ƏSGƏROV ŞAMİL SƏLİM OĞLU


Əsgərov Şamil Səlim oğlu, 1929-cu ildə Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olmuşdur. Atası-Məmmədov Səlim Ələsgər oğlu (1900-1976) kolxozda çoban, ferma müdiri, kənd məktəbəində təsərrufat işləri üzrə direktor müavini işləmişdir. Kəlbəcər rayonunda ilk dəfə “Əməkdə fərqlənməyə görə” medalı ona verilmişdir.

Əsgərov Şamil orta məktəbin 7-ci sinfini öz kəndlərində bitirmiş, Sovet-Alman müharibəsi illərində məktəbdə xadim və kolxozda çoban işləmişdir. O, 1945-ci ildə Kəlbəcər qəsəbə orta məktəbinə daxil olmuş və 1948-ci ildə orta məktəbi qurtarmışdır. Orta məktəbdə oxuduğu zaman məktəb komsomol təşkilatı katibi və rayon komsomol komitəsinin büro üzvü seçilmişdir.


Ş.S.Əsgərov 1950-ci ildə Ağdam Dövlət Müəllimlər İnstitutunu, 1961-ci ildə ADPİ-nin riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, həm də Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1969-cu ildə Ş.Ə.Əsgərov Böyük Kürd şairi Ciyərxunun yaradıcılığından dissertasiya yazıb “filologiya elmləri namizədi” alimlik dərəcəsinə layiq görülmüşdür. Onun elmi rəhbəri filologiya elmləri doktoru, xalq şairi Qasım Qasımzadə idi.


Ş.S.Əsgərov 1950-1953-cü illərdə kənd müəllimi, 1953-1955-ci illərdə Kəlbəcər rayon komsomol komitəsinin birinci katibi, 1959-1960-cı illərdə Kəlbəcər rayon Partiya komitəsinin təlimatçısı, “Yenilik” qəzetinin redaktoru, baş dövlət tədarük müfəttişliyinin rəisi, 1962-1965-ci illərdə Kəlbəcər orta məktəbinin direktoru, 1965-1968-ci illərədə rayon XDS icraiyyə komitəsinin sədri, 1968-1978 ci illərdə rayon maarif şöbəsinin müdiri və ömrünün sonuna kimi Kəlbəcər rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru işləmişdir.


Ş.S.Əsgərov 1971-1981-ci illərdə ÜİMAMHİ Mərkəzi Komitəsinin sədri seçilmişdir. O, harada işləyirdisə, yüksək fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilirdi.


Komsomolun birinci katibi işləyəndə ümumittifaq sosializm yarışının qalibi olmuş, “Moskviç” maşınla mükafatlandırılmış, adı Ümumittifaq komsomolunun “Şərəf kitabı” na yazılmışdır. O, Kəlbəcər orta məktəbinin direktoru işlədiyi üç ildə XI sinfi bitirmiş məzunların hamısı həmin il ali məktəblərə qəbul olmuşdular.


Ş.S.Əsgərov Kəlbəcər xalq maarif şöbəsinin müdiri işlədiyi vaxt, rayonun 123 kəndində cəmi 5 orta məktəbin sayını 28-ə çatdırdı, 45 ibtidai məktəb orta məktəbə çevrildi. Onun çalışqanlığının nəticəsində 57 kənddə 470 sinif otaqları olan məktəblər tikilib istifadəyə verildi. Kəlbəcərlilər kütləvi surətdə təhsilə cəlb olundu. Onun bu müvəffəqiyyətləri yüksək qiymətləndirildi. Kəlbəcər rayon xalq maarif şöbəsi iki dəfə respublikanın Keçici Qırmızı Bayrağına layiq görüldü.


Ş.S.Əsgərov akademik Həsən Əliyevin təşəbbüsü, rayonun tarix-coğrafiya müəllimlərinin və ictimaiyyətinin köməyi ilə yaradılan Kəlbəcər Tarix-Diyarşünaslıq muzeyi dillər əzbəri oldu. Dünyanın 62 ölkəsindən gəlib həmin muzeyə baxanlar tərəfindən yüksək qiymətləndirildi. Muzeyin rəy kitablarında onu dünyanın 8-ci möcüzəsi adlandırdılar. Belə yorulmaz fəaliyyətinə görə Şamil müəllimə respublikanın “Əməkdar mədəniyyət işçisi” fəxri adı verildi. Min-min təəssüflər olsun ki, bu zəngin mədəniyyət xəzinəsi mənfur erməni quldurlarının əlinə keçdi. İndi Şamil Əsgərov Bakı şəhərində yeni “Kəlbəcər Tarix-Diyarşünaslıq muzeyi” yaratmaqla məşğuldur. 1998-ci ilin birinci rübünə qədər bu muzeydə artıq 3250 ədəd əşya, eksponat, toplanmışdır. Şamil müəllim tanınmış şairdir. Şeirlər kitabı “Şamil Dəlidağ” adı ilə oxuculara təqdim olunur. O, Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Şamil Dəlidağın qəzet və jurnallarda çoxlu şeirləri, elmi və publisistik məqalələri dərc olunmuşdur.


Ş.S.Əsgərovun “Dağ üstdə dağ”-1984, “Dəlidağın sədası”-1973, “Dağ çiçəkləri”-1986, “Həyatın astarı, həyatın üzü”-1990, “Dağların hikməti”-1987, “Azərbaycan dilinin qafiyə lüğəti”-1997, “Şahid muzey-şəhid muzey”-1997, “Loğmanın yadigarı”-1997, “Vətənə gərəkli oğlu”-1998 adlı elmi biblioqrafik kitabları nəşr olunmuşdur.


Bu yaxınlarda Şamil Dəlidağın 626 səhifəlik “Azərbaycan dilinin mənzum cinas lüğəti” kitabının çapı gözlənilir. Bu kitabda 100 mənalı cinaslar da vardır. Şairin “Dodaqdəyməzlər” kitabına gəldikdə isə, cəsarətlə demək olar ki, hələ indiyə qədər belə kitab yazılmamışdır. Məsələn “Dodaq dəyməz əvvəl axır, törəmə, qoşma”, “Dodaq dəyməz törəmə qəzəl və s. “Törəmə” terminini də ilk dəfə ədəbiyyata Şamil Dəlidağ gətirmişdir.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev