“8 Mart - Beynəlxalq Qadınlar Günü” qeyd olundu.


Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında 8 Mart - Beynəlxalq qadınlar günü münasibətilə tədbir keçirildi. Tədbirdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul işçiləri və rayonda müxtəlif sahələrdə çalışan qadınlar iştirak etdilər. Tədbiri giriş sözü ilə açan İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov ilk öncə 8 Mart - Beynəlxalq Qadınlar Günü" münasibəti ilə tədbirdə iştirak edən qadınları və onların simasında rayonun bütün qadınlarını təbrik edərək onlara xoş arzularını çatdırdı. Rayon rəhbəri qeyd etdi ki, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanmasında və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva istər ölkəmizdə, istərsə də ölkəmizdən kənarda öz işi, bacarığı və qətiyyəti ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və Azərbaycan qadınının nələrə qadir ola biləcəyini gördüyü işlərlə sübut edir. Eyni zamanda Aqil Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən “Tərəqqi medalı” ilə təltif edilmiş rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehparə Kazımovanı təbrik edərək medalını şəxsən təqdim etdi. M.Kazımova medalla təltif olunmasının qadınlara dövlət səviyyəsində göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd edərək, respublikamızın ictimai siyasi həyatında qadınların fəal iştirak etməsinə hər bir imkanın şərait yaradıldığı üçün ölkə rəhbərliyinə öz minnətdarlığını bildirdi. Sonda tədbirdə iştirak edən qadınlara gül dəstələri təqdim olundu. 




BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev