top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

“Aşıq Şəmşir” Mədəniyyət Oçağı İctimai birliyinin seçki təbliğat-təşviqat kompaniyası çərçivəsində İ


Kəlbəcərlilər yekdilliklə İlham Əliyevə səs verəcəklər. “Aşıq Şəmşir” Mədəniyyət Oçağı İctimai birliyinin seçki təbliğat-təşviqat kompaniyası çərçivəsində İşıqlı Gələcəyimizə - İLHAMLA İRƏLİ adlı növbəti tədbirini keçirdi.


Tədbirdə Kəlbəcər rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak edib. Tədbiri “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov açaraq bildirib ki, apreil 2-də Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev aşıq poeziyasının görkəmli nümayəndəsi Aşıq Şəmşirin anadan olmasının 125-çi ildönümünün geniş şəkildə qeyd edilməsi haqqında sərənçam imzalayıb. Bu sərəncam mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə və aşıq sənətimizə verilən dəyərdi. Bu sərəncam Kəlbəcərlilərin, aşıq Şəmşir ailəsinin və saz-söz sənət vurğunlarının hədsiz sevinçinə səbəb oldu. Təbdir iştirakçıları Dədə Şəmşir irsinə verilən bu qiymətə görə möhtərəm Prezidentimizə minnətdarlıqlarını bildirdilər. Həbib Misirov qeyd etdi ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz dədə-baba torpaqlarından, doğma yurd-yuvalarından didərgin düşərək taleyin ağrılı-acılı illərini yaşamaq məcburiyyətində qalan kəlbəcərlilər həmişə dövlətimizin və dövlətçiliyimizin mövqeyində əzmlə dayanıblar. Azərbaycan dövləti öz vətəndaşlarını bu ağır vəziyyətdən çıxarmaq üçün davamlı tədbirlər həyata keçirib. Kəlbəcərlilər bu qayğını həmişə hiss ediblər və heç zaman unutmayacaqlar. Bu gündə bu diqqət və qayğı onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğula davam etdirilir. Kəlbəcərlilər üçün hər cür şəraitlə təmin edilmiş müasir qəsəbələr salınıb. Kəlbəcərlilər dövlətimiz tərəfindən onlara göstərilən qayğı və diqqəti yüksək qiymətləndirir, dövlətimizə, dövlətçiliyimizə, Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı olan Prezidentimizə inamımızı və doğma torpaqlarımıza qayıdacağımıza ümidlərimizi daha da artırıb. Kəlbəcərlilər möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 il ərzində ölkəmizdə gedən dinamik inkişafı yüksək dəyərləndirirlər. Bu inkişafın davamlı olması hər bir vətəndaşın ümdə isdəyidir. Kəlbəcər ictimaiyyəti bu sürətli dinamik inkişaf tempinin saxlamağın həlledici şərtinin növbəti yeddi ildə Azərbaycanın xöşbəxt və firəvan gələcəyini cənab İlham Əliyevin rəhbərliyi altında görmək isdədiklərini əminliklə bildirdilər.  


YAP İdarə Heyətinin üzvü, Professor Şahlar Əsgərov bildirdi ki, Ulu öndər müdrik siyasi addımları ilə sübuta yetirmişdir ki, demokratiya əsla hərc-mərclik olmayıb qanunların aliliyinə, qarşılıqlı məsuliyyət hissinə əsaslanan idarəetmə forması və böyük siyasi mədəniyyətdir. Onun müəyyən qanunauyğunluqlarından kənara çıxdıqda, demokratiya insanların, dövlətin inkişafına deyil, demokratik idealların, prinsiplərin buxovlanmasına, məhvinə gətirib çıxarır. Heydər Əliyevin böyük müdrikliklə yaratdığı milli dövlətçilik modeli spesifikliyi və unikallığı ilə fərqlənməklə xalqın gələcək yaşam fəlsəfəsini, milli inkişaf prioritetlərini müəyyənləşdirmiş, demokratik dəyərləri özündə maksimum dərəcədə ehtiva etmişdir. Şahlar Əsgərov Kəlbəcərli seçicilərin diqqətinə çatdırdi ki, son 15 il ərzində Azərbaycanın əldə etdiyi uğurların əsasında bütün faktorlardan öncə sabitlik və təhlükəsizlik amili durur. Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş xalq-iqtidar birliyi bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənib. 


YAP Nəsimi rayon təşkilatının Gənclər birliyinin sədri Zöhrab Həşimov Kəlbəcərlilərin hər zaman dövlət və dövlətçiliyə sədaqətli olduqalrını bildirərək, onları 11 apreldə keçiriləcək prezident seçkilərində fəallıq göstərməyə və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə yekdilliklə səs verməyə çağırıb.


Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Ələmdar Cabbarlı bildirdi ki, aprel ayının 11-də bütün xalqımız, eləcə də Kəlbəcərli seçicilər düzgün seçim edərək öz taleyini yenidən İlham Əliyev cənablarına həvalə edəcəklər. O, vurğuladı ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi uğurlu siyasətin alternativi yoxdur. Ələmdar Cabbarlı 90-cı illərin əvvəllərində ölkəmizdəki gərgin ictimai-siyasi durum haqqında geniş məlumat verdi və bildirdi ki, məhz ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri sayəsində Azərbaycan dağılmaq, parçalanmaq təhlükəsindən xilas oldu. Ona görə də bu uğurlu siyasəti davam etdirmək, ölkədə yaradılan sabitliyi qorumaq üçün hər bir Kəlbəcərlinin, o cümlədən gənclərin seçimi məhz Yeni Azərbaycan partiyasının namizədi cənab İlham Əliyevdir və hamımız aprel ayının 11-də seçki məntəqələrinə gələrək ən layiqli namizədə səs verəcəyik. Natiq çıxışının sonunda əminliyini ifadə etdi ki, möhtərəm cənab Prezidentin apardığı uğurlu siyasət nəticəsində işğal olunmuş torpaqlarımız azad olunacaq, soydaşlarımız, o cümlədən kəlbəcərlilər öz dədə-baba yurdlarına qayıdacaqlar. 


Digər çıxış edənənlər də bildirdilər ki, Kəlbəcərlilər 11 aprel 2018-ci il tarixində keçiriləçək Prezident seçkilərində möhtərəm prezidentimizin qələbə qazanaçağına tam əminliklə inanır və yekdilliklə xalqın lideri İlham Əliyevə səs verəcəklərini bildirdilər.


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page