“Aşıq Şəmşir. Biblioqrafiya”

Updated: Jan 22, 2019


“Aşıq Şəmşir. Biblioqrafiya”


2009-cu ildə YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyasında YUNESKO-nun Hökumətlərarası Komitəsinin yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Azərbaycan aşıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi istiqamətində görülmüş işlər Heydər Əliyev Fondunun, xüsusilə YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın aşıq sənətinin qorunması, inkişafı və təbliği istiqamətində fəaliyyəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilmişdir. Biblioqrafiyada Aşıq Ələsgərin görkəmli davamçısı, şair Qurbanın oğlu Dədə Şəmşirin (Qocayev Şəmşir) həyat və yaradıcılığı haqqında olan materiallar öz əksini tapmışdır. Biblioqrafik vəsait 1893-cü ildən 2018-ci ilə qədər olan bir dövrü əhatə edir. Dədə Şəmşir irsini geniş oxucu kütləsinə çatdırmaq məqsədi ilə tərtib edilmiş bu biblioqrafiya əsasən üç hissədən ibarətdir. Birinci hissədə Dədə Şəmşirin əsərləri, ikinci hissədə onun həyat və yaradıcılığı haqqında çap olunmuş ədəbiyyat, III hissədə isə Dövlət səsyazmalar arxivində toplanmış səs yazıları verilmişdir. Göstəricidə toplanmış materiallar xronoloji ardıcıllıqla, daxildə isə əlifba sırası ilə qruplaşdırılmışdır. Biblioqrafiyada verilmiş materiallardan istifadəni asanlaşdırmaq məqsədi ilə “Dədə Şəmşirin əsərlərinin əlifba göstəricisi” və “Dədə Şəmşirin haqqında yazmış müəlliflərin əlifba göstəricisi”ndən ibarət köməkçi aparat verilmişdir.

Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib edilən “Aşıq Şəmşir” biblioqrafiyasında Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, respublikanın Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin əsərləri, həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında ədəbiyyat toplanmışdır. Biblioqrafik vəsait 1893-2018-ci illəri əhatə edir. Kitab folklorşünas-tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


Tərtib edəni: Mirvari Verdiyeva, fəlsəfə doktoru,dosent

Elmi redaktor: Kərim Tahirov, professor, Əməkdar mədəniyyət işçisi

Məsləhətçi: Qənbər Şəmşiroğlu, “Aşıq Şəmşir” Mədəniyyət ocağı İctimaı Birliyinin sədri

Redaktor: Gülbəniz Səfərəliyeva Əməkdar mədəniyyət işçisi

Aşıq Şəmşir (Şəmşir Qurban oğlu Qocayev): biblioqrafiya / Bakı, «VƏTƏNOĞLU» NP MMC, 2018. 288 s.

Digər kitablara bax : https://www.kalbajar.com/e-kitab


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev