31 Mart Soyqrımı Günü qeyd olundu-FOTOLAR


Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin və Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbin birgə təşkilatçılığı ilə keçirilən tədbirə öncə soyqırım zamanı həyatını itirən şəxslərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Soyqırıma həsr olunmuş tədbiri giriş sözü ilə uşaq incəsənət məktəbinin direktoru Nəcibə Zeynalova son iki əsrdə ermənilərin Azərbaycan xalqına qarşı planlı şəkildə törətdikləri genişmiqyaslı soyqırımından danışıb. Bildirilib ki, ötən əsrin əvvəllərində bolşevik-erməni silahlı qruplaşmalarının Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və deportasiya siyasəti nəticəsində bir çox bölgələrdə günahsız soydaşlarımız qətlə yetirilib. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilib. Bu ərazilərdə dinc əhaliyə kütləvi surətdə divan tutulub, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb məhv edilib. Təkcə 1918-ci ilin mart-aprel aylarında erməni mütəşəkkil silahlı dəstələri tərəfindən 50 mindən çox azərbaycanlı qətlə yetirilib. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin qaranlıq səhifələrindən biridir. Daha sonra isə məktəbin şagird kollektivinin iştirakı ilə ədəbi – bədii kompozisiya tədbir iştirakçılarına təqdim olunub Tədbirdə həmçinin Soyqırım dəhşətlərini özündə nümayiş etdirən foto sərgi iştirakçılara təqdim olunub.



BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev