ƏLİYEV ZAKİR SƏFİ OĞLU


Əliyev Zakir Səfi oğlu, 1937-ci ildə Kəlbəcər rayonunun Kəlbəcər qəsəbəsində anadan olmuşdur. Atası II Dünya müharibəsində həlak olduğu üçün, 50 ildən çox müəllimlik edən əmisinin himayəsində böyümüşdür. O, 1945-ci ildə Kəlbəcər qəsəbə orta məktəbinin I sinfinə daxil olmuşdur. Kəlbəcər qəsəbə orta məktəbi o vaxtlar, Azərbaycanın ən nümunəvi məktəblərindən biri hesab olunurdu. Məktəbə uzun illər Lenin və Əmək Bayrağı ordenli, qabaqcıl maarif xadimi Əhmədov Cəfər rəhbərlik edirdi. Məktəbdə respublikada tanınmış Cəfərov Bəhmən, Hüseynov Aslan və s müəllimlər işləyirdi.

Z.S.Əliyev nəinki məktəbdə oxumağına görə hamıdan seçilir, hətta evlərdə valideyinlərinin öz övladlarına nümunə göstərdikləri bir şagird kimi də tanınırdı. Zakir hələ uşaqlıqdan öz yaşıdlarından əməksevərliyi, elmə olan həvəsi və ciddiliyi ilə fərqlənirdi. O, 1955-ci ildə Kəlbəcər qəsəbə orta məktəbini müvəffəqiyyətlə bitirərək, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə profilaktika fakültəsinin I kursuna daxil olmuşdur. Hələ I kursda özünün çalışqanlığı və elmə olan həvəsi ilə öz tələbə yoldaşlarından fərqlənməyə başlamışdır. Odur ki, onu I kursda normal anatomiya fənni üzrə tələbə elmi cəmiyyətinin sədri seçmişdilər.


Z.S.Əliyev 6 il ərzində əla oxumaqla bərabər, elmə böyük həvəs göstərmişdir. O, tələbə elmi cəmiyyətinin konfranslarında apardığı elmi işlər barədə məruzələr etmiş və birinci yerlərdən birini tutmuşdur. Zakir 1962-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. O, 4 il kənd xəstəxanasında həkim işləmişdir. 1964-cü ildə müsabiqə yolu ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun travmatologiya və ortopediya kafedrasınsda ordinaturaya daxil olmuşdur. İki illik ordinatura dövründə məşhur alim, travmatoloq Əziz Talışinskinin rəhbərliyi ilə travmatologiya və ortopediyanın sirrlərini öyrənmiş və bir neçə elmi məqalələr dərc etdirmişdir. Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, professor A.A.İsmayılovun tövsiyyəsi ilə Səhiyyə Nazirliyi Z.S.Əliyevə müstəsna olaraq klinik ordinaturanı qurtarmadan aspiranturaya girməyə icazə vermişdir. O, aspiranturaya qəbul imtahanlarını müvəffəqiyyətlə verərək, 1967-ci ildə aspiranturaya daxil

olmuşdur. O, aspirantura dövründə öz elmi fəaliyyətini, fitri cərrahi fəaliyyətə malik olan professor A.A.İsmayılovun rəhbərliyi ilə davam etdirmişdir. Onun əsas elmi fəaliyyəti sümüklərin açıq sınıqlarının kompresion-distraksion osteosintez üsuli ilə müalicəsinə həsr edilmişdir. O, itlər üzərində təcrübə yolu ilə ixtira etdiyi kompresion-distraksion aparatını tətbiq etməklə, müsbət elmi nəticələr almış və sonra isə bu aparatı klinikada xəstələr üzərində işlədərək, açıq sınıqların müalicəsinin xeyli yaxşılaşmasına nail olmuşdur. Alınan təcrübələr və klinik nəticələr barədə, o zaman SSRİ-nin Moskva, Kiyev, Tbilisi, Daşkənd kimi böyük elmi mərkəzlərdə konfrans və qurultaylarda elmi məruzələrlə çıxış etmişdir. Elmi məqalələri qurultay və konfransların materiallarında dərc olunmuşdur. 1970-ci ildə o, tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Açıq sınıqların kompression-distraksion metodla müalicəsi” mövzusunda dissertasiya müdafiə etmişdir. Həmin ildən də o, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun travmatologiya, ortopediya və hərbi səhra cərrahiyəsi kafedrasında assistent vəzifəsində işləməyə başlamışdır. 1982-ci ildə isə həmin kafedrada dosent vəzifəsində işləyir. Bu illər də, o travmatoloji xəstələrin müalicəsinə müvəffəqiyyətlə tətbiq olunan səmərələşdirici təkliflər vermişdir. Xəstələrin müalicəsini daha da yaxşılaşdırmaq məqsədi ilə ən yeni müalicə metodlarını müvəffəqiyyətlə tətbiq edir. Hazırda öz elmi axtarışlarını müvəffəqiyyətlə davam etdirir və aldığı nəticələri elmi məqalələr şəklində müxtəlif mətbuatlarda dərc etdirir.


Z.S.Əliyev elmi və praktiki fəaliyyətindən başqa, bir də pedaqoji fəaliyyətlə məşğuldur. Axırıncı 28 il ərzində Tibb Universitetini qurtaran həkimlərin əksəriyyəti dosent Əliyevin tələbələri olmuşdur. Bu həkimlər uzun müddət keçməsinə baxmayaraq, dosent Z.S.Əliyevin oxuduğu mühazirələrdən, onun sadə, duzlu, söhbətlərindən böyük həvəslə danışırlar.

Dosent öz çoxtərəfli fəaliyyətini müvəffəqiyyətlə davam etdirir.


Əliyev Zakirin iki oğlu vardır. Böyük oğlu Tuqay Əliyev Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə qurtarmış və indi həmin universitetin aspirantıdır.

0 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev