top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

'3 min qiyməti olan kolleksiyama bir qəpik də xərcləməmişəm' - Kolleksiyaçı



Fərid Cəfərli 10 ilə yaxındır pul kolleksiyası ilə məşğul olur. Onun bu hobbisinin maraqlı tarixçəsi var. Əslən Kəlbəcər rayonundan olsa da, Bakıda böyüyüb. Qafqaz Universitetinin məzunudur. Hafta.az-ın “Milli kolleksiyaçılarımız” rubrikasının budəfəki qonağı ilə söhbətimiz pulların qorunub-saxlanmasının sirləri barədə oldu. - Fərid, neçə ildir bu işə maraq göstərirsən? - 1999-cu ildən, 12 yaşımdan. Bir dəfə evimizin yaxınlığında bir “TIR” dayandı. Kobud bir ləhcə ilə mənə 2 “məmməd” verdi ki, gedib ona siqaret alım. Bir-iki dənə də ayrı pul verdi. Dedi al, bu da sənin olsun. O pulları tanımadım. Gedib mağazada həmin pulları uzatdım ki, mənə “Dream” siqareti versinlər. Uşaq ağlımla 2 “məmməd”i özümə götürmək istədim. Mağaza sahibi də bizim pulları aldı, o birilərinin üzünə baxıb mənə qaytardı. Sən demə Suriya pulu – funt imiş. Məni siqaret almağa göndərən isə suriyalı “TIR” sürücüsü imiş. Hansısa şirkətə mal gətirmişdi. O pullar məndə qaldı. Sonradan o pullar məndə kolleksiyaçılığa maraq oyatdı. Beləcə dünya ölkələrinin hazırkı və tarixi pullarını toplamağa başladım.


- Sizdə neçə ölkənin pulu var? - Təxminən 45 ölkənin. 17 ilə ancaq bu qədərini toplaya bilmişəm (gülür). Ümumilikdə kağız və dəmir pullarla birlikdə 4000-ə yaxın numinaldır. - Kolleksiyanda sənə ən maraqlı gələn pul hansı ölkənindir? - Kanadanın, Trinidad və Tabaqonun, eləcə də Nepalın pulları... Bu pulların özünəməxsusluğu ondadır ki, onlar kağızdan yox, plastik materialdandır. Nepal isə kasıb ölkə olsa da, rupiyanın çox qəşəng qoxusu var. Onlar pullara kecur çiçəyinin ətrini vururlar. Pul əzilsə də, köhnəlsə də o həmin qoxu qalır.


- Nə vaxtsa yüksək məbləğ qarşılığında kolleksiyanı satmaq qərarına gəlibsən? - Qətiyyən, çünki onlarla nəfəs alıram. 17 ilimi sərf etmişəm kolleksiyanın bu günə gəlib çıxmasına. İki min, üç min dollar pul təklif edənlər də var. Özümün də maddi sıxıntılarım çox olur. Çünki heç yerdə işləmirəm. Amma kolleksiyanı da satmaq ağlımdan keçməyib. Sadəcə olaraq, yüksək məbləğ təklif edəndə fərəhlənirəm. Bu mənə çox xoş təsir bağışlayır, ləzzət alıram.


- İstiqrazlar da var deyəsən, kolleksiyanda?! - Bəli. Bir neçə ölkənin istiqrazı var. Azərbaycanın ilk istiqrazı hesab olunan "1992-ci ilin pul lotoreyası" da var. Bu müstəqil Azərbaycanın ilk istiqrazıdır. O vaxt 5000 ədəd buraxılmışdı. Ondan biri də mənim kolleksiyamdadır. Bundan başqa, Gürcüstanın, Türkiyənin, Polşanın, İtaliyanın da tarixi əhəmiyyətli istiqrazlarını əldə etmişəm.


- Hansısa ölkənin pulunu əldə etmək üçün pul xərcləmisən? - Xeyr, 3 min qiyməti olan kolleksiyama bir qəpik də xərcləməmişəm. Hələ ki, dostlar, tanışlar, bu hobbi ilə məşğul olduğumu bilənlər özləri xarici ölkələrdən, ordan-burdan əldə etdikcə, gətirib həmin pulları mənə hədiyyə edirlər. Açığı elə imkanım yoxdur haradansa pul gətizdirim və ya hansısa tarixi pula vəsait xərcləyim. Hətta Ermənistanın belə pulu var məndə. Amma dəmir və kağız pulları eyni dərəcədə çox keyfiyyətsizdir. Bilirsiniz, pula baxanda o ölkənin hansı iqtisadi gücdə olduğunu düşünmək o qədər də çətin deyil. Buraxdığı pul o ölkənin iqtisadiyyatının güzgüsüdür. Ermənilərin dəmir pulları isə çox kövrəkdir, az qalır ki, əlində əzilsin. Qazaxıstanın, Ukraynanın qəpikləri isə çox möhkəm materialdandır.


- Bəs bu pulların qorunub-saxlanılmasını necə təmin edirsən? - Onları sellofan örtük altında, sərin bir yerdə saxlayıram. Çünki pullar xüsusi diqqət tələb edir. Qışda bir o qədər problem olmasa da, yayda onları rütubətdən, istidən uzaq tutmaq o qədər də asan deyil. Ən sərin otaqda qoruyuram onları. Çünki həmin pullar arasında 120 yaşlı dəmir və kağız numinallar da var. Onları bundan sonra qoruyub şux şəkildə saxlamaq çətindir.


- Kolleksiyanda ən qədim pulun neçə yaşı var? - İranın şah dövrünün və Çar Rusiyasının dəmir və kağız pullarıdır. Onların birinin 128, digərinin 127 yaşı var. Çar dövrünün “palazqulaq”ları İran pullarına baxanda daha keyfiyyətlidir. 


- Fərid, bəs bundan başqa hobbiniz də var? - He var. 1929-1940-cı illəri əhatə edən latın qrafikalı əlifba ilə çap olunan kitabları toplayıram. Təzə başlamışam bu işə. Hələlik, 6 kitabım var. Sağlıq olsun, 100-ə çatdırım, o barədə də söhbət edərik (gülür). Mənim üçün əsas pul kolleksiyasıdır. Əsas məqsədim dünyada nə qədər müstəqil ölkə varsa, hamısının pul vahidini əldə etməkdi.

Hefte.az


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page