top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Əsirlikdən Səkinənin məktubu


Bu məktub erməni əsarətindən xoş təsadüf nəticəsində xilas olmuş,ömrünün son günlərini yaşayan nurani bir qoca gətirmişdi.

Qoca bir dəri, bir sümük qalan titrək barmaqlarını özü kimi zamanın hökmündən,taleyin acı işgəncələrindən rəngi dəyişən nimdaş pencəyinin yaxasına apardı.O,bir qədər qurdalanıb yoruldu.Məzəmmət dolu baxəşlarını üzümə dikib: - Əllərimdə hey qalmayıb ,oğlum,çıxara bilmirəm-dedi. Onun gileyini dünyamı,yoxsa namərd adamlaramı yönəldiyini anlaya bilmədim. Odur ki, soruşdum: -Nəyi çıxara bilmirsən,baba?

Qoca nəfəsi təngidiyindən dinmədi.Yavaş-yavaş özünə gəlib:- Səkinənin məktubun deyirəm,-oğlum, pencəyimin yaxasına tikmişdi ki, ermənilər tapmasın.Bıçaq lazımdır ki,sökək.Yazıq qızcığaz dönə-dönə yalvardı ki,sağ qalsan bizimkilərə verərsən.

Mən pencəyin yaxasını söküb məktubu çıxardım.Vərəq əzilib soluxsa da , aydın və gözəl xətlə yazılmışdı.Öz-özlüyümdə savadlı qızıymış -deyə fikirləşdim.

Məktub sahibinin kimliyi və acı taleyi məni elə cəlb etdi ki,çöllükdə , daş üstündə oturduğumu unudub quzey qarı kimi təmiz, bulaq suları kimi dupduru incidilib təhqir olunmuş ,bir insanın ürək qanı ilə yazdığı sətirlri oxuduqca ,ruhum məni tərk etdi.Mən varlığımı büsbütün unutmuşdum.Xəyaldan ayrılıb özümə gəldikdə ürəyimin dayandığını ,əllərimdə əsən vərəqlərin hönkürtü ilə ağlayın titrədiyini gördüm.Mən o vaxtdan ruhun bədəndən ayrıldığına inandım.Məni kədərləndirən bir də o idi ki, məktubun üstündə yazılmış ünvan su dəydiyindən soluxub pozulmuşdu.Ünvanı oxumaq mümkün deyildi.

Məktubda yazılmışdı:

Əziz ana,sən sağsanmı, ölmüsənmi,bilmirəm nə yaxşı ki o müdhiş gecədə sən evimizdə yox idin.Biz şirin yuxudaikən erməni əsgərləri kəndə doluşaraq bizə divan tutdu.Evləri yandırıb külə döndərir ,adamları amansızlıqla məhv edirdilər.”

Atam əlində balta bizim həyətə doluşan ermənilərin qabağına çıxdı.Ermənilər avtomatı çevrib atamın qılçalarını parçaladılar.Əlindəki baltanı alıb zavallı atamı doğramağa başladılar.

Mən bu dəhşətli mənzərənin sarsıdıcı zərbəsindən başımı itirsəm də ,ermənilər başıma su töküb məni ayıldır,atamın amansızlıqla qətlə yetirilməsinə baxmağa məcbur edirdilər.

Deyirlər ki, bəzən dəhşətli hadisələrdən insanın ürəyi dayanır,ancaq mən ölmədim,ana,Allah arzuladığım ölümü də əlimdən aldı.Mən ölməlikən ölmədim, yaşadım. Ana,Allahın yanında mənim bir günahım yox idi.Bəs ,nə üçün o mənimlə belə rəftar etdi?

Ana, atam ölmək istəmirdi.Mən hiss edirdim ki,o məni ermənilərin əlində qoyub ölmək istəmirdi.Cəlladlarsa atamın bizi yedizdirən cəfakeş əllərini ,ayaqlarını doğrayırdılar.onun gözləmdəki ümidisz və ifadəsiz parıltının necə sönüb əridiyini ,baltanın amansız iti ağzından yaxa qurtarmağa çalışan ruhunun qan içərisində çabalıyaraq tükürpədici inilti səsini hələ də eşidirəm,eşitdikcə əsirəm. Atam son nəfəsində də gözlərini məndən çəkmədi,nəsə demək istədi,ancaq deyə bilmədi.Bəlkə də ermənilərin məni onun faciəli ölümünə baxmağa məcbur etdiklərinə dağlanır,öz halını unudub,mənə, mən zavallya acıyırdı.

Ana,mən səni sevindirə,ovundura bilmədim.Ah!... Sən məni bunun üçün doğmadınmı?Budur yenə də sən məni bunun üçün doğmadınmı?Budur yenə də sənin qəlbini parçalayacaq sözlərimlə səni dəərdə salıram.

Ana,ermənilər sağ qalanları ayrı-ayrı dəstələrə bölüb özləri ilə aparırdılar.bizim dəstədə 18 nəfər qəz-gəlin vardı.Ayrı-ayrı bölgələrdən bizim kəndə gəlin gətirilən,sən tanıdığın adamlar bizimlə idilər.

Dəstəni əldən –ayaqdan uzaqda olan dağ cığırları ilə aparırdılar.Mənə elə gəlir ki,sonu görünməyən kimsəsiz qaranlıq dünyaya düşmüşəm.Bu dünya mənə yad və qəribə idi.

Üz-gözlrini qıl basmış, meymunsifət ermənilərin əhattəsində köməksiz,ümidsiz, ata dağı, ana həsrəti gözlərinə ,ürəyinə dolmuş mən ,bəzən hissetmə qabiliyyətimi itirir,hadisələri yuxu,insanları hərəkət edən kölgələr kimi görürdüm.Çox vaxt dizlərim bükülür,başım gicəllənirdi.Ermənilər bizi sıldırım qayaların,qalın meşəlrin arası ilə getməyə məcbur edir,dodaqlarım çat-çat olurdu.Yorulanları döyüb incidir,yeriməyə məcbur edirdilər.

Ermənilər ayaqları bir-birinə dolaşan cavan gəlinin,körpə balasını qucağından zorla çəkib uçruma atdılar.Cocuq havada əl qol ataraq nədənsə yapışmaq istəyirdi.Ancaq,bu havayı bir cəhd idi.O bir andaca gözlərimizin önündən yox oldu.Cocuğun anası da bağırararaq özünü uçruma atdı.Onun naləsi qayalarda əks-səda verib,pul-pul olaraq eşidilməz oldu.O,özü ilə birlikdə bizim namusumuzu qoruya bilməyən oğlanlarımıza tənə və məzəmmət aparırdı.Məni qınama ana,ürəyim o qədər inciyib ki,az-çox qeyrəti olanlara da haqq qazandıra bilmirəm. Yazıq anam, sən indi haralardasan,?Kimlərin qapısını döyüb dilənirsən.Vaxt var idi ki,dolu evindən dilənçilərə pay verər,kasıb-kusuba əl tutardın.Yəqun ki,bir tikə çörək üçün gözün onun-bunun əlindədir.Bəlkədə xəstəsən ,bir içim su verənin də yoxdur.Bir hörüyü ağ,bir hörüyünü baxtı,taleyi kimi qara hörən anam.Bu dünyanı tanıyırdınsa məni niyə doğdun, ana!... İnanmıram ki,bu dünyadan gözü-könlü tox gedən olsun ana.Səni qınadığıma görə məni bağışla,ana.Sən hardan biləydin ki, toy-düyünlü,axar- baxarlı elin,obantalan olub viranə qalacaq.Bu heç sənin xəyalına da gəlməzdi.O vaxtlar sən dünyanın xoşbəxt adamlarından biri idin.Nə erməniləri düşmən bilir ,nə də ki,öz içərimizdə olan xəyanatkarlardan ,nankorlardan, xəbərin vardı.Ana,bizi meşənin dərinliklərində,hər tərəfdən ağaclarla əhatə olunmuş, kol-kos bitib,yoluna ot basmış kimsəsizlik içində uyuyan qədim tikliyiyə doldurdular.Bizdən bir az sonra azərbaycanlılardan taladıqları qoyun sürüsünü də olduğumuz yerə gətirdilər.Qoyunları gətirənlər azərbaycanlı əsirlər idi.Onların səsini eşidib özümüzdən asılı olmayaraq bayıra yüyürüşdük.Bir an olsa da bu doğma səsdə ,doğma dildə ümid ,sevinc ,azadlıq hiss etdik.Onların boynuna sarılıb ağlamaq, ağlamaq istədik.Onların qana bulaşmış üzlərini,cırıq-cırıq olmuş paltarlarının altından göyərib qamçılanmış bədənlrini görüb hönkürtü ilə ağlamaqdan başqa çarəmiz qalmadı.Kaş öləydik,kişilərimizin bu gününü görməyəydik,anacan.

Cavan,qəddi-qamətli oğlanın qabırğaların sındırmışdılar.O güclə nəfəs alır,qurumuş dili ilə susuzluqdan, zərbədən parçalanıb şişmiş dodaqlarını yalayıb ofuldanırdı.Yazıq canının ağrısını dişlərinin arasında sıxır,ayaq güclə dayanırdı.O,gələrkən yolda qaçmaq istdiyinə görə onu bu hala salmışdılar. Qızların biri qabı su ilə doldurub onun yanına qaçdı.Silahlı erməni qabağa sıçrayıb tüfəndin qundağı ilə su dolu qabı vurub yerə saldı.Su oğlanın üstünə səpələndi.Oğlanın suya uzatdığı əlini balta ilə vurub üzdülər.Biləkdən aralanmış əl kötüyün üstündən kənara sıçradı.Hamımız donub yerimizdə qalmışdıq.

Ermənilər oğlanı ağacın dibinə sürütləyərək ayaqlarını bir neçə nəfərin güclə əydikləri ayrı-ayrı budaqlara bağlayıb əyilmiş budaqları buraxdılar.Oğlanın bədnindən qopan qılçası bir budaqdan ,bədəni ilə o biri qılçası o biri budaqdan asılı qaldı.Qılçanın qopduğu yerdən şoralanan qan yağışı kimi yerə tökülür ,budaqdan asılı qalmış bədən çimçəşib can verirdi.

Ana, bu məktub sənə çatsa mənim üçün ağlama.Məktubun axırında bir bənd şeir və bayatı yazılmışdı.

Urəyi yaralı,qəlbi yaralı, Qəfəsə salınmış bir bülbüləm mən. Ölmək istəyirəm,əcəl yan keçir, Ana halalıq ver ,ölüm mən.

Əzizinəm hər aylar , Hər həftələr,hər aylar. Başım cəllad əlində, Dilim eli haraylar.

P.S . Yazı , yazıçı-publisist ,Azərbaycan Yazıçılar Birliyinin üzvü, Surxay Səlimovun "Qarabağ hekayələri " kitabından götürülüb.

fedai.az

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page