Ənvər Rza dünyası



Rza­yev Ən­vər İs­ma­yıl oğ­lu 1939-cu il­də Kəl­bə­cər ra­yo­nu­nun Aşağı Binə kən­din­də ana­dan olub. 1957-ci il­də Kəl­bə­cər­də or­ta mək­tə­bi, 1962-ci il­də isə Azər­bay­can Xa­rici Dil­lər İns­ti­tu­tu­nun in­gi­lis dili fa­kül­tə­sini fərq­lən­mə dip­lomu ilə bi­ti­rib. İns­ti­tut­da iş­lə­yə-iş­ləyə dis­ser­ta­siya mü­dafiə edə­rək, fi­lo­lo­giya elm­ləri na­mi­zədi alim­lik də­rə­cəsi alıb. Ça­lış­dığı ins­ti­tut­da son­ra­lar ka­fed­ra mü­diri iş­lə­yib.

Ən­vər Rza hələ or­ta mək­təb il­lə­rin­dən şer yaz­mağa baş­la­yıb. Şer­ləri res­pub­li­ka­nın bir sıra mət­buat or­qan­la­rın­da dərc olu­nub. O, həm də is­te­dad­lı bir tər­cü­məçi kimi ədəbi ic­timaiy­yət­də ta­nı­nıb. Bö­yük in­gi­lis şai­ri Bay­ro­nun poe­ma­la­rını ori­ji­nal­dan di­li­mizə tər­cümə edən ilk azər­bay­can­lı şair­dir. O, Şil­ler və di­gər Av­ropa şair­lə­rin­dən et­diyi tər­cü­mə­ləri res­pub­lika mət­bua­tın­da Azər­bay­can oxu­cu­la­rına çat­dı­rıb.

1985-ci il­dən Azər­bay­can Ya­zı­çı­lar Bir­li­yi­nin üz­vü olub.

1987-ci il­də Mosk­vada ürək xəs­tə­li­yin­dən və­fat edib. Öz ar­zu­suna gö­rə doğ­ma kənd­lə­rin­də dəfn edi­lib.

«Sənsiz», «Könlümə bahar düşüb», «Nə yaxşı görüşdük», «Dağların dustaq balası» və s. kitablarının müəllifidir. Əlavə məlumat üçün YOLLAR HAÇALANIR Mən səndən ayrıldım yenə bu axşam ,Göylər gör necə də çilçıraqlıdır. Yolun ortasında tək dayanmışam, Yol da ağac kimi qol-budaqlıdır. Şirin arzularım, xoş diləyim var, Hələ bu həyatdan kam almamışam. Bəs niyə ayırır bizi bu yollar, Mən ki, sənsiz olub, tək qalmamışam?! Ürəyim şam kimi alışıb burda, Qayıt təsəlli ver, barı yanmasın. Yollar birləşər də, haçalanar da, Çalış, məhəbbətin haçalanmasın! ************************************** PAYIZ LÖVHƏSİ Yaşıl meşələrin bəti-bənizi Saralıb yenə də zəfəran kimi. Xoşqədəm baharın saldığı izi Yarpaqlar saxlayıb bir nişan kimi. Payız libasını geyinib çöllər, Fikirli görünür nər qovaq indi. Tək yarpaq budaqda tək quşa bənzər, Sanki qanad çalıb uçacaq indi. Sarı saçlarını yolur şabalıd, Duyub ki, duyub ki, payız çağıdır. Təpədə yüksələn o tənha palıd Müzəffər payızın al bayrağıdır. İncikdir, incikdir söyüd elə bil, Narazı-narazı tərpənir çinar; Qışın hədəsindən, zəhmindən deyil, Yazın həsrətindən saralıb onlar. ******************************** GÖZƏLLİK Dəlidağ dayanıb Koroğlu kimi, Torpağı titrədən Tərtər -nərəsi. Təpələr basılmaz dəlilərdimi? -Yaraqlı-yasaqlı durub hərəsi. Məni ovsunlayan yelli gədikdə Çoban tütəyinin həzin səsidir. Yox, burda dağ deyil, dağ böyüklükdə Min növlü, çeşidli gül dəstəsidir. Bu şıltaq, nəğməli, dəcəl çayların Qalıb haqqı-sayı boynumda mənim. Nə xoşbəxt olardım, torağayların Olsaydı yuvası qoynumda mənim! Qəlbimi anlayıb əhli-hal kimi, Nə gözəl oxuyur indi kəkliklər! Görəsən, yaxından qartal keçdimi -Mamırlı daşlara sindi kəkliklər. Lalələr məst olub yana aşıbdır, Qayadan sallanıb ot saçaq-saçaq. Sarmaşıq yoncayla qucaqlaşıbdır, Sən təbiətdəki ülfətə bir bax! ******************************** BİRCƏ SƏN SƏN, BİRCƏ MƏN(Nəğmə) Meh əsdikcə pıçıldayır xan çinar, Səni gördüm, dilə gəldi arzular. De, gizlətmə, şahid olsun göy çəmən, İndi burda bircə sənsən, bircə mən. Utanırsan sən üzümə baxmağa, Xırda-xırda şəbnəm qonur yarpağa, Nə baxırsan gah yaxına, uzağa? Yarpaqlardı yavaş-yavaş səslənən, İndi burda bircə sənsən, bircə mən. Ürəyimiz bir-birinə yaxındı, Nəfəsim də nəfəsinə toxundu, Gizli sözün gözlərindən oxundu, İlk eşqimiz aşkar oldu bu gündən, İndi burda bircə sənsən, bircə mən. ******************************** "Kəlbəcər Dünyası" 100 şairin bir kitabı.


0 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev