Ağdam və Kəlbəcərdə tapılan sümüklər ekspertiza olunur - RƏSMİ

"Ötən həftə bir qutu sümük qalıqları Ağdamın Şıxbabalı, 2 qutu sümük qalıqları Kəlbəcərin Zallar, bir qutu sümük qalıqları isə Kəlbəcərin Çıraq kəndindən gətirilib".
Kalbajar.com-un xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin direktoru Ədalət Həsənov deyib.
Onun sözlərinə görə, həmin sümük qalıqları protokollaşdırılıb:
"Sümük qalıqlarının məhkəmə-tibbi müayinəsi bu həftə həyata keçiriləcək.
Modern.az