top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

8 martı gözləməyən qadınlar . . .

Ağdərə, Caylı kəndi, 1994-ci ilin apreli. Tarix ona görə yadımda təxmini qalıb ki, az sonra atəşkəs imzalandı. Həmən vaxt zabit dostumla rastlaşdım - bir yerdə kursda olmuşduq, bizim briqadadan deyildi, köməyə gəlmişdilər. Tələm-tələsik söhbət elədik bir az. Sözarası sevinclə “qızım olub” – dedi. Sonra, köks ötürüb, əlavə elədi: - “Amma, ürəyimə damıb ki onu görməyəcəm”. Ürəyinə daman düz çıxdı. Elə həmin axşam, Madagiz gölü yaxınlığında qəhrəmanlıqla şəhid olan igidlərin arasında onun da olduğunu eşitdim... Şəhidin qızının indi 26 yaşı var. Üzünü görmədiyi atasının yaşından çoxdu yaşı. Ətrafımızda yüzlərlə, minlərlə belə insan var. Onların belə bayramlarda nə hiss etdiyini heç fikirləşdyiniz oldumu? Hədiyyə umacağı adamların həyatda olmamasını deyirəm. Ağdam, Orta Qışlaq, 2011-ci iln martı. Bu hadisənin dəqiq tarixini isə hamımız bilirik – 8 mart. Bədəlovlar ailəsinin tək övladı 8 yaşlı Fariz Bədəlovun qətlə yetirildiyi gündür. Öz həyətində oynayarkən erməni snayperinin gülləsinə tuş gəldi. Farizin sinif yoldaşları ötən il məktəbi bitirdilər. Farizin təhsili də, ömrü də, arzuları da yarımçıq qaldı. Mətanət nənənin və Farizin ananısın da arzuları yarımçıq qalıb – axı, bütün arzularda vardı Fariz. Beynəlxalq qadınlar bayramının bu ailədəki qadınlar üçün qara bayram olduğu aydındır. Onlar üçün 8 mart, Novruz bayramı və digər şən günlər 2010-cu ilin təqvimində qalıb. Tovuz, 11 iyul 2011-ci il. Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə yaralanıb. Partlayıcı qurğu quraşdırılmış uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndindən keçən Tovuz çayına buraxılmışdı. Aygünün əlində partladı. Şahmalıyevlər ailəsi Rusiyadan qonaq gəlmişdilər, qayıdanda Aygünsüz qayıtdılar.

Füzuli, 4 iyul 2017-ci il. Ermənistan Silahlı Qüvvələrinin minaatan və qumbaratanları tərəfindən atdıqları mərmi Sahibə Quliyeva və 14 aylıq körpə Zəhranın həyatına son qoydu. Bu ailədə də 8 mart keçirilmir. Təkcə 8 mart yox. Ağdərə, 24 avqust 1994-ci il. Bərdə batalyonun qərargah rəisi Sərhəd Zöhrabbəyov Dranbom uğrunda döyüşdə şəhid oldu. Milliyətcə ləzgi olan qəhrəman Vətənin dar günündə canını fəda edən minlərlə igiddən biridir. Ölümündən sonra baş leytenant Sərhəd Pirsəmalı oğlu Zöhrabbəyov Azərbaycan Respublikası Prezidentinin 1994-cü il tarixli əmri ilə "Azərbaycan bayrağı" ordeni ilə təltif olunub. Onun həyat yoldaşı Etibar xanım adı kimi etibarlı oldu. Gözləri Sərhədin getdyi yolda qalsa da, oğlu Zöhrabı, qızı Reyhanəni böyüdüb başa çatdırdı. Ailənin təsəllisi babasının adınını daşıyan nəvə Sərhəddir. Etibar xanım deyir ki, mənim 8 martımda, ad günüm də Sərhədlə gedib. “Bəlkə, o torpaqlar alına, bax o günü bayram sayaram. Erməni daşnakları cəzaların alsalar, heç olmasa şəhidlərində ruhu dinclik tapar”. Bu arzudan sonra 8 martı gözləməyənlərin digər insanlar haqqında yazını davam etdirmək istəmirəm. Yazı yarımçıq qalsa olar, insanların ömrü yarımçıq qalmasın...

Şöhrət Eyvazov (Modern.az)

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page