top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

20 yanvar günü Kəlbəcərdə heç kəs işə, dərsə getmədi - Mirvari Verdiyeva yazır

20 yanvar,2019

Qaboyda “zəminxara” muğamı fəryad qoparırdı...Bakının komendantı Dubnyak isə Bakıda fövqəladə rejimin qaydaları haqqında radio ilə bəyanat verirdi...


Kəlbəcərdə adi qış günlərindən biri idi. 20 yanvar 1990-cı il. Sübh tezdən atam adəti üzrə oyanıb radionu açdı ki, səhər konsertinə qulaq asaq. Radioda qaboyda həzin bir melodiya səslənirdi. Əvvəlcə, heç kəs bu melodiyanın səslənməsinin fərqinə varmadı, hər birimiz öz işimizi görür, dərsə, işə getməyə hazırlaşırdıq. Xeyli vaxt keçməsinə bax-mayaraq melodiya susmaq bilmədi. Bunun fərqinə varanda, hamımız radionun ətrafına toplaşdıq. Atam dalğaları aradı və Azadlıq radiostansiyasında Mirzə Xəzərin həyacanlı səsi eşidildi. Mirzə Xəzər Sovet hökumətinin Bakı şəhərində törətdiyi qırğınlar haqqında məlumat verirdi...



Mirzə Xəzərin həyəcanlı səsi, Bakıdakı faciə barədə məlumatlarından vahiməyə düşmüşdük. Telefonla qohumlara, qonşulara xəbər verdik və Bakıya zəng vurduq:-Gecə Bakıda güllə səslərindən qulaq tutulurdu. Qızıl ordunun əsgərləri hara gəldi, kimə gəldi atəş açırdılar...Bakının küçələri qan dənizinə dönüb...


Kəlbəcərdə heç kəs işə, dərsə getmədi. Bütün kəlbəcərlilər radioda Mirzə Xəzərin məlumatlarına qulaq asır, Bakıdakı qohumlara zəng edir, hər hansı bir dəqiq məlumat əldə etməyə çalışırdılar. Aydın həqiqət idi ki, dağılmaqda olan imperiya məkrli siyasətini həyata keçirmək üçün Bakını qan gölündə boğmaqla, özünə tabe etməyə çalışırdı. Lakin imperialistlər unutmuşdular ki, zaman öz işini görməkdədir. Zülm ilə qurulan hakimiyyət süquta uğramağa məhkumdur... Kəlbəcərdə heç kəs işə, dərsə getmədi. Bütn kəlbəcərlilər radioda Mirzə Xəzərin məlumatlarına qulaq asır, Bakıdakı qohumlara zəng edir, hər hansı bir dəqiq məlumat əldə etməyə çalışırdılar. Aydın həqiqət idi ki, dağılmaqda olan imperiya məkrli siyasətini həyata keçirmək üçün Bakını qan gölündə boğmaqla, özünə tabe etməyə çalışırdı. Lakin imperialistlər unutmuşdular ki, zaman öz işini görməkdədir. Zülm ilə qurulan hakimiyyət süquta uğramağa məhkumdu...lbəcərdə heç kəs işə, dərsə getmədi. Bütn kəlbəcərlilər radioda Mirzə Xəzərin məlumatlarına qulaq asır, Bakıdakı qohumlara zəng edir, hər hansı bir dəqiq məlumat əldə etməyə çalışırdılar. Aydın həqiqət idi ki, dağılmaqda olan imperiya məkrli siyasətini həyata keçirmək üçün Bakını qan gölündə boğmaqla, özünə tabe etməyə çalışırdı. Lakin imperialistlər unutmuşdular ki, zaman öz işini görməkdədir. Zülm ilə qurulan hakimiyyət süquta uğramağa məhkumdur...

Günorta saat 13.00-da nəhayət, radioda qaboy susdu. Hansısa diktor elan etdi ki, Bakıya yeni komendant təyin olunub və komendant Dubnyakın çıxışı olacaq, o, Bakı sakinlərinə müraciət edəcək. Bakının komendantı Dubnyak paytaxtda fövqəladə vəziyyət elan olunduğunu, şəhərdə komendant saatının tətbiq edildiyini və əhaliyə qoyulan qadağaları əks etdirən əmrini oxuyurdu...





Sübh çağı atəş səsindən oyan, Azərbaycan oyan!

İgidlərin al qanına boyan, Azərbaycan boyan!


Bu haqq səsi boğa bilməz, yüz namərd əl uzansa da,

Düşmən qarşısında məğrur dayan, Azərbaycan dayan!


Car çək bütün yer üzünə: - Odlar yurdu od içində!

Çağır gəlsin şəhidləri sayan, Azərbaycan sayan!


Ölər, övladların verməz: -Vətəndən pay olmaz!-deyə,

Candan da əzizdir daşın, qayan, Azərbaycan qayan!


Geyər matəm libasını, haray səsinə hay verər,

Müsəlman dünyası olar hayan, Azərbaycan hayan!




Mirvari Verdiyeva
ADPU-nun fəlsəfə doktor, dosent

#MirvariVerdiyeva #AnimTədbiri #20yanvar

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page