi ki, əlimizə düşən bu fürsətdən yararlanıb torpaqlarımızı azad etmək üçün antiterror əməliyyatına-müharibəyə başlamasaq, tarix bizi heç vaxt bağışlamayacq! Belə, təxminən bu tərzdə ürəyimin yanğısını dilə gətirib Prezidentimizə, Ordumuza müraciət etmişdim. Təbii ki, oxuyanların 95 faizdən çoxunun ürəyindən xəbər vermişdim. Bir nəfər ya qəsdən, ya da səmimiyyətindən (ayırd edə bilmədim) bir sual ünvanlamışdı: görəsən bunu yazanın özü Kəlbəcər üçün neyləyib? Əslində, normal və hamının bir-birinə verməli olduğu sualdır. Adam, hiss olunurdu ki, məni tanımır. Bir də baxdım ki, kəlbəcərlilər yazığı "yıxıb-sürüyürlər". Dərhal reaksiya verdim və müdafiəçilərimə müraciət edib sakitləşdirdim: bu adam sualı çox düzgün qoyub, bununla işiniz olmasın. Və izah etdim ki, çox yerində verilmiş sualdır, hər kəsə veriləcək sualdır və hər bir kəs özü-özünə bu sualı ünvanlamalıdır. Doğrudan da, sən əgər torpaqların azad olunmasıyla bağlı kimlərəsə müraciət edirsənsə, ilk növbədə buna mənəvi haqqın olmalıdır! Bu haqq yoxdursa, danışa bilməzsən. İndi həmin müraciəti böyük oxucu auditoriyası olan "Moderator.az" saytı vasitəsilə bir daha səsləndirmək istəyirəm.

"Düz 27 il bundan əvvəl Kəlbəcər uğrunda necə mübarizə aparırdıqsa, bu günlər də həyat uğrunda elə mübarizə aparırıq. Onda torpağı qoruyarkən şəhid olmaq şərəf sayılırdı, indi isə sətəlcəmdən ölmək böyük ayıb hesab olunur. Bəlkə bütün imkanlarımızı, gücümüzü, birliyimizi bərpa edib 27 illik biabırçılığın, rüsvayçılığın əvəzini çıxaq. İnanın, tam səmimiyyətimlə deyirəm: bir işarə bəsdir ki, bütün millət koronovorusa-sətəlcəmə baxmayaraq birləşib torpaqlarımızı azad etsin! İndi Allah bəlkə də bəşəriyyətə verdiyi bəlayla bərabər bizə böyük şans verib. Bütün dünya dövlətlərinin başı bu bəladan necə qurtarmağa qarışıb. ATƏT də, "matət" də, BMT də, həmsədrlər də yaxına da gələ bilməyəcəklər. Əla fürsətdir, hörmətli Prezident, əziz və qüdrətli Azərbaycan Ordusu! Onsuz da ölüm adlı kabus çin virusu (söz gəzir ki, amerikan laboratoriyalarında hazırlanıb-babalı deyənlərin boynuna) adı altında canımızı almağa girişib. Ölüm-ölümdür-gəlin sətəlcəmdən yazıq-yazıq yorğan-döşəkdə ölməyi yox, mərdi-mərdanə döyüş meydanlarında savaşıb ya şəhid olaq, ya da qalib! Ondan sonra Qələbə adlı immunitet hamımızı bu, bəşəriyyətin düşməni koronavirusdan qoruyacaq! Hamımız ordumuzla birlikdə döyüşə və Qələbəyə hazır olaq!"

Əlövsət Ağalarov, 

"Azərnəşr"in baş redaktoru, keçmiş millət vəkili

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev