ƏLBƏNDOV ƏLƏMDAR ASLAN OĞLU


Əlbəndov Ələmdar Aslan oğlu, 1940-cı ildəyanvarın 8-də Kəlbəcər rayonunun Zar kəndində kalxozçu ailəsində anadan olmuşdur. Arası Səfiyyev Aslan Əlvənd oğlu, anası Səfiyeva Pərixan Məmiş qızının ailəsində iki oğul və üç qız dünyaya gəlmişdir. Ələmdar ailənin sonbeşiyi olmuşdur. Böyük bacısı Telli və qardaşı Ələsdan bir neçə sinif səviyyəsində təhsil almışdır. Ələmdar isə Zar kənd 8-illik məktəbini bitirdikdən sonra, orta təhsilini Kəlbəcər orta məktəbində almışdır. O zaman məktəbdə xüsusi bacarıq və istedadı ilə seçilən Ələmdar orta məktəbi bitirərkən qızıl medala namizəd olanlardən biri olmuşdur. Lakin kasıb olduğundan heç kim tərəfindən himayə və haqqı müdafiə olunmayan Ələmdara, məqsədli olaraq atesstat imtahanlarında Ədəbiyyat fənnindən 4 yazmaqla, qızıl medaldan məhrum edirlər. Bununla belə ona gümüş medal düşdüyü halda, sənədlərini Azərbaycan Maarif Nazirliyinə belə göndərmirlər. Bu barədə o, müvafiq rayon təşkilatlarına müraciət etsə də, nəticəsiz qalır. Lakin bu haqsızlıq onu ruhdan salmır.


Ə.A.Əlbəndov məktəbi bitirdikdən sonra, bir neçə şagird yoldaşları ilə Bakıya gəlir. Tibb İnstitutuna sənədlərini versə də, onun sənədlərini qəbul etmirlər. Ona:–Artıq gecikmisiniz, azərbaycanlılar üçün plan dolub, qalan yerlər isə xarici abituriyyentlər üçün ayrılıbdır!-deyirlər. İlk dəfə Bakıda olan və qəbul qaydaları haqqında heç bir məlumatı olmayan gənc Ələmdar bu sözlərə inanır və heç bir etiraz bildirmir. Öz arzusuna çatmadığını görəndə, kimyaçı olmaq qərarına gəlir və sənədlərini V.İ.Lenin adına ADPU-nun kimya-biologiya fakültəsinə təqdim edir. İmtahandan əla qiymərtlər almaqla, həmin instituta daxil olur. İnstutua daxil olduğu gündən öz istedadı ilə fərqlənir, müəllimlərinin və dekanın diqqətini cəlb edir. Semestr imtahanlarını əla qiymətlərlə başa vurur. Şəkli şərəf lövhəsinə vurulur, ictimai işlərdə irəli çəkilir. “İti gözlər” adlı fakültə divar qəzetinin redaktoru, fakültə və institut komsomol bürosunun üzvi kimi ictimai işlərdə fəallıq göstərir. III kursdan etibarən fakültə dekanlığı və rektorluq Ələmdara böyük etimad göstərərək, onu Lenin təqaüdünə namizədliyini irəli sürürlər. Ona bu təqaüdün verilməsi Azərbaycan Maarif Nazirliyi tərəfindən təsdiq olunur.


Ə.A.Əlbəndov bu şərəfli ada layiq görülməsində ali təhsil sistemində böyük xidmətləri olan gözəl insan, tələbələrindəki istedadın vurğunu kimi tanınmış, onlara xüsusi qayğı və hörmət bəsləyən, öz obyektivliyi ilə seçilən alim, kimya elmlər doktoru, professor, mərhum Allahverdi Verdizadənin əməyini xüsusu qiymətləndirir, onu həmişə dərin hörmət və minnətdarlıqla xatırlayır. Prof.A.Verdizadə Ələmdarı elmi işə cəlb edir. O, “Sirkoniumun periodatoyodometrik təyini” mövzusunda elmi iş aparır və bu işin nəticələri Azərbaycan Kimya jurnalında Sirkoniumun mikroperiodat üsulu ilə təyini adında elmi məqalə şəklində çap edilir. Ələmdarın təhsili və elmi işlərdəki fəaliyyəti institutun Müəllim və Ümumittifaq “Uçitelskaya qazeta” qəzetlərində də işıqlandırılır.


1963-cü ildə institutu Lenin təqaüdü ilə bitirən Ə.A.Əlbəndovu prof.V.Verdizadənin rəhbərlik etdiyi Analitik kimya kafedrasında saxlayırlar. Lakin sonralar müvafiq ştatın alınmaması səbəbindən onu təyinatla öz doğma rayonuna–Kəlbəcərə göndərirlər. Ələmdarın təhsil aldığı dövrdə əldə etdiyi müvəffəqiyyətlər Kəlbəcər ictimaiətinə, rayon maarif sisteminə yaxşı bəlli idi. Ona böyük hörmət bəsləyirdilər. Odur ki, pedaqoji stajının olmamasına baxmayaraq etimad göstərərək onu öz kəndlərindəki 8 illik məktəbə direktor təyin edirlər. 1964-cü ildə tələbə yoldaşı olmuş Paşayeva Dilşad Paşa qızı ilə ailə qurur və həmin ildə də AEA-nın qeyri-üzvi və fiziki kimya institutunun analitik kimya ixtisası üzrə aspiranturasına daxil olur.

Ə.A.Əlbəndov “Amonium tetrarondanodiamminxrominant platinin sürətli və dəqiq təyinində bir reagent kimi” mövzusunda dissertasiya işi üzrə elmi tətqiqat işinə başlayır. Təhsil aldığı müddətdə analitik kimya üzrə 3 ilə yaxın elmi –tətqiqat işi apardığından aspiranturada müstəqil tətqiqatçı kimi fəaliyyət göstərir. Dünya şöhrətli alim və tələbələrin istedad və qabiliyyətinin vurğunu olan Xudu Məmmədov hələ, Ə.A.Əlbəndovu aspiranturaya imtahan verəndə onun diqqətinin cəlb etmişdir. Onu imtahandakı cavablarına görə xüsusi təbrik etmişdir. Bu Ələmdarın Xudu müəllim ilə ilk tanışlığı idi. Sonralar Ə.A.Əlbəndov elmi konfranslarda, simpoziumlarda məruzə və çıxışları onu Xudu müəllimə daha da yaxımlaşdırmışdır. O zamanlar EA-nın qeyri-üzvi və fiziki kimya institutunda ayda bir dəfə olmaqla, elmi seminarlar keçirilirdi. Seminarda bir qayda olaraq tanınmış alimlər kimya elminin aktual problemləri mövzuunda məruzələr edirdilər. Məruzələrdən sonra suallar və diskussiyalar başlayırdı. Ə.A.Əlbəndov o zaman baş vermiş aşağıdakı əhvalatı həmişə xatırlayır və Xudu müəllimin əzəz xatirəsi qarşısında baş əyir. Allah ona qəni-qəni rahmət eləsin!-deyir.


...Xudu müəllim Ələmdarı çağıraraq ona elmi seminarda çıxış etməyi təklif edir. Bu təklif onun Ələmdara verdiyi xüsusi qiymət və etimad idi. Seminarın mövzusunu Xudu müəllim özü müəyyənləşdirir. “Kompleks birləşmələrin sterokimyası” adlı mövzunu kvant mexanikası əsasında şərh etmək lazım idi. Ələmdar seminara yaxşı hazırlaşır və institutun tanınmış alimləri qarşısında məruzə edir.


Məruzə böyük həvəslə dinlənilir, verilən suallara tutarlı cavablar verilir. Ələmdarın cavabları Xudu müəllimin ürəyincə olur və ürəyində ona daha da dərin məhəbbət bəsləyir. Seminardan sonra Xudu müəllim Ələmdara deyir:-İşin yoxdur ki, biz bir yere getməliyik.-Hara gedəcəklərini soruşanda isə:-Sonra bilərsən!-deyir. Onlar bir neçə nəfər ilə köhnə “İnturist” mehmanxanasının restoranına gəlirlər. Burada Xudu müəllim yaxşı bir qonaqlıq verir və qeyd edir ki, Ələmdar, bax, bu qonaqlığı bu gün seminarda etdiyin məruzələrə görə, sənin şərəfinə təşkil etmişəm. Xudu müəllimin bu böyüklüyünün qiymətinin əvəzini vermək çox çətindir.

1968-ci ildə Ə.A.Əlbəndov dissertasiyasını müdafiə edərək kimya elmlər namizədi alimlik dərəcəsi adını alır. Platinin ammonium tetradanodiamminxrominat vasitəsi ilə qravimetrik, titrimetrik, fotometrik və potonsiametrik metodları”nı işlıyib hazırlayır. Bu metodalar platinin təbii obyektlərdə, ərintilərdə, nikel və mis şlamlarında, anod nikelində platinin təyininə tətbiq edilir. Bu medtodun mövcud metodlardan sürət və dəqiqliyi etibari ilə üstünlüyü müəyyən edilir.


Ə.A.Əlbəndov dissertasiya işlərinin nəticələri Ümumittifaq və Respublika elmi konfranslarında müzkirə edilir. Moskva ,Leninqrad, Kiyev, Minsk, Riqa, Odessa kimi elmi mərkəzlərində tanınmış alimlər tərəfindən dissertasiya işinə müsbət rəylər verilir. 1969-cu ildə Novosbirsk şəhərində SSRİ EA-nın Sibir filialında “platin qrupu metaların təyini” mövzusunda təşkil edilən Ümumittifaq elmi konfransa dəvət olunur və orada platinin Reyneks duzu ilə təyininin yeni metodları barəsində məruzə edir.


Ə.A.Əlbəndov 1969-cu ildən etibarən öz fəaliyyətini ali təhsillə bağlayır. O, əvvəlcə, M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun analitik kimya kafedrasına dosent seçilir. Lakin ailəli olduğundan evsizlik onu çox narahat edir. Odur ki, 1971-ci ildə öz xahişi ilə Ali və Orta İxtisas Təhsili Nazirliyi tərəfindən Kirovabada yeni fəaliyyət göstərən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun filialına göndərilir. Ələmdar müəllim burada kimya kabinəsinə başçılıq edir və onun rəhbərliyi altında yeni, müasir laboratoriyalar təşkil olunur. Bunun nəticəsi olaraq kimya


kabinesi kimya kafedrasına çevrilir. 1980-ci ildə bu filial Azərbaycan Texnologiya İnstitutuna çevrilir və bu institutun maddi texniki bazasının yaradılmasında Ələmdar müəllimin böyük xismətləri olmuşdur. Bu dövrdə o, müxtəlif vəzifələrdə dekan müavini, institut Metod Şurasının, Müsabiqə komissiyasının sədri, Həmkarlar təşkilatının sədri və kafedra müdiri kimi müxtəlif vəzifələrdə işləmişdir. Hazırda İnstitutun qeyri-üzvi və analitik kimya kafedrasının müdiri və İnstitut Elmi Şurasının üzvüdür. Təhsillə yanaşı o, Üzvi reagentlərin nadir və əlvan metalların təyininə tətbiqi istiqamətində də elmi işlərini davam etdirmişdir. Vanadium, volfram, tantal və molobidenin mikromiqdarlarını təyin etmək üçün yeni fotometrik və ekstrokoiya–fotometrik metodlar işləyib hazırlamışdır. 70-dən çox elmi əsəri çap edilmişdir. “Tiokarbamid metalloreynekeat komplekslərin nəcib və əlvan metalların analitik kimyasına tətbiqi” adlı monoqrafiyanın, “Atomun quruluşu və kimyəvi rabitə”, “Kimyəvi termodinamika və kinetikanın əsasları”, “Ümumi və qeyri-üzvi kimya praktikumu”, “Karbidlər” adlı kitabların və bir neçə metodik göstərişlərin müəllifidir.


Ə.A.Əlbəndov 1990-cı ildə yüksək ixtisaslı mühəndis-mexanik, mühəndis-texnoloqların hazırlığında xüsusi xidmətlərini nəzərə alaraq SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi onu SSRİ ali təhsil sistemi üzrə “İşdə əla xidmətlərinə görə” döş nişanı ilə təltif etmişdir.

Həmçinin Ələmdar Əlbəndov Sankt-Peterburq Beynəlxalq Təhlükəzislik və Ekoloji Akademiyasının həqiqi üzvi seçilmişdir.


Ə.A.Əlbəndov evlidir. İki oğlu vardır. Əlbəndov Samir orta məktəbi qızıl medalla, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib və hazırda bu universitetin aspirantıdır. Əlbəndov Zaur orta məktəbi əla qiymətlərlə, Azərbaycan Texnologiya İnstitunun Yeyinti istehsalatının maşın və avadanlıqları ixtisasını isə fərqlənmə diplomu ilə bitirmişdir.

0 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev