ƏHMƏDZADƏ MEHMAN İMAMVERDİ OĞLU


Əhmədzadə Mehman İmamverdi oğlu, 1949-cu il dekabr ayının 23-də Kəlbəcər rayonunun Alçalı kəndində anadan olmuşdur. 1966-cı ildə Qılışdı kənd orta məktəbini bitirmiş, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-statistika fakültəsinə daxil olmuşdur. 1970-ci ildə institutu bitirəndən sonra təyinat ilə Bakı şəhəri Opcenikidze rayonu maliyyə şöbəsinə “maliyyə-kredit” ixtisası üzrə iqtisadçı vəzifəsinə təyin edilmişdir. 1970-ci ildə istehsalatdan ayrılmaqla “Maliyyə-pul tədavülü və kredit” ixtisası üzrə, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda aspiranturaya daxil olmuşdur.

M.İ.Əhmədzadə 1970-ci ilin noyabrından 1971-ci ilin noyabrınadək Hərbi Dəniz Donanmasında hərbi xidmətdə olmuşdur. 1974-cü ildə aspiranturanı bitirib, Ukrayna SSR-in Ternopol Maliyyə-iqtisad institutuna göndərilir. 1976-1979-cu illər ərzində A.N.Voznesenski adına Leninqrad Maliyyə-iqtisad institutunda “Maliyyə” kafedrasında elmi axtarışçı kimi “Прибыль и ее роли в повышении эффективности промышленного производства” mövzusunda dissertasiya üzərində işləmiş və müdafiə etmişdir. 1988-ci ilin may ayından “Комигипро НИИ леспром” institutunda kiçik elmi işçi, həmin ilin avqust ayında isə “Komi meliorasiya” İB SPMK idarəsində muhəndis –iqtisadçı və tərbiyəçı müəllim işləmişdir. Lakin imperiya dövründə M.İ.Əhmədzadə müxtəlif çıxışlarına görə repressiyaya məruz qalmış və doğma Azərbaycana qayıtmışdır. O, 1990-cı ildə Bakı “Kooplayihə” kooperativində iqtisadçı və 1991-ci ildə Bakı şəhəri Baş Memarlıq və Şəhərsalma İdarəsinin xüsusi elmi-layihə bürosunda smeta mühəndisi və bölmə rəisinin müavini vəzifəsində çalışmışdır.

1991-1992-ci illərdə M.İ.Əhmədzadə Bakıda “Azəri” şirkətinin “HİRS” firmasında iqtisadçı, “Kama-Tyulhan” əmtəə fond birjasında, Bakı şəhər qarnizonunun Zabitlər Evində baş mühasib işləmişdir. Eləcə də, Bakı “Xurşid” firmasında baş iqtisadçıdır.


Ölkənin həyatında baş verən hadisələrə biganə qalmayan Mehman müəllim 1979-cu ildən başlayaraq SSRİ-də milli gəlirin mülkü və hərbi sahələr arasında bölgüsü nisbətlərinin dəyişdirilməsi, hərbi xərclərin dövlət büdcəsində xüsusi çəkisinin azaldılmasının zəruriliyi haqqında konsepsiyalarla çıxış etmişdir. Belə çıxışları bürokratların xoşuna gəlməmişdir. O, ixtisasına aid müxtəlif tədqiqatlar aparmış və çoxlu elmi məqalələr yazmışdır.


1990-1991-ci illərdə yerinə yetirdiyi elmi tədqiqatlar Azərbaycan dövlət tikinti komitəsi sifarişçi tikinti təşkilatlarının işinin yenidən qurulmasında böyük əhəmiyyət kəsb etmişdir. “Ayapulss”(24/89) Eston Jurnalında və “Azərbaycan” qəzetində (1990-cı il 4 may N14) dərc olunmuş konsepsiyalar üzrə o, respublika üçün böhranlı vəziyyətdən çıxış yolunun mümkünlüyünü göstərmişdir. 1991-1992-ci illərdə Azərbaycanda yeni bazar qurulmasının (birjaların, kiçik ticarət müəssisələrinin, ticarət evlərinin) yaradılmasında fəal iştirak etmiş və təcrübə qazanaraq iqtisadiyyatı idarəetmənin yeni konsepsiyasının yaradılmasına nail olmuşdur.


O, Sovet hakimiyyəti illərində Azərbaycanda yaranmış milli varidatın çoxaldılması əvəzinə, onun sonsuzluqlara qədər yenidən bölgüsü üzərində baş sındıran və proqramlar həyata keçirən siyasi qurumların yarıtmaz fəaliyyətini tənqid etmişdir.


M.İ.Əhmədzadənin 2000-ci ilin martında böyük həcmli “Dövlət maliyyəsi” adlı elmi-tarixi kitabı çapdan çıxmışdır. Onun araşdırdığı məlumatların çox böyük tarixi-elmi-iqtisadi əhəmiyyəti vardır. Belə ki, ilk dəfə olaraq iqtisad elmində Şumer dövləti tərəfindən buraxılmış pul vahidinin “Şekel” yox, “Şəkil” adlandırıldığını məhz M.İ.Əhmədzadə təsdiq etmişdir. O, birinci şəxs üçün ölkəni idarəetmənin alternativsiz proqramını hazırlamışdır. Azərbaycan Respublikasının 1988-2000-ci illərdə düçar olduğu fəlafətlərin ağır nəticələrinin aradan qaldırılması üçün yerli əhalinin maraqlarını təmin edən dövlət aparatının yaradılmasının labüdlüyünü də söyləmişdir. Mehman müəllim pedaqoji fəaliyyəti ilə yanaşı, elmi tədqiqatlarını da davam etdirir. Əsas arzusu gələcək fəaliyyətini doğma Kəlbəcərdə davam etdirməkdir.


Mehman müəllim evlidir. Həyat yoldaşı Güləndam xanım evdar qadındır. Oğlu Rüstəm və Azər orta məktəbdə oxuyurlar.

19 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev