''Əkiz bacım direktordur, mən də olsam, məktəbə maddiyat kimi baxmayacağam'' – DİQ



Direktorların işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi artıq yekunlaşıb. İmtahanda minimum 40 % nəticə göstərənlər müsahibə mərhələsində iştirak hüququ qazanıblar. Test imtahanlarından ən yüksək nəticə 49 bal olub. İkinci yerdə isə 48 ballıq göstərici ilə Sədaqət Şükürova gəlir. O, Yevlax ərazisində yerləşən Kəlbəcər rayon 30 saylı tam orta məktəbin təşkilati işlər üzrə direktor müavinidir. “Müəllim olmağımın yeganə səbəbi direktorluq arzum idi. İstəyirəm, həm öz xəyyallarımda olan, arzuladığım, həm də dövlətin tələblərinə cavab verən ümumtəhsil müəssisəsi formalaşdırım. Bilirəm ki, bu, bir az zaman alacaq. Amma bu potensialı özümdə hiss edirəm”. Bunu imtahan təəssüratlarını AzEdu.az-la bölüşən ibtidai sinif müəllimi, direktorluğa namizəd Sədaqət Şükürova deyib. O, imtahan suallarının o qədər də mürəkkəb tərtib olunmadığını bildirsə də, məntiqdən çətinlik çəkdiyini etiraf edib: “Məntiq direktorların işə qəbul imtahanına yeni salınıb.15 sualdan cəmi 9-nu düz cavabladım. Yəni, səhv cavablarımın çoxu məntiqdən idi. 


Amma məncə, öz üzərində çalışan namizədlər üçün imtahan sualları orta səviyyəli idi. Məntiqdən üzərimdə işləsəydim, nəticəm 50 balı keçərdi”. “O sualları cavablaya bilmək üçün qanunvericiliyi mükəmməl bilmək lazım idi” İmtahan suallarından danışan Sədaqət xanım bildirib ki, qanunvericiliklə bağlı testlər yüksək səviyyədə tərtib olunmuşdu: “Amma suallar həm də məntiq tələb edən və çaşdırıcı idilər. O sualları cavablaya bilmək üçün qanunvericiliyi mükəmməl bilmək lazım idi. Mənim günüm təhsilə aid normativ hüquqi aktları, təhsil qanunvericiliyini oxumaqla keçib. Mən əvvəlki illərdə də imtahanlarda iştirak etmişəm. Onda 40 sualdan 36-nı yazmışdım. Nazirin qəbulunda olanda da mənə bu yüksək nəticələrlə müsahibə mərhələsində iştirak etməyimi məsləhət gördü. Dedi ki, ola bilər növbəti il müsabiqə bir qədər çətin olsun. Mən isə etiraz etdim. Cənab nazirə dedim ki, bunu özüm üçün çətin hesab etmir və yenidən imtahanda iştirak etmək istəyirəm”. Sədaqət xanım direktorların işə qəbul imtahanında hansı vəsaitlərlə hazırlaşdığını açıqlayıb. O bildirib ki, növbəti illərdə imtahanda iştirak edəcək namizədlərə də bu vəsaitlərdən yararlanmağı məsləhət görür: “Təhsil haqqında” Qanunu oxumuş, Əmək Məcəlləsinin 317 maddəsinin hər birini əzbərləmişdim. Təlimçi Cavid Cəfərzadənin, Xəyyam Fərəcovun direktorların işə qəbul müsabiqəsi üçün nəzərdə tutulan kitablarını, “Təhsil sahəsində normativ hüquqi aktlar,I və II hissəni oxumuşdum. Bununla bərabər, edu.gov.az saytından bütün normativ hüquqi sənədləri yükləmiş, hamısı barədə məlumatlanmışdım”. “Direktor olsam, heç vaxt məktəbə maddiyyat kimi baxmaram” Niyə direktor olmaq istəyirsiniz? sualına cavab olaraq müsahib bildirib ki, bu, onun uşaqlıq arzusudur: “Deyirlər ki, zabit olmaq istəməyən əsgər, əsgər deyil. Mənim müəllim olmağımın yeganə səbəbi direktorluq arzum olub. Direktor olmaqda məqsədim isə təhsil sahəsindəki yeniliklərin, uğurlu tədbirlərin bir ümumtəhsil müəssisəsi fonunda reallaşdırılmasıdır. İstəyirəm ki, həm öz xəyyallarımda olan, arzuladığım, həm də dövlətin tələblərinə cavab verən ümumtəhsil müəssisəsi formalaşdırım. Bilirəm ki, bu, bir az zaman alacaq. Amma bu potensialı özümdə hiss edirəm. Fikrimcə, buna nail ola bilərəm”. “Direktor olsanız, məktəb fəaliyyətinizə hansı 3 yeniliyi tətbiq etməklə başlayarsız?” “Öncə həmin ümumtəhsil müəssisəsi ilə tanış olaram. Oradakı maddi-texniki bazadan tutmuş, infrastruktura, kadr çatışmazlığına qədər - hamısını araşdıraram. Həm müəllim, həm də şagirdlər üçün vahid geyim formasını yaratmaq istəyərəm. Zəif şagirdlərə daha çox diqqət ayırıb, nəticələrinin yüksəldilməsi üçün çalışaram. Şagirdlərim və müəllimlərimin daha yüksək nailiyyətlər əldə etməsini təmin edərdim. Təlimin keyfiyyətini yüksəltməyə çalışaram. Fikrimdə tutduğum o qədər yenilik var ki...” “Direktor güclü olsa, bir şagird niyə repetitora müraciət etsin?” Direktorluğa namizəd hazırki məktəb rəhbərlərinin fəaliyyətlərində yol verdikləri boşluqlardan da söz açıb: “Hazırda işlədiyim məktəbin direktoru mükəmməl rəhbər, idarəedicidir. Mənim əkiz bacım da məktəb direktorudur. Amma ümumi mənzərəni nəzərə alıb deyə bilərəm ki, əksər direktorların əmək qanunvericiliyi, sənədləşmə bilgiləri zəifdir. Zəif şagirdlərlə işi sistemli qura bilmirlər. Müəssisənin rəhbəri güclü olsa, bir şagird niyə repetitora müraciət etsin? O düzgün bölgü aparsa, həm müəllim, həm də şagirdlərini razı sala bilər. Direktor olsam, heç vaxt məktəbə maddiyyat kimi baxmaram”. “Məktəbi sırf dövlətin ümidinə qoymaq olmaz” Sədaqət xanım məktəb direktorlarını təhsilin inkişafı naminə əlindəki imkanlardan maksimum istifadə etməyə çağırıb: 


“Məsələn, mənim əkiz bacım məktəbə Kəlbəcər 23 nömrəli məktəbə rəhbər təyin ediləndə oranın maddi texniki bazası çox pis idi. İnfrastrukturda xeyli çatışmazlıqlar vardı. Şagird sayı az idi. O, öz şəxsi vəsaiti hesabına məktəbi təmir etdi. İstilik sistemini qurdu, internet xəttə çəkdirdi. O, qəsəbədə fəaliyyət göstərən yeganə qaçqın məktəbidir. Bu mənada rəhbərdən çox şey asılıdır. Məktəbi sırf dövlətin ümidinə qoymaq olmaz. Respublikada xeyli məktəb var. Dövlət vaxt ayırmağa çalışır. Amma direktorlar da əlindən gələni etməlidirlər. Direktorlara demək istəyirəm ki, məkətb üçün əlinizdən gələni edin. Dövlət, valideynlər bunu qiymətləndirəcək. Bunu dəyərləndirməmək mümkün deyil. Ona görə də, öz imkanlarınızdan məktəbin xeyrinə istifadə edin.

AzEdu.az


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

DSC_6292.JPG

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarılmalıdır.

Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilib.

Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olunub.

Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib.

Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşıb.

 

İşğaldan azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısını təqdim edir:
 

27 sentyabr
 

  • Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri

  • Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri

  • Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər
     

 3 oktyabr
 

  • Tərtər rayonunun Suqovuşan və Talış kəndləri

  • Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri

  • Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi
     

 4 oktyabr
 

  • Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri
     

5 oktyabr
 

  • Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri
     

 9 oktyabr
 

  • Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi

  • Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri 

  • Füzuli rayonunun Yuxarı Güzlək, Görəzilli kəndləri

  • Tərtər rayonunun Çaylı kəndi
     

 14 oktyabr
 

  • Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri

  • Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri
     

15 oktyabr
 

  • Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri

  • Füzuli rayonunun Arış kəndi

  • Cəbrayıl rayonunun Doşulu kəndi
     

 16 oktyabr
 

  • Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri
     

 17 oktyabr
 

  • Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri
     

 18 oktyabr
 

  • Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı
     

 19 oktyabr
 

  • Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri
     

 20 oktyabr
 

  • Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri

  • Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri

  • Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri

  • Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri
     

 21 oktyabr
 

  • Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri

  • Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri

  • Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri
     

 22 oktyabr
 

  • Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi

  • Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri

  • Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri
     

23 oktyabr
 

  • Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri

  • Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri

  • Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri

  • Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri
     

 25-26 oktyabr
 

  • Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri

  • Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri

  • Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri.
     

28 oktyabr
 

  • Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri

  • Füzuli rayonunun Mandılı kəndi

  • Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri

  • Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri.
     

30 oktyabr
 

  • Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri

  • Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri

  • Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri.
     

2 noyabr
 

  • Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri

  • Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri

  • Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri.
     

4 noyabr
 

  • Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri

  • Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri

  • Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri.


7 noyabr

 

• Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri

• Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac kəndləri

• Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri

• Zəngilan rayonunun Beşdəli kəndi

• Xocavənd rayonunun Ataqut, Tsakuri kəndləri

• Xocalının Qarabulaq, Moşxmaat kəndləri
 

8 noyabr  
 

  • ŞUŞA şəhəri


9 noyabr
 

  • Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq kəndləri

  • Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı kəndləri

  • Xocavənd rayonunun Susanlıq, Domi, Tuğ, Akaku, Azıx,Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri

  • Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər kəndləri

  • Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri

  • Zəngilan rayonunun Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi

  • Laçın rayonunun Güləbürd, Səfiyan, Türklər kəndləri

 
10 noyabr
 

  • Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatına əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub.

  • Bəyanata əsasən 2020-ci il noyabrın 15-dək Kəlbəcər rayonu, noyabrın 20-dək Ağdam rayonu, dekabrın 1-dək isə Laçın rayonu Azərbaycana qaytarılacaq.
     

20 noyabr
 

  • Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Ağdam rayonu Azərbaycana təhvil verilib. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi azad olunub.Xatırladaq ki, Ağdam işğal edilmiş rayonlarımızın arasında əhalinin sayına görə ən böyük rayondur. Rayonda 138 yaşayış məntəqəsi var.
     

25 noyabr
 

  • Üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu da Azərbaycana təhvil verilib.

     

    Qeyd edək ki, Kəlbəcər ərazi baxımından respublikamızın ən böyük rayonlarından biridir.

    2020-ci il yanvarın 1-nə olan məlumata görə, əhalisi 77 min nəfərdən çoxdur. İşğaldan əvvəl rayonda 147 yaşayış məntəqəsi olub.
     

1 dekabr
 

  • Üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı birləşmələri Laçın rayonundan

     

    çıxıblar. Rayon Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilib.

    Qeyd edək ki, ərazisi 1800 kvadratkilometr olan Laçın rayonunda bir şəhər, bir

    qəsəbə və 125 kənd olmaqla, ümumlikdə 127 yaşayış məntəqəsi var. 

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev