top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

2 aprel - Kəlbəcər rayonunun işğal olunmasından 25 il keçir


2018-cı il aprel ayının 2-də saat 11:00-da Kəlbəcər rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmasının 25-ci ildönümü ilə əlaqədar olaraq Gəncə şəhəri 1500 ailəlik yeni yaşayış massivində rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə tədbir keçirildi.
















 Mərasim iştirakçıları əvvəlcə qəsəbədə yeni inşa edilən Kəlbəcər şəhidlərinin abidə kompleksinin önünə tər çiçəklər qoydular. Mədəniyyət sarayında davam etdirilən tədbirdə çıxış edən Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı cənab Aqil Məmmədov bildirdi ki, Erməni silahlı birləşmələri Kəlbəcər rayonunda da dinc əhaliyə amansızlıqla divan tutmuş, ermənilərin 1993-cü ilin aprel ayının əvvəlində Kəlbəcərə qarşı həyata keçirdiyi hərbi təcavüzü nəticəsində 511 nəfər qəddarcasına qətlə yetirilmiş və rayona 31 milyard ABŞ dollarından artıq maddi zərər dəymişdir. Natiq qeyd etdi ki, Prezidentimiz cənab İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və sosial problemlərin həlli istiqamətində müntəzəm olaraq genişmiqyaslı işlər həyata keçirilir. Buna baxmayaraq kəlbəcərli məcburi köçkünlər cənab Prezidentin rəhbərliyi ilə öz doğma yurdlarını azad etmək və ev eşiklərinə qayıtmaq həsrəti ilə yaşayırlar. Tədbirdə çıxış edənlər Ermənistanın hazırki rəhbərliyinin sülh danışıqlarını müxtəlif bəhanələrlə pozmalarından, torpaqlarımızın işğal olunması faktının Azərbaycanlıların və eləcə də dünya ictimaiyyətinin yaddaşından çıxarmağa çalışdıqlarını qeyd etdilər. Mərasimdə Kəlbəcər rayonuna həsr olunmuş videoçarx nümayiş etdirildikdən sonra rayon məktəblilərinin təqdimatında bədii kompozisiya nümayiş etdirildi. Sonda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik şurasına Kəlbəcər rayon ictimaiyyətinin müraciəti qəbul olundu. 


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page