Ağdaban soyqrımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirildi-FOTOLAR
Ağdaban soyqrımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirildi.

7 Aprel 2018-ci il tarixində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai birliyinin təşkilatçılığı ilə Ağdaban soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. Ağdaban soyqırımına həsr olunmuş video çarx göstərildi. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov deyib ki, Ağdaban faciəsi 200 ildən çox müddətdə Erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırım siyasətinin qanlı səhifəsidir. Ermənilərin əsrlər boyu xalqımıza qarşı törətdikləri soyqrım cinayətlərinə ilk dəfə siyası qiymət Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qaydışından sonra verildi. Bu gün möhtərəm Prezidentimizin apardığı uğurlu xarici siyasət nəticəsində dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistanı təcavüzkar dövlət kimi qəbul edirlər. 1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni separatçıları tərəfindən yandırılıb, kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 33 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Həbib Misirov Ağdaban faciəsini tarixdə bəşəriyyətə qarşı törədilən ən böyük cinayətlərdən biri kimi səciyyələndirib: “Ağdaban soyqrımını törədən erməni seperatçılarına bir başa komandanlığı Ermənistanın keçmiş Prezidenti Robert Köçəryan rəhbərlik edibdir. Erməni separatçıları tərəfindən tarixi, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyarətgah və qəbiristanlıq təhqir və məhv edilib. Ermənilər milli mədəniyyətimizə qarşı törətdikləri soyqırım cinayətlərinin davamı kimi Ağdabanlı şair Qurbanın özünün və oğlu Klassik Azərbaycan şeirinin ustadı Aşıq Şəmşirin əlyazmaları yandırılıb, talan edilib.










Tədbirdə çıxış edən filologiya elmləri üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Adil Cəmil ermənilərin son yüz ildə Azərbaycan türklərinə qarşı törətdikləri soyqırım faktlarını diqqətə çatdırıblar. Digər çıxış edənlər beynəlxalq ictimaiyyəti azərbaycanlılara qarşı soyqırım aktlarına qiymət verməməkdə də ittiham ediblər. Sonda “Aşıq Şəmşir” Mədəniyyət Ocağının üzvləri Ağdaban faciəsinə həsr olunmuş şeirlər səsləndirdilər.