Aşıq Şəmşir-125


Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Ustad sənətkar Aşıq Şəmşirin anadan olmasının 125 illiyi ilə əlaqədar 2 Aprel 2018 ci ildə imzaladığı sərəncama əsasən tədbirlər davam edir.


Növbəti tədbirlərdən biri Mədəniyyət Nazirliyinin Xətai rayonunda yerləşən kitabxanasında keçirilmişdir. Tədbiri Kitabxananın müdiri Oruc müəllim açaraq Dədə Şəmşir haqqında geniş məlumat verdi. O bildirdi ki, Aşıq Şəmşir 1893-cü ildə Kəlbəcər rayonunun Dəmirçidam kəndində böyük sənətkar Şair Ağdabanlı Qurbanın ailəsində dünyaya göz açıb. O bildirdi ki, Aşıq Şəmşir daima elinə,obasına bağlı olan və daima şeirə,sənətə qiymət verən bir şəxsiyyət olub.




Tədbirdə əməkdar müəllim, ziyalı, şair Mirsəyyaf Zamanlı Dədə Şəmşir yaradıcılığından və onun Kəlbəcər ədəbi-mühitinin formalaşdırılmasından danışdı. Daha sonra Dədə Şəmşirin kitablarının redaktoru Füzuli Ramazanoğlu da Dədə Şəmşir haqqında çap olunmuş kitablar və çap olunacaq kitablar haqqında məlumat verdi.


Aşıq Şəmşir Mədəniyyət ocağı ictimai birliyinin Lahiyələr şöbəsinin rəhbəri,Kəlbəcər rayonu 23 saylı tam orta məktəbin direktoru Həqiqət Şükürova tədbirin keçirilməsina görə Mədəniyyət ocağının rəhbərliyi adından Xətai Kitabxanasının müdirinə öz dərin minnətdarlığını və təşəkkürünü bildirdi. Həqiqət xanım Şükürova bildirdi ki, dövlətimiz hər zaman Aşıq Şəmşir yaradıcılığına xüsusi önəm verib və Aşıq Şəmşirin yaradıcılığını yüksək qiymətləndirib. Aşıq Şəmşir əməkdar mədəniyyət işçisi adı ilə təltif edilib və Ulu öndərimiz Heydər Əliyev Aşıq Şəmşirin anadan olmasının 110 illiyi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən Aşıq Şəmşirin Göygöl rayonunda yerləşən 7 illik musiqi məktəbinə verilib. Elə məhz Göygöl rayonunda Aşıq Şəmşirin büstü ucaldılıb,adına küçə verilib. Hal-hazırda da Xaçmaz rayonunda Aşıq Şəmşirin büstü ucaldılmışdır.Bakı şəhərində Aşıq Şəmşirin ev muzeyi fəaliyyət göstərir. Dövlətimizin ən böyük dayaqlarından biri Aşıq Şəmşir Mədəniyyət ocağı ictimai birliyidir ki, buda Aşıq Şəmşir irsnin təbliğində önəmli rol oynayır.




Sevindirici haldır ki, bu yaxınlarda ölkə başçımız Cənab İlham Əliyev Aşıq Şəmşirin anadan olmasının 125 illiyi ilə bağlı sərəncam imzaladı. Bu sərəncama əsasən böyük tədbirlər planı hazırlanır və həyata keçirilir. Məhz bu gün burda keçirilən bu tədbir növbəti tədbirlərdən biridir. Ən böyük arzumuz Möhtərəm Prezidentimizin sayəsində doğma torpaqlarımıza qayıtmaq və Dədə Şəmşirin növbəti yubileyini doğma Kəlbəcərdə qeyd etməkdir.

#DədəŞəmşir125

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev