“5 rayon” məsələsinə ən sərt cavabı Prezident verdi” – Deputat Aqil Məmmədov


Azərbaycanın parlament nümayəndə heyətinin Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra “5 rayonun azad edilməsi” fikri ilə bağlı geniş diskussiyalar açılıb. Qeyd edək ki, bu iddialar Rusiya tərəfdən, konkret olaraq Sergey Lavrovun dilindən bir neçə dəfə səsləndirilib. Ona görə də, Azərbaycan heyəti ilə görüşdə eyni məsələni vurğulayıb-vurğulamaması elə də fərq etmir.

Rusiyanın nisbi anlaşma zəmnində sülhməramlı adı ilə bölgəyə yerləşmək niyyəti yeni deyil.

Bu müzakirələrdə daha çox Dağlıq Qarabağı Ermənistana birləşdirən Kəlbəcər və Laçının taleyi xalqımızı, xüsusilə, bu rayonlardan olan əhalini ciddi narahat edir.

Kəlbəcər rayonundan millət vəkili Aqil Məmmədovun sözlərinə görə “5 rayon” məsələsinin hazırda bölgədəki gərginlik fonunda gündəmə gətirilməsi təsadüfi sayıla bilməz: “Sergey Lavrovun Azərbaycan heyəti ilə görüşdə belə fikri söyləyib-söyləməməsindən asılı olmayaraq Azərbaycan cəmiyyətinin reaksiyası göstərdi ki, bu “müdrik” məsləhət Azərbaycanda qətiyyətlə rədd edilir. Azərbaycan xalqının fikrinin ifadəçisi olan Prezident İlham Əliyevin elə son 2-3 gündəki çıxışlarında bu məsələyə birmənalı mövqe var: İşğalçı silahlı qüvvələr işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz və istisnasız çıxarılmalıdır”. Hesab edirəm ki, 5 rayonla bağlı son günlərin diskussiyalarına, bu əsassız – beynəlxalq hüquqa zidd təklifə elə ən sərt cavabı da cənab Prezident verdi. Bu Azərbaycan dövlətinin, Azərbaycan xalqının dəyişməz mövqeyidir. Ermənistan tərəfi də, beynəlxalq güclər də bu dəyişməz mövqeni birdəfəlik qəbul etməlidir”.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev