"Ağdaban soyqırımı"nın 25-ci ildönümü münasibətilə silsilə tədbirlər davam edir


20 Aprel 2017-ci il tarixində Yevlax şəhər Mədəniyyət evində "Aşıq Şəmşir" Mədəniyyət Ocağının təşkilatçılığı ilə Ağdaban faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

​"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə 20 Aprel 2017-ci il tarixində Yevlax şəhər Mədəniyyət evində tarixində Ağdaban soyqrmının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.​"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov bildirdi ki, Ağdaban soyqırımı — 1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə baş verən, tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri, Azərbaycanın gözəl güşəsi Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni separatçılarının "Böyük Ermənistan" yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırım idi. Ağdaban soyqırımı - bütöv bir kəndin tamamilə yandırılması, onlarla dinc sakinə qeyri-insani işgəncələr verilməsi, yurdundan didərgin salınması idi.​1992-ci il aprel ayının 8-də səhərə yaxın erməni quldurları Ağdaban yalındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetirdilər.Erməni qarətçiləri planlı surətdə hərəkət edirdilər. Məsələn, evləri kimlər qarət edəcək, mal-qaranı kimlər aparacaq, əliyalın insanları kimlər əsir götürəcək, müqavimət göstərənləri kimlər qətlə yetirəcək- əvvəlcədən müəyyənləşdirilmişdi. Həmin adamlar da hücum edəcək döyüşçülərin arasında idi.​Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırılmış, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilmişdir. Təkcə bunu nümunə göstərə bilərik ki, 13 yaşlı Alıyeva Ülviyyənin atası Alıyev Camala qəbir qazdırıb, atanın gözləri önündə Ülviyyəni diri-diri basdırıblar. Sonra isə atanı da qəbrin üstündə öldürüblər. Kəndin Musa adlı sakinini anasının gözləri önündə ayaqlarından daş asaraq ot tayasında diri-diri yandırmışlar. 33 nəfər qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmış, 2 nəfər itgin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir. Bunlardan 13 nəfəri Dədə Şəmşirin ailə üzvləridir. Erməni separatçıları mədəni irsimizə qarşı törətdikləri vandalizm siyasətinin davamı kimi Ağdabanlı şair Qurbanın və oğlu klassik aşıq şeirinin ustadı Dədə Şəmşirin evini və zəngin yaradıcılığını yandırıb məhv etdilər.​Ağdaban faciəsini törədən erməni separatçılarına rəhbərliyi keçmiş prezident Robert Köçəryan və indiki Prezident Serj Sarkisyan olub.


"Aşıq Şəmşir" Mədəniyyət Ocağı ictimai birliyinin layihələr üzrə rəhbəri Həqiqət xanım Şükürovanın senarisi əsasında hazırlanmış "Ağdaban adlı dərdim var mənim Kəlbəcər məktəblilərinin hazırladığı ədəbi-bədi kompozisiyası təqdim olundu.


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev