"Ağdaban faciəsi məktəblilərin gözü ilə" keçirilmiş inşa müsabiqəsində çap olunmuş kitabın




Ağdaban faciəsini gənc nəslə olduğu kimi çatdırmaq məqsədi ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi mütəmadi olaraq tədbirlər təşkil edir. 22 iyun 2017-ci il tarixində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai birliyinin ofisində Ağdaban faciəsinin 25-ci ildönümü ilə əlaqədar Ağdaban faciəsi məktəblilərin gözü ilə keçirilmiş inşa müsabiqəsində çap olunmuş kitabın təqdimetmə mərasimi keçirildi. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxış edərək bildirdi ki, “ Ağdaban faciəsi 200 ildən çox müddətdə Erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırım siyasətinin qanlı səhifəsidir. Ermənilərin əsirlər boyu xalqımıza qarşı törətdikləri soyqrım cinayətlərinə ilk dəfə siyası qiymət Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qaydışından sonra verildi. Bu gün möhtərəm Prezidentimizin apardığı uğurlu xarici siyasət nəticəsində dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistanı təcavüzkar dövlət kimi qəbul edilər. 1992-ci ilin aprelin 7-dən 8-nə kecən gecə Ermənistan silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlılarının köməyi ilə Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərək 130 evdən ibarət olan kəndi tamamilə yandırıb, 779 nəfər dinc sakinə divan tutub, 33 nəfəri amansızcasına qətlə yetirərək soyqırım aktı törədiblər. Bir gecədə 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyəratgah və məzarlıqlar təhqir olunub və məhv edilib. Erməni seperatcılarının Azərbaycan mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamı kimi Ağdabanlı şair Qurbanın və oğlu Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Şəmşirin əlyazmaları yandırıb və talan ediblər. Ermənilər Ağdabanı təkcə strateji məkan olduğu üçün deyil, əslində, Kəlbəcər ədəbi mühitin beşiyi kimi də çoxdan hədəfə almışdılar. Çünki bu kəndin yetirdiyi Ağdabanlı şair Qurban və Dədə Şəmşir böyük sərkərdə Şah İsmayıl Xətainin silahdaşı olan Miskil Abdal ocağının nəsil davamçısı idi. Mən ümid edirəm ki, bizim işğal olunmuş torpaqlarlmız yağı düşməndən azad olunacaqdır. Eləcə də Ağdaban kəndi sülh yolu ilə azad olunmasa belə müharibə yolu ilə, canımız bahasına torpaqlarımıza qayıdacağıq. Bir qarış torpağımızı ermənilərə verməyəcəyik.

Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə xanım Paşayeva Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunun Ağdaban kəndində törətdiyi qətliam barədə geniş çıxış edib. O bildirib ki, Ermənistan dövləti vandalizm aksiyası həyata keçirərək Ağdaban kəndini tamamilə yandırmış, onlarla sulahsız, dinc insanı qətlə yetirmiş, işğal zamanı Ağdaban sakinlərinə qarşı qeyri-insani əməllər törətmişdir və bu gün o faciənin 25-ci ildönümü tamam olur: Qənirə Paşayeva bildirib ki,: “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların vəzifəsi Ermənistan dövlətinin torpaqlarımızın 20%-ni işğal etməsini, işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktlarını, soyqıqırımlarını, Ağdaban faciəsi kimi faciələri dünya ictimaiyyətinə geniş şəkildə çatdırmaqdır. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai birliyinin layihələr üzrə rəhbəri Həqiqət xanım Şükürova bildirdi ki, Azərbaycanın başına gətirilən faciələri heç vaxt unutmaq olmaz. Faciə bizə nə qədər qəm-qüssə, kədər gətirsə də, bu faciələrdən hərə özü üçün bir ibrət götürməlidir. Yaşatmaq lazımdır ki, dünya xalqları bilsin ki, Azərbaycanın başına nə qədər bəlalar gətiriblər. Ona görədə biz bu faciələri unutmamalıyıq, nəsillərdən-nəsillərə ötürməliyik. Layihəmizin əsas məqsədi dövlət siyasətimizin vacib tərkib hissələrindən biri olan yeniyetmə və gənclərin vətənpərvər ruhda tərbiyyə olunması istiqamətindəki işlərdə bir qatqımızın olmasıdır. Kəlbəcər rayon orta məktəbliləri arasında keçirilən Ağdaban faciəsi məktəblilərin gözü ilə inşa müsabiqəsinin əsas məqsədlərindən biri də yeniyetmə və gənclərin ermənilərin törətdikləri cinayətlər barədə dolğun məlumatlara malik olmaq və doğma torpaqlara qayıtmaq inamının aşlanmasından ibarətdir.

Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə xanım Paşayeva Ağdaban soyqrımının beynəlxalq ictimaiyyətə çatdırılması və tanıdılmasındakı xidmətlərinə görə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai birliyi tərəfindən təşəkkürnamə diplomu ilə təltif edildi. Sonda inşa müsabiqəsində iştirak edən məktəblilərə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai birliyi tərəfindən diplomlar təqdim edildi.

#Kəlbəcərhəsrəti #Kəlbəcər #Azərbaycan #Qarabag

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev