ƏLÖVSƏT AĞALAROV

Əlövsət Ibrahim oğlu Ağalarov 1954-cü ilin yanvar ayının 20-də Kəlbəcər rayonunun Quzeyçirkin kəndində dünyaya gəlmişdir. Qılınclı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsine daxil olmuş, sonra Univertsitet  rəhbərliyi tərəfindən Leninqrad Dövlət Universitetinin jurnalistika fakültəsinə göndərilmiş, ali təhsilini bu universitetdə başa vurmuş və təyinatla Azərbaycan Dövlet Nəşriyyatina redaktor vəzifesinə təyin olunmuşdur. Bu nəşriyyatda iki il işlədikdən sonra Azərbaycan Dövletnəşrkomunda Tərcüme Ədəbiyyatı Idarəsində redaktor vəzifəsinə təyin edilmişdir. 4 il bu vəzifədə çalışdıqdan sonra yenidən Azərbaycan Dövlət Nəşriyyatında Bədii  Ədəbiyyat redaksiyasına şöbə müdiri vəzifesinə göndərilmişdir. Sonralar Baş redaktorun müavini, 1992-ci ildən bu günədək isə Nəşriyyatın Baş redaktoru vəzifəsində çalışır. 1995-ci ildə Birinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin üzvü seçilmişdir. SSRI Jurnalistler Ittifaqının, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 20-dən çox kitabıi Azərbaycan dilinə tərcümə etmişdir(Turgenevin povestlerini, N.Nosovun trilogiyasini, A. Kuleşovun povestlərini, O.Şestinskinin hekayələrini, M.Paviçin "Xəzər lüğəti" tarixi əsərini, Əhmədxan Əbu Bəkirin povestini və s. ). 500-dən çox kitabin redaktoru, iki yüzdən çox elmi-publisistik məqalə müəllifi. Evlidir, iki övladi var.

42 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev