Ələmdar Cabbarlının imza günü keçirildi


Bakı Dövlət Universitetində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Ələmdar Cabbarlının “Qızıl” (povest və hekayələr) kitabının imza günü keçirilib.


Tədbiri açan – rektorluğun nümayənəsi dosent Daşqın Qənbərov müəllifi və mərasimə qatılanları BDU rəhbərliyi adından salamlayıb. O, bildirib ki, Universitetdə hər zaman qaynar ədəbi mühit olub, bir sıra görkəmli şair və yazıçılar bu elm ocağında fəaliyyət göstəriblər.


Tədbirin aparıcısı - İctimai Televiziyanın əməkdaşı Orxan Cabbarlı yeni kitabın məziyyətlərindən bəhs edib. 









Sonra professor Cahangir Məmmədli, professor Şahlar Əsgərov, tənqidçi Əsəd Cahangir, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, AYB Moskva bölməsinin katibi Nəsib Nəbioğlu, şairlədən Ayaz Arabaçı, Adil Cəmil, Knyaz Aslan, Əvəz Qurbanlı, tanınmış publisist Mahir Qabiloğlu və başqaları “Qızıl” kitabı haqqında fikirlərini bölüşüblər.




Mərasimdə Ələmdar Cabbarlıya “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti adından diplomlar verilib.




Qeyd edək ki, Ələmdar Cabbarlı Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosentidir



Qızıl” müəllifin sayca onuncu kitabıdır. Kitab “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin “Gənc yazarların təbliği” layihəsi üzrə nəşr olunub. 


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev