5 ildir Dilqəmlə Şahbazı girov saxlayanlar hansı haqla Ramil Səfərovu ittiham edirlər?


5 ildir Dilqəmlə Şahbazı girov saxlayanlar hansı haqla Ramil Səfərovu ittiham edirlər? Bu sual təkcə Ermənistana aid deyil, həm də onları himayə edən beynəlxalq təşkilatlaradır.


Keçmiş millət vəkili, "Azərnəşr"in baş redaktoru Əlövsət Ağalarov Moderator.az-a açıqlamasında deyir ki, artıq nə beynəlxalq hüquq qalıb, nə onun normaları:

"Dünyada ikili standartlar hökm sürməkdə davam edəcəksə, hansı ədalətdən, hansı beynəlxalq hüquq normalarından danışmaq olar? 6 ildir öz dədə-baba yurdlarını, doğmalarının qəbirlərini ziyarət etməyə gedən iki mülki şəxsi - Dilqəm Əsgərovla Şahbaz Quliyevi işğal etdikləri Azərbaycan torpağında ağlagəlməz işgəncələr altında girov saxlayan erməni hakimiyiyyəti dünyanın biganəliyini, həmsədrlərin dişsizliyini görüb daha da quduzlaşmağa başlayıblar. Azərbaycanın ləyaqətli oğlu Ramil Səfərova görə bizim dövləti beynəlxalq məhkəmələrlə hədələmək cəhdində bulunublar. Unudurlar ki, Azərbaycan dövlətinin, uğurlu diplomatiyamızın və dövlət başçımızın qətiyyəti sayəsində bütün beynəlxalq normalara, beynəlxalq hüququn müddəalarına uyğun olaraq Macarıstan dövləti düzgün addım atıb Ramil Səfərovu Azərbaycana ekstradisiya etdi və Azərbaycan Prezidenti də Konstitsion hüququndan istifadə edib onu haqlı olaraq əfv etdi. Necə olur, Xocalıda azyaşlı uşaqların qanını tökən, diri-diri dərisini soyub bununla fəxr edən cocuq qatili Zori Balayan Ermənistanın baş nazirinin böyründə-başında sülənir,  onlara "gözün üstə qaşın var" deyən olmur, amma Azərbaycanın bütün hüquqi prosedurlara əməl edərək, ikitərəfli razılaşma ilə öz vətəndaşına sahib çıxması bunların gözünü tökür?! Ermənilərin xarici ölkələrdəki havadarları, həmçinin müxtəlif beynəlxalq təşkilatlar beynəlxalq hüquqa, insan haqlarına tüpürərək, birtərəfli mövqe sərgiləyir, bir milyondan çox qaçqın-köçkünün mənafeyinə laqeyd yanaşırlar. Bunlar ədalət axtarışındadırlarsa, ilk növbədə dədə-baba yurdlarından zorla qovulub çıxarılan bu təbəqəylə, öz torpaqlarını ziyarətə getmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə də maraqlansınlar! Onsuz da ədalət hissini çoxdan itirmiş bu təşkilatlara heç kimin inamı qalmayıb. Birtərəfli ədalət olmur, ey dünya ağalığına iddialı olan dövlətlər!"


Moderator.az

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev