“Aşıq Şəmşir bir nəslin, bir rayonun deyil, bütün Azərbaycanın dəyəri və qürurudur”



Qulu Məhərrəmli: “Onun kimi parlaq adlar heç bir ləkə götürmür”

Bir müddət bundan öncə Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, Əməkdar İncəsənət xadimi Aşıq Şəmşirin 125 illiyinin dövlət tərəfindən yüksək səviyyədə qeyd edilməsi, ölkə miqyasında bununla bağlı çoxsaylı silislə tədbirlərin keçirilməsi bəzi qüvvələrin narahatlığına səbəb olub. Aşıq Şəmşirin mərhum prezident Heydər Əliyevə şeir həsr etməməsi, məclislərdə oxunan şeirin guya böyük ustada məxsus olmaması ilə bağlı səslənən fikirlər ictimai rəydə ciddi qınaq və narazılıqla qarşılanıb. Moderator.az-a açıqlaamsında məsələyə münasibət bidlirən professor Qulu Məhərrəmli Aşıq Şəmşir zirvəsinə daş atmağın yanlış olduğunu, bu daşın heç bri halda o zirvəyə yetişməyəcəyini vurğulayıb: “Mirzə Cəlil, Səməd Vurğun, Rəsul Rza kimi dəyərlərə dil uzadanların XX əsr şifahi xalq ədəbiyyatımızın görkəmli nümayəndəsi AşıqŞəmşirə də hücum etmələri heç təəccüblü deyil. Təbii ki, bu hücumlar məqsədlidir, qərəzlidir, həm də əsassız və ədalətsizdir. Bir şeyi dəqiq bilmədən onu mübahisə predmetinə şevirmək, sübutsuz iddialar qaldırmaq alt niyyətlərdən xəbər verir. Mən ökənin ən vicdanlı folklorşünas alimlərindən olan professor Məhərrəm Qasımlının Aşıq Şəmşir haqqında fikirlərini oxudum və hesab edirəm ki, böyük sənətkarın yaradıcılığını dərindən araşdırmış bir tədqiqatçı kimi onun fikirləri çox qiymətlidir. Ona görə anlamaq lazımdır ki, Şəmşir kimi parlaq adlar heç bir ləkə götürmür. Mənim düşüncəmə görə, el ağsaqqalı və müqtədir sənətkar kimi tanınmış Aşıq Şəmşirin heç kimin müdafiəsinə ehtiyacı yoxdur. Dədə Şəmşir haqq aşığıdır, ona haqsız yerə hücum edənlər hansı günaha batdıqlarının fərqində olmalıdırlar. Bu adamlar dərk etməlidirlər ki, Aşıq Şəmşir bir ocağın, bir nəslin, bir rayonun deyil, bütün Azərbaycanın dəyəri və qürurudur. O, parlaq yaradıcılığı, şeirlərindəki Vətən sevgisinin vüsəti, xalq ruhunun bənzərsiz tərənnümü ilə klassik aşıq məktəbinin zirvəsində dayanan sənətkarlardan biridir. Biz bu zirvəni hədəfə götürüb daşlayanda atılan daşların hara düşəcəyini bilməliyik”. 


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev